Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-650/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(041)-344/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 3497 manat məbləğdə pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(041)-344/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh 17 iyul 2020-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(041)-344/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək, məhkəmədən buraxılmış müddəti bərpa edərək apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(041)-344/2020 saylı qərardadına əsasən Kürdəmir Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(041)- 344/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh 13 fevral 2023-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(041)-344/2020 saylı qərardadından şikayət verərək qərardadın ləğvini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Həmin məhkəmənin 13 fevral 2023-cü il tarixli 2(041)-344/2020 saylı qərardadı ilə Cavabdeh Kürdəmir Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(041)-344/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi və qərardaddan aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət verilməsinin mümkünlüyü izah edilmişdir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(041)-344/2020 saylı qərardadından verilmiş şikayətinə münasibətdə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması müəyyən edilmir. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən məhkəmənin 13 fevral 2023-cü il tarixli 2(041)-344/2020 saylı qərardadından verilmiş şikayətə baxdığı halda, cavabdehin Kürdəmir Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(041)-344/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 267.3-cü maddəsinə görə şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 269-cu maddəsinin tələbinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlayır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(041)-344/2020 saylı qərardadından Cavabdeh şikayətinə baxılsa da, yekunda məhkəmə MPM-in 269-cu maddəsinə uyğun hər hansı qərar qəbul etməyərək, iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu da, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmadığını göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Golder Birləşmiş Krallığa qarşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 267-269, 372, 384, 391 və 402- ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(041)-344/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və həmin şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə uyğun baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-650/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-650/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver