Məhkəmə qərarları › İş №2(106)-68/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-68/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-68/2024 24.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)- 475/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya icraatı qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə 100000 manat əsas, 23017,12 manat faiz olmaqla, cəmi 123017,12 manat borcun, 413 manat dövlət rüsumunun, 45 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, xx.xx.2019-cu il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********84-05301-093054 olan çıxarışa əsasən məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 9B/mənzil 29, Yeni qaydalarla AZ1122, ünvan 1 ünvanındakı yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi, əmlak satıldıqdan sonra Cavabdeh2, X2, X4 və qeydiyyatda olan digər şəxslər tərəfindən mənzilin əşyaları ilə birlikdə boşaldılması və çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 450/19 saylı Bərpaolunmayan Kredit xətti müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh1 illik 16 faiz hesablanmaqla, 12 ay müddətinə qaytarılmaq şərti ilə 100000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Verilmiş kreditin təminatı olaraq Bankla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixində 450/19 saylı ipoteka müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, xx.xx.2019-cu il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********84-05301-093054 olan çıxarışa əsasən məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 9B/mənzil 29, Yeni qaydalarla AZ1122, ünvan 1 ünvanındakı yaşayış sahəsi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqləndikdən sonra ipotekanın dövlət qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 2102 nömrəli reyestr kitabının 194462 nömrəli vərəqində qeydiyyata alınmış və buna dair xx.xx.2020-ci il tarixli yüklülük çıxarışı Banka təqdim edilmişdir. Cavabdeh1 tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin nəzərdə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsinin 5.1.6-cı bəndinə əsasən, Bank borcalan tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə müqaviləyə birtərəfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımi qaydada icra olunmaması səbəbindən Bank tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixində 03/07 saylı xəbərdarlıq göndərilmiş, borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Eyni zamanda, xx.xx.2022-ci il tarixində 03/09 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş ipoteka qoyana göndərilmiş, borcun ödənilmədiyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. Lakin həm xəbərdarlıq, həm də bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliklər lazımi qaydada icra edilməmiş olaraq qalmışdır. Öhdəliklər lazımi qaydada icra olunmadığından Bank tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə müraciət edilərək, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyatının aparılmasına dair ərizə təqdim edilmiş və ərizə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixinə hesablanmaqla cavabdehin Bank qarşısında ümumilikdə 123017,12 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 100000 manat əsas borcu, 23017,12 manat isə cərimə borcunu ehtiva edir. İddiaçı öz tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 445.1-ci və 445.2.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci, 39.1-ci və 59.3-cü maddələrinə istinad etmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-475/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Nurəddin Bağırov) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 99801,61 manat əsas kredit borcu, kredit müqaviləsinin bitdiyi tarixə 3937,41 manat faiz borcu və kredit müqaviləsinin bitdiyi tarixdən – xx.xx.2020-ci il tarixədək dövr üçün əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış 5475,23 manat faiz borcu, ümumilikdə 109214,25 manat məbləğində pul vəsaitinin, həmçinin iddianın qaldırılması ilə bağlı ödənilmiş 413 manat məbləğində dövlət rüsumu əvəzinin 350 manat hissəsinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə köçürülmüş 45 manat (15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı) pulun 35 manat hissəsinin Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə tələb olunan pul vəsaitinin xx.xx.2019-cu il tarixli ipoteka (girov) müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi-9B/29 saylı mənzilə (Yeni qaydalarla AZ1122, ünvan 1) yönəldilməsi, həmin yaşayış sahəsinin 141000 manat məbləğində ilkin satış qiymətilə açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh2 verilməsi, ipoteka predmeti – Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi-9B/29 saylı mənzil (Yeni qaydalarla AZ1122, ünvan 1) açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində çıxarılaraq mənzilin boşaldılması vəzifəsinin Cavabdeh2 üzərinə qoyulması, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatlarının dəyərini təşkil edən 100 manat vəsaitin 20 manat hissəsinin İddiaçı ASC-dən, 80 manat hissəsinin isə Cavabdeh1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi, "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli, ƏEM/A 55-575/22 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 40 manat hissəsinin İddiaçı ASC-dən, digər 160 manat məbləğində hissəsinin isə Cavabdeh1 tutulub "xxxx" MMC-nin hesabına (VÖEN: **********; h/h AZN30GUNA********************; BANK: "xxxx" ASC, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 2(056)-475/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətində göstərilənlər nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçı banka 10 ay 1335 manatdan, məhkəmə gedişatında isə 5000 manat olmaqla, ümumilikdə 18350 manat məbləğində ödəniş etmişdir. Lakin iddiaçı bu barədə məhkəməyə məlumat verməmişdir. Digər tərəfdən, iddiaçı ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 100000 manat kredit verilmişdir. Həm iddia ərizəsində, həm də məhkəmə qətnaməsində əsas kredit borcunun 99801,61 manat olması göstərilmişdir. Elə çıxır ki, əsas borc məbləğindən cəmi 198,39 manat vəsait ödənilmişdir. Bu halda həmin kreditə görə ödənilmiş 18350 manatın taleyi necə olur? Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilmiş ödənişlərə dair heç bir araşdırma aparılmamış və sanki həmin ödənişlər ümumiyyətlə olmamışdır. Bundan başqa, qeyd olunan kredit alındıqdan cəmi 2 ay sonra COVİD-19 pandemiyası başlamışdır. Bununla əlaqədar olaraq ölkədə bütün sahələrdə, o cümlədən bank sektorunda kreditlər üzrə bir sıra güzəşt tədbirləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2020-ci il tarixli, 16 saylı qərarına əsasən xx.xx.2020-ci il tarixinədək kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış və dividend ödənişləri məhdudlaşdırılmış, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil olunmuşdur. Bununla yanaşı, kredit təşkilatlarına xx.xx.2020-ci il tarixədək əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilmişdir. Pandemiya şəraiti uzadıldığı müddətdə bu tədbirlər davam etdirilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən mübahisəli kreditə münasibətdə Mərkəzi Bankın qərarına əməl edilməmişdir. Eyni zamanda, məhkəmə də işin bu mühüm halına əhəmiyyət verməmişdir. O, 2021-ci ilin iyul ayından 2022-ci ilin iyul ayına qədər hərbi xidmətdə olmuşdur. Onun Banka etdiyi cəmi 18350 manat məbləğində ödənişlər Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi rəydə nəzərə alınmamış, götürülmüş kreditə münasibətdə əsas kredit borcunun 99801,61 manat qaldığı müəyyən edilmişdir. Məhz bu rəyə əsasən də məhkəmə qətnamə qəbul etmişdir. Qeyd olunan ekspert rəyi tam olmadığı üçün məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilməli idi. Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar nəzərə alınmamışdır. Apellyasiya məhkəməsinin 24 yanvar 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 05 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə əsas borc məbləğinə dair hissədə razılaşır, lakin əldən çıxmış fayda borcu üzrə göstərilən məbləğə etiraz edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı ASC və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, hazırkı mülki iş üzrə apellyasiya baxışının onun iştirakı olmadan keçirilməsini və mülki işə baxılaraq yekun məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırkı iş üzrə apellyasiya instansiyasında verilmiş rəylə razı deyil və etiraz edir. Faktiki olaraq Sabirabad Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hal sonradan apellyasiya instansiyası tərəfindən keçirilmiş ekspertiza nəticələri ilə uyğunsuzluq təşkil edir. Bundan əvvəlki məhkəmə iclasında verilmiş izahat zamanı da bildirilmişdir ki, Sabirabad Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilən zaman cavabdeh tərəfindən 5000 manat, 5000 manat, 40000 manat və 4926 manat inkar edilmir və həmin məbləğlər ödənilmişdir. Lakin həmin məbləğlər Sabirabad Rayon Məhkəməsinin hazırda qüvvədə olan və həmin qətnamə ilə müəyyən edilmiş əsas borc: 99801,61 manat, faiz borcu: 3937,41 manat və 5% faiz borcu: 5475,23 manat olmaqla, ümumilikdə 109214,25 manat borca əsasən silinmə ardıcıllığına uyğun olaraq silinmişdir. Hazırkı ekspert rəyinin birinci hissəsi ilə razı olsa da, ekspert tərəfindən ikinci və üçüncü suallar üzrə verilmiş rəy qalıq əsas borc məbləğinə münasibətdə uyğunsuzluq təşkil edir. Ekspert ikinci və üçüncü suallar üzrə rəy verən zaman xx.xx.2023-cü il tarixində ödənilmiş 4926 manat məbləğinin əsas borc məbləğindən silinməsi kimi göstərsə də, faktiki olaraq həmin məbləğ 5 % bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış faiz borcundan silinmişdir. Lakin ekspert birinci sual üzrə cavabdehin faktiki borcunu 99891,61 manat müəyyən etsə də, silinmə zamanı təqdim edilmiş hesabdan çıxarış məlumatlarında 5 % bank uçot dərəcəsinə uyğun olaraq silinmiş məbləği nəzərə almamış, həmin məbləği əsas borcun silinməsi kimi xarakterizə etmişdir ki, nəticədə əsas borc məbləği tələb edilən və qətnamə ilə müəyyən edilmiş məbləğdən ikinci və üçüncü suallara münasibətdə az qalmışdır. Hazırkı mərhələdə mülki iş üzrə ikinci dəfə keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəyin birinci suallarına verilmiş nəticə üzrə etirazı olmasa da, ikinci və üçüncü suallar üzrə verilmiş nəticəyə etiraz edilir. Cavabdeh tərəfindən Sabirabad Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra ödənişlər həyata keçirildiyindən həmin məbləğlər onsuz da nəzərə alınacaqdı. Lakin ekspertiza qarşısında qoyulmuş suallar və onlara verilmiş cavablar hazırkı mərhələdə qeyri-müəyyənliyin yaranmasına səbəbiyyət vermişdir. Qeyd edilənləri nəzərə alaraq xahiş edir ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-475/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və həmin məhkəmə qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilsin. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı halda Cavabdeh1 apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ondan tutulması qət edilmiş borcun məbləğinə dair hissədə mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 apellyasiya şikayəti əsasında mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası Cavabdeh1 nümayəndəsi Vəkil dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 tutulmalı olan borca dair hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsindən (bərpa olunmayan kredit xəttindən) görünür ki, Bank tərəfindən Cavabdeh1 illik 16 faiz dərəcəsi ilə 12 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Kreditin müddəti xx.xx.2020-ci ilədək müəyyən edilmişdir. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin kredit müqaviləsinə uyğun olaraq Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 100000 manat əsas, 23017,12 manat faiz olmaqla, cəmi 123017,12 manat borcun tutulmasını tələb etmişdir. Borc vəsaitinin həcminin müəyyən edilməsi üçün Sabirabad Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(056)-475/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertlər qarşısında aşağıdakı məzmunda suallar qoyulmuşdur: a) İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 450/19 nömrəli kredit müqaviləsi üzrə müqavilənin bitdiyi xx.xx.2020-ci il tarixə qaytarılmayan mövcud əsas, faiz və cərimə borcunun məbləği müəyyən olunsun; b) İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 450/19 nömrəli kredit müqaviləsi üzrə müqavilənin bitdiyi xx.xx.2022-ci il tarixə qaytarılmayan əsas və cərimə borcunun məbləği, həmçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövr üçün əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun məbləği müəyyən olunsun. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 9/5679 saylı, 19 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 1) xx.xx.2019-cu il müqavilənin bitmə tarixinə - əsas borc üzrə 99801,61 manat; faiz borcu üzrə 3937,41 manat; 2) xx.xx.2022-ci il qərardadda tələb olunan tarixə - əsas borc üzrə 99801,61 manat; faiz borcu üzrə 3937,41 manat; 5 % - 5475,23 manat. Sabirabad Rayon Məhkəməsi öz qətnaməsində Cavabdeh1 tutulmalı olan borc məbləğini müəyyən edərkən də məhz 9/5679 saylı, 19 avqust 2022-ci il tarixli ekspert rəyinə əsaslanmış, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 99801,61 manat əsas kredit borcu, kredit müqaviləsinin bitdiyi tarixə 3937,41 manat faiz borcu və kredit müqaviləsinin bitdiyi tarixdən – xx.xx.2020-ci il tarixədək dövr üçün əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış 5475,23 manat faiz borcu, borc üzrə ümumilikdə 109214,25 manat məbləğində pul vəsaitinin ondan tutulmasını qət etmişdir. Cavabdeh1 isə apellyasiya şikayətində 9/5679 saylı, 19 avqust 2022-ci il tarixli ekspert rəyini mübahisələndirərək bildirmişdir ki, onun banka etdiyi cəmi 18350 manat məbləğində ödənişlər həmin rəydə nəzərə alınmamış, götürülmüş kreditə münasibətdə əsas kredit borcunun 99801,61 manat qaldığı müəyyən edilmişdir. Məhz bu rəyə əsasən də məhkəmə qətnamə qəbul etmişdir. Qeyd olunan ekspert rəyi tam olmadığı üçün məhkəmə tərəfindən əlavə ekspertiza təyin edilməli idi. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini nəzərə alan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2023-cü il tarixli, 2(106)-851/2023 saylı qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə müqavilə müddətinin bitdiyi günə - 09 dekabr 2020-ci il tarixə olan əsas və faiz borcunun məbləği nə qədər təşkil edir? 2) İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə rəy verilən günə olan əsas və faiz borcunun məbləği nə qədər təşkil edir? 3) İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilə müddətinin bitdiyi 09 dekabr 2020-ci il tarixdən iddia ərizəsində göstərilmiş 17 fevral 2022-ci il tarixədək olan əldən çıxmış fayda şəklində İddiaçı ASC-yə vurmuş olduğu zərərin məbləği nə qədər təşkil edir? Həmin qərardad əsasında verilmiş 9/4697 saylı, 22 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: 1) xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 99891,61 manat və faiz borcu üzrə 3943,37 manat; 2) xx.xx.2023cü il tarixinə əsas borc üzrə 15516,76 manat və faiz borcu üzrə 86,20 manat; 3) xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 99891,61 manat və faiz borcu üzrə 9881,38 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Bundan sonra, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron vasitəsilə iddiaçı tərəfindən 28 sentyabr 2023-cü il tarixində təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatət verilmiş, vəsatətdə iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi xahiş olunmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli, 9/4697 saylı ekspert rəyinin ikinci sual üzrə nəticə hissəsi ümumiyyətlə düzgün olmamış, həmin hissədə ekspert tərəfindən rəy verilərkən İddiaçı ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatları düzgün tətbiq edilməmiş və nəticədə yanlış rəy verilmişdir. Belə ki, ekspert rəyinin tədqiqat hissəsinə dair cədvəldə və əsaslandırmada ekspert Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixində 5000 manat, xx.xx.2023-cü il tarixində 40000 manat, xx.xx.2023cü il tarixində 5000 manat, xx.xx.2023-cü il tarixində 4926 manat və xx.xx.2023-cü il tarixində isə 45777,85 manat məbləğində vəsaitin ödənildiyini qeyd etmişdir. Halbuki, işin mübahisəsiz halıdır ki, cavabdehlər tərəfindən xx.xx.2023-cü il tarixində 5000 manat, xx.xx.2023-cü il tarixində 40000 manat, xx.xx.2023-cü il tarixində 5000 manat, xx.xx.2023cü il tarixində 4926 manat olmaqla, ümumilikdə 54926 manat məbləğində ödəniş həyata keçirilmiş, xx.xx.2023-cü il tarixində ödənilmiş kimi göstərilən 45777,85 manat məbləğində vəsait ödəniş olaraq (nağd və ya köçürmə yolu ilə) ödənilməmişdir. Ödənilmiş kimi göstərilən 45777,85 manat məbləği əvvəlki dövrlər üzrə, yəni xx.xx.2023-cü il tarixində 5000 manat, xx.xx.2023-cü il tarixində 40000 manat, xx.xx.2023-cü il tarixində 5000 manat, xx.xx.2023-cü il tarixində 4926 manat olmaqla, ödənilmiş vəsaitin texniki səhv olaraq silinməsindən sonra geri qaytarılaraq Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(056)-475/2022 saylı qətnaməsinə uyğun olaraq silinməsindən irəli gələn məbləğdir. İş materiallarına əlavə edilmiş, habelə Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş hesabdan çıxarış məlumatlarından da görünür ki, xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən 5000 manat ödənilmiş, həmin məbləğ hesablanmış faiz borcunun ödənilməsinə, xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən 40000 manat ödənilmiş, həmin məbləğdən 749,98 manat cərimə borcunun, 3944,10 manat əsas borcun, 35305,92 manat isə faiz borcunun ödənilməsinə yönəldilmiş, xx.xx.2023-cü il tarixində ödənilmiş 5000 manat məbləğində vəsaitin 704,48 manatı cərimə borcunun, 2886,70 manatı əsas borcun, 1408,82 manatı isə faiz borcunun ödənilməsinə yönəldilmiş, xx.xx.2023-cü il tarixində ödənilmiş 4926 manat məbləğində vəsaitin 2317,35 manatı əsas borcun, 869,49 manatı cərimə borcunun, 1739,16 manatı faiz borcunun ödənilməsinə yönəldilmişdir. Mövcud silinmə avtomatik olaraq proqram təminatı tərəfindən silinmiş, hazırkı iş üzrə məhkəmə qətnaməsinin mövcud olması barədə qeyd olmadığından düzgün olmayan formada silinmişdir. Mövcud yanlışlıq müəyyən edildikdən sonra silinmələrin düzgün ardıcıllığını təmin etmək mqəsədi ilə proqram təminatında tənzimləmələr həyata keçirilmiş və Sabirabad Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(056)-475/2022 saylı qətnaməsi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixində ödənilmiş 5000 manat, xx.xx.2023cü il tarixində ödənilmiş 40000 manat, xx.xx.2023-cü il tarixində ödənilmiş 5000 manat, xx.xx.2023-cü il tarixində ödənilmiş 4926 manat məbləğində vəsaitlər məhkəmə qətnaməsinə uyğun olaraq silinmişdir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından da bəlli olur ki, xx.xx.2023-cü il tarixində ödənilmiş kimi göstərilən məbləğlər 2(056)- 475/2022 saylı qətnaməyə əsasən nəzərdə tutulmayan ödənişlərin geri qaytarılmasıdır. Belə ki, xx.xx.2023-cü il tarixində geri qaytarılma qeydi göstərilməklə 2323,95 manat, 32972,59 manat və 10481,31 manat məbləğində vəsaitlər cavabdehin cari hesabına geri qaytarılmış və bundan sonra Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-475/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinə uyğun olaraq borc məbləğinin ödənilməsinə yönəldilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-475/2022 saylı qətnaməsi ilə borc məbləği 99801,61 manat əsas, 3937,41 manat faiz borcu və 5475,23 manat gecikdirilmiş vaxt üçün 5 faiz məbləği olmaqla ümumilikdə 109214,25 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəmə qətnaməsi qəbul edildikdən sonra xx.xx.2023-cü il tarixindən hazırkı tarixə qədər xx.xx.2023-cü il tarixində 5000 manat, xx.xx.2023-cü il tarixində 40000 manat, xx.xx.2023cü il tarixində 5000 manat, xx.xx.2023-cü il tarixində 4926 manat olmaqla, ümumilikdə 54926 manat məbləğində ödəniş həyata keçirilmiş, həmin məbləğlərdən qətnamə üzrə 3937,44 manat faiz borcunun, 5475,23 manat gecikdirilmiş vaxt üçün hesablanmış 5 % faiz borcunun, 45513,30 manat isə əsas borcun ödənilməsinə yönəldilmişdir ki, nəticədə hazırda cavabdehin qətnamə üzrə 54288,31 manat əsas borcu mövcuddur. Qətnamə üzrə faiz və gecikdirilmiş vaxt üçün hesablanmış 5 % faiz borcu üzrə silinmə olduğundan qətnamə üzrə faiz və gecikmiş vaxt üçün hesablanmış 5 % faiz borcu mövcud deyildir. Digər tərəfdən, hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli, 9/5679 saylı ekspert rəyi ilə xx.xx.2023-cü il tarixli, 9/4697 saylı ekspert rəyində aşağıdakı fərqlər mövcud olmuş, xx.xx.2022-ci il tarixli rəydə əsas borc 99801,61 manat, faiz borcu 3937,41 manat, gecikmiş vaxt üçün illik 5 faiz məbləği isə 5475,23 manat müəyyən edilsə də, xx.xx.2023cü il tarixli ekspert rəyində əsas borc 99891,61 manat, faiz borcu 3943,37 manat müəyyən edilmiş (qismən fərq), gecikmiş vaxt üçün 5 faiz məbləği isə ümumiyyətlə hesablanmamışdır və yalnız rəyin nəticə hissəsinin üçüncü bölməsində faiz borcu ilə birlikdə 9881,38 manat olaraq müəyyən edilmişdir. Bu isə hazırkı iş üzrə düzgün olmayan ekspert rəyinin verilməsini ehtiva etməklə bərabər iş üzrə yekun rəyin verilməsində çaşqınlıq yaratmışdır. Apellyasiya məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi Vəkil da bildirmişdir ki, həqiqətən də cavabdeh tərəfin iddiaçı banka əsas borcunun məbləği 15516,76 manatdan daha çoxdur və ekspert rəyində borc məbləğləri düzgün hesablanmamışdır. Belə ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində 5000 manat, xx.xx.2023-cü il tarixində 40000 manat, xx.xx.2023-cü il tarixində 5000 manat, xx.xx.2023-cü il tarixində isə 4926 manat məbləğində ödənişlər edilmişdir. Hesabdan çıxarış məlumatında öz əksini tapmış birdəfəlik 45777,85 manat məbləğində ödəniş isə cavabdeh tərəfindən edilməmişdir. Qeyd edilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2(106)-851/2023 saylı qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə müqavilə müddətinin bitdiyi günə - 09 dekabr 2020-ci il tarixə olan əsas və faiz borcunun məbləği nə qədər təşkil edir? 2) İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə rəy verilən günə olan əsas və faiz borcunun məbləği nə qədər təşkil edir? (iddiaçı tərəfindən verilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətdə qeyd olunan hallar ilə şəxsi hesabdan çıxarış məlumatları qarşılıqlı şəkildə müqayisə olunmaqla); 3) İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilə müddətinin bitdiyi 09 dekabr 2020-ci il tarixdən iddia ərizəsində göstərilmiş 17 fevral 2022-ci il tarixədək olan əldən çıxmış fayda şəklində İddiaçı ASC-yə vurmuş olduğu zərərin məbləği nə qədər təşkil edir? Həmin qərardad əsasında verilmiş 05 dekabr 2023-cü il tarixli, 9/7849 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 09 dekabr 2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, müqavilə dövründə illik 16 % ilə faiz hesablanmaqla və müqavilə dövründən sonra illik 5 % ilə əldən çıxmış fayda hesablanmaqla Cavabdeh1 xx.xx.2020-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas və faiz borcu 103839,92 manat məbləğində, xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas, faiz və əldən çıxmış faiz borcu 109777,27 manat məbləğində, xx.xx.2023-cü il tarixə (qərardadın tarixi) banka olan əsas, faiz və əldən çıxmış faiz borcu 61656,70 manat məbləğində və xx.xx.2023-cü il tarixə (hazırkı rəyin tarixi) banka olan əsas, faiz və əldən çıxmış faiz borcu 62071,11 manat məbləğində müəyyən edilir. O cümlədən, xx.xx.2020-ci il tarixə əsas borc üzrə 99880,61 manat, faiz borcu üzrə 3959,32 manat (16 faizlə); xx.xx.2022-ci il tarixə əsas borc üzrə 99880,61 manat, faiz borcu üzrə 3959,32 manat (16 faizlə), əldən çıxmış fayda borcu üzrə 5937,35 manat (5 faizlə); xx.xx.2023-cü il tarixə əsas borc üzrə 48913,93 manat, faiz borcu üzrə 0 manat (16 faizlə), əldən çıxmış fayda borcu üzrə 12742,77 manat (5 faizlə); xx.xx.2023-cü il tarixə əsas borc üzrə 48913,93 manat, faiz borcu üzrə 0 manat (16 faizlə), əldən çıxmış fayda borcu üzrə 13157,18 manat (5 faizlə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə ondan tutulması qət edilmiş borcun məbləğinə dair hissədə yoxlayan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən 9/5679 saylı, 19 avqust 2022-ci il tarixli ekspert rəyinə əsaslanmış olsa da, həmin ekspert rəyini MPM-in 88-ci maddəsinə uyğun olaraq qiymətləndirməmişdir. Belə ki, iş materiallarının 10-cu vərəqində olan hesab üzrə ödəniş məlumatından da göründüyü kimi, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə cəmi 12157,60 manat məbləğində ödəniş edilmişdir. Lakin sözügedən ekspert rəyində xx.xx.2022-ci il tarixə əsas borc üzrə 99801,61 manat, faiz borcu üzrə 3937,41 manat və 5 % - 5475,23 manat borcun olması göstərilmişdir. Həmin ekspert rəyində Cavabdeh1 tərəfindən edilmiş 12157,60 manat məbləğində ödənişin 198,39 manatının əsas borca, 11959,21 manatının isə faiz borcuna silinməsi müəyyən edilmiş olsa da, məhkəmə kollegiyası bunu işin hallarına uyğun hesab etmir və bildirir ki, hazırkı iş üzrə həmin ekspert rəyi mötəbər sübut olaraq qəbul oluna bilməz. Birinci instansiya məhkəməsi isə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 tutulması qət edilmiş borca dair hissədə məhz 9/5679 saylı, 19 avqust 2022-ci il tarixli ekspert rəyinə əsaslanaraq nəticəyə gəlmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi Cavabdeh1 14 yanvar 2020-ci il tarixədək yaranmış borc məbləğinin tutulmasını qeyd etməklə də, texniki səhvə yol vermişdir. Halbuki, istinad olunan ekspert rəyinin özündə də 14 yanvar 2022-ci il tarixinə yaranmış borc əksini tapmışdır. Qeyd edilənlərə görə də məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 tutulması qət edilmiş borca dair hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinin tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası 9/4697 saylı, 22 avqust 2023-cü il tarixli ekspert rəyinə dair bildirir ki, həmin ekspert rəyində müəyyən edilmiş məbləğlərin həqiqətə uyğun olmamasını və texniki yanlışlıq baş verdiyini hər iki tərəf də təsdiq etmiş, bu səbəbdən də iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət yaranmışdır. Ona görə də həmin ekspert rəyi də hazırkı işin həlli üçün mötəbər sübut olaraq qəbul edilə bilməz. Məhkəmə kollegiyası təkrar məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsində əldə olunmuş 05 dekabr 2023-cü il tarixli, 9/7849 saylı ekspert rəyi ilə müəyyən edilənləri hazırkı işin hallarına uyğun sayır və hazırda yoxlanılan mübahisəli məsələnin həll edilməsində həmin ekspert rəyinə əsaslanmağı məqsədə uyğun sayır. Həmin ekspert rəyi Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 09 dekabr 2019-cu il tarixli, 450/19 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla verilmişdir. 05 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə Cavabdeh1 etdiyi ödənişlər nəzərə alınmaqla təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edildiyi 04 oktyabr 2023-cü il tarixə və ekspert rəyinin verildiyi 05 dekabr 2023-cü il tarixə kredit müqaviləsi üzrə əsas borcunun məbləğinin 48913,93 manat olması müəyyən edilir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, iddia tələbi əsas borca dair hissədə qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 48913,93 manat məbləğində pul tutulmalıdır. İddiaçı tərəf məhkəməyə ünvanladığı ərizəsində qeyd edilən əsas borc məbləği ilə razı olmadığını qeyd etsə də, məhkəmə həmin rəyi vermiş ekspertin mühasibatlıq sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq iddiaçının həmin narazılığını əsassız sayır. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı öz tələbində Cavabdeh1 faiz borcu olaraq 23017,12 manat pulun tutulmasını tələb etmiş, öz tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 385.1-ci, 442-ci, 445.1-ci və 445.2.1-ci maddələrinə istinad etmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən müqavilə müddətinin bitməsindən sonra Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanan faiz borcu üzrə hər hansı tələb irəli sürməmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının faiz borcu ilə bağlı tələbini müqavilə müddəti üçün hesablanmış faiz borcu və kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövr üçün 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq bildirir ki, həqiqətən iddiaçının müqavilənin müddətinin bitməsindən sonrakı dövr üçün 5 faiz dərəcəsi ilə hesablanmış faizləri (əldən çıxmış faydanı) tələb etməyə hüququ olsa da, o, hal-hazırda həmin hüququndan istifadə etməmiş, öz tələbində dəqiq şəkildə məhz Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanan 5 faizlik borcu tələb etməmiş, iddia ərizəsinin hüquqi əsası kimi də həmin maddəyə istinad etməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi də həmin hissədə tələbin hüquqi əsasını düzgün müəyyənləşdirməmiş, həmin hissədə tələbin hüquqi əsasının MM-in 445.7-ci maddəsi olmasına qiymət verməmişdir. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, ekspert rəyi ilə də Cavabdeh1 5 faizlə əldən çıxmış faiz borcu üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edildiyi 04 oktyabr 2023-cü il tarixə 12742,77 manat və ekspert rəyinin verildiyi 05 dekabr 2023-cü il tarixə 13157,18 manat faiz borcunun mövcudluğu müəyyən edilsə də, iddiaçı müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün 5 faiz dərəcəsi ilə hesablanan faizi tələb etməmişdir. “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bundan başqa, 05 dekabr 2023-cü il tarixli, 9/7849 saylı ekspert rəyində Cavabdeh1 kredit müqaviləsi üzrə 16 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun məbləğinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edildiyi 04 oktyabr 2023-cü il tarixə və ekspert rəyinin verildiyi 05 dekabr 2023-cü il tarixə faiz borcunun olmaması (0 (sıfır) manat olması) müəyyən edilir. Məhkəmə kollegiyası ekspert rəyində qeyd edilən həmin hala uyğun olaraq bildirir ki, faiz borcuna dair hissədə iddia tələbi təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-475/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 99801,61 manat əsas kredit borcu, kredit müqaviləsinin bitdiyi tarixə 3937,41 manat faiz borcu və kredit müqaviləsinin bitdiyi tarixdən – xx.xx.2020-ci il tarixədək dövr üçün əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış 5475,23 manat faiz borcu, ümumilikdə 109214,25 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, kredit müqaviləsi üzrə borcun tutulmasına dair hissədə iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 48913,93 manat əsas kredit borcu Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına ödənilməli, kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. MPM-in 107-ci, 119.1-ci və 119.5-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən, 22 avqust 2023-cü il tarixli, 9/4697 saylı və 05 dekabr 2023-cü il tarixli, 9/7849 saylı ekspert rəylərinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində ekspertiza xərcinin yarısı – 100 manat hissəsi İddiaçı ASC-dən, digər yarısı – 100 manat hissəsi isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-475/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 99801,61 manat əsas kredit borcu, kredit müqaviləsinin bitdiyi tarixə 3937,41 manat faiz borcu və kredit müqaviləsinin bitdiyi tarixdən – xx.xx.2020-ci il tarixədək dövr üçün əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış 5475,23 manat faiz borcu, ümumilikdə 109214,25 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Kredit müqaviləsi üzrə borcun tutulmasına dair hissədə iddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 48913,93 manat əsas kredit borcu Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına ödənilsin. Kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia tələbi qalan hissədə təmin edilməsin. 22 avqust 2023-cü il tarixli, 9/4697 saylı və 05 dekabr 2023-cü il tarixli, 9/7849 saylı ekspert rəylərinin verilməsi üçün aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində ekspertiza xərcinin yarısı – 100 manat hissəsi İddiaçı ASC-dən, digər yarısı – 100 manat hissəsi isə Cavabdeh1 tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar