Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-639/2024 01.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(049)-2318/2019 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(049)-2318/2019 saylı qətnaməsi ilə (hakim Toğrul Məmmədov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı iddiası qismən təmin edilərək, Cavabdeh1 1997.62 manat məbləğində əsas, 3368.40 manat faiz borcu, 100 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və X3 apelyasiya şikayəti vermişlər. Lənkəran Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(049)-2318/2019 saylı qərardadı ilə, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 tərəfindən Lənkəran Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(049)- 2318/2019 saylı qərardaddan şikayət və müddətin bərpası barədə ərizə verilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2318/2019 nömrəli, 15 yanvar 2024-cü il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2(049)- 2318/2019 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh1 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh1 məhkəməyə şikayət verərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2318/2019 nömrəli, 15 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli2(049)-2318/2019 saylı qərardadı ilə, Cavabdeh1 Lənkəran Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(049)-2318/2019 saylı qərardadının ləğvinə dair verdiyi şikayətinin təmin edilməməsi, şikayət 7 gün müddətində 2(049)- 2318/2019 saylı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə 22 fevral 2024-cü il tarixdə daxil olmuş və cavabdeh tərəfindən verilmiş şikayətə 01 mart 2024-cü il tarixə yazılı icraat qaydasında baxılması üzrə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə şikayətin təmin edilməməsini, qərardaddan verilən şikayətin müəyyən edilmiş prosessual müddətin ötürməklə verilməsi, həmçinin cavabdehin mübahisələndirdiyi qərardaddan məlumatlı olması ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2318/2019 nömrəli, 15 yanvar 2024cü il tarixli qərardadını heç vaxt almamış, məhkəmə tərəfindən bu hal düzgün araşdırılmamışdır. Birinci instansiya məhkəməsi şikayəti müzakirə edərək, iş materiallarında olan müvafiq sənədləri araşdıraraq hesab etmişdir ki, şikayət əsassızdır. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2318/2019 saylı icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh1 axtarış qərarı əsasında polis tərəfindən Lənkəran rayon İcra və Probasiya şöbəsinə təhvil verilmiş, onun izahatı alınmış, izahatında icra sənədi barədə məlumatı olduğunu bildirərək, icrası ilə əlaqədar öz fikrini qeyd etmişdir. İcra məmuru tərəfindən digər zəruri icra tədbirləri də həyata keçirilmişdir. Mübahisələndirilən qərardadın qəbul edildiyi tarixdən 4 ildən uzun müddət keçdikdən sonra borclu Cavabdeh1 tərəfindən məhkəməyə şikayət təqdim edilmişdir. Həmçinin cavabdeh məhkəmənin 2(049)-2318/2019 nömrəli, 15 yanvar 2024-cü il tarixli qərardadı barədə uzun müddət əvvəl, yəni xx.xx.2023-cü il tarixdə İcra şöbəsində izahat verdiyi zaman həmin qərardaddan məlumatlı olmuş, qərardadl mübahisələndirmək imkanı olduğu təqdirdə bunu etməmiş və həmin müddəti üzürsüz səbəbdən buraxmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2318/2019 nömrəli, 15 yanvar 2024cü il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət cavabdeh tərəfindən üzürsüz səbəblərdən buraxılmışdır. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından müəyyən olunur ki, cavabdeh qərardad qəbul edildiyi gündən 4 ildən artıq müddət keçdikdən sonra şikayət vermişdir. İş materiallarından da görünür ki, xx.xx.2023-cü il tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsində cavabdehin izahatı alınarkən mübahisələndirdiyi qərardaddan məlumatı olmuş, həmin müddətdə də qərardaddan şikayət verməmiş, üzürsüz səbəblərdən müddəti ötürərək 4 il sonra şikayət vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətin geri qaytarılması qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(049)-2318/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-639/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-639/2024
01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver