Məhkəmə qərarları › İş №2(106)-66/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-66/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-66/2023 17.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-13/2022 saylı, 28 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 22336,29 manat məbləğində kredit borcu, 5137,24 manat məbləğində faiz borcu və 9012,76 manat məbləğində cərimə borcu olmaqla, 002R********** saylı kredit razılaşması üzrə 18460,11 manat məbləğində kredit borcu, 3452,82 manat məbləğində faiz borcu və 6442,54 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 64841,76 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi, 22 K saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 64841,76 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi, 22 K saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh2 və Cavabdeh3 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli, 002L**********27 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 17663,71 manat ödəmiş, onun 22336,29 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 371 gün üçün hesablanmış faiz borcu 5137,24 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 371 gün üçün hesablanmış cərimə 9012,76 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqavilə üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli, 002R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1539,89 manat ödəmiş, onun 18460,11 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 349 gün üçün hesablanmış faiz borcu 3452,82 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 349 gün üçün hesablanmış cərimə 6442,54 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə, kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədilə cavabdeh – ipoteka qoyan və zamin Cavabdeh2 və Bank arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-273 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilib) əsasında ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində xüsusi mülkiyyətdə olan 0,0473 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 104,2 kv.m ümumi sahədən ibarət 22K nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* seriya nömrəli çıxarışla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində 22K saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın arvadı Cavabdeh3 həmin fərdi yaşayış evi "xxxx" QSC-nin xeyrinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək, həmin əmlakı qeyd-şərtsiz boşaltmaq barədə öhdəlik götürmüşdür. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdehə - ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin İdarədə qeydiyyata alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-13/2022 saylı, 28 fevral 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İxtiyar Abuşov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 002R********** nömrəli kredit razılaşması üzrə 22336,29 manat əsas borc, 5137,24 manat faiz borcu, 2000 manat cərimə və 002R********** nömrəli kredit razılaşması üzrə 18460,11 manat əsas borc, 3452,82 manat faiz borcu, 1600 manat cərimə, ümumilikdə 52986,46 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının alınıb iddiaçı "xxxx" QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti – Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi, 0,0473 ha torpaq sahəsində yerləşən 22 K saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin likvid qiymət kimi 76000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya olan 52986,46 manat məbləğində borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi, 0,0473 ha torpaq sahəsində yerləşən 22 K saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada daşınmaz əmlakın qiymətləndirilməsinə dair keçirilmiş tədqiqatın dəyəri (xərci) kimi hesablanmış 250 manatın alınaraq "xxxx" MMC-yə və 150 manatın alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" QSC və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı "xxxx" QSC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ipoteka predmeti olan əmlaka dair ipoteka müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi, 0,0473 ha torpaq sahəsində yerləşən 22 K saylı fərdi yaşayış evinin dəyəri 25900 manat müəyyən edilmişdir. Bundan sonra məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması üçün məhkəmənin 09 sentyabr 2021-ci il tarixli qərardadına əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən ipoteka predmeti olan fərdi yaşayış evinin bazar dəyəri 78000 manat, likvid dəyəri 72000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin rəyi ilə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunmuş məbləğlər arasında çox böyük, təxminən 3 dəfəyə yaxın fərq mövcud olduğundan bank tərəfindən əmlakın təkrar qiymətləndirilməsi barədə vəsatət verilmiş, vəsatət təmin olunaraq yenidən qiymətləndirilmə ekspertizası keçirilmiş və "xxxx" MMC-nin rəyinə əsasən ipoteka predmeti olan fərdi yaşayış evinin likvid dəyəri 80000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən qeyd olunan qiymət ziddiyyətlərinin aydınlaşdırılması məqsədilə "xxxx" MMC-yə müraciət edilmiş və "xxxx" MMC-nin rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi, 0,0473 ha torpaq sahəsində yerləşən 22 K saylı fərdi yaşayış evinin bazar dəyəri 50000 manat, likvid dəyəri isə 45000 manat müəyyən edilmişdir. Odur ki, müəyyən edilmiş 25900, 45000, 72000 və 80000 manat məbləğində olan ilkin satış qiymətləri arasındakı ziddiyyətlərə aydınlıq gətirilməsi zərurəti yaranmışdır. Yaxın ərazidə oxşar əmlakların rəsmi satış qiymətləri müqayisə olunmaqla, obyektin fərdi xüsusiyyətləri, vizual görünüşü, təmirliliyi, material sərfi və s. nəzərə alınmaqla, şübhədənkənar rəy verilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi əmlakın ilkin satış qiymətinin bazar dəyəri ilə müəyyən edilməsi hissəsində qanuni və əsaslı deyil, məhkəmə həmin hissədə doğru olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi digər rəyləri mötəbər sübut növü kimi qəbul edib qiymətləndirsə də, həmin hissədə gəldiyi mövqeyini əsaslandırmamış, iddiaçının vəsatəti əsasında ekspertiza keçirilsə də, vəsatətdə razı olmadıqları qiymətdən də artıq qiymət təyin edilmişdir. Məhkəmə sübutları hərtərəfli və tam şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına düzgün qiymət verməmişdir. Odur ki, apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 2(055)-13/2022 saylı, 28 fevral 2022-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 76000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, əmlakın ilkin satış qiymətinin "xxxx" MMC-nin rəyinə əsasən 45000 manat olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında bağlanmış 10 may 2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. O, uzunmüddətli kredit müqaviləsi üzrə 08 oktyabr 2019-cu il tarixli kredit razılaşması əsasında iddiaçıdan 12 ay müddətinə 40000 manat məbləğində kredit götürmüşdür. Bundan başqa, o, xx.xx.2020-ci il tarixdə 12 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. Götürdüyü kreditlərin bir qismini ödəmişdir. Saatlı Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və mülkiyyətində olan fərdi yaşayış evinin bazar dəyəri 78000 manat, likvid dəyəri isə 72000 manat müəyyən olunmuşdur. Daha sonra təkrar ekspertiza təyin olunmuş və evin dəyəri 80000 manat müəyyən olunmuşdur. Halbuki fərdi yaşayış evinin qiyməti 100000 manatdan artıqdır. Məhkəməəmtəəşünaslıq ekspertizasının təqdim etdiyi rəyin əsasında qətnamə qəbul edilmişdir. İddiaçı tərəf həddindən artıq şişirdilmiş faiz və cərimə pulu tələb etmişdir. Lakin məhkəmə bu hissədə mühasibatlıq ekspertizası təyin etmədən tələb olunan məbləği qismən azaltmışdır. Faktiki olaraq, onun iddiaçıya ümumilikdə 52986 manat məbləğində borcu yoxdur. Məhkəmə mülki işin obyektiv araşdırılması məqsədilə mühasibatlıq ekspertizası təyin etməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək, mühasibatlıq ekspertizası təyin etməmişdir. Bununla da, iddiaçıya olan borcun məbləği tam dəqiq müəyyən olunmamışdır. Odur ki, apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 2(055)-13/2022 saylı, 28 fevral 2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək iş üzrə yeni qətnamənin qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, 08 oktyabr 2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə ödənişlər tam icra olunmuş, həmin razılaşma üzrə hər hansı borc qalmamışdır. O, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, öz apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 08 oktyabr 2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə borcunu tam şəkildə iddiaçıya ödəmişdir. Əgər ona vaxt verilərsə, o, 17 fevral 2020-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə də borcunu ödəyər. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirərək, həmin hissədə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, kredit razılaşmaları üzrə borc məbləğinin və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyənləşdirilmədiyini bildirərək, qətnaməni həmin hissələrdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tərəflərin apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 08 oktyabr 2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 10 may 2018-ci il tarixli, 002L**********27 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, "xxxx" QSC bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Cavabdeh1 300000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açmışdır. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 10 may 2028-ci il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan 10 may 2018-ci il tarixli, 002S**********04 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh1 məbləği 300000 ABŞ dolları, müddəti 120 ay olan 002L**********27 nömrəli, 10 may 2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 "xxxx" QSC qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 08 oktyabr 2019-cu il tarixli, 002R********** saylı Kredit razılaşmasından görünür ki, "xxxx" QSC 10 may 2018-ci il tarixli, 002L**********27 uzunmüddətli kredit müqaviləsi üzrə məbləği 40000 manat olan krediti aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 12 ay müddətinə Cavabdeh1 vermişdir. İş materiallarında olan 08 oktyabr 2019-cu il tarixli, 002R********** saylı Kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh1 tərəfindən ödənişlər 08 oktyabr 2020-ci il tarixinədək aparılmalıdır. İş materiallarında olan Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 002R**********S saylı, 30 iyun 2020-ci il tarixli Sazişdən görünür ki, 08 oktyabr 2019-cu il tarixdə bağlanmış 002R********** saylı Kredit razılaşması əsasında Cavabdeh1 götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 30 iyun 2020-ci il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İş materiallarında olan 002R********** saylı Kredit razılaşması üzrə 30 iyun 2020-ci il tarixli ödəniş planından görünür ki, Cavabdeh1 tərəfindən ödənişlər 08 aprel 2021-ci il tarixinədək aparılmalıdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" QSC-nin müştərisi olan Cavabdeh1 002R********** saylı, 08 oktyabr 2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixinə olan borcu aşağıdakı kimidir: 22336,29 manat əsas borc, 5137,24 manat faiz borcu, 9012,76 manat cərimə borcu (cərimə hesablanmış gecikdirilən günlərin sayı – 371 gün) olmaqla, cəmi borc 36486,29 manat təşkil edir. İş materiallarında olan 17 fevral 2020-ci il tarixli, 002R********** saylı Kredit razılaşmasından görünür ki, "xxxx" QSC 10 may 2018-ci il tarixli, 002L**********27 uzunmüddətli kredit müqaviləsi üzrə məbləği 20000 manat olan krediti aylıq faiz dərəcəsi 1,5833 faiz olmaqla 12 ay müddətinə Cavabdeh1 vermişdir. İş materiallarında olan 17 fevral 2020-ci il tarixli, 002R********** saylı Kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh1 tərəfindən ödənişlər 17 fevral 2021-ci il tarixinədək aparılmalıdır. İş materiallarında olan Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 002R**********S saylı, 30 iyun 2020-ci il tarixli Sazişdən görünür ki, 17 fevral 2020-ci il tarixli, 002R********** saylı Kredit razılaşması əsasında Cavabdeh1 götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 30 iyun 2020-ci il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İş materiallarında olan 002R********** saylı Kredit razılaşması üzrə 30 iyun 2020-ci il tarixli ödəniş planından görünür ki, Cavabdeh1 tərəfindən ödənişlər 17 avqust 2021-ci il tarixinədək aparılmalıdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, "xxxx" QSC-nin müştərisi olan Cavabdeh1 002R********** saylı, 17 fevral 2020-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixinə olan borcu aşağıdakı kimidir: 18460,11 manat əsas borc, 3452,82 manat faiz borcu, 6442,54 manat cərimə borcu (cərimə hesablanmış gecikdirilən günlərin sayı – 349 gün) olmaqla, 28355,47 manat təşkil edir. İş materiallarında olan 10 may 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını – Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində xüsusi mülkiyyətdə olan 0,0473 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 104,2 m2 ümumi sahədən ibarət 22 K nömrəli fərdi yaşayış evini 10 may 2018-ci il tarixli, 002L**********27 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən borc alan Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi məqsədilə "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 25900 manat (15235,29 ABŞ dolları ekvivalentində) təşkil edir. İş materiallarında olan RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,0473 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 104,2 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmışdır. İş materiallarında olan RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində 0,0473 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 104,2 m2 olan 22 K saylı fərdi yaşayış evi Cavabdeh2 tərəfindən 10 may 2018-ci il tarixli, 002L**********27 UKM əsasında xx.xx.2018-ci il tarixində "xxxx" QSC-nin Babək filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AZ-İ 928547 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X5 xx.xx.2014-cü ildə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ərə Təhməzov, arvada Təhməzova soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh3 tərəfindən xx.xx.2018-ci il tarixində notariat kontoruna verilərək təsdiqlənmiş ərizənin surətindən görünür ki, o, əri Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi, 22 K nömrəli fərdi yaşayış evinin və 0,0473 ha torpaq sahəsinin "xxxx" QSC-yə və ya hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq verdiyini bildirmişdir. İpoteka qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və satıldıqda, həmin əmlakı heç bir məhkəmə qətnaməsi tələb etmədən qeydşərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" QSC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə borcun qaytarılması, qaytarılmayacağı təqdirdə, hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən Cavabdeh2 göndərilmiş xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, sonuncuya ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlanılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə ünvanlanmış ərizədən görünür ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilmiş bildirişin xx.xx.2021-ci il tarixdə ünvana çatdırılmasını diqqətə çatdıraraq, tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Bildirişin qeydə alınması üçün 10 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 16 dekabr 2021-ci il tarixli, 500/AB/21 saylı rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi ünvanında mülkiyyətdə olan 0,0473 ha torpaq sahəsində yerləşən 22 K saylı fərdi yaşayış evinin 16 dekabr 2021-ci il tarixinə olan bazar qiyməti 78000 manat, likvid qiyməti isə 72000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 250 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 01 fevral 2022-ci il tarixli, 02-02/22 saylı rəyindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi, 22 K saylı fərdi yaşayış evinin 01 fevral 2022-ci il tarixinə olan likvid dəyəri 80000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 001-08\AL\-2022 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 22 K saylı evin bazar dəyəri 50000 manat, likvid dəyəri isə 45000 manat təşkil edir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5715 saylı ekspert rəyindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə banka olan borcu əsas borc üzrə 18460,11 manat, faiz borcu üzrə 4788 manat olmaqla, cəmi 23248,11 manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 12 aprel 2023-cü il tarixli, UNİ/A 10-184/23 saylı rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində 0,0473 ha torpaq sahəsində yerləşən 22 K saylı fərdi yaşayış evinin 12 aprel 2023-cü il tarixinə olan bazar dəyəri 53700 manat, likvid dəyəri 43000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İddiaçı "xxxx" QSC birinci instansiya məhkəməsinin qətnaməsindən qismən – ipoteka predmetinin ilkin satış qiyməti hissəsində narazı qalaraq, həmin hissədə qətnamənin ləğv edilərək, əmlakın ilkin satış qiymətinin 45000 manat olaraq müəyyən edilməsini xahiş etmiş, bu zaman "xxxx" MMC-nin rəyinə istinad etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Cavabdeh1 da apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmadığını bildirmiş, ipoteka predmeti olan fərdi yaşayış evinin qiymətinin 100000 manatdan artıq olduğunu qeyd etmişdir. İş materiallarından isə görünür ki, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini 29500 manat məbləğində müəyyənləşdirmiş, bundan sonra birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 2 fərqli qiymətləndirmə üzrə rəylər alınmışdır. "xxxx" MMC 16 dekabr 2021-ci il tarixli rəyində ipoteka predmeti olan daşınmaz əmlakın likvid dəyərinin 72000 manat olduğunu, "xxxx" MMC isə 01 fevral 2022-ci il tarixli rəyində həmin əmlakın likvid dəyərinin 80000 manat olduğunu müəyyən etmişdir. İddiaçı tərəfindən əldə edilmiş və apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC-nin rəyi ilə isə ipoteka predmetinin ilkin satış qiymətinin 45000 manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edilən ziddiyyətli halların aradan qaldırılması məqsədilə "xxxx" MMC-nin rəyini almışdır. "xxxx" MMC-nin 12 aprel 2023-cü il tarixli rəyi ilə ipoteka predmetinin 12 aprel 2023-cü il tarixinə olan likvid dəyəri 43000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, ipoteka predmetinin likvid dəyərinin 43000 manat olması müəyyən edilsə də, iddiaçı apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsini xahiş etsə də, məhkəmə kollegiyası həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas olmadığını, həmin hissədə sadəcə müəyyən edilmiş ilkin satış qiymətinin dəyişdirilməsinin zəruri olduğunu qəbul edir. Bu səbəbdən də, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin likvid qiymət kimi 76000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) 45000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası Cavabdeh1 ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirərək, həmin evin dəyərinin 100000 manatdan artıq olması ilə bağlı dəlilini əsassız sayır və bildirir ki, iş üzrə bir neçə dəfə müəyyən edilmiş dəyərlərlə bu halın təsdiq olunmaması ilə yanaşı, ipoteka müqaviləsində də ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 25900 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda isə ipoteka predmetinin dəyərinin 100000 manatdan artıq olması ilə bağlı Cavabdeh1 bildirdikləri formal mülahizə xarakteri daşıyır. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadında qeyd edilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Cavabdeh1 apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti ilə yanaşı, birinci instansiya məhkəməsinin qətnaməsini həm də müəyyən edilmiş borc məbləği ilə bağlı hissədə mübahisələndirmiş, bu zaman borcun bir qismini ödəməsinə və məhkəmə tərəfindən borcun məbləğinin düzgün müəyyənləşdirilməməsinə istinad etmişdir. İş materialları ilə müəyyən edilir ki, 10 may 2018-ci il tarixli, 002L**********27 nömrəli uzunmüddətli kredit müqaviləsi ilə iddiaçı müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Cavabdeh1 300000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açmış, 10 may 2018-ci il tarixli, 002S**********04 nömrəli zaminlik müqaviləsi ilə borclu Cavabdeh1 həmin uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan sonra, 08 oktyabr 2019-cu il tarixli, 002R********** saylı Kredit razılaşması ilə iddiaçı uzunmüddətli kredit müqaviləsi üzrə məbləği 40000 manat olan krediti aylıq faiz dərəcəsi 1,6667 faiz olmaqla 12 ay müddətinə Cavabdeh1 vermiş, sonuncu isə 08 oktyabr 2020-ci il tarixədək ödənişləri etməyi öhdəsinə götürmüşdür. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 002R**********S saylı, 30 iyun 2020-ci il tarixli Sazişlə müəyyən edilmişdir ki, 08 oktyabr 2019-cu il tarixdə bağlanmış 002R********** saylı Kredit razılaşması əsasında Cavabdeh1 götürdüyü kreditin qalığını və hesablanmış faizləri 08 aprel 2021-ci il tarixinədək Banka ödəməlidir. İddiaçı maliyyə arayışı təqdim edərək, Cavabdeh1 002R********** saylı, 08 oktyabr 2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixinə olan borcunun 22336,29 manat əsas borc, 5137,24 manat faiz borcu, 9012,76 manat cərimə borcu (cərimə hesablanmış gecikdirilən günlərin sayı – 371 gün) olmaqla, cəmi borc 36486,29 manat təşkil etdiyini bildirmişdir. Bundan başqa, 17 fevral 2020-ci il tarixli, 002R********** saylı Kredit razılaşması ilə iddiaçı uzunmüddətli kredit müqaviləsi üzrə məbləği 20000 manat olan krediti aylıq faiz dərəcəsi 1,5833 faiz olmaqla 12 ay müddətinə Cavabdeh1 vermiş, sonuncu isə 17 fevral 2021-ci il tarixinədək ödənişləri etməyi öhdəsinə götürmüşdür. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 002R**********S saylı, 30 iyun 2020-ci il tarixli Sazişlə müəyyən edilmişdir ki, 17 fevral 2020-ci il tarixli, 002R********** saylı Kredit razılaşması əsasında Cavabdeh1 götürdüyü kreditin qalığını və hesablanmış faizləri 17 avqust 2021-ci il tarixinədək Banka ödəməlidir. İddiaçı maliyyə arayışı təqdim edərək, Cavabdeh1 002R********** saylı, 17 fevral 2020-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixinə olan borcunun 18460,11 manat əsas borc, 3452,82 manat faiz borcu, 6442,54 manat cərimə borcu (cərimə hesablanmış gecikdirilən günlərin sayı – 349 gün) olmaqla, cəmi 28355,47 manat təşkil etdiyini bildirmişdir. Borclu Cavabdeh1 və zamin Cavabdeh2 üzərinə götürdükləri öhdəlikləri icra etməyərək, 08 oktyabr 2019-cu il tarixli və 17 fevral 2020-ci il tarixli Kredit razılaşmaları üzrə ödənişləri lazımınca həyata keçirmədiklərindən, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsi isə həmin kredit razılaşmaları üzrə borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası keçirmədən, 08 oktyabr 2019-cu il tarixli kredit razılaşması üzrə 22336,29 manat əsas borc, 5137,24 manat faiz borcu, 2000 manat cərimənin və 17 fevral 2020-ci il tarixli kredit razılaşması üzrə 18460,11 manat əsas borc, 3452,82 manat faiz borcu, 1600 manat cərimənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması nəticəsinə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hər iki kredit razılaşması üzrə iddia tələbini əsas və faiz borcuna münasibətdə tam, cərimə borcuna münasibətdə isə qismən təmin etmişdir. Məhkəmə kollegiyası 08 oktyabr 2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması ilə bağlı qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayəti həmin hissədə əsaslıdır. Belə ki, apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi də həmin kredit razılaşması üzrə borcun ödənildiyini bildirmiş, həmin razılaşma üzrə hər hansı borcun qalmadığını qəbul etmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə kollegiyası MPM-in 106.3-cü maddəsinin tələbini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi 08 oktyabr 2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması üzrə borc məbləğinin ödənilməsi və həmin razılaşma üzrə hər hansı borcun qalmaması faktını etiraf etdiyindən, bununla da, cavabdeh tərəf həmin razılaşma üzrə borcun ödənilməsi faktını sübut etmə vəzifəsindən azad olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 002R********** nömrəli kredit razılaşması üzrə 22336,29 manat əsas borc, 5137,24 manat faiz borcu, 2000 manat cərimənin alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası 17 fevral 2020-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə isə bildirir ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada həmin razılaşma üzrə 18460,11 manat məbləğində kredit borcu, 3452,82 manat məbləğində faiz borcu və 6442,54 manat məbləğində cərimənin tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə 18460,11 manat əsas borc, 3452,82 manat faiz borcu, 1600 manat cərimənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçıya ödənilməsini qət etmişdir. Cavabdeh1 apellyasiya şikayətində borc məbləğinin şişirdildiyini qeyd etdiyindən, həmin razılaşma üzrə əsas və faiz borcunun məbləğinin dəqiq müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. xx.xx.2022-ci il tarixli, 9/5715 saylı ekspert rəyi ilə isə həmin kredit razılaşması üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə banka olan borcu əsas borc üzrə 18460,11 manat, faiz borcu üzrə 4788 manat olmaqla, cəmi 23248,11 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində iddiaçı tərəfindən əsas və faiz borcunun məbləğinin şişirdilmədiyi müəyyən olunmuşdur. 17 fevral 2020-ci il tarixli kredit razılaşması üzrə əsas borc məbləğinin iddiaçının tələb etdiyi məbləğdə - 18460,11 manat məbləğində olması öz təsdiqini tapmış, həmin razılaşma üzrə xx.xx.2021-ci il tarixə olan faiz borcunun məbləğinin isə 4788 manat olması müəyyən edilmişdir. Lakin MPM-in 218.3-cü maddəsinin tələbləri baxımından, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı isə xx.xx.2020-ci il tarixli razılaşma üzrə 3452,82 manat məbləğində faiz borcu tələb etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18460,11 manat məbləğində əsas borcun və 3452,82 manat məbləğində faiz borcunun alınıb iddiaçıya verilməsi ilə bağlı nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə qət edilmiş cərimə məbləği ilə bağlı isə bildirir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə, iddiaçı tərəfindən həmin razılaşma üzrə tələb edilmiş 6442,54 manat məbləğində cərimə borcuna dair hissədə iddianı qismən təmin edərək, cərimənin məbləğini 1600 manat müəyyən etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı tərəfindən tələb olunmuş cərimə məbləği həmin razılaşma üzrə tənasübsüz surətdə yüksək olmuş, birinci instansiya məhkəməsi isə yalnız cavabdehlərin deyil, həm də iddiaçının (kreditorun) bütün əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq, tutulmalı olan cərimə məbləğini 1600 manat məbləğində müəyyən etmişdir. Hazırkı halda həmin cərimə məbləğinin Cavabdeh1 apellyasiya şikayəti əsasında daha da aşağı salınması halında kreditorun (iddiaçının) əmlak mənafeləri pozulmuş olacaqdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri xx.xx.2020-ci il tarixli, 002R********** saylı kredit razılaşması ilə bağlı hissədə əsaslı deyil və formal mülahizələrdən ibarətdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. MM-in 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayəti ilə bağlı bildirir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 002R********** nömrəli kredit razılaşması üzrə 22336,29 manat əsas borc, 5137,24 manat faiz borcu, 2000 manat cərimənin alınıb iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası MPM-in 107 və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq belə hesab edir ki, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5715 saylı ekspert rəyinin verilməsinə görə 145 manat ekspertiza xərci və "xxxx" MMC-nin 12 aprel 2023-cü il tarixli, UNİ/A 10-184/23 saylı rəyinin verilməsinə görə 200 manat xidmət haqqı Cavabdeh1 tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-13/2022 saylı, 28 fevral 2022-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) 45000 manat müəyyən edilsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 2(055)-13/2022 saylı, 28 fevral 2022-ci il tarixli qətnaməsi qismən – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 002R********** nömrəli kredit razılaşması üzrə 22336,29 manat əsas borc, 5137,24 manat faiz borcu, 2000 manat cərimənin alınıb iddiaçı "xxxx" QSC-yə verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə xx.xx.2022-ci il tarixli, 9/5715 saylı ekspert rəyinin verilməsinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat Cavabdeh1 alınıb X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, Hesab: AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. "xxxx" MMC-nin 12 aprel 2023-cü il tarixli, UNİ/A 10-184/23 saylı rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 200 manat Cavabdeh1 alınıb "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab nömrəsi: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296, SWİFT kod: AİİBAZ2XXXX) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar