Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-645/2023 25.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Məmməd oğluna qarşı 2000 manat məbləğdə borc pulun alınması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(049)-3101/2022 saylı qətnaməsindən Cavabdeh Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(049)-3101/2022 saylı qətnaməsi ilə (hakim Murad Aslanov) iddia təmin edilərək, Cavabdeh Məmməd oğlundan 2000 manat borc pulun və dövlət rüsumu olaraq ödənilmiş 33 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Məmməd oğlu Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(049)-3101/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin mart ayında Cavabdeh Məmməd oğlu iddiaçıdan 2000 manat borc istəmiş və iki üç aya qaytaracağını bildirmişdir. İddiaçı da Hümmətov Ramid Cəsayil oğlu, Səfərov Ədalət Əbdülhəsən oğlu və Hüseyon Amil Şahüseyn oğlunun yanında 2000 manat pulu Cavabdeh Məmməd oğluna vermişdir. Borc verdiyi vaxtdan 3 ay keçəndən sonra pulunu cavabdehdən tələb etdikdə, cavabdeh 1 ay da möhlət istəmiş, iddiaçı da möhlət vermişdir. Bundan sonra pulunu cavabdehdən tələb etsə də, cavabdeh pulu könüllü qaytarmaq istəmişdir. Cavabdehi tanıdığı üçün qəbz almamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Məmməd oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Fəlulla oğlu ilə iş birliyi olmuşdur. Belə ki, iddiaçı broyler toyuqlarının satışı ilə məşğul olurdu. O, iddiaçının broyler toyuqlarının satışı ilə bağlı daimi müştərisi olduğundan, mütəmadi olaraq iddiaçıdan müxtəlif tarixlərdə nağd və nisyə toyuqlar götürüb satırdı. Lakin, 2015-ci ildə iddiaçı tərəfindən ona zay məhsul verildiyindən həmin məhsulların satışında çətinliklə üzləşdi və 2015-ci ildə iddiaçıya 4500 manat borcu yarandı. Həmin borcun 3500 manatını qaytardı, qalan 1000 manatı da iddiaçıdan geri qaytarılan məhsula görə çıxmasını bildirdi və iddiaçı da onunla razılaşdı. Lakin sonradan iddiaçı ona qraşı məhkəmədə 1009 manat məbləğdə pul tələbinə dair iddia qaldırmışdır. Həmin iddia ərizəsində iddiaçı qeyd etmişdir: ”2015-ci ilin may ayınadək cavabdehin ona 3434 manat məbləğdə borcu qalmışdır. Həmin tarixdən cavabdeh tərəfindən ona xx.xx.2015-ci ildə 350 manat, xx.xx.2015-ci ildə 300 manat, xx.xx.2015-ci ildə 150 manat, qaynatasına 200 manat, ona xx.xx.2015-ci ildə 300 manat, xx.xx.2015-ci ildə 200 manat, xx.xx.2015-ci ildə 150 manat, xx.xx.2016-ci ildə 150 manat, xx.xx.2016-cı ildə bank vasitəsi ilə 300 manat, Bakı səhərində xx.xx.2017-ci ildə 50 manat, xx.xx.2017-ci ildə 50 manat, qardaşı Maqsud Axundov vasitəsi ilə 2017-ci ilin oktyabr ayında 50 manat, noyabr ayında 50 manat, 2018ci ilin fevral ayında 50 manat verilmişdir. 75 manat da avtomobilin təmiri ilə bağlı həmin borcdan silinmişdir. Hazırda cavabdehin ona 1009 manat borcu qalmaqdadır. Dəfələrlə cavabdehə qarşı borcun qaytarılması üçün müraciət etmiş, lakin nəticəsi olmamışdır. O, cavabdehin yaşadığı evinə də dəfələrlə gedib borcun qaytarılmasını ondan xahis etmişdir. Cavabdeh Bakı səhərində olduğundan ona olan borcunun ödənilməsindən asanlıqla yayınmışdır. Ona xx.xx.2019-cu il tarixində rəsmi pretenziya məktubu göndərmişdir. Lakin buna baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir ciddi addım atmamışdır.” İndi sual yaranır ki, iddiaçıya guya 1009 manat borcunun olduğu halda və 2019-cu ildə ona pretenziya məktubu ilə müraciət edərək pulunu tələb edən şəxs nə üçün 2018-ci ildə ona yenidən 2000 manat borc pul versin? Bundan başqa axı iddiaçı özü əvvəlki iddia ərizəsində qeyd edir ki, guya ona sonuncu dəfə 2018-ci ilin fevral ayında 50 manat vermiş və ona 1009 manat borclu qalmışdır. Bəs necə olur ki, o, 2018-ci ilin mart ayında yenidən ondan 2000 manat məbləğdə borc pul istəmişdir. Ümumiyyətlə, o, pulu nə məqsədlə aldığını iddiaçı qeyd etməmişdir. O, xx.xx.2017-ci il tarixdə Bakı şəhərində yerləşən "xxxx" MMC iş mərkəzindən göndərişlə administrator işinə göndərilmiş, daha sonra 2019-cu il tarixdə Bakı şəhərində müxtəlif yerlərdə işləmişdir. 2019-cu ildə Lənkəran şəhərində olmamışdır. Bunu iddiaçı özü də əvvəlki iddia ərizəsində qeyd etmişdir. Bundan başqa, iddiaçı 2019-cu ildə ona qarşı pul tələbinə dair iddia qaldıranda nə üçün ondan əlavə 2000 manat da borc pul aldığını qeyd etməmişdir. Demək ki, iddiaçının qeyd etdikləri hamısı yalan və böhtandır. Əgər iddiaçıdan 2018-ci ilin mart ayında 2000 manat borc pul alsaydı iddiaçı bunu 2019-cu ildə Lənkəran Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsində qeyd edəcəkdi, lakin etməmişdir, demək ki, belə bir hal olmamışdır. Məhkəmə onun qeyd edilən dəlilinə diqqət yetirməmiş və nəticədə iddiaçının təqdim etdiyi 3 şahidin ifadəsi ilə qətnamə qəbul etmişdir. Hansı ki, həmin şahidlərdən biri Səfərov Ədalət Əbdülhəsən oğlu 2019-cu ildə də məhkəmədə şahid qismində ifadə vermişdir. Məhkəmə eyni predmet üzrə baxılan işə xitam verməli olduğu halda, iş üzrə qətnamə qəbul etmiş və onun qanunla qorunan hüquqularını pozmuşdur. İddiaçı onun ona borclu olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, məhkəmə isə işdə olan sübutlar əsasında, daha doğrusu olmayan sübutlar əsasında işə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, qanunvericliyin tələbinə görə şahid ifadəsi o zaman mötəbər sübut qəbul edilir ki, onun ifadəsi təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapmış olsun. Heç bir sübut əlavə etmədən yalnız 3 şahid məhkəməyə təqdim elməklə və məhkəmə tərəfindən həmin həmin şahidləri ifadələri əsas götürülməklə iddianın təmin edilməsi əsassızdır. İddiaçının hazırda ondan 2000 manat pul tələb etməsi absurddur. Hakim işin faktiki hallarını nəzərə almamış və nəticədə əsassız qətnamə qəbul edərək onun hüquqlarını pozmuşdur. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir (təmsil olunmamışdır). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin (nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(049)- 3101/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işdə olan birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Səfərov Ədalət Əbdülhəsən oğlu ifadəsində göstərmişdir ki, İddiaçı Fətula oğlu onun kürəkənidir, cavabdehi isə kürəkəninin tanışı kimi tanımışdır. 2018-ci ilin mart ayında kürəkəni İddiaçı iki dostu ilə onun yaşadığı Lənkəran rayonu Girdəni kəndindəki evinin həyətinə gəlmişdir. O, evin eyvanında olmuş və kənardan onlara baxmışdır. Bir qədər sonra hazırda cababdeh olan Cavabdeh oraya gəlmiş və kürəkəni İddiaçı pul sayaraq Cavabdeh vermişdir. Pulun miqdarını həmin vaxt bilməmişdir. Daha sonra kürəkənindən bu barədə soruşduqda, sonuncu ona Pərvizin Axundovun tanışı olduğunu, 2000 manat borc verdiyini və üç aya qaytaracağını bildirmişdir. Daha sonra bu barədə maraqlanmamış, sonradan bilmişdir ki, Cavabdeh borcunu qaytarmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Hümmətov Ramid Cəsayıl oğlu ifadəsində göstərmişdir ki, İddiaçı ilə dostdur, Cavabdeh Məmməd oğlunu isə İddiaçı tanışı kimi tanımışdır. 2018-ci ilin mart ayının ortalarında o, İddiaçı və digər dostu Amil Hüseynovla birlikdə İddiaçı qaynatası Ədalət Səfərova məxsus, Lənkəran rayonu Girdəni kəndində olan evin həyət qapısının qarşısında olan zaman Cavabdeh avtomobil ilə gələrək onlarla görüşmüş və həmin vaxt Pərviz Babayev onların yanında 2000 manat sayaraq Cavabdeh vermişdir. Cavabdeh pulu aldqdan sonra avtomobili ilə oradan uzaqlaşmışdır. Həmin vaxt Cavabdeh avtomobilinin nömrəsinə fikir verməmiş və hadisənin üstündən xeyli vaxt keçdiyindən avtomobil yadında qalmamışdır. Sonradan bu barədə İddiaçı soruşduqda, sonuncu Cavabdeh borc verdiyini bildirmişdir. Bir müddət sonra, təxminən 4-5 ay keçdikdən sonra İddiaçı ona Cavabdeh borcunu qaytarmadığını və buna görə də, onunla birlikdə Cavabdeh məxsus evə və iş yerinə getməyi xahiş etmiş və o, İddiaçılə birlikdə 4-5 dəfə Cavabdeh evinə və iş yerinə getmiş, lakin Cavabdeh tapa bilməmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Hüseynov Amil Şahüseyn oğlu ifadəsində göstərdi ki, İddiaçı ilə dostdur, Cavabdeh Məmməd oğlunu isə İddiaçı tanışı kimi tanımışdır. 2018-ci ilin mart ayının ortalarında o, İddiaçı və digər dostu Amil Hüseynovla birlikdə İddiaçı qaynatası Ədalət Səfərova məxsus, Lənkəran rayonu Girdəni kəndində olan evin həyət qapısının qarşısında olan zaman Cavabdeh avtomobil ilə gələrək onlarla görüşmüş və həmin vaxt Pərviz Babayev onların yanında 2000 manat sayaraq Cavabdeh vermişdir. Cavabdeh pulu aldqdan sonra avtomobili ilə oradan uzaqlaşmışdır. Həmin vaxt Cavabdeh avtomobilinin nömrəsinə fikir verməmiş və hadisənin üstümdən xeyli vaxt keçdiyindən avtomobil yadında qalmamışdır. Sonradan bu barədə İddiaçı soruşduqda sonuncu Cavabdeh borc verdiyini bildirmişdir. Bir müddət sonra, təxminən 4-5 ay keçdikdən sonra İddiaçı ona Cavabdeh borcunu qaytarmadığını və buna görə onunla birlikdə Cavabdeh məxsus evə və iş yerinə getməyi xahiş etmiş və o, İddiaçılə birlikdə 4-5 dəfə Cavabdeh evinə və iş yerinə getmiş, lakin Cavabdeh tapa bilməmişlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi yekun qənaətə gələrkən iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və bunlara lazımi hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən şahid ifadələrinə istinad etmişdir. Apellyasiya şikayətində istinad edilən şahid ifadələrinə dair qeyd edilməlidir ki, həmin şahidlər qohumu və dostları olmaqla iddiaçıya yaxın şəxslərdir. Həmin şəxslərin bildirdikləri mötəbər sayıla bilməz. Hətta, şahidlərin ifadələrində göstərdikləri məlumatlar hazırkı iddia tələbinin təmin edilməsini şərtləndirən baş verməsi iddia edilən hadisəni dolğun şəkildə tam təfsilatı ilə özündə ifadə etmir. Nəzərə alınmalıdır ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə iddiaçının izahatı şahid ifadələri və digər sübutlarla tam təsdiq edilmir. Bununla yanaşı, kollegiya qeyd edir ki, tərəflər arasında 2019-2020-ci illərdə 1009 manat məbləğində borc tələbi ilə əlaqədar məhkəmə mübahisəsi baş vermişdir. Həmin iş üzrə məhkəməyə təqdim edilmiş qüvvədə olan qətnamələrdən də görünür ki, orada hazırkı iş üzrə İddiaçı Cavabdeh Məmməd oğlunun ona başqa borcunun da olmasını bildirməmiş, cavabdehin ona başqa, yəni hazırkı iddianın əsasını təşkil edən 2000 manat məbləğdə borcu olduğu halda, hazırkı iddianı həmin işdən 2 ildən artıq müddət ötdükdən sonra irəli sürmüşdür. Bu hal da özlüyündə hazırkı iddianın əsaslılığını şübhə altına alır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış mövcud sübutlara baxdıqdan sonra onlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi hazırkı qətnaməni hər hansı mötəbər sübuta istinad edilmədən yalnız iddiaçının izahatına və onun yaxınları olan şahidlərin ifadələri əsasında yaranan mülahizə və ehtimala əsaslanmaqla qəbul etmişdir. Bununla da, məhkəmə qətnaməsi lazımi sübutlarla təmin olunmamışdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). Kollegiya əlavə olaraq diqqətə çatdırır ki, eyni tərəflər arasında eyni predmet üzrə eyni əsaslarla başqa bir işə baxılması iş materialları ilə təsdiq olunmur və bu baxımdan hazırkı iş üzrə icraata xitam üçün əsaslar m üəyyən edilmir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(049)-3101/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh Məmməd oğluna qarşı 2000 manat məbləğdə borc pulun alınması tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh Məmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(049)-3101/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Məmməd oğluna qarşı 2000 manat məbləğdə borc pulun alınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-645/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-645/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver