Məhkəmə qərarları › İş №2(106)-699/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-699/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-699/2025 10.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və Aytən Nazim qızı Novruzovadan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə dair Astara Rayon Məhkəməsinin 2(018)-1431/2024 nömrəli, 14 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Astara Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(018)-1431/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB4107774B299 saylı kredit xətti müqaviləsinə əsasən 1499 (min dörd yüz doxsan doqquz) manat 88 (səksən səkkiz) qəpik əsas borc, 352 (üç yüz əlli iki) manat 96 (doxsan altı) qəpik faiz borcu olmaqla, cəmi 1852 (min səkkiz yüz əlli iki) manat 84 (səksən dörd) qəpik məbləğdə borc və ödənilmiş 38 (otuz səkkiz) manat 53 (əlli üç) qəpik dövlət rüsumu tutulub İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə icraya yönəldilmiş, Astara rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icraata başlanılmışdır. Qətnamədən Cavabdeh xx.xx.2025-ci il tarixdə apelyasiya şikayəti vermiş, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan cavabdeh şikayət vermiş, Astara Rayon Məhkəməsinin 2(018)-1033/2024 nömrəli, 14 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, qərardad əssasızdır. Çünki məhkəmə tərəfindən qəbul olunan qərardadda qeyd olunur ki, poçt vasitəsi ilə göndərilən məhkəmə qətnaməsi onun tərəfindən imza edilməklə 08 yanvar 2025-ci ildə alınmışdır. Halbuki, 10 ildən çox olar ki, həmin kənddə yaşamır və heç bir sənədə imza çəkib məktub almamışdır. Çəkilən imza məxsus deyil. Obyektiv araşdırma lazımdırsa ekspertiza təyin olunsun və imza nümunələrini təqdim etməyə hazırdır. Qeyd olunan kənddə yaşamadığı barədə kənd icra nümayəndəsindən arayış almışdır. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, 10 aprel 2025-ci il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı iddiaçı tərəfin yazılı etirazı və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Kollegiya şikayətin dəlillərini və iş üzrə materialları nəzərdən keçirib, aşağıdakılara əsasən hesab edir ki, qərardad ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə göndərmişdir. Birinci instansiya məhkəməsi poçt xəbərnaməsinə istinadən belə hesab etmişdir ki, cavabdeh tərəfindən qpellyasiya müddəti ötürülmüşdür. Belə ki, iş materiallarındakı məlumata görə, məhkəmə sənədinin (qətnamənin) cavabdehə təqdim edilməsi barədə poçt xəbərnaməsi Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə imzalanmışdır. Cavabdehin şikayətində göstərmişdir ki, qətnamənin surəti rəsmi qaydada ona təqdim edilməmişdir, 10 ildən çox olar ki, həmin kənddə yaşamır və heç bir sənədə imza edib məktub almamışdır. Poçt xəbərnaməsindəki imza ona məxsus deyil. O, məhkəmə qətnaməsi barədə İcra və Probasiya şöbəsinin məktubundan məlumatlı olmuşdur. Məhkəmə bu hala qiymət verməmişdir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, Cavabdeh adına ünvanlanmış başqa məhkəmə sənədi (bildiriş) də cavabdehin köçməsi səbəbindən xx.xx.2024-cü il tarixində Astara Rayon Məhkmçəsinə geri qaytarılmışdır. Bu hal da onu göstərir ki, cavabdeh həmin ünvanda yaşamır. Poçt xəbərnaməsinin Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə imzalanması barədə sənəddə isə cavabdehin adı qeyd edilsə də kim tərəfindən imzalanması və həmin məhkəmə sənədinin kimə təqdim olunması bəlli deyil. Birinci instansiya məhkəməsi məhkəmə qətnaməsinin surətinin xx.xx.2025-ci il tarixdə kimə təqdim edildiyini aydınlaşdırmamışdır. Belə halda qətnamənin surətinin hansı tarixdən cavabdehə rəsmi qaydada təqdim edilməsi bəlli deyil. Məhkəmə qətnamənin elektron kabunetə yerləşdirilməsini, cavabdehə həqiqətən qətnamənin təqdim edilməsini müəyyən etməlidir. Bundan başqa, cavabdeh şikayətində qərardadın ləğv edilməsi ilə yanaşı, ötürülmüş müddətin bərpa edilməsini də xahiş etmişdir. Məhkəmə şikayətdəki bu tələbə də qiymət verməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi cavabdehin dəlillərini, iş üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, bununla da prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə aktının ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehin şikayətindəki dəlillər yenidən yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxarkən məhkəmə qətnamənin surətinin hansı tarixdən cavabdehə rəsmi qaydada təqdim edilməsi məsələsinə, eləcə də cavabdehin müddətin bərpasına dair tələbinə müvafiq qiymət verməklə sonrakı prosessual hərəkətləri yerinə yetirməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdeh şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(018)-1431/2024 saylı qərardadı ləğv edilsin və şikəyətin yenidən yoxlanılması üçün mülki iş Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar