Məhkəmə qərarları › İş №2(106)-69/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-69/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-69/2023 08.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-120/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12610,33 manat əsas, 7594,93 manat faiz, 3496,17 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1783,25 manat faiz borcu olmaqla, cəmi 25484,68 manatın, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 40 manatın və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus İmişli şəhəri, Həsənoğlu küçəsində 0,025 ha torpaq sahəsində yerləşən 3A saylı fərdi yaşayış evinə yönəlməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-120/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Qurban Hacıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh1 06 iyul 2015-ci il tarixli, 292 saylı kredit müqaviləsi üzrə 12610,33 manat əsas borc, 7594,93 manat faiz borcu, 100 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 1783,25 manat faiz borcu və 30 manat məbləğində dövlət rüsumu, cəmi 22118,51 manat məbləğində pulun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ipoteka predmeti olan İmişli şəhəri, Həsənoğlu küçəsində 0,025 ha torpaq sahəsində yerləşən 3A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsait hesabına qeyd olunan borc məbləğlərinin ödənilməsi, qalan vəsaitin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan İmişli şəhəri, Həsənoğlu küçəsində 0,025 ha torpaq sahəsində yerləşən 3A nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 64600 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda isə qalan borc məbləğlərinin Cavabdeh1 ümumi qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun Cavabdeh1 tutulub “X5” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 2(036)-120/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və ekspert rəyində göstərilən məbləğdə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 vəkili və nümayəndəsi X4 çıxış edərək qeyd etdi ki, hal-hazırda mülki iş üzrə tərəflər mübahisəni məhkəmədən kənar həll edərək razılığa gəlmişdir. Odur ki, aralarında mübahisə olmadığından apellyasiya şikayətindən imtina etdiyini qeyd edərək bu barədə özünün yazılı ərizəsini təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh1 vəkili və nümayəndəsi X4 tərəfindən apellyasiya məhkəməsinin iclasında təqdim edilmiş ərizədən görünür ki, o, İmişli Rayon Məhkəməsinin 2(036)-120/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina edir. Məhkəmə kоllеgiyаsı cavabdehin vəkili və nümayəndəsinin apellyasiya şikayətindən imtinası barədə ərizəsinin dəlillərini iş mаtеriаllаrı üzrə qarşılıqlı şəkildə аrаşdırаrаq hеsаb еdir ki, cavabdehin nümayəndəsinin İmişli Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(036)-120/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməli, həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, 9/7210 saylı, 21 dekabr 2022-ci il tarixli ekspert rəyinin verilməsinə görə ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaiti həmin ekspertizanın keçirilməsini xahiş etmiş Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRАRА АLDİ: Cavabdeh1 vəkili və nümayəndəsi X1 İmişli Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(036)-120/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və 2(106)-69/2023 saylı mülki işlə bağlı apellyasiya şikayəti üzrə icraata xitam verilsin. 9/7210 saylı, 21 dekabr 2022-ci il tarixli ekspert rəyinin verilməsinə görə Cavabdeh1 ekspertiza xərci üzrə 100 manat tutularaq, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qərаrdаd qəbul еdildiyi аndаn qаnuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar