Məhkəmə qərarları › İş №2(106)-659/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-659/2025

01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-659/2025 01.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyana görə pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1226/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 01 aprel 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənə vurulmuş olan 40250 (qırx min iki yüz əlli) manat məbləğində maddi ziyanın və ödənilmiş olan 211 (iki yüz on bir) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh onun bacısının həyat yoldaşıdır. Cavabdeh oğlu ilə birlikdə, ondan evini girov qoyaraq pul götürəcəklərini, həmin borcu tezliklə qaytaracağına əmin etmişdir. Cavabdeh və oğlu onun yaxın qohumu olduğundan onlara inanmışdır. Belə ki, uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə onun ipoteka qoyan qismində Bank aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi onun mülkiyyətində olan Sumqayıt şəhəri 5- ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzil Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmişdir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli, 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı və xx.xx.2020- ci il tarixli, 005R200298P330SB saylı sazişlər ləğv edilmişdir. Cavabdehlər Cavabdeh, X8, İddiaçı, X2 və Cəfərov RaufYaşar oğlundan 005R********** saylı kredit razılaşması üzrə 9.038,02 manat əsas borc,1.188,15 manat faiz borcu, 290 manat cərimə borcu, 005R********** saylı kredit razılaşması üzrə 30991,47 manat əsas borc, 3529,21 manat faiz borcu, 1200 manat cərimə borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, ümumilikdə 46681,85 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tələb İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilinə yönəldilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilin ilkin satış qiyməti 23.100 manat məbləğində olmaqla açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi cavabdeh İddiaçı qaytarılsın. Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzili açıq hərracdan satıldıqdan 1 ay sonra sonra İddiaçı həmin mənzildən çıxarılsın və həmin mənzil boşaldılsın. O, da evinin həddindən artıq ucuz qiymətə satılmasına narahat olduğundan, məcbur olub evini dəyərindən aşağa qiymətə satılmasına razılıq vermiş və nəticədə əlli min manatadək ziyana düşmüşdür. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 2023-12.01-17 tarixli 082833 №-li məktubunda qeyd edilmişdir ki, 01 dekabr 2023-cü il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, 16 iyul 2019-cu il 005R********** nömrəli kredit müqaviləsi üzrə zamin qismində "xxxx" Qapah Səhmdar Cəmiyyəti qarşısında 27000 manat və 29 yanvar 2020-ci il 005R********** nömrəli kredit müqaviləsi üzrə zamin qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında 35000 manat həcmində zamin qismində "xxxx" Qapah Səhmdar Cəmiyyəti qarşısında borc öhdəliyiniz möycud olmuşdur. Həmin borc öhdəliyinizi tam olaraq yerinə yetirmisiniz və hazırda həmin Kredit Müqaviləsi üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında zamin qismində öhdəliyiniz mövcud deyildir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 078532 №-li icraata xitam məktubunda qeyd edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e2-2(121)-26/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Cavabdeh, İddiaçı və qeyrilərindən cəmi 46681.85 manat borcu və 51 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" QSC-yə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi üzrə təyin olunmuş məbləğin tam olaraq ödənildiyini nəzərə alaraq “İcra Haqqında” Azərbaycan Respublikasının qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin cavabdeh həmin vaxtdan bəri ona heç bir ödəniş etməmişdir. Bu əməli ilə cavabdeh ona 5000 manata yaxın maddi ziyan vurmuşdur. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı cavabdehin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. O, cavabdehdən vurduğu ziyanı ödəməsini dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1226/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Elxan Əmirəliyev), iddia təmin edilməsi, Cavabdeh dəymiş zərərə görə 40250 (qırx min iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 211 (iki yüz on bir) manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı, onun bacısı oğlu və mən uzun illər bizneslə məşğul olub qazanc əldə etmişik. Belə ki, mənim 28 may ərazisində telefon dükanım olmuş, iddiaçı da pul lazım olan zaman özünə məxsus evi bir neçə dəfə ipotekaya qoyub pul götürmüş həmin pulu bu işə yatıraraq məndən qazanc almış və krediti də özü ödəmişdir. Sonradan pandemiya zamanı bir çox şəxs kimi mənim də maliyyə vəziyyətim çətinləşmiş və borclar yığılmış, mağazanı bağlamağa məcbur olmuşam. Buna baxmayaraq iddiaçı, onun bacısıoğlu və mən toplaşıb haqq-hesab etmiş, onlara düşən pulu özlərinə qaytararaq yollarımızı ayırmışıq. Həmin ayrılıqdan sonra əvvəlki razılaşmalarımız kimi bu dəfə də mənim adıma götürülmüş olan krediti iddiaçı özü ödəməli idi. Çünki həmin puldan mənə heç vaxt, heç nə çatmamış, sadəcə olaraq adıma vöen olması və mağazamın olması səbəbindən kredit mənim adıma rəsmiləşdirilir və iddiaçı ödəyib bağlayırdı. Onunla yollarımız ayırdıqdan sonra isə heç bir insanlığa, qohumluğa sığmayan şəkildə krediti qəsdən ödəməmiş, öz evini guya aşağı qiymətə satmış, gedib daha bahalı mənzil almış, krediti bağlamış və hazırda da həmin məbləği məndən tələb etmişdir. Məhkəmə prosesindən isə mənim xəbərim olmamışdır ki, ən azından gəlib baş verənləri olduğu şəkildə məhkəmənin diqqətinə çatdırım. Belə bir işin olmasından yalnız poçtla icra şöbəsindən bildirişin gəldiyi 20 noyabr tarixində məlumat tutmuş, həmin gün məhkəmə sistemində qeydiyyatdan keçmiş və orada barəmdə çıxarılmış olan məhkəmə qətnaməsi ilə tanış olmuşam. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Əmralıyev X6 Rayon Məhkəməsinin 2(073)-1226/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1226/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1226/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. 16.1-ci maddəsinə əssən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirtdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 311.2-ci maddəsinə əsasən əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1226/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 005L**********07 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 120 ay müddətinə 100000 ABŞ dolları məbləği olmaqla kredit xətti açılmışdır. İş materiallarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh 27.000 manat məbləğində kredit vəsaiti aylıq 1,75 faiz olmaqla, 12 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli köçürmə sənədindən görünür ki, 27.000 manat məbləğində kredit vəsaiti Cavabdeh müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşmasından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh 35.000 manat məbləğində kredit vəsaiti aylıq 1,75 faiz olmaqla, 15 ay müddətinə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli köçürmə sənədindən görünür ki, 35.000 manat məbləğində kredit vəsaiti Cavabdeh müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı, xx.xx.2020-ci il tarixli 005R**********SB saylı sazişlərin surətindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 005L**********07 saylı uzun müddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə bağlanmış 005R********** saylı kredit razılaşması əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişlərə əlavə olunan ödəniş planına uyğun olaraq banka ödəməlidir. İşdən görünür ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 005L**********07 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərini icra etmək məqsədi X5 ilə xx.xx.2018-ci il tarixdə, X12 ilə xx.xx.2020-ci il tarixdə, İddiaçı ilə 05 fevral 2019-cu il tarixdə, X14 ilə 29 yanvar 2020-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İşin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən, cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən 19/132 B nömrəli evin 28 saylı mənzili kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B saylı ev, 28 nömrəli mənzil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Şirvan Kommersiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, e-2-2(121)- 26/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli, 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı və xx.xx.2020-ci il tarixli, 005R**********SB saylı sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh, X8, İddiaçı, X1 və X7 005R********** saylı kredit razılaşması üzrə 9.038,02 manat əsas borc, 1.188,15 manat faiz borcu, 290 manat cərimə borcu, 005R********** saylı kredit razılaşması üzrə 30.991,47 manat əsas borc, 3.529,21 manat faiz borcu, 1.200 manat cərimə borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, ümumilikdə 46.681,85 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilinə yönəldilməsi, İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilin ilkin satış qiyməti 23.100 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzili açıq hərracdan satıldıqdan 1 ay sonra sonra İddiaçı həmin mənzildən çıxarılması və həmin mənzil boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqısatqısı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilini X3 49000 manata satmışdır. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 082833 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə bağlanmış 005R********** saylı kredit müqaviləsi üzrə zamin qismində 27000 manat və xx.xx.2020-ci il tarixli, 005R********** saylı kredit müqaviləsi üzrə zamin qismində 35000 manat "xxxx" QSC qarşısında öhdəliyi olmuş, lakin həmin borc öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, həmin kredit müqavilələri üzrə "xxxx" QSC qarşısında zamin qismində öhdəliyi mövcud deyildir. İş materiallarının tədqiqindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı qohumluq əlaqələri vardır. Cavabdeh oğlu ilə birlikdə, İddiaçı evini girov qoyaraq pul götürəcəklərini, həmin borcu tezliklə qaytaracağına əmin etmişdir. Cavabdeh və oğlu İddiaçıin yaxın qohumu olduğundan iddiaçı onlara inanmışdır. Belə ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 005L**********07 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ipoteka qoyan qismində Bank ilə bağlanılmış xx.xx.2019-cu il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri 5ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzil Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən ipoteka qoyana xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı və xx.xx.2020-ci il tarixli 005R200298P330SB saylı sazişlər ləğv edilmiş, cavabdehlər Cavabdeh, X8, İddiaçı, X2 və X7 005R********** saylı kredit razılaşması üzrə 9.038,02 manat əsas borc, 1.188,15 manat faiz borcu, 290 manat cərimə borcu, 005R********** saylı kredit razılaşması üzrə 30.991,47 manat əsas borc, 3.529,21 manat faiz borcu, 1.200 manat cərimə borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, ümumilikdə 46.681,85 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilinə yönəldilməsi, İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilinin ilkin satış qiymətinin 23100 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzili açıq hərracdan satıldıqdan 1 ay sonra sonra İddiaçı həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması qət edilmişdir. İddiaçı evinin həddindən artıq ucuz qiymətə satılmasına narahat olduğundan, məcbur olub evini dəyərindən aşağı qiymətə satılmasına razılıq vermiş və nəticədə evini 49000 manata satmışdır. Həmin məbləğin 40250 manatını Cavabdeh banka olan borcunun bağlanılmasına görə ödəmişdir. Beləliklə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra edilməməsi nəticəsində İddiaçı vurulmuş zərərin miqdarı 40250 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 311.2-ci maddəsinə əsasən əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 005L**********07 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı ipoteka qoyan qismində Bank ilə bağlanılmış xx.xx.2019-cu il tarixli 005M**********01 saylı ipoteka müqaviləsi İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzil Cavabdeh kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən ipoteka qoyana xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 005R********** saylı kredit razılaşması, xx.xx.2020-ci il tarixli 005R**********S saylı, xx.xx.2020-ci il tarixli 005R**********SA saylı və xx.xx.2020-ci il tarixli 005R200298P330SB saylı sazişlər ləğv edilmiş, cavabdehlər Cavabdeh, X8, İddiaçı, X2 və X7 005R********** saylı kredit razılaşması üzrə 9.038,02 manat əsas borc, 1.188,15 manat faiz borcu, 290 manat cərimə borcu, 005R********** saylı kredit razılaşması üzrə 30.991,47 manat əsas borc, 3.529,21 manat faiz borcu, 1.200 manat cərimə borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, ümumilikdə 46.681,85 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilinə yönəldilməsi, İddiaçı məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzilinin ilkin satış qiymətinin 23100 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 19/132B nömrəli evin 28 saylı mənzili açıq hərracdan satıldıqdan 1 ay sonra sonra İddiaçı həmin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması qət edilmişdir. İddiaçı evinin həddindən artıq ucuz qiymətə satılmasına narahat olduğundan, məcbur olub evini dəyərindən aşağı qiymətə satılmasına razılıq vermiş və nəticədə evini 49000 manata satmışdır. Həmin məbləğin 40250 manatını Cavabdeh banka olan borcunun bağlanılmasına görə ödəmişdir. Bu hal ünvan ünvanlanmış məktubu ilə də öz təsdiqini tapmışdır. Həmin məktubda qeyd olunur ki, Alıcı-Azərbaycan Respublikası vətəndaşı X4 ilə notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə cəmi 49000 (qırx doqquz min) manat məbləğində pulun müvafiq müqavilə tərəfimdən təsdiq edildikdən sonra mənim məktubum əsasında 40245 (qırx min iki yüz qırx beş) manat satıcının Access Bank ASC-yə olan kredit borcunun ödənilməsi məqsədi ilə müvafiq hesaba köçürüldükdən sonra qalan 8755 (səkkiz min yeddi yüz əlli beş) manat satıcı-Azərbaycan Respublikasının vətəndaşı İddiaçı verilməsi üçün bankınızda olan AZ66ACAB******************** №li hesaba ödənilməsini xahiş edirəm. Göründüyü kimi İddiaçı mülkiyyətçi olaraq borclu olmadığı halda borclu Cavabdeh Accessbank” QSC-yə 40250 borcunu ödədiyindən onun Cavabdeh qarşı tələb hüququ yaranmışıdr. Cavabdeh apelyasiya şikayətinin dəlillərində iddiaçı ilə birlikdə o və bacısı oğlunun uzun müddət bizneslə məşğul olub qazanc əldə etdiklərini, 28 may ərazisində telefon dükanının olduğunu, iddiaçının da qazanc əldə etmək məqsədi ilə evini ipotekaya qoyub pul götürdüyünü, həmin pulu bu işə yatıraraq ondan qazanc aldığını, daha sonradan pandemiya dövrünə düşdüyünə görə mağazanın bağlandığını, ümumiyyətlə iddiaçının götürdüyü kreditin onun özü tərəfindən ödənilməli olduğunu bildirsə də, cavabdeh nə birinci instansiya məhkəməsində nə də apelyasiya icraatı zamanı məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı etirazını bildirməmiş, sübutlarını təqdim etməmişdir. Halbuki prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Hazırki işdə də cavabdeh kreditin iddiaçının özünün qazanc əldə etməsi məqsədi ilə götürdüyünü bildirsə də qeyd edilən halları təsdiq edən sübutları məhkəmə təqdim etməmiş, nə birinci instansiya məhkəməsində nə də apelyasiya icraatı zamanı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya qarşı öz etiraz və sübutlarını təqdim etməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddia təmin edilərək, Cavabdeh dəymiş zərərə görə 40250 manat alınıb İddiaçı verilməlidir.” Qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1226/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1226/2024 saylı, 14 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar