Məhkəmə qərarları › İş №2(106)-67/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-67/2025

28.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-67/2025 28.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X5 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən daş hasarın çəkilməsi üçün maneənin aradan qaldırılması, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və 0.24 ha həyətyanı torpaq sahəsinin 231 kv.m (0.0231 ha) hissəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(020)- 1961/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən daş hasarın çəkilməsi üçün maneənin aradan qaldırılması, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və cavabdehin onun xüsusi mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin 231 kv.m (0.0231 ha) hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli) çıxarışla mülkiyyətinə 0.24 ha torpaq sahəsi verilmişdir. Hazırda özünə məxsus torpaq sahəsindən istifadə edir, lakin torpaq sahəsinin müəyyən hissəsi zəbt olunmuşdur. Bununla bağlı Beyləqan Rayon Məhkəməsində X7 qarşı iddia qaldırmış, iş üzrə ekspertiza təyin edilmişdir. Ekspertlər torpaq sahəsini ölçmüşlər. Ölçü aparılarkən müəyyən olunmuşdur ki, Daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il tarixli çıxarışla X6 xüsusi mülkiyyətində olan torpaq 0.32 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında hazırkı Cavabdeh xüsusi mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beyləqan rayonu Əhmədli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və yerquruluşu planına əsasən onun xüsusi mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin 231kv.m (0.0231 ha) hissəsi cavabdeh X10 tərəfindən deyil, mülkiyyətində olan 0.32 ha torpaq sahəsini alqı-satqı qaydasında satdığı Cavabdeh tərəfindən istifadə edilir. Bundan sonra məlum olmuşdur ki, həyətyanı sahəsinə daş hasarın çəkilməsinə imkan verməyən və qeyri-qanuni müdaxilə edərək hasar çəkilişini həyata keçirilməsinə imkan verməyən Cavabdehdur. Bundan əlavə o, cavabdehin qeyri-qanuni müdaxiləsi ilə bağlı Beyləqan rayon polis şöbəsinə müraciət etmişdir. İzahatları alındıqdan sonra cinayət işin bağlanması rədd edilmiş ona məhkəmədə iddia qaldırmaq hüquqları izah olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(020)-1961/2023 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilərək cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli) çıxarışına əsasən iddiaçının mülkiyyətinə verilmiş 0.24 ha torpaq sahəsinin 231kv.m (0.0231ha) hissəsindən çıxarılması və cavabdeh tərəfindən daş hasarın çəkilməsi üçün törədilən maneənin aradan qaldırılması, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat pulun Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi, mütəxəssis rəyinin dəyərini təşkil edən 95 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi, iddia təmin edildiyindən 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək təkrar məhkəmə-torpaqşünaslıq ekspertizasının keçirilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə qanunsuz düşməmişdir. O, hazırda yaşadığı həyətyanı torpaq sahəsini X3 qanuni qaydada alqı-satqı müqaviləsi ilə almış və daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı vardır. Bu iş üzrə ekspertiza rəyi ilə razılaşmır, torpaq sahəsi onun iştirakı ilə ölçülməmişdir. Həmin ərazidən yüksək gərginlikli elektrik xətti keçmiş və transformator vardır. İddiaçıya torpağa 2016-cı ildə Çıxarış qanunsuz verilmişdir. İddiaçı sonralar - xx.xx.2023-cü ildə həmin predmetləri götürdükdən sonra ona qarşı torpaq iddiası qaldırmışdır. Faktiki olaraq onun yeri başqa səmtdədir. Məhkəmədə bu hallar nəzərə alınmayıb. O, məhkəmədə vəsatət verərək təkrar ekspertizanın keçirilməsi, onun iştirakının təmin olunmasını xahiş etmiş, lakin məhkəmə vəsatəti müzakirə etməmişdir. Cavabdeh və onun vəkili X2 məhkəmədə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək ekspertiza rəyləri ilə razı olmadıqlarını və iddianın rədd edilməsini xahiş etmişlər. İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu və iş üzrə 10 dekabr 2024cü il tarixli ekspertiza rəyi ilə razı olduğunu bildirmiş və qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən və Torpaq sahəsinin planı və ölçüsündən reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli olan çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə 0.24 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən və Torpaq sahəsinin planı və ölçüsündən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətdə olan 0.32 ha torpaq sahəsi verilmişdir. Daşınmaz əmlakın AN-İ ******* nömrəli 19 may 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X10 mülkiyyətində olan torpaq sahəsini Cavabdeh satmışdır. Beyləqan Rayon İcra Hakimiyyətinin 22 fevral 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən ərazidə monitorinq aparılmış və vətəndaş Cavabdeh tərəfindən Əhmədli kəndi ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən su tutarına bitişik hissədə hasarlama işlərinin aparılması faktı aşkar edilmişdir. Həmçinin hasarlama işlərinin yaşayış məntəqələri təyinatlı 3200 kv.metr mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilsə də, vətəndaş tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli **********44 reyestr nömrəli Çıxarışda və plan ölçüdə torpaq sahəsinin kordinatlarının hasarlanan ərazidə deyil, kənar hissəyə aid olduğu məlum olmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin əməkdaşları tərəfindən tətib edilmiş 02 fevral 2024-cü il tarixli Aktdan görünür ki, araşdırma zamanı hasarlanma işlərinin Cavabdeh tərəfindən yaşayış məntəqələri təyinatlı 3200 kv.metr həyətyanı torpaq sahəsinin bir hissəsində aparıldığı, baza məlumatlarına əsasən sözügedən ərazi xüsusi mülkiyyətdə olan torpaq sahəsi kimi qeyd edilsə də, vətəndaş tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli **********44 reyestr nömrəli Çıxarışda və plan ölçüdə torpaq sahəsinin kordinatlarının hasarlanan ərazidə deyil, təxminən 20 metr kənar hissəyə aid olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-cı il tarixli) çıxarışla 0.32 ha həyətyanı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı Beyləqan Rayon Məhkəməsində X7 qarşı daş hasarın çəkilməsi üçün maneənin aradan qaldırılması, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və 0,1 ha həyətyanı torpaqdan çıxarılması tələbinə dair işlə bağlı alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli 10/3976 saylı ekspertiza və mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonu Əhmədli kəndində yerləşən reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli çıxarışa və yerquruluşu planına əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-cı il tarixli çıxarışla X6 xüsusi mülkiyyətində olan torpaq 0.32 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh xüsusi mülkiyyətinə keçməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, qonşu torpaq sahəsi olan reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il tarixli çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan 0.32 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilməsi, mübahisəli ərazidə yerləşən Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0.10 ha torpaq sahəsinin də yerləşdiyi ərazinin müəyyən edilməsi, Beyləqan rayonu Əhmədli kəndində yerləşən reyestr nömrəsi **********25 qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli çıxarışa və yerquruluşu planına əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin 231 kv.m (0.0231ha) hissəsi cavabdeh X10 tərəfindən deyil, mülkiyyətində olan 0.32 ha torpaq sahəsini alqı-satqı qaydasında satdığı Cavabdeh tərəfindən istifadə edilməsi, X6 mülkiyyətində olmuş, hal-hazırda Cavabdeh məxsus torpaq sahəsi ilə iddiaçı X4 məxsus torpaq sahəsi sənəd üzrə üst-üstə düşməmsi qeyd edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli çıxarışından və Torpaq sahəsinin planından görünür ki, reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-cı il tarixli çıxarışla 0.32 ha həyətyanı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Kollegiya qeyd edir ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli 2 nömrəli qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən xüsusi bilik tələb edən mübahisəli hallar üzrə yenidən müvafiq ekspertiza təyin etmişdir. Hazırkı iş üzrə yenidən ekspertizanın aparılmasını şərtləndirən əsas məqamlar əvvəlki icraat daxilində ekspertiza tədqiqatı zamanı iş üzrə tərəf olmadığı üçün hazırkı iş üzrə cavabeh Cavabdeh həmin tədqiqatda iştirak etməməsi və s. olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2024-cü il tarixli 10/3442 saylı ekspertiza rəyindən görünür ki, Beyləqan rayonu Əhmədli kəndində yerləşən reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli çıxarışa və yerquruluşu planına əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-cı il tarixli çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan 0.32 ha həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Cavabdeh tərəfindən X4 məxsus torpaq sahəsinin 108 kv.m (0,0108 ha) hissəsi istifadə edilir. Göründüyü kimi, hazırkı icraat çərçivəsində aparılmış ekspertiza nəticəsində Cavabdeh tərəfindən iddiaçı X4 məxsus torpaq sahəsinin 108 kv.m (0,0108 ha) ha hissəsinin faktiki istifadə olunduğu aşkar olunmuşdur. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən – Cavabdeh iddiaçı X4 məxsus torpaq sahəsindən çıxarılması hissədə dəyişdirilməli, Cavabdeh reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli çıxarışa və yerquruluşu planına əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin 108 kv.m (0,0108 ha) hissəsindən çıxarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2024-cü il tarixli 10/3442 saylı rəyinə görə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi isə Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Kollegiya hesab edir ki, digər xərclər tərəflərin özlərinə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(020)-1961/2023 saylı qətnaməsi qismən –Cavabdeh iddiaçı X4 məxsus torpaq sahəsindən çıxarılması hissədə dəyişdirilsin və Cavabdeh reyestr nömrəsi **********25, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli çıxarışa və yerquruluşu planına əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsinin 108 kv.m (0,0108 ha) hissəsindən çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2024-cü il tarixli 10/3442 saylı rəyinə görə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manat hissəsi İddiaçı, 25 (iyirmi beş) manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, həmin müddətdə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar