Məhkəmə qərarları › İş №2(106)-709/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-709/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-709/2025 21.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı cavabdehdən 14500 manat pulun, vəkil xidmətinə görə ödənilmiş 300 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı cavabdehdən iddiaçıya vurduğu 25200 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)- 1165/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 aprel 2025ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı cavabdehdən 14500 manat pulun, vəkil xidmətinə görə ödənilmiş 300 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmirov X8 rayonunun Əliqulular kəndində yaşayır. Həmkəndlisi Cavabdeh tanıyır, o, orta məktəbdə təhsil alarkən onun sinif yoldaşı olmuşdur. Traktoru idarə etməyə hüququ olduğuna görə 2020-ci ilin mart ayında özünə idarə etmək üçün traktor axtarmış, həmin vaxt sinif yoldaşı idarə etdiyi "Belarus 1221” markalı, 90-K- 194 dövlət qeydiyyat nişanlı traktorunu satmaq istədiyini demişdir. İddiaçı Cavabdeh traktor almaq istədiyini və işləyib ailəsini dolandırmaq niyyətində olduğunu bildirmişdir. Cavabdeh demişdir ki, traktor lizinqdədir, Füzuli rayonunun Fin qəsəbəsində yaşayan X1 adınadır, 3 il müddətinə də lizinq ödənilməlidir. Lizinqə görə aylıq ödənişin məbləğini Cavabdeh İddiaçı deməmiş, lakin lizinq borcunun 11700 manat olduğunu bildirmişdir. İddiaçı demişdir ki, əgər razılaşsalar lizinqə görə qalan pulu da ödəyəcəkdir, bu şərtlə ki, sənədlər düzgün olsun. Cavabdeh and içmişdir ki, sənədlər qaydasındadır, onun Elsevərlə hər hansı bir fikir ayrılığı yoxdur. Elsevərdən traktoru alarkən aralarında şifahi razılaşma olduğunu, sənədlə traktorun Elsevərə məxsus olduğunu demişdir. Seymurla danışıb traktoru ondan 14500 manata almış, pulu Seymura öz həyət darvazasının qarşısında sonuncu qapısına gəldiyi Mersedes Benz-190 markalı avtobilin salonunda sayıb vermişdir. Yanlarında həmin vaxt heç kim olmamışdır. Danışığlarında belə olmuşdur ki, tarktor sənədi Elsevərə məxsus olsa da, traktorun lizinqə olan borcunu tam bağladıqdan sonra həmin traktorun onun adına keçirilməsinə köməklik göstərəcəkdir. Bu şərtlə razılaşıb ona pul vermişdir. Bundan 1 ay sonra "xxxx" ASC-nin İmişli filialına kredit ödəmək üçün getmiş, Seymurun ona verdiyi hesab nömrəsini bankın işçilərindən birinə təqdim edib xahiş etmişdir ki, həmin hesaba 1000 manat pulun ödənilməsinə köməklik göstərsinlər. Bankın işçisi ona demişdir ki, təqdim etdiyi hesab nömrəsi dondurulub işləmir, lizinqdə traktor kimin adınadırsa, onun şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra həmin şəxsiyyət vəsiqəsi vasitəsilə pulu köçürtmək olar. Buna görə yaranmış anlaşılmazlığa görə Seymura zəng etmişdir. Seymur ona Elsevər Soltanovun telefon nömrəsini vermişdir ki, onunla danışıb şəxsiyyət vəsiqəsinin kodunu götürsün. Elsevərə zəng edib vəziyyəti ona danışmışdır. Elsevər ona demişdir ki, onu tanımır. Bu səbəbdən Elsevərə demişdir ki, Seymura satdığın traktoru şifahi razılaşma əsasında Seymurdan almışdır. Elsevər həmin vaxt ona demişdir ki, Seymurdan həmin traktoru geri qaytaracaq, ona görə ki, Seymur tarktoru alarkən ona 5000 manat borclu qalıbdır, ona görə də heç kimə kod verməyəcəkdir. Hətta onu da demişdir ki, əgər o, traktoru almaq üçün pul ödəsə də, həmin traktoru öz adına keçirəcək, sonunda traktor onun olacaqdır. Bu vəziyyətlə bağlı və Elsevərin dediyi sözləri ona bildirib, ona demişdir ki, ya sənədi qaydaya sal, ya da pulu qaytar. Seymur ona demişdir ki, Elsevərə borcu yoxdur, yalan danışıb, ondan aldığı pulu da xərcləmişdir, ona görə də qaytara bilməyəcəkdir. Seymur ona traktoru satanda, traktorun texniki pasportuna baxmamış, sonradan bilmişdir ki, həmin traktor lizinqdə olduğu üçün satıla bilməz. Bu məsələ ilə bağlı ilk olaraq Elsevər Seymurdan şikayət etdi, işin düyünə düşdüyünü görüb Seymurdan şikayət etmişdir. İmişli rayon polis şöbəsinin müstəntiqinin 17 oktyabr 223-cü il tarixli qərarı ilə onun, Seymurun və Elsevərin ərizəsi üzrə toplanmış material üzrə cinayət işi başlanılması rədd edilərək, tələbləri mülki xarakterli olmasına görə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin vaxtdan da Seymurdan pulunu tələb etsə də, sonuncu, ondan aldığı 14500 manat pulu qaytarmayacağını bildirmişdir. Digər tərəfdən Seymur sonradan Elsevərlə razılığa gəlib ona şifahi qaydada satdığı traktoru lizinqdə qardaşı X2 adına sənədləşdirmiş, buna görə əvvəlcə İmişli Rayon Məhkəməsinə, sonra isə Şirvan İnzibati Məhkəməsinə müraciət edib, traktorun ondan alınması barədə qərardad çıxarılmasına nail olmuşdur. Traktoru özündə saxlamış, ona görə Seymura demişdir ki, ondan aldığı 14500 manatı qaytar, traktoru versin. Hətta İmişli rayon polis şöbəsinə verdiyi izahatında ondan traktoru satmağına görə 14500 manat pulu aldığını etiraf etsə, məhkəmə qərardadı çıxarılandan sonra həmin pulu qaytarmaqdan imtina edir. Ona görə Cavabdeh verdiyi 14 500 manat pulu almaqdan ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hüquqi xidmət göstərilməsindən ötrü müdafiəçi ilə bağladığı müqaviləyə əsasən 300 manat pul, iddia qaldırmaqdan ötrü isə 135 manat dövlət rüsumu ödəmişdir və çəkdiyi həmin xərcləri də Cavabdeh tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı cavabdehdən iddiaçıya vurduğu 25200 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun traktorunu yararsız hala salmış və nəticədə ona təxminən 25200 manat maddi ziyan vurmuşdur. Belə ki, 2020-ci ilin oktyabr ayında 1221 markalı traktoru kotanı ilə birlikdə İddiaçı vermişdir. Razılşmalarına əsasən İddiaçı 2020-ci ilin oktyabr ayından 2023- cü ilin sentyabr ayına qədər hər ay 700 manat traktorun icarə pulunu ödəməli idi. Lakin İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məcbur olub 2020-ci ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına qədər hər ay 700 manat icarə pulunu ödəmişdir. Hazırda həmin pulu cavabdehdən tələb edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X7 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X5 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)-1165/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Zaur Pirverdiyev), ilkin iddianın təmin edilməsi, Cavabdeh 14500 manat, vəkil xidmətinə görə ödənilmiş 300 manat və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı cavabdehdən iddiaçıya vurduğu 25200 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 166 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 3-cü şəxsin (lizinq verənin) əmlakının ələ keçirməsinə baxmayaraq məhkəmə işə cəlb etməmiş, onun mübahisə üzrə mövqeyini öyrənmədən qətnamə qəbul etmişdir. Məhkəmə alqısatqı predmeti olmayan əmlakın hüququ olmayan şəxs tərəfindən satılmasına alınmasına (burda ələ keçrilməsinə) əhəmiyyət verməmişdir. Cavabdeh-iddiaçı qanundan kənar fəaliyyət göstərməsi, hər iki tərəfin, bilvasitə mənim mülki hüquqlarımı pozmasına əhəmiyyət verilməmişdir. Məhkəmə qanunverciliyin mahiyyətinə zidd qətnamə qəbul etmişdir. Cavabdehlə aramızda müqavilə olub, MM-in müddəaları ilə tənzimlənməlidir. Həmin müqavilənin şərtlərinə görə iddaçı tərəf mənə 25.200manat pul ödəməlidir. Bununla belə məhkəmə bu halı araşdırmamış və hüquqi qiymət verməmişdir.. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh İmişli Rayon Məhkəməsinin 2(036)-1165/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İlkin iddiaçı tərəfindən qarşılıqlı iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 2(036)-1165/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə ilkin iddiaçıya məlumat verilməsinə baxmayaraq, ilkin iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə ilkin iddiaçının iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində İmişli Rayon Məhkəməsinin 2(036)-1165/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2-ci maddəsinə əsasən Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3-cü maddəsinə əsasən danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1165/2024 saylı, 21 oktyabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, “...Nicat ilə şifahi razılıq əldə etmiş, Nicat ona 14500 manat pul vermişdir.” Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur İş materiallarının tədqiqindən müəyyən edilir ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, Cavabdeh həmin münasibətlərə əsasən öhdəlik götürmüş, ancaq öhdəliyini yerinə yetirməmiş, traktoru İddiaçı satsa da, traktoru onun adına rəsmiləşdirə bilməmiş, həmin traktor Cavabdeh nə mülkiyyətində, nə icarəsində, nə də lizinq alan olmamış, daha sonra İddiaçı traktor üçün ödənilmiş 14500 manat vəsaiti Cavabdeh tələb etsə də, həmin məbləği qaytarmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada alqı-satqı müqaviləsi bağlanarkən, alıcı traktorun dəyəri olan pul məbləğini satıcıya verməyi, satıcı isə pul məbləğini aldıqdan sonra müqaviləni lazimi qaydada rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Lakin yuxarıda qeyd edilən səbəblərdən satıcı traktorun dəyəri olan pul məbləğini aldıqdan sonra müqavilənin rəsmiləşdirilməsini həyata keçirə bilməmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında daşınar əmlakın alqı-satqısına dair şifahi qaydada müqavilə bağlanmışdır. Lakin həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır. Eyni zamanda Cavabdeh İddiaçı satdığı traktor onun mülkiyyətində olmamışdır. Bu səbəbdən onlar arasında bağlanmış şifahi müqavilə əhəmiyyətsiz olmaqla etibarsızdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq ilkin iddia üzrə cavabdehin, ona aid olmayan traktora dair şifahi alqı-satqı müqaviləsi bağlamaqla ilkin iddia üzrə iddiaçının 14500 manat pul vəsaitinə yiyələnməklə əsassız olaraq varlanması qənaətinə gəlmiş və ilkin iddianı təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Hazırda qarşılıqlı iddiaçı qətnamədən apelyasiya şikayəti verərək, qarşılıqlı iddianın da təmin edilməsini xahiş etmişdir. Kollegiya qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyinə münasibətdə kollegiya qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli traktor üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, traktorun mülkiyyətçisi (lizinq verən) tərəfindən onunla müvafiq müqavilə bağlanmamış, yaxud traktor qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı traktorun onun mülkiyyətində, istifadəsində və yaxud icarəsində olduğunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir Ona görə də kollegiya birinci instansiya məhkəməsinin “hazırkı vəziyyətdə cavabdehə qarşı iddia irəli sürmək üçün subyektiv hüququ olmadığından qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbi təmin oluna bilməz” mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və İmişli Rayon Məhkəməsinin 2(036)-1165/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1165/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar