Məhkəmə qərarları › İş №2(106)-714/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-714/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-714/2023 01.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, cavabdeh X2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)20/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetina yönəldilməsi» tələbi barədə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 10680,67 manat əsas kredit borcu, 489,57 manat faiz borcu, 1543,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 12713,88 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipotekaya qoyulmuş, xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh1 məxsus olan, Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən 134,3 kv.m. ümumi, 66,2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evi (A tikilisi), 66,7 kv.m. ümumi, 26,6 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi (Al tikilisi), 15,6 kv.m. sahədən ibarət hamam (B tikilisi), 44,10 kv.m. sahədən ibarət qaraj (C tikilisi), 58,8 kv.m sahədən ibarət tövlǝyǝ (D tikilisi) yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əladə olunan vəsait borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)20/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi (hakim N.Bağırov) ilə, iddia tələbinin təmin edilməsi, İddiaçı> ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4266 saylı Kredit müqaviləsindən xx.xx.2019-cu il tarixə yaranmış 10680,67 manat əsas kredit borcu, 489,57 manat faiz borcu, 1543,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 12713,88 (on iki min yeddi yüz on üç manat səksən səkkiz qəpik) AZN məbləğində pul vəsaiti, həmçinin məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat Cavabdeh2 tutulub iddiaçı LPO İddiaçı ASC-nin Lagvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, yuxarıda göstərilən ümumilikdə 12713,88 (on iki min yeddi yüz on üç manat səksən səkkiz qəpik) AZN məbləğində pul tələbləri və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh1 məxsus olan Sabirabad rayonu, Kürkəndi kəndində 0.21 ha. torpaq sahəsində yerləşən 134,3 kv.m. ümumi, 66,2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinə (A tikilisi), 66,7 kv.m. ümumi, 26,6 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış- evina (Al tikilisi), 15,6 kv.m. sahədən ibarət hamam (B tikilisi), 44,10 kv.m. sahədən ibarət qaraj (C tikilisi), 58,8 kv.m sahədən ibarət tövləyə (D tikilisi) yönəldilsin, həmin fərdi yaşayış evi 28000 (iyirmi səkkiz min) manat məbləğində ilkin satış qiymətilə açıq hərraca çıxarılaraq satılsın, satışdan aldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilmasi məbləğində «Zaminbank ASC-ya ödənilsin, satışdan əldə olunınuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdehlərdən Cavabdeh1 verilməsi, "xxxx" MMC tərəfindən aparılmış xx.xx.2021-ci il tarixli OEM/O-19-954/21 saylı əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz ǝlli) manat pul vəsaiti Cavabdeh2 tutulub "xxxx" MMC-nin hesabına (VÕEN:**********; h/h AZN30GUNA**********9000000000; BANK "xxxx" ASC, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT GUNAAZ22) köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək apellyasiya icraatına qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 365-cü maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu məcəllənin müddəaları tətbiq olunur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəməyə iddia tələbi irəli sürərək, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı ASC ilə bağladığı xx.xx.2013-cü il tarixli 4266 saylı Kredit müqaviləsi əsasında 36 ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəliklərə lazımınca yerinə yetirməmiş, kredit va faziləri vaxtında ödəməmişdir. Qeyd olunan kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə eyni tarixdə 133/01 saylı ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən 134,3 kv.m. ümumi, 66,2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evi (A tikilisi), 66,7 kv.m. ümumi, 26,6 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi (Al tikilisi), 15,6 kv.m. sahədən ibarət hamam (B tikilisi), 44,10 kv.m. sahədən ibarət qaraj (C tikilisi), 58,8 kv.m sahədən ibarət tövlǝyǝ (D tikilisi) ipoteka ilə yüklü edilmişdir. Cavabdehin hazırda 10680,67 manat əsas kredit borcu, 489,57 manat faiz borcu, 1543,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 12713,88 manat məbləğində borcu yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materialları üzrə araşdırma apararaq müəyyən etmişdir ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi ölmüş şəxsə münasibətdə iddia tələbinə baxaraq mülki iş üzrə yekun nəticəyə gəlmişdir. Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Mülki Məcəllənin 28.1-ci maddəsinə əsasən Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbindən müəyyən olunur ki, cavabdeh X3 ilə 04 mart 2013-cü il tarixli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetina yönəldilməsi» tələbi barədə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 10680,67 manat əsas kredit borcu, 489,57 manat faiz borcu, 1543,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 12713,88 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipotekaya qoyulmuş, xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh1 məxsus olan, Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən 134,3 kv.m. ümumi, 66,2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evi (A tikilisi), 66,7 kv.m. ümumi, 26,6 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi (Al tikilisi), 15,6 kv.m. sahədən ibarət hamam (B tikilisi), 44,10 kv.m. sahədən ibarət qaraj (C tikilisi), 58,8 kv.m sahədən ibarət tövlǝyǝ (D tikilisi) yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əladə olunan vəsait borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. MPM 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 10680,67 manat əsas kredit borcu, 489,57 manat faiz borcu, 1543,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 12713,88 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipotekaya qoyulmuş, xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh1 məxsus olan Sabirabad rayonu Kürkəndi kəndində yerləşən 134,3 kv.m. ümumi 66,2 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evi (Atikilisi), 66,7 kv.m. ümumi 26.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi (A1 tikilisi) 15,6 kv.m. sahədən ibarət hamam, (B tikilisi) 44,1 kv.m. sahədən ibarət qaraj (C tikilisi) 58,8 kv.m. sahədən ibarət tövlə (D tikilisi) tutmanınyönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əladə olunan vəsait borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutulması barədə iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsi məhkəməyə verilməmişdən 14 gün əvvəl yəni xx.xx.2020-ci ildə ölmüşdür. Bu isə onu göstərir ki, iddiaçı ölmüş şəxsə qarşı iddia qaldırmaqla prosessual qanunvericilyin tələblərinə əməl etməmişdir. Halbuki iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia verməzdən öncə borcluya bildiriş göndərməli bu hal yəni borclunun öldüyü halda onun hüququ varisini (vərəsəsini) müəyyən etməli daha sonra isə borclunun bank qarşısında öhdəliyin icrasını ölmüş şəxsin vərəsələrinə qarşı qaldırmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apelyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin prosessual normaların pozulması ilə qəbul edilməsi hissəsində əsaslı olduğundan apelyasiya şikayəti qismən təmin edilməli Sabirabad Rayon Məhkəməsinin 2(056)20/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.4-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 372, 400,402.2 və 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)20/2021 saylı, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar