Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-666/2025 17.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi hakim), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Yardımlı Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(038)-501/2024 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000(doqquz min) manat məbləğində pulun onun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 2(049)-501/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə, iddia təmin edilərək,9000(doqquz min) manat Cavabdeh alınaraq İddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edərək, Yardımlı Rayon Məhkəməsinin 2(038)-501/2024 saylı, 22 oktyabr 2024-cü il qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Yardımlı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(038)-501/2024 saylı qətnaməsi ilə 9000(doqquz min) manat Cavabdeh alınaraq iddiaçı X13 verilməsi qət olunmuşdur. Mülki iş Yardımlı rayon məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə baxılaraq iddia tələbi təmin edilmişdir.Qeyd etmək istəyir ki, apellasiya şikayəti qanunla müəyyən edilmiş müddət cavabdehin hüquqi savadsızlığından və xəstəliyi ilə əlaqədar olunduğundan buraxılmışdır. Belə ki, Cavabdeh bel fəqərəsində ağrılar olmuş bununla bağlı X7 Mərkəzində həkim müayinəsində olaraq Bel-oma faqaraları MRT olunmuşdur. Bununla bağlı məktubu ərizəyə əlavə etmişdir. Bundan başqa cavabdeh həmin ünvanda qeydiyyatda olsa da orada yaşamır, Eyni zamanda hesab edir ki, iş materialların içində qətnamənin çatdırılması barədə xəbərnamədə imza olsa da həmin imza cavabdehə aid deyildir. Birinci instansiya məhkəmə iclasında 2(038)-501/ saylı mülki iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil vəsatəti müdafiə edərək bildirdi ki, cavabdeh qətnaməni özü almayıb xəstə olub vaxtında apellasiya şikayəti verə bilməyib. Cavabdeh qeyd olduğu ünvanda yaşamır faktiki ünvana qətnamə göndərilməyib. Müddətin bərpa olunması barədə vəsatətin təmin olunmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(038)-501/2024 saylı qərardadı ilə, Yardımlı Rayon Məhkəməsinin 2(038)-501/2024 saylı xx.xx.2024-cü il tarixli qətnanməsindən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş vəsatətin təmin edilməməsi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil vəsatətinə əsasən Yardımlı Rayon Məhkəməsinin 2(038)-501/2021 saylı,22 oktyabr 2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasından imtina edilməsi, apelyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə geri qaytarılması qərara alınmışdır. Qərardadaddan narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Abbasov X11 Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-501/2024 saylı, 22 oktyabr 2024-cü il qətnaməsi ilə, iddia təmin edilərək, Cavabdeh 9000 (doqquz min) manat alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-501/2024 saylı, 22 oktyabr 2024-cü il qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 2(038)- 501/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tərəfindən verilən prosessual müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməmiş və apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması barədə qərar qəbul edilmişdir. Hesab edir ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)- 501/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsassızdır, qərardad ləğv edilməli tərəflərindən verilən prosessual müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdeh X9 bel fəqərəsində ağrılar olmuş bununla bağlı X7 Mərkəzində həkim müayinəsidə olaraq Bel-omba fəqərələri MRT olunmuşdur. Bundan başqa cavabdeh həmin ünvanda qeydiyyatda olsa da orada yaşamır, eyni zamanda hesab edirlər ki, iş materialların içərisində qətnamənin çatdırılması barədə xəbərnamədə imza olsa da, həmin imza cavabdehə aid deyildir. Yardımlı Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli 2(038)-501/2024 saylı qərardadı ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Yardımlı Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(038)-501/2024 saylı qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Yardımlı Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(038)-501/2024 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Yardımlı Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu norma qanunun aliliyi prinsipinə əsaslanaraq məhkəmələrin ədalət mühakiməsini həyata keçirməkdəki əsas rolunu vurğulayır və hər bir şəxsin hüquq pozuntusuna məruz qaldıqda məhkəməyə müraciət edə bilməsini təmin edir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə müdafiəsi hüququ, hüququn səmərəli müdafiəsini və hüquq pozuntularının bərpasını təmin edən fundamental konstitusion hüquqlardan biridir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, İnsan Hüquqları və X3 haqqında Avropa Konvensiyasının (AİHK) 6-cı maddəsi və digər beynəlxalq hüquq aktları ilə də təsbit olunmuşdur. Məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması və ya qeyri-mümkün hala gətirilməsi hüquqi dövlət prinsiplərinə və ədalətli məhkəmə araşdırması hüququna ziddir. Əgər məhkəməyə müraciət hüququ hər hansı formal və ya prosedur maneələrlə məhdudlaşdırılarsa, bu, şəxsin hüquqlarının effektiv müdafiəsini mümkünsüz edər. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hüquqi mövqeyinə əsasən, məhkəmə müdafiəsi hüququ formal xarakter daşımamalıdır, yəni şəxsin məhkəməyə müraciət hüququ yalnız kağız üzərində mövcud olmamalı, real və effektiv olmalıdır (Bellet v. France, 1995). AİHM qeyd edir ki, məhkəməyə müraciət etmək hüququna tətbiq edilən hər hansı məhdudiyyət legitim məqsədə xidmət etməli, mütənasib olmalı və şəxsin bu hüquqdan istifadə imkanını tamamilə aradan qaldırmamalıdır (Frydlender v. France, 2000). Cavabdeh tərəfin ötürülmüş prosessual müddətin bərpası barədə vəsatətində 2 hala istinad olunmuşdur. Birincisi, tərəf həkim müayinəsində olduğu üçün qətnamədən vaxtında şikayət verə bilməmiş, ikincisi, qətnamənin çatdırılması barədə xəbərnamədə imza olsa da, həmin imza ona aid deyil. Digər tərəfdən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin alınma tarixi xx.xx.2024-cü il göstərilmişdir. Bu vəziyyət işə baxan məhkəmənin qeyd olunan halları araşdırma zərurətinin olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Oxşar mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Belə ki, “Məhəmmədov və digərləri Rusiyaya qarşı” xx.xx.2017-ci il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, “məhkəməyə çatım hüququ ədaləti məhkəmə araşdırması hüququnun aspektlərindən biridir (bax X8rşı qərarına, xx.xx.1975-ci il, §36), mütləq deyil və xüsusilə şikayətin mahiyyəti üzrə baxılmasının qəbul edilənliyinə münasibətdə dolayı məhdudiyyətlərə məruz qala bilər (bax X2rşı qərarına, xx.xx.1985-ci il, §57). Lakin bu cür məhdudiyyətlər elə bir qaydada və ya həddə olmalıdır ki, hüququn özünə xələl gəlməsin. Məhdudiyyətlər qanuni məqsəd daşımalı, eləcə də istifadə edilmiş vasitələrlə nəzərdə tutulmuş məqsədlər arasında ağlabatan mütənasiblik olmalıdır (bax Guerin Fransaya qarşı qərarına, xx.xx.1998-ci il, §37; Lupeni X1rşı qərarına, №76943/12, §§84-89). 87. Şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X6rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §42). Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38) Göründüyü kimi, bu qərarında Məhkəmə prosessual müddəti ötürmüş şəxsin qərardan şikayət vermək üçün xüsusi diqqətlə, yəni qərarın mövcudluğundan xəbərdar olduğu andan dərhal hərəkət etməli olduğunu qeyd etmişdir. Kollegiya vurğulayır ki, hüquqi baxımdan məhkəmə qərarlarının çatdırılması ilə bağlı pozuntular cavabdehin şikayət vermək hüququna ciddi təsir edə bilər. Əgər cavabdeh məhkəmə qətnaməsi ilə faktiki olaraq tanış olmadan onun şikayət vermə müddəti ötürülürsə, bu halda onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuş olur. AİHM öz presedent hüququnda vurğulayır ki, şikayət vermə hüququ yalnız formal xarakter daşımamalı, şəxsin real və praktiki olaraq bu hüquqdan istifadə etməsi təmin olunmalıdır (Golder v. United Kingdom, 1975). Eyni zamanda Məhkəmə bir çox qərarlarında vurğulanmışdır ki, məhkəmə qərarlarının təbliğ olunması (çatdırılması) ilə bağlı prosedur pozuntuları şikayət vermə hüququnun həyata keçirilməsinə birbaşa təsir edir. Məhkəmə kollegiyası qeyd edir ki, vəsatətdə irəli sürülən dəlillərin araşdırılması üçün birinci instansiya məhkəməsi müvafiq prosessual hərəkətləri yerinə yetirməli və qətnamənin çatdırılması barədə xəbərnamədə imzanın, həqiqətən cavabdehə aid olub-olmaması ilə bağlı suallar aydınlaşdırmalı idi. Beləliklə, araşdırma çərçivəsində: 1.Qətnamənin cavabdehə hansı üsulla və hansı tarixdə çatdırılması müəyyən edilməli; 2.Xəbərnamədə olan imzanın həqiqətən cavabdehə aid olub-olmaması zəruri olduğu halda ekspertiza yolu ilə araşdırılmalıdır. Məhkəmə kollegiyası Yardımlı Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(038)- 501/2024 saylı qərardadlarından verilmiş şikayətin digər dəlillərinə münasibət bildirilməsi zəruri hesab etmir, belə ki, həmin qərardadın ləğv olunma əsası birinci instansiya məhkəməsinin sonrakı prosessual hərəkətləri yerinə yetirilməsi zərurəti ilə bağlıdır. Beləliklə, məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Yardımlı Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli 2(038)-501/2024 saylı qərardadı ləğv olunmalı və mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsində irəli sürülən mövqelərin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(038)-501/2024 saylı qərardadı ləğv edilsin. Mülki iş Yardımlı Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(038)-501/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün proesssual müddətin bərpası barədə cavabdeh tərəfin ərizəsinə yenidən baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-666/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-666/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver