Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-645/2025 02.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, cavabdeh X4 və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı “yaşayış sahəsinə X9” tələbi barədə iddia ərizəsi və cavabdeh X4 İddiaçı qarşı “evdən çıxarılma və cehiz-əmlakın çıxarılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-106/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X6 qarşı “yaşayış sahəsinə X9” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X13 - hazırda 2023-cü ildən cavabdeh X4 mülkiyyətində olan 2007-ci ildə ailə qurmaq məqsədi ilə gəlin köçərək yaşadığı Salyan şəhəri, Heydər Əliyev küçəsi, ev 169 ünvanda yerləşən 02 mərtəbəli fərdi yaşayış evində yaşamaq hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X11 onun keçmiş qaynanasıdır. O, Nümayəndə ilə 2007-ci ildə rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 adlı uşaqları doğulmuşdur. Nikahları Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(053)-33/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Ailə qurduqdan sonra o, həmin vaxtı cavabdehin mülkiyyətində olmayan ünvan 1 ünvanına yerləşən fərdi yaşayış evinə gəlin köçərək orada yaşamağa başlamışdır. Hal-hazırda da uşaqları ilə birlikdə həmin evdə yaşayır. Uşaqları yaşadığı evin yaxınlığında yerləşən Salyan şəhəri, A.Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb liseydə oxuyurlar. Özü isə nikahdan əvvəl fasiləsiz olaraq bu günə kimi Salyan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Doğum evində tibb bacısı vəzifəsində işləyir. Salyan şəhərində yaşamağa başqa yaşayış sahəsi yoxdur. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh Salyan Rayon Məhkəməsində onu və uşaqlarını evdən çıxarmaq barədə iddia qaldırmaqdan ötrü sənədsiz evi 2023-cü ildə təcili sənədləşdirərək Salyan rayon 2 saylı Xüsusi Notariat kontorunda xx.xx.2023-cü il tarixdə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması Müqavilə ilə X2 şəhəri, H.Əliyev küçəsi, ev 169 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi qardaşı arvadı olan (cavabdeh) X6 hədiyyə etmişdir. Halbuki, həmin ünvan 2 ünvanda bir fərdi yaşayış evi var. Hemin yaşayış evi 02 mərtəbədən 02-ci mərtəbə 04 otaq, 01-ci mərtəbədə 03 otaq var. Cavabdeh oğlu ilə birlikdə evin birinci mərtəbəsində yaşayırlar. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh özü qəsdən yaşayış otaqlarının sayının ümumilikdə 07 otaq olduğu halda 03 otaq kimi qeyd etdirmişdir. Cavabdeh qısa müddətdə çıxarış alaraq 2023-cü ildə məhkəmədə ona qarşı evdən çıxarılması və cehiz-əmlakının çıxarılması tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2028-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Məhkəmə qətnaməsi qanunu qüvvəsini almamışdır. O, məhkəmənin sözü gedən qətnaməsindən narazıdır və apellyasiya şikayəti verəcəkdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Hal-hazırda onun özünün başqa yaşayış sahəsi təmin etmək üçün imkanı yoxdur. Himayəsində iki yetkinlik yaşına çatmayan uşaq var. Onların bütün ehtiyacları onun tərəfindən qarşılanır. Bu səbəblərdən də onun gəlirləri özünün və uşaqlarının yeni yaşayış sahəsi ilə təmin etməyə imkan vermir. İddiaçı tələbini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2, 30.4 və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 228.5-ci maddələrinə istinadan əsaslandırmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ilə müraciət edərək xx.xx.2024-cü ildə yazdığı ərizəsində Salyan şəhəri, H.Əliyev küçəsi 169A yazmaq əvəzinə səhvən 166A qeyd etdiyini bildirərək, dəyişikliyin nəzərə alınmasını xahiş etmişdir. X11 məhkəməyə “evdən çıxarılma və cehiz-əmlakının çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək göstərmişdir ki, Salyan Rayon Məhkəməsində hazırda icraatda olan və onun cavabdeh olduğu İddiaçı “yaşayış sahəsinə X9” tələbinə dair 2(057)- 106/2024 saylı mülki iş var. Həmin mülki iş üzrə aşağıdakı məzmunda “Qarşılıqlı iddia ərizəsi” ilə müraciət edir. ünvan 3 yerləşən reyestr nömrəsi **********31- 10301 saylı qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixdə AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Dövlət Reyestrindən çıxarışa əsasən əsasən onun xüsusi mülkiyyəti olan fərdi yaşayış evinin sahəsi 149 kvadratmetrdir. Həmin fərdi yaşayış evində təkcə o və oğlu Nümayəndə qeydiyyatdadırlar. Cavabdeh İddiaçı oğlu - Nümayəndə keçmiş həyat yoldaşıdır və xx.xx.2021-ci il tarixində Neftçala Rayon Məhkəməsinin 2(053)-33/2021 saylı qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 dünyaya gəlmişdir. Cavabdeh və uşaqları özbaşına olaraq onun mülkiyyətində olan fərdi yaşayış evini zəbt etmişdir və hal-hazırda təmir işləri aparmaqla yaşayır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq evdən çıxmaq istəmir. Cavabdehin yaşamağa evi var və başqa ünvanda qeydiyyatdadır. Bilərəkdən onun xüsusi mülkiyyət hüququnu pozurlar. Cavabdeh İddiaçı, xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 yaşadığı fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olduğu üçün İddiaçı, xx.xx.2008ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 mülkiyyətimdə olan evdən çıxarılmalıdır. Odur ki, cavabdeh İddiaçı və uşaqları xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 onun xüsusi mülkiyyətində olan ünvan 3-da yerləşən fərdi yaşayış evindən çıxarılması və ona məxsus olan cehizəmlakının çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-106/2024 saylı qətnaməsi (hakim Ə.Məmmədli) ilə İddiaçı cavabdeh X6 qarşı “yaşayış sahəsinə X9” tələbi barədə iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, cavabdeh İddiaçı və uşaqları xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X13 X4 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ona məxsus cehiz əmlakları ilə birlikdə çıxarılması, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Nümayəndə (cavabdehin oğlu) ilə xx.xx.2007-ci il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq mübahisəli mənzildə birgə yaşamağa başlamışlar. Həmin vaxt evin mülkiyyətçisi cavabdehin qaynanası X15 olmuş, sonuncu vəfat etdikdən sonra vərəsəlik qaydasında xx.xx.2022-ci il tarixdə X3 mülkiyyətinə keçmişdir. xx.xx.2023-cü il tarixdə həmin fərdi yaşayış evi Cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mübahisəli mənzildə yaşasa da Neftçala rayonu, Qaçaqkənd kəndində qeydiyyatdadır. Tərəflər arasında hüquq münasibətləri 2007-ci ildə yaranmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyd olunan mənzilin mülkiyyətçisi olan keçmiş qayınanasının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından çıxmaq istəmədiyi mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də, iddiaçı bu istəyi keçmiş ərinin deyil, əvvəlki mülkiyyətçi eləcə də hazırki mülkiyyətçi keçmiş qaynanasının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından,iddiaçı qaynanasının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmamışdır. İddiaçının cavabdehin mülkiyyətində olan mənzildə yaşaması, onun həmin mənzildən istifadə hüququnun yaranmasına əsas vermir. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə İddiaçı X6 qarşı “yaşayış sahəsinə X9” tələbi barədə ilkin iddia tələbi təmin edilməməli, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və uşaqları xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 xüsusi mülkiyyətində olan ünvan 3-da yerləşən fərdi yaşayış evindən ona məxsus cehiz əmlakları ilə birlikdə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələri, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 771., 217.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qeyd olunan bu hallara əsasən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları qanunvericiliyə uyğun olaraq yetərincə araşdırılmamış, qanunvericiliyin tələbləri doğru və düzgün diqqətə alınmamış, nəticədə qanunsuz və əsassız yekun qərar qəbul olunmuşdur. AR-nın Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd olunan maddənin məzmunundan görünür ki, o, cavabdehlə, yəni mülkiyyətçi ilə birgə yaşayan ailə üzvü olduğundan və onun uşaqları da yetkinlik yaşına çatmadıqlarından həmin evdə yaşamaq hüquqları var. Həmçinin onun nikahının pozulması həmin yaşayış evindən istifadə hüququnun itirilməsinə səbəb olmur. Maddənin tələbindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları qanunvericiliyə uyğun olaraq yetərincə araşdırılmamış, qanunvericiliyin tələbləri doğru və düzgün diqqətə alınmamış, nəticədə qanunsuz və əsassız yekun qərar qəbul olunmuşdur.AR-nın Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yəni iddiaçı onunla razılığa gəlməli və ya istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi bu iş üzrə qətnamə qəbul edərkən yuxarıda öz əksini tapmış qanunun tələbini pozmuş, bununla da qanunsuz və əsassız yekun qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən onun və uşaqlarının həmin yaşayış evində istifadə və yaşamaq hüququnun olub-olmaması səbəbləri yetərincə araşdırılmamış və aydınlaşdırılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsi, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və 2(057)-106/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnam qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək uşaqların yetkinlik yaşına çatana qədər həmin evdə qalmalarını, mənzildən istifadə hüquqlarının tanınmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X11 və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 146.1--ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarı: “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarı: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsi, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və 2(057)-106/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnam qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-106/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-106/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı X6 qarşı “yaşayış sahəsinə X9” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X13 - hazırda 2023-cü ildən cavabdeh X4 mülkiyyətində olan 2007-ci ildə ailə qurmaq məqsədi ilə gəlin köçərək yaşadığı ünvan 4 ünvanda yerləşən 02 mərtəbəli fərdi yaşayış evində yaşamaq hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X11 məhkəməyə “cavabdehin və cehiz-əmlakının evdən çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı, uşaqları xx.xx.2008- ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 ilə birlikdə xüsusi mülkiyyətində olan ünvan 3-da yerləşən fərdi yaşayış evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeyd olunan mənzilin mülkiyyətçisi olan keçmiş qayınanasının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından çıxmaq istəmədiyi mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də, iddiaçı bu istəyi keçmiş ərinin deyil, əvvəlki mülkiyyətçi eləcə də hazırki mülkiyyətçi keçmiş qaynanasının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından,iddiaçı qaynanasının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmamışdır. İddiaçının cavabdehin mülkiyyətində olan mənzildə yaşaması, onun həmin mənzildən istifadə hüququnun yaranmasına əsas vermir. Ona görə də, iddia əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməyərək qarşılıqlı iddianı təmin etməkdə haqlı olmuş olsa da, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etməsini əsaslandırmamışdır. Halbuki Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi). Konstitusiyada nəzərdə tutulmuş hər kəsin məhkəmədə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilə bilər (N.Musayevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2010-cu il tarixli qərarı). Məhkəmə tərkibi qeyd edir ki, məhkəmə müdafiəsi məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur. Hər hansı şəxs məhkəməyə müraciət edərək onun tələbi üzrə araşdırma aparılaraq yekun hüquqi nəticəyə gəlinən zaman maddi və prosessual hüquq normaları fərqli qaydada tətbiq edilir. Belə ki, mübahisə predmeti üzrə tərəflər arasında mübahisəyə hüquq münasibəti baş verən zaman qüvvədə olan maddi hüquq norması tətbiq edilməli olduğu halda, işin faktiki halları müəyyən edilməsindən ötrü sübutlar qiymətləndirilən zaman isə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibəti yaranan zaman qüvvədə olan maddi hüquq normasının tətbiq edilməsini qanunverici ona görə zəruri hesab etmişdir ki, mülki hüquq münasibətlərinin müəyyənliyi və sabitliyi təmin edilsin. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013- cü il tarixli qərarı). Məhkəmə tərkibi hesab edir ki, İddiaçı cavabdeh X6 qarşı “yaşayış sahəsinə X9” tələbinə dair iddia ərizəsi və apellyasiya şikayətinın dəlilləri əsassız olduğundan təmin edilə bilməz. İddiaçı 2007-ci ildən Nümayəndə ilə rəsmi nikaha daxil olmuş və həmin vaxt mübahisəli evə gəlin köçmüşdür. Hal-hazırda da uşaqları ilə birlikdə həmin evdə yaşayır. Göründüyü ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 2007-ci ildən yaranmışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, mübahisəli fərdi yaşayış evinə X3 mülkiyyət hüququ xx.xx.2022-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, mübahisəli fərdi yaşayış evi cavabdeh X7 bağışlanmış və onun mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə tərkibinin qənaətinə görə X3 məhkəmə mübahisəsi yaranana qədər yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən fərdi yaşayış evinə onun gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. X1 mübahisəli evə mülkiyyət hüququ əldə etdikdən sonra həmin evi iş üzrə cavabdeh olan X7 bağışlanmışdır. “X.Məmmədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının istifadə hüuqunun tanınması arzu edilən ev üzərində mülkiyyət hüququ xx.xx.2022-cü il tarixdə yarandığından, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarı baxımından tərəflər arasında münasibətə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülkiyyətçinin ailə üzvlərinin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumların anlayışı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Beləliklə məhkəmə tərkibi qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi üzərində cavabdeh X5 mülkiyyət hüququ mövcuddur. Cavabdehlə iddiaçı arasında isə fərdi yaşayış evindən istifadəsi ilə bağlı heç bir qanuni razılaşma yoxdur və hal-hazırda cavabdeh iddiaçını qəbul etmir. Yəni tərəflərin birgə yaşamaqla bağlı könüllü razılaşması da mümkün deyildir. Məhkəmə tərkibi göstərilənlərə əsasən yekun qənaətə gəlir ki, İddiaçı cavabdeh X6 məxsus fərdi yaşayış evindən X9nı tələb etməsi üçün heç bir maddi hüquqi əsası yoxdur. Yəni iddiaçının tələb hüququ yaranmamış, iddianın təmini üçün heç bir maddi hüquqi əsas yoxdur. Məhkəmə tərkibi qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. İrəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçının mübahisəli evə mülkiyyət mülkiyyət hüququ mövcuddur. Onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehin mübahisələndirilən ev üzərində qanunla qorunan hər hansı əmlak hüquqları yoxdur. Cavabdeh hər hansı hüquqları olmadığı halda həmin evdən istifadə edir. İddia tələbinin hüquqi əsası kimi qeyd olunan normanın dispozisiya şərtlərindən görünür ki, əşya üzərindəki mülkiyyət hüququna qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi bu hərəkətlərə son qoyulmasını və maneçiliyin aradan qaldırılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, daşınmaz əşyaların hüquqi rejiminə görə belə əşyalar üzərindəki sahiblik daşınmaz əmlakın dövlət reyestrindəki qeydlə müəyyən edilir. Bu baxımdan həmin qeyd silinmədiyi hallarda əşya hüquqi baxımdan başqasının sahibliyində sayılmır (götürülməmiş hesab edilir). Başqa şəxsin daşınmaz əşyanı öz təsir dairəsində saxlaması (oradan istifadə etməsi, əşyalarını çıxarmaması və s.) isə mülkiyyət hüququna maneçilik törədilməsinə dəlalət edir. Hazırkı işin faktiki halları ilə qeyd edilən normanın dispozisiya şərtləri bir-biri ilə uzlaşır. Baxılan iş üzrə evin mülkiyyətçisinin ona sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçilərin cavabdehin evdən istifadə hüququna razılıq verməyə borclu olsun. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin mülkiyyətindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan ev üzərində cavabdehin hər hansı hüquqlara malik olmadığı halda, həmin evdən istifadə etməsi iddiaçının öz mülkiyyətindən lazımı qaydada istədiyi kimi istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, iddiaçının xüsusi mülkiyyətində olan ev üzərində cavabdehin hər hansı hüquqlara malik olmadığı halda, həmin evdən istifadə etməsi iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı, cavabdeh öz əşyaları ilə birlikdə evdən çıxarılmalıdır. Məhkəmə tərkibi çıxarılacaq əmlaklarla bağlı qeyd etməyi lazım bilir ki, İddiaçı məhkəmə iclasında özünə məxsus əşyaların siyahısını məhkəməyə təqdim etmiş, cavabdeh X11 isə siyahıda qeyd edilən əşyaların həqiqətən mövcud olduğunu və həmin əşyaların çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, məhkəmə iclasında təqdim edilən siyahıda qeyd edilən İddiaçı aid əşyalar çıxarılmalıdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə qarşılıqlı iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisəni mahiyyəti üzrə həll etməli maddi hüquq normalarını tətbiq etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, ilkin iddia üzə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-106/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia üzrə İddiaçı cavabdeh X6 qarşı “yaşayış sahəsinə X9” tələbi barədə ilkin iddia tələbi təmin edilməməli, ilkin iddia üzrə cavabdeh X4 ilkin iddia üzə İddiaçı qarşı “evdən çıxarılma və cehiz-əmlakın çıxarılması” tələbi barədə qarşılıqlı iddiası təmin edilməli, cavabdeh İddiaçı, uşaqları xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 iddiaçı X4 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ona məxsus cehiz əmlakları ilə birlikdə çıxarılmalı, ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İlkin iddia üzə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-106/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X6 qarşı “yaşayış sahəsinə X9” tələbi barədə ilkin iddia tələbi təmin edilməsin. Cavabdeh X4 İddiaçı qarşı “evdən çıxarılma və cehiz-əmlakın çıxarılması” tələbi barədə qarşılıqlı iddiası təmin edilsin. İddiaçı, uşaqları xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X17 iddiaçı X4 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ona məxsus cehiz əmlakları ( qorka mebel, divan-kreslo, stol, 6 ədəd stul, televizor, televizor altlığı, uşaqlar üçün alınmış pianino, çılçıraq(qonaq otağı), taxt, 4 qapılı şifoner, 2 ədəd tumba, tikiş maşını, 2 ədəd çarpayı, çılçıraq(yataq otağı), mətbəx mebeli, soyuducu, mətbəx masası(stulları daxil edilməklə), paltaryuyan, mikrodalğalı soba, soba, paltar siyirməsi, termo, parta(uşaqlar üçün), 2 ədəd kreslo, 2-ci dəhlizdəki stol və 6 stul, ayaqqabı altlığı) ilə birlikdə çıxarılsın. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-645/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-645/2025
02.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver