Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-694/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümyəndəsi Nümayəndə2, cavabdehlərdən Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Maaarif oğlu, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(041)-317/2018 saylı qətnaməsindən (hakim R.Bağırov) Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 Maaarif oğlu, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, 001R********** saylı kredit razılşması üzrə 8622.06 ABŞ dolları əsas borc, 1958.71 ABŞ dolları faiz borcu və 5360.52 ABŞ dolları cərimə olmaqla, cəmi 15941.29 ABŞ dolları məbləğində kredit borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə "xxxx" QSC-nin bağladığı xx.xx.2012cü il tarixli 01L000002953 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 100000 (bir yüz min) ABŞ dollan məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət aynca olaraq kredit razılaşması ilə müəyyən olunur. Accesbank” QSC ilə Cavabdeh2 arasında xx.xx.2014-il tarixdə bağlanmış 001R********** saylı kredit razılşması əsasında ona aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 18 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən borclu əsas və kreditə görə hesablanmış faiz borcunu bərabər məbləğdə, qrafikə uyğun olaraq ödəməli idi. Cavabdeh müqavilə öhdəliyinə tam şəkildə əməl etməmiş, xx.xx.2018cı il tarixə onun banka 8622.06 ABŞ dolları əsas borc, 1958.71 ABŞ dolları faiz borcu və 5360.52 ABŞ dolları cərimə olmaqla, cəmi 15941.29 ABŞ dolları məbləğində kredit borcu yaranıb. Müqavilənin icrasına təminat olaraq "xxxx" QSC ilə Cavabdeh3 və Cavabdeh1 arasında həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır və həmin müqavilələrə görə onlar kredit alan Cavabdeh2 ilə eyni dərəcədə məsuliyyət daşıyırlar. Cavabdehlər müqavilə üzrə öhdəliklərin icra etmədikləri barədə xəbərdar dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam şəkildə icra etməyiblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(041)-317/2018 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, ödəniləcək günə manatla məzənnədə 8622.06 ABŞ dolları əsas borc, 1958.71 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 11580.77 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehlərdən Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək Cavabdeh1 müştərək qaydada ödəniləcək günə manatla məzənnədə 8.622,06 ABŞ dolları əsas borc, 1.958,71 ABŞ dolları faiz borcu və 1.000 ABŞ d nə olmaqla, cəmi 11.580,77 ABŞ dolları və dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC-nə ödənilməsi hissəsində ləğv edərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iş üçün əhəmiyyətli olan bütün hallan araşdırmamış, maddi və prosessual hüquq malarını pozmuşdur, bu səbəbdən qətnamə ona dair hissədə tamamilə qanunsuz və əsassızdır. Kürdəmir Rayon Məhkəməsirdrı xx.xx.2018-ci il tarixli 2(041)-317/2018 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və o - Cavabdeh1 müştərək qaydada ödəniləcək günə manatla məzənnədə 8622.06 ABŞ dollan əsas borc, 1958.71 ABŞ dollan faiz borcu və 1000 ABŞ dollan cərimə olmaqla, cəmi 11580.77 ABŞ dolları və dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq iddiaç "xxxx" QSCnin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilsə də, iddiaç "xxxx" QSC ilə arasında bağlanmış 27 sentyabr 2012-ci il tarixli, 01S000005527 nömrəli zaminlik müqaviləsi qanunvericiliyin tələblərini pozmaqla bağlandığı üçün etibarsız hesab edilməlidir. Belə ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Zaminlik müqaviləsinin mühüm şərtlərindən biri də faiz dərəcəsidir. Lakin, imzaladığı müqavilədə ona bank qarşısında öhdəliklərinin təminatçısı kimi çıxış etdiyi borcluya bankın göstərilən kredit məbləğini hansı faiz dərəcəsi ilə verməsi barədə məlumat verilməmiş və sözügedən şərt 27 sentyabr 2012-ci il tarixli, 01S000005527 nömrəli zaminlik müqaviləsində göstərilməmişdir. Bu səbəbə görədə, müqavilənin bütün mühüm şərtləri barəsində məlumatlı olmamışdır. Bu isə hansı faiz dərəcəsi ilə verilən borca görə zamin olduğunu bilməyərək müqaviləni səhvən imzalamağı ilə nəticələnmişdir. Cavabdeh2 iddiaçı "xxxx" QSC arasında bağlanmış xx.xx.2012-ci il tarixi 01L000002953 saylı kredit xətti müqaviləsində iddiaçı bank mühüm şərtlərdən biri olan faiz dərəcəsini göstərməmişdir. Həmin müqavilənin 1.3-cü bəndindən də göründüyü kimi verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin aynimaz hissəsi olan kredit razılaşması ilə müəyyən olunur. İddiaçı bankla Cavabdeh2 arasında bağlanan xx.xx.2014-cü il tarixli 001R********** saylı kredit razılaşmasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kreditin götürüldüyü qeyd olunsa da, “AccessBank" QSC həmin faiz dərəcəsi ilə bağlı zamin kimi razılığını almamışdır. Belə ki, xx.xx.2014-cü il tarixli 001R********** saylı kredit razılaşmasından da göriindüyü kimi həmin razılaşma cavabdehlərdən yalnız bordu Cavabdeh2 tərəfindən imzalanmışdır. Yəni həmin faiz dərəcəsi ilə bağlı onun imzası və razılığı olamamışdır. Üstəlik, müqavilənin mühüm şərtlərindən biri kimi çıxış edən faiz dərəcəsi 27 sentyabr 2012-ci il tarixli, 01S000005527 nömrəli zaminlik müqaviləsində də göstərilməmişdir. Belə olan halda, sözügedən müqavilə qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv olunmalıdır. İddiaçı bankın bu qanunazidd davranışı isə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamədə üzərinə qanunsuz və əsassız öhdəliyin qoyulması ilə nəticələnmişdir. Buna görə də, həmin müqavilə üzərinə öhdəliyin qoyulduğu hissədə ləğv edilməlidir. Kürdəmir Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(041)- 317/2018 saylı qətnaməsini çıxararkən iddiaçının təqdim etdiyi kredit xətti müqaviləsinə, kredit razılaşmasına və zaminlik müqavilələrinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, buna görə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, sübutların tədqiq edilməsi və işə baxılması ilə əlaqədar digər hərəkətləri qanunauyğun həyata keçirməmişdir. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsi ilə üzərinə əsassız və qanunsuz öhdəliyin qoyulmasına səbəb olmuş və hüquqlarının və qanuni mənafelərinin pozulmasına gətirib çıxarmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Namiqlə borc alan vasif qohumdurlar. Əsas borclu tərəfindən hal-hazırda kredit öhdəliyinin yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq hesab edir ki, iddiada qeyd olunan zaminlik müqaviləsi üzrə ümumiyyətlə öhdəliyi yaranmamışdır. İddiaçı bankın nümayəndəsinin öhdəliyin tam olaraq icra olunması əsası ilə iddiadan imtinasının qəbul olunmamasını xahiş edir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikəyətinin əsassız olduğunu bildirib, təmin olunmamasını xahiş etdi. Mövqeyini belə əsaslandırdı ki, zaminliyə xitam verilməsinin əsaslarından biri öhdəliyin icra edilməsidir. Kredit müqaviləsi üzrə yaranan öhdəlik borc alan tərəfindən 2 ay bundan öncə tam olaraq icra olunub. Ona görə də, onlar iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv olunmasını və iddianın həmin hissədə rədd olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən Cavabdeh1 aid hissədə yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı həmin hissədə tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərə əsasən aşağıdakılar müəyyən olunur: Kreditor "xxxx" QSC ilə borc alan Cavabdeh2 arasında xx.xx.2012-cü il tarixdə bağlanmış 01L000002953 nömrəli kredit xətti müqaviləsindən görünür ki, kreditor tərəfindən borc alana 120 ay müddətinə, 100000 ABŞ dolları məbləğində kredit xətti açılıb. Kreditlər tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası vernilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən verilən hər kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arpasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması ilə müəyyən olunur. Kreditor "xxxx" QSC ilə zamin Cavabdeh1 arasında xx.xx.2012-cü il tarixdə bağlanmış 01S000005527 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin kreditorla borc alan Cavabdeh2 arasında xx.xx.2012-cü il tarixdə bağlanmış 01L000002953 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamailə icra edilməsi üçün üzərinə məsuliyyət götürmüşdür. Kreditor "xxxx" QSC ilə borc alan Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 001R********** nömrəli Kredit Razılşmasından görünür ki, kreditor tərəfindən borc alana aylq faiz dərəcəsi 2.1667 faiz müəyyən olmaqla və 18 ay müddətinə qaytarılması şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan bir neçə dəfə əlavə sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Zamin kimi Cavabdeh1 kredit razılaşmasında müəyyən olunan faiz dərəcəsinə razılığı alınmamış, ödəniş planı, ona sonradan edilmiş dəyişikliklərlə tanış edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında formalaşan hüquqi mövqeyə görə zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə), əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini də istisna etməmişdir. Ancaq nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliklərin icrası üçün zəmanət verilməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. İşin hallarına əsasən İddiaçı QSC ilə zamin arasında bağlanmış zaminlik müqaviləsi ümumi xarakterli olmaqla, gələcəkdə kreditorla borclu arasında bağlanacaq kredit razılaşmaları üzrə verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) icrasını təmin etmək məqsədini daşımışdır. Kredit xəttinin ümumi məbləği 100000ABŞ dolları, müddəti isə 120 ay təşkil etmişdir, özü də bu müddət öhdəliyin icrası müddətini yox, müqavilənin 1.2-ci bəndinə görə, kredit razılaşmaları əsasında istənilən (tələb olunan) məbləğin 120 aydan gec olmayaraq verilməsini ehtiva etmişdir. Nəzərə almaq vacibdir ki, uzunmüddətli kredit müqaviləsi ilə yalnız kreditorun öhdəlikləri yaranır, belə ki, kredit xətti müqaviləsinə görə, kreditor müəyyən müddətədək bir və ya bir neçə dəfə borcluya kredit verməyi öhdəsinə götürür. Borclunun öhdəlikləri isə krediti aldıqdan sonra yaranır. O da nəzərə alınmalıdır ki, zaminlik müqaviləsinin özündə zaminliklə təmin edilən öhdəliyin yaranması kreditorla borclu arasında gələcəkdə bağlanaraq kredit razılaşmaları ilə şərtləndirilmiş, lakin zaminlik müqaviləsində gələcəkdə borcluya verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) məbləği, geri qaytarılması müddəti, faiz dərəcəsi və s. şərtlər öz əksini tapmamışdır. Halbuki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən, onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir». Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun vurğuladığı kimi, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Artıq qeyd olunduğu kimi, hər bir zaminlə gələcəkdə yaranacaq öhdəlik (öhdəliklər) üzrə zaminlik müqaviləsi bağlanaraq ümumi məbləğ və müddət göstərilsə də, faiz dərəcəsi əks olunmamışdır. Ona görə də banka lazım gəlirdi ki, kredit xətti müqaviləsi çərçivəsində borclu ilə kredit razılaşması bağlayarkən, verilən kreditin faizi barədə hər bir zaminin razılığını alsın. Hazırki işin materiallarından isə görünür ki, cavabdeh (zamin) kredit xətti müqaviləsi çərçivəsində borclu ilə kredit razılaşması bağlayarkən, kreditor verilən kreditin faizi və qaytarılması müddəti barədə zaminin razılığını almamışdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, zaminlə bağlanmış zaminlik müqaviləsində borclu Cavabdeh2 veriləcək kreditə görə, kreditlə bərabər ödənilməli olan faizlər, kreditin qaytarılması müddət göstərilmədiyindən, kredit razılaşmaları və sonradan ödəniş planlarına edilən dəyişikliklər zaminlə razılaşdırılmadığı üçün, həmin hallar zaminin məsuliyyətinin artması kimi qiymətləndirilərək, zaminliyə xitam verilməsinə hüquqi zəmin yaratmışdır. İddiaçının nümayəndəsinin öhdəliyin tam olaraq icra olunması əsası ilə iddiadan imtinası ilə bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, həmin ərizə apellyasiya baxışı zamanı verilmişdir və apellyasiya baxışı zamanı təqdim olunan iddiaçının nümayəndəsinə verilən etibarnamədə nümayəndənin iddia tələblərindən tam və ya qismən imtina etmək səlahiyyəti olmamışdır. Odur ki, iddiaçının nümayəndəsinin iddiadan imtina olunmasına dair ərizəsi təmin oluna bilməz. Bundan başqa kollegiya hesab edir ki, öhdəliyin tam olaraq icra olunması əsası ilə iddiaçının nümayəndəsinin iddiadan imtina etmək səlahiyyəti olsaydı belə, həmin imtina hazırki apellyasiya şikayətinə baxılan zaman qəbul edilə bilməzdi, çünki, apellyasiya şikayətinin dəlili zaminin zaminlik müqaviləsi üzrə öhdəliyinin yaranması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, götürülmüş kredit üzrə zamin olaraq Cavabdeh1 kredit razılaşmasına, ödəniş planına və sonradan onlara edilən dəyişikliklərə razılığı alınmadığından, həmin hallar zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməli və onun zaminliyinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(041)-317/2018 saylı qətnaməsi Cavabdeh1 aid hissədə ləğv olunsun və iddia ona münasibətdə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-694/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-694/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver