Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-706/2024 25.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, ilkin iddia üzrə Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(055)-77/2024 saylı qətnaməsindən (hakim İxtiyar Abuşov) ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İlkin iddia üzrə İddiaçı cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 4511 manat pulun və 65 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ondan tələb etdiyi 4511 manat pulu ona olan borcundan çıxaraq qalan 2729 manat pulun, 92 manat dövlət rüsumunun, cəmi 2821 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə Saatlı rayonu Heydərabad kənd sakini Cavabdeh ilə 160 hektar torpaq sahəsində şərikli (xeyir və ziyan aralarında tam bölünməklə) pambıq əkmişlər və əkdikləri pambığa görə alqı-satqı müqaviləsi “MKT-Saatlı” filialı ilə onun arasında bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq “MKT-Saatlı” filialı tərəfindən ona 116413 manat avans verilmişdir. Əkdikləri pambığa aqrotexniki qaydalara uyğun olaraq qulluq olunaraq tam çıxış alınsa da, su çatışmamazlığı səbəbindən məhsuldarlıqları aşağı olmuş və nəticədə filiala 30422,51 manat borcları yaranmışdır. Həmin borcun 13511,25 manatı Cavabdeh ilə şərik olduğundan onun üzərinə düşmüşdür. Cavabdeh isə bu günə kimi filiala olan 13511,25 manat borcdan 9000 manatını ödəyərək 4511 manat borclu qalmışdır. Dəfələrlə Cavabdeh 4511 manatı tələb etsə də, Sabir müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. Yaranmış borcla bağlı həm o, həm də Cavabdeh “MKT-Saatlı” filialının direktoru Çingiz Gözəlova ərizələr də yazmışlar. Cavabdeh filiala olan borcu ödəmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də göstərdiklərini nəzərə alaraq İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 4511 manat pulun və 65 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda ilkin iddiaçı izahatında göstərmişdir ki, qarşılıqlı iddianı qəbul etmir. İlkin iddia üzrə Cavabdeh oğlu Şahid1 onun sahəsində işləməsini görməmişdir. Traktor işlərinin pulunu isə zavoddan alıb Cavabdeh vermişdir. O, bütün xərcləri ödəmişdir. Özünün zavoda 1500 manat borcu qalmış, Cavabdeh isə zavoda 4511 manat borcu qalmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, həqiqətən də İddiaçı ilə 2013cü ildə 160 hektar torpaq sahəsinə şərikli pambıq bitkisi əkmişlər. Əkdikləri pambığa görə İddiaçıla “MKT-Saatlı” filialı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Əkdikləri pambıq bitkisinə aqrotexniki qaydada qulluq edərək çıxış əldə etsələr də, sonradan su çatışmamazlığı səbəbindən yaxşı məhsul götürə bilməmişlər və nəticədə filiala 30422,51 manat borcları yaranmışdır. Həmin borcun 13511,25 manatı Ağasəflə aralarında olan hesablaşmaya görə onun üzərinə düşmüşdür. Hal-hazıra kimi də həmin məbləğdən 9000 manatını Ağasəfin adından “MKT-Saatlı” filialına ödəmişdir. Bu halı Ağasəf özü də təsdiq etmişdir. Bildirir ki, 160 hektar əkin sahəsinin hər hektarını 10 manata (160 hektar x 10 manat=1600 manat) traktorla əkmişlər. Həmin traktor onun özünün olsa da, əkin işlərini oğlu Şahid1 həyata keçirmişdir. Bundan başqa, əkdikləri 160 hektar pambıq sahəsinə beş dəfə hər hektarı 12 manat olmaqla (160 hektar x 12 manat=1920 manat x 5 dəfə =9600 manat) oğlu Mübariz becərmə işi aparmışdır. İddiaçı onun həyətindən bir kisəsi 12 manat olmaqla 95 kisə azot meneral gübrəsi aparmış və 200 və 300 manat olmaqla iki dəfəyə 500 manat borc pul almışdır. Beləliklə, əkdikləri 160 hektar pambıq bitkisinə görə Ağasəf ona 11.200 manat, azota görə 1140 manat və nəqd pula görə 500 manat olmaqla, cəmi 12.840 manat borclu qalmışdır. Qeyd etdiyi 11.200 manatın şərik olduqlarına görə yarısını, yəni 5600 manatını Ağasəf ona verməlidir. Ümumilikdə Ağasəf ona 5600+1140+500=7240 manat pul verməlidir. Hazırda isə qeyd edilən məbləğdən, yəni 7240 manatdan Ağasəfin ondan tələb etdiyi 4511 manatı çıxdıqda (7240 manat-4511 manat=2729 manat) Ağasəf ona 2729 manat borclu qalır. Dəfələrlə tələb etməsinə baxmayaraq Ağasəf ona olan borcunu hal-hazıra kimi ödəməmişdir. İddiaçı ona qarşı ilkin iddiası əsassızdır. İddiaçı ona olan 7240 manat borcunu ödədiyi halda, o da zavoda olan 4511 manat borcu ödəyəcəkdir. Ona görə də ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək İddiaçı ondan tələb etdiyi 4511 manat pulu ona olan borcundan çıxaraq qalan 2729 manat pulun, 92 manat dövlət rüsumunun, cəmi 2821 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(055)-77/2024 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı Cavabdehla 160 hektar torpaq sahəsini şərikli pambıq əkməyinə dair razılaşaraq bu barədə “MKT-Saatlı”filialı ilə 10 sentyabr 2013-cü il tarixli 14 281 002 saylı 2013-cü il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlamışdır. Hazırda da aralarında olan razılaşmaya görə Sabirdən üzərinə düşən vəzifəsini icra etməsini tələb edir. Qeyd edir ki, 2013-cü ildə cavabdeh onunla 160 hektar torpaq sahəsinə şərikli pambıq əkilməsinə razılaşmış və bununla da razılaşmadan irəli gələn öhdəlikləri üzərinə götürmüşdür. Apellyasiya baxışında iştirak edən ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, o iddiaçı ilə birlikdə sonda ziyanı və xeyrinin yarıbayarı olmaqla şərikinə 160 ha torpaq sahəsində pambıq əkmişlər. Lakin su çatışmazlığından məhsuldarlıq aşağı olmuş və onların MKT-Saatlıya borcları yaranmışdır. İlkin iddia üzrə iddiaçı apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən ilkin iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, kollegiya hesab edir ki, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər fonunda yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”-nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “AZEMİS”-dən çıxarışdan müəyyən edilir ki, ilkin İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. “AZEMİS”-dən çıxarışdan müəyyən edilir ki, ilkin iddia üzrə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İşin hallarından və tərəflərin izahatlarından da müəyyən edilir ki, tərəflər arasında olan mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda da, qanunvericilikdə həmin mübahisələrə kommersiya məhkəmələrində baxılması nəzərdə tutulmuşdur. Aidiyyət qaydalarının pozulması yolverilməz olduğundan, hazırkı mübahisənin də məhz kommersiya məhkəməsində baxılaraq həll edilməli olmasına baxmayaraq, iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxıb həll etmiş Saatlı Rayon Məhkəməsi kobud prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 387.3-cü maddəsinə müvafiq olaraq Məcəllənin 387.2.1-ci maddəsində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 24, 26.1, 387.2.1, 384.0.4, 400, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(055)-77/2024 saylı qətnaməsi ləğv olunsun və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-706/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-706/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver