Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-694/2024 29.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı 13200 manat pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-3140/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə 29 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh1 avtombilə ödəmiş olduğu pula görə 11700 manat, avtomobilə çəkdiyi xərcə görə 1500 manat, cəmi 13200 manat, dövlət rüsumuna görə rüsum 139,60 manat və mediasiya xərcinə görə 200 manat pul tələb etmiş, iddiaçının məhkəmə hazırlıq iclasında təqdim edilmiş ərizəsinə əsasən Cavabdeh2 da cavabdeh kimi işə cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 11700 manat məbləğində ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobili almışdır. Cavabdeh ona aldığı avtomobilə sərəncamvermə hüququna dair xx.xx.2022- ci il tarixli ƏN-Vİİİ seriyalı 596045 nömrəli etibarnamə vermişdir. Avtomobilin əzik yerləri vardır, 1500 manat xərc çəkib onları təmir etdikdən sonra avtomobili adına rəsmiləşdirmək istədikdə məlum olmuşdur ki, avtomobilin ilkin sahibi maşına sərəncamvermə hüququna dair etibarnaməni ləğv etmişdir. O, avtomobilin ilkin sahibini tanımır, sərəncamvermək hüququna dair etibarnamə ilə həmin avtomobili Cavabdeh1 almışdır. Hazırda etibarnamə ləğv edildiyindən o, avtomobildən istifadə edə bilmir. Bununla bağlı dəfələrlə cavabdehdən etibarnaməni bərpa etməsini və ya pulunu geri qaytarmasını tələb etsə də, cavabdeh “bu mənim günahım deyil” deyərək pulunu qaytarmaqdan imtina etmiş, nəticədə Cavabdeh1 ona 13 200 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ seriyalı 596045 nömrəli etibarnamədən də görünür ki, nəqliyyat vasitəsinin sahibi X1 adından etibarnamə ilə çıxış edən Cavabdeh1 ona xx.xx.2023-cü il tarixə kimi qüvvədə olan ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobilə sərəncamvermə hüquqnuna- idarə etmək, bağışlamaq, ipotekaya qoymaq və s. hüquqlara dair səlahiyyət vermişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən də görünür ki, ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobil X1 mülkiyyətindədir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qaradağ rayon Polis İdarəsinin 10-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli qərarından da görünür ki, Cavabdeh1 ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobili ona 11700 manata satdığını, ona həmin avtomobilə dair sərəncamvermə hüququna dair etibarnamə verməsini və sonradan avtomobilin sahibinin etibarnaməni ləğv etdiyini, onun günahı olmadığından aldığı pulu qaytarmadığını etiraf etmişdir. Cavabdeh izahatında qeyd etmişdir ki, mübahisəli avtomobili Emin adlı şəxsdən almış, avtomaşın Saddədin adlı şəxsə məxsus olmuş, Eminin Saddədinə borcu olduğundan sonuncu verdiyi etibarnamələri ləğv etmişdir. ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobili təmir etdirmiş və təmirinə 1500 manat məbləğində pul vəsaiti xərclənmişdir.Təqdim olunan fotoşəkillərdən də görünür ki, ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobildə əziklər olmuş, təmirə ehtiyacı olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Cavabdeh1 onu aldadaraq 13200 manat məbləğində pul vəsaitinə ələ keçirərək mənimsəməklə onun hesabına əsassız varlanmışdır. Aralarında olan şifahi alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməmiş, ondan aldığı pulun müqabilində verdiyi nəqliyyat vasitəsinə sərəncamvermək hüququna dair etibarnamənin etibarlığını təmin etməmiş, onu aldığı əmlakdan istifadə hüququndan məhrum etmiş, onun pul vəsaitini özündə saxlamaqla qaytarmaqdan imtina etməklə ondan əsassız olaraq varlanmış və nəticədə ona 13200 manat məbləğində ziyan vurmuşdur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, avtomobili Cavabdeh1 və Cavabdeh2 almışddır. Əvvəlcə sövdələşməsi Ramalla olmuş, daha sonra Səbuhi qiymətdən çıxmış, 11700 manat pulu onlara vermişdir. Avtomibili etibarnamə əsasına əldə etmişdir. Sonradan avtomobilə 1500 manat xərc çəkmişdir. Artıq 11 aydır avtomobil həbsdədir, idarə edə bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, o, sadəcə etibarnamə vermişdir. Mübahisənin ona aidiyyəti yoxdur. O, sadəcə qardaşı Cavabdeh2 kömək etmişdir. Ona görə də özünü cavabdeh hesab etmir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, İddiaçı pulu o almışdır. O, avtomobili Mirəhədə 11700 manata satmış və pulunun. Onun qardaşının bu məsələdə heç bir günahı yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-3140/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Habil Bəhmənov), iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11700 manat, ödənilmiş dövlət rüsumuna görə 125,10 manat pulun müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, iddianın mediyasiya xərcinə görə 200 manat, avtomobilə çəkilmiş xərcə görə 1500 manat pul tələbinə münasibətdə təmin olunmaması qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 1091, 1092 və 1093-cü 385, maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Şükürov X3 Rayon Məhkəməsinin 2(050)-3140/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəmənin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)-3140/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3140/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında Qaradağ RPİ 10-cu PB-də tərəfindəm CPM-in 207-ci maddəsinə əsasən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 31 mənzil 30-da yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət edərək Qaradağ rayonu. Lökbatan qəsəbəsi yaxınlığında yerləşən BDYPİ-nin müayinə və sənədləşmə mərkəzində Ramal və Səbuhi qardaşlarından ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili sərəncamvermə hüququnu təsdiqləyən etibarnamə əsasında 11 700 manata alması lakin təqribən 1 ay müddət keçdikdən sonra avtomobilinin mülkiyyətçi qismində öz adına rəsmiləşdirmək istəyərkən etibarnamənin ləğv olunduğunu aşkar etməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında Cavabdeh1 və onun qardaşı Cavabdeh2 izahatı alınmışdır. Alınmış izahatlardan məlum olmuşdur ki, hər iki şəxs birlikdə fərdi olaraq avtomobil alğı-satqısı ilə məşğul olur. Bu işi həyata keçirərkən onlar əvvəllər cavadov Emin adlı şəxsdən avtomobili alıb digər şəxslərə satıb. Cavabdeh2 bildirmişdir ki, avtomobobili Emin adıı şəxsdən alarkən ondan sərəncamvermə hüququ verən etibranmə alaraq və daha sonra başqa şəxslərə satıb. xx.xx.2022-ci il tarixdə Emin oan zəng etmiş və Gürcüstan Respublikasından yeni avtomobilin gətirildiyini bildirərərk onu çağırmışdır. Cavabdeh2 qardaşı Cavabdeh1 ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında yerləşən BDYPİ-nin müayinə və qeydiyyat mərkəzində Emin və yanında olan 2 nəfər şəxslə görüşmüşdür. 2006-cı ildə istehsal olunmuş tünd boz metallik rəngli “Toyota Carolia” markalı avtomobilinə baxdıqdan sonra qiyməti danışılmış və razılaşma əsasında Emin adlı şəxsin yanındakı şəxslərdən birinin kart hesabına pul köçürülmüşdür. Sənədləşmə prosesi zamanı avtomobilin qeydiyyat şəhadətnaməsi Rəhimova Günel adlı şəxsin adına olmalı olduğu halda Eminin yanıdakı Sadəddir adlı şəxs Günel Rəhimovadan mülki etibarnamə aldığını sənədləşmə ərizəsində qeyd etmədiyi üçün qeydiyyat şəhadətnaməsi Sadəddin adl şəxsin adına hazırlanmış və sonrada qeydiyyat mərkəzinin əməkdaşları texniki yalnışlıq olduğunu bildirİD şəhadətnaməni dəyişmişdirlər. Bundan sonra qeydiyyat şəhadətnaməsi X1 adına rəsmiləşdirilmiş və Sadəddin adlı şəxs Günel Rəhimovanın adından mülki etibarnaməsi olduğu üçün sərəncamvermə hüququ verən etibarnamə əsasında avtomobili onlara satmışdır. Cavabdeh2 Eminin verdiyi karta dostu Vurğun adlı şəxsin vasitəsi ilə 10000 manat pu! göndərmiş və geri qalan 1000 manat puli isə əlbəəl vermişdir. Növbəti günlərdə Badamdar qəsəbəsində avtomobili diaqnostika edərkən bir nəfər şəxs onlara yaxınlaşmış və avtomobilin satılıq olubolmadığını soruşmüşdür. Özünü İddiaçı kimi təqdim edən həmin şəxsə 11700 manat qiymət deyilmiş və həmin gün, yəni xx.xx.2022-ci il tarixdə aralarında olan razılığıa əsasən 11700 manat məbləğdə avtomobili İddiaçı sərəncamvermə hüququnu təsdiq edən etibarnamə vasitəsi il satmışdırlar. Təqribən 1 ay 10 gün sonra 2023-cü ilin Yanvar ayının 11-i avtomobilin sahibi Sadəddin adlı şəxs Cavabdeh2 zəng edərək Eminin ona borcu olduğu üçün “Toyota Carolla”nın etibarnaməsini ləğv etdiyini bildirmişdir. Cavabdeh2 avtomobili başqa şəxsə satdığını jə buna görə də pis vəziyyətdə qalacağını bildirmişdir. Cavabdeh2 Emini tapa bilmədiyi üçün yaşadığı ərazi üzrə 40-cı polis bölməsinə müraciət etdiyini və bununla paralel zəng edib avtomobili alan şəxsə etibarnamənin ləğv olunması barədə məlumat verdiyini bildirmişdir. Sonda Cavabdeh2 və Cavabdeh1 etibarnamənin ləğv olunmasında onların günahının olmadığını və hər-hansı dələduzluq məqsədlərinin olmadığını bildirmişdirlər. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 mediasiya sessiyasında iştirak etməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, tərəflər arasında qanuni əsas və ya müqavilə əsasından kənar hüquq münasibəti yaranmışdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 qeyri-rəsmi olaraq 11700 manat məbləğində pul ödəməklə ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobili almışdır. Cavabdeh tərəf ona aldığı avtomobilə sərəncamvermə hüququna dair xx.xx.2022- ci il tarixli ƏN-Vİİİ seriyalı 596045 nömrəli etibarnamə vermişdir. Bundan sonra iddiaçı nəqliyyat vasitəsinin təmiri ilə bağlı zəruri xərclər çəkmiş, daha sonra aldığı nəqliyyat vasitəsini öz adına rəsmiləşdirmək istəmişdir. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi zamanı məlum olmuşdur ki, avtomobilin ilkin sahibi maşına sərəncamvermə hüququna dair etibarnaməni ləğv etmişdir. Bununlda da tərəflər arasında olan öhdəliyə uyğun olaraq iddiaçı almaq istədiyi avtomobilə görə üzərinə düşən öhdəliyi, yəni 11700 manat pulu cavabdehə ödəmiş, lakin cavabdeh müqavilə öhdəliklərinə tam əməl etməyərək satdığı nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə keçirilməsini təmin etməli olduğu halda müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, daha sonra aldığı pulu geri qaytarmaqdan imtina etmiş, bununla da müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bununla da, iddiaçı əmlakdan məhrum olmuş, cavabdeh isə heç bir hüquqi əsas olmadan əsassız varlanmışdır. Belə olan halda iddiaçı haqlı olaraq cavabdehin qanunsuz sahibliyində olan (pulunu) əmlakını qaytarmalıdır. Cavabdeh tərəf avtomobilin 11700 manata qeyri-rəsmi satılmasını təsdiq edir. Həmin qeyri-rəsmi müqaviləni avtomobilin mülkiyyətçisi sonradan bəyənməmişdir. Cavabdeh2 avtomobilin pulun mülkiyyətçiyə ödədiyini bildirmiş olsa da, hazırlı mübahisə üzrə İddiaçı ilə avtomobilin mülkiyyətçisi arasında heç bir hüquq münasibəti yaranmadığına görə, əsassız varlanma maddi hüquq normalarının tələbinə uyğun olaraq, 11700 manat pul cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh1 iddianın ona aidiyyəti olmadığını bildirsə də, işin hallarına, eləcə də Cavabdeh2 polis şöbəsində vermiş olduğu izahata əsasən müəyyən olunur ki, cavabdehlər hər ikisi birgə hərəkət etməklə avtomobilin qeyri-rəsmi satışında iştirak etmişlər. Ona görə də onlar hər ikisi müştərək mülki məsuliyyət daşımalıdırlar. Cavabdehlər apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, Səbuhinin iddiaçıya satdığı maşının etibarnaməsinin etibarsız hesab edilməsinə səbəb Səbuhinin avtomobili aldığı Emin adlı şəxsin avtomobilin ilkin sahibinə borcu olması olmuşdur. Hazırda Emin barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilərək barəsində axtarış (həm ölkə daxili həmdə Beynəlxalq axtarış) elan edilmişdir. Bununla bağlı cavabdehlər məhkəməyə X2 barəsində “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Binəqədi RPİ-nin 13 mart 2023-cü il tarixli qərarını və həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarını təqdim etmişdirlər. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, tərəflər nəqliyyat vasitəsinin alq;-satqısı ilə bağlı şərtləri müəyyən etmişlər. İddiaçı öz üzərinə nəqliyyat vasitəsinin alqışına görə 11700 manat pul ödəməyi götürmüş və öhdəliyini icra etmiş, cavabdeh isə bunun müqabilində nəqliyyat vasitəsinin iddiaçının adına rəsmiləşdirilməsi üçün etibarnamə vermişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi lazımı qaydada icra edə bilməmiş, aldığı pulu isə geri qaytarmaqdan imtina etmişdir. Nəqliyyat vasitəsinin alqı-satqısı zamanı cavabdehə verilən 11700 manat pul vəsaiti iddiaçı tərəfindən alqı-satqının baş tutacağı və nəqliyyat vasitəsinin iddiaçının adına rəsmiləşdiriləcəyi ümidi ilə verilir. Gələcəkdə alqı-satqı baş tutmadığına görə əldə etmə sonradan aradan qalxmış əsasa söykənmiş olur. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əməl etməklə qanuni və ədalətli qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar Masallı Rayon Məhkəməsinin 2(050)-3140/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Masallı Rayon Məhkəməsinin 2(050)-3140/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-3140/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-694/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-694/2024
29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver