Məhkəmə qərarları › İş №2(106)-672/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-672/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-672/2024 12.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X1 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1346/2021 saylı (hakim Vüsal Cəbrayılov) qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, kollegiya MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1346/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11.384,61 (on bir min üç yüz səksən dörd ABŞ dolları 61 sent) ABŞ dolları əsas borc, 9.202,96 (doqquz min iki yüz iki ABŞ dolları 96 sent) ABŞ dolları faiz borcu, 150 (bir yüz əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20.737,57 (iyirmi min yeddi yüz otuz yeddi ABŞ dolları 57 sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı ASC-yə verilməsi qət edilmişdir. İş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1346/2021 saylı qətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)- 1346/2021 saylı qərardadı ilə ona müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. İş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə verərək, apellyasiya şikayəti verərkən dövlət rüsumunu ödəmədiyi və Cavabdeh2 məcburi köçkün olduğunu təsdiq edən sənədi əlavə etmədiyindən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1346/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsinin ona münasibətdə üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1346/2021 saylı qərardadı ilə iddaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1346/2021 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini vermə müddəti Cavabdeh2, eyni zamanda onun nümayəndəsi və vəkili Vəkil münasibətdə ötürülməmiş hesab edilərək ona əlavə edilən sənədlərlə birlikdə apellyasiya məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-311/2023 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1346/2021 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək Cəlilabad Rayon Məhkəməsinə geri qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1346/2021 saylı qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə vəsatət verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1346/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən prosessual müddətin bərpa edilməsi haqqında verilmiş vəsatət təmin edilərək, apellyasiya şikayəti vermə müddəti ona münasibətdə bərpa edilmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixdə şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1713/2023 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadı ləğv edilmiş və Vəkil prosessual müddətin bərpa edilməsi haqqında ərizəsinin geri qaytarılması məsələsinə baxılması üçün Cəlilabad rayon məhkəməsinə qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1346/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti geri qaytarılmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə vəsatət verərək göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadı ilə müddətin bərpasına dair vəsatəti təmin edilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1713/2023 saylı qərardadı ilə cavabdehin ona verdiyi etibarnamənin müddətinin bitdiyi üçün Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadı ləğv edilmiş və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadı ilə vəsatəti geri qaytarılmışdır. Cavabdeh tərəfindən ona verilmiş yeni etibarnaməni vəsatətə əlavə etdiyini və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1346/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən prosessual müddətin bərpa edilməsi haqqında verilmiş vəsatət təmin edilərək, apellyasiya şikayəti vermə müddəti ona münasibətdə bərpa edilmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə şikayət verərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadının ləğv edilməsini və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1346/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil münasibətdə bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilmədən, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iş Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surəti tərəflərin iş materiallarında olan ünvanlarına göndərilmişdir. İş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil qətnamənin surətini almadıları üçün məhkəməyə müraciət etmiş, cavab məktubunda qətnamənin surətinin cavabdehə göndərildiyi, cavabehin həmin ünvanda yaşamaması səbəbindən məktubun geri qaytarıldığı bildirilmişdir. Qətnamənin surəti cavabdeh tərəfə təkrarən təqdim edilmişdir. Cavabdeh tərəf qətnamədən xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli müddət ötürülməmiş hesab edilərək, iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək Cəlilabad Rayon Məhkəməsinə geri qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə yenidən müddətin bərpasına dair vəsatət vermiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə prosessual müddət bərpa edilmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2023-cü il tarixli qərardadddan şikayəti vermiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadı ləğv edilmiş və Vəkil prosessual müddətin bərpa edilməsi haqqında ərizəsinin geri qaytarılması məsələsinə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş müddətin bərpasına dair vəsatət geri qaytarılmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə müddətin bərpasına dair vəsatət vermiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilərək, apellyasiya şikayəti vermə müddəti ona münasibətdə bərpa edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından da görünür ki, cavabdeh tərəf şikayəti ona qaytarıldıqdan sonra növbəti prosessual hərəkətləri həyata keçirmişdir. Belə olan halda da, müddətin cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürülməsi qənaətinə gəlmək olmaz. Kollegiya qeyd edir ki, cavabdeh tərəf apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadlarda göstərilən nöqsanları qərardadın surəti ona çatdıqdan sonra ağlabatan müddətdə bərpa etmiş və yeni apellyasiya şikayətlərini məhkəməyə təqdim etmişdir. Belə olan halda da, birinci instansiya məhkəməsinin məhkəməsinin apellyasiya şikayətinin verilməsini müddətini üzrlü hesab etməsi, qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qaunvericiliyin məzmunundan da, görünür ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi qaunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 157-159-cu, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC-nin şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1346/2021 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar