Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-718/2025 21.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1844/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əsasən ödənilməmiş 120000 (bir yüz iyirmi min) manat məbləğində borc və 410 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 120410 (bir yüz iyirmi min dörd yüz on) manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X14 arasında bağlamış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 120000 manat məbləğində borc pul vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri,11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-1583 nömrə ilə qeyd edilmişdir. Kredit müqaviləsi üzrə borc məbləği 120000 manat cavabdehin notariusun depozit hesabına qoyulmaqla verilmiş və sonuncu qəbzi imzalamaqla həmin məbləği notariusun depozit hesabından götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 2-ci bəndinə əsasən “Borc alan” krediti xx/xx/2021-ci il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc olaraq aldığı 120000 manat məbləğində pulu bu günədək iddiaçıya qaytarmamışdır. Cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaya dair etirazda Cavabdeh göstərmişdir ki, “qardaşı X10 cinayət işində İddiaçı zərərçəkmiş şəxslərdən biri olmuş, 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən qardaşı X10 İddiaçı 50.000 ABŞ dolları, yəni 85.000 manat borcu olmuş, həmin məbləği qardaşı tərəfindən borc olaraq 2014-cü ildə almışdır. Ona yüngül cəza təyin olunması və bunun üçün barışıq ərizəsinin alınmasından ötrü qardaşı ilə İddiaçı borc məbləğinin ödənilməsi ilə bağlı razılığa gəlmiş, həmin razılaşmaya uyğun olaraq və qardaşının göstərişinə əsasən qeyd edilən kredit müqaviləsini imzalamışdır. Həmin vaxta kimi o, nə Firidunu tanımamış, nədə ki qeyd olunan tarixdə, nə də sonradan ondan hər-hansı bir pul məbləği almamışdır. Həmin gün əməliyyat tam formal olaraq həyata keçirilmişdir. Belə ki, X5 vasitəçiliyi ilə həmin pul məbləği yəni 85.000 manat şahidlərin iştirakı ilə yaxınlıqdakı Exchangendən gətirilmiş və formal müqavilə bağlanmış, həmin gündə də İddiaçı tərəfindən barışıq ərizəsi yazılaraq notarius tərəfindən təsdiq edilmişdir. Bu əməliyyata görə isə həmin vaxtı ondan 2000 manat məbləğində pul da alınmışdır. Hazırki iddia üzrə ondan 120.000 manat məbləğində pul tələb olunur, halbuki qardaşının borcu 50.000 ABŞ dolları, 2019-cu ilin kursu ilə 85.000 manat olmuşdur və o, da qardaşının təklifi ilə buna razılaşmışdlr. Yəni həmin pul məbləğinin ona heç bir aidiyyəti yoxdur. Aralarında olan razılaşmaya görə isə həmin pul məbləğini Aqil həbsdən çıxdıqdan sonra özü Firudinə qaytarmalı idi. Göründüyü kimi aralarındakı kredit müqaviləsi Firudin və qardaşı Aqil arasında razılaşmaya uyğun olaraq barışıq ərizəsinin alınmasına görə bağlanmışdır. Burada əsas niyyət kredit müqaviləsinin bağlanması yox, X10 yüngül cəza almağı, daha sonra isə cəzasını çəkib qurtardıqdan sonra İddiaçı olan borcunu ödəməyi idi”. Cavabdehin dəlilləri əsassızdır ona görə ki, iddiaçının həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması “X23” MMC-nin ona verdiyi, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 125 kv.m olan qeyri-yaşayış sahəsinə digər şəxslərin də iddia etməsi olmuşdur. Cinayət işinə 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı halda, iddiaçının Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 125 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə cavabdeh “X23” MMC-yə qarşı iddiası Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 06 iyul 2017ci il tarixli qətnaməsi təmin edildiyindən İddiaçı X12 qarşı heç bir tələbi və şikayəti olmamış, bu hal cinayət işi üzrə olan ittiham aktında və məhkəmənin hökmündə də öz təsdiqini tapmışdır. Digər tərəfdən, cavabdehin aldığı pulu qaytarmamaq üçün düşündüyü bəhanələrin iddiaçıya münasibətdə heç bir əsası yoxdur. Ola bilər ki, cavabdeh aldığı borcu digər zərərçəkmiş şəxslərə qaytarmaqla qardaşının məsuliyyətini yüngülləşdirmək istəmişdir. Bundan əlavə, əgər cavabdeh bu müqaviləni qardaşının xahişi ilə bağlamışdırsa və müqavilədə göstərilən məbləği almamışdırsa onda, iddiaçının həmin borcu tələb etdiyi halda borcunu yaxın vaxtlarda qaytaracağını bildirmiş və şəxsi istifadəsində olan avtomobilini borcundan çıxmaqla iddiaçıya təklif etmişdir. Cavabdehin irəli sürdüyü dəlillərin heç bir əsası yoxdur, bu yolla borcunu ödəməkdən yayınmaq niyyəti daşıyır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, qardaşı X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinmiş və onun barəsində 2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılmış, həmin cinayət işi üzrə İddiaçı da zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən qardaşı X10 İddiaçı 50.000 ABŞ dolları, yəni 85.000 manat borcu olmuşdur. Həmin məbləği qardaşı tərəfindən borc olaraq 2014-cü ildə almışdır. Ona yüngül cəza təyin olunması və bunun üçün barışıq ərizəsinin alınmasından ötrü qardaşı ilə İddiaçı borc məbləğinin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Həmin razılaşmaya uyğun olaraq və qardaşının göstərişinə əsasən hazırki kredit müqaviləsinə qol çəkmişdir. Həmin vaxta kimi Firidunu tanımamış, ondan hər-hansı bir pul məbləği almamışdır. Həmin gün əməliyyat tam formal olaraq həyata keçirilmişdir. Belə ki, X5 vasitəçiliyi ilə həmin pul məbləği yəni 85.000 manat şahidlərin iştirakı ilə yaxınlıqdakı Exchangendən gətirilmiş və formal müqavilə bağlanmış, həmin gündə də İddiaçı tərəfindən barışıq ərizəsi yazılaraq notarius tərəfindən təsdiq edilmişdir. Bu əməliyyata görə isə həmin vaxtı ondan 2.000 manat məbləğində pul da alınmışdır. Hazırki iddia üzrə ondan 120.000 manat məbləğində pul tələb olunur, hansı əsasla bəlli deyil. Halbuki qardaşının borcu 50.000 ABŞ dolları, 2019-cu ilin kursu ilə 85.000 manat olmuşdur və o, da qardaşının təklifi ilə buna razılaşmışdlr. Yəni həmin pul məbləğinin ona heç bir aidiyyəti yoxdur. Aralarında olan razılaşmaya görə isə həmin pul məbləğini Aqil həbsdən çıxdıqdan sonra özü Firudinə qaytarmalı idi. Göründüyü kimi aralarındakı kredit müqviləsi Firudin və qardaşı Aqil arasında razılaşmaya uyğun olaraq barışıq ərizəsinin alınmasına görə bağlanmışdır. Burada əsas niyyət kredit müqaviləsinin bağlanması yox, X10 yüngül cəza almağı, daha sonra isə cəzasını çəkib qurtardıqdan sonra İddiaçı olan borcunu ödəməyi idi. Kredit müqaviləsi sadəcə formal olaraq bağlanmışdır. Hesab edir ki, onlar arasında bağlanmış yalan əqddir və ona qarşı olan iddia tələbi əsassız olduğu tam rədd olunması barədə qətnamə çıxrılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq Cavabdeh bildirdi ki, borc müqaviləsini, depozitə qoyulmuş pulun alınması barədə qəbzi özü imzalamış, 85.000 manat pulun yaxınlıqdakı Exchangendən gətirilməsində iştirak edən şahidləri şəxsən tanımır, onların şahid qismində dindirilmələri üçün məhkəməyə gətirilməsi mümkün olmamış, İddiaçı qızına toy etdiyini və pula ehtiyacı olduğunu ona bildirmiş və pulu olmadığından borcuna görə öz avtomobilini ona təklif etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə namyəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyib, iddiaya qarşı cavabdehin verdiyi etirazda göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmamasısını xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə məcburiyyət qarşında bağlanmış və barışıq ərizəsi almaq üçün imzalanmışdır. Əgər cavabdehin qardaşının İddiaçı borcu var idisə və həmin borc qaytarılmalıdırsa o hansı etibar və inam əsasında heç bir girov qoyulmadan və gəlir güdmədən bu qədər pul məbləğini hazırki iş üzrə cavabdehə vermişdir. Çünki hər borc verən şəxs onun qaytarılmasında maraqlı olur. Cavabdehin verdiyi məlumata görə qardaşının iddiaçıya olan borcu ödənilməmiş, aralarında olan razılığa görə həmin borcu X15 həbsdən çıxandan sonra özü ödəyəcəkdir. Bütün bunlar onu göstərir ki, iddiaçının tələb etdiyi borc əsassızdır və həmin borcun yaranmasına səbəb olan kredit müqaviləsi formal olaraq bağlanmış, mahiyyətinə görə yalançı əqddir. Bununla bağlı AR Konstitusiya Məhkəməsi Plenumunun çoxlu sayda qərarları var. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1844/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qətnaməsi (Hakim: Xaliq İmanov) ilə, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilən, reyestrdə 3M-1583 nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinə əsasən ödənilməmiş 120 000 (bir yüz iyirmi min) manat borcun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 410 (dörd yüz on) manat olmaqla, cəmi 120410 (bir yüz iyirmi min dörd yüz on) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Mübahisəsində qeyd olunan pul qardaşımla bağlı olmuşdur. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində "xxxx" Holdinq MMC tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasının altında, daha doğrusu 1-ci mərtəbəsində yerləşən 125 kv.metr ölçülü qeyri yaşayış sahəsi ilk öncə X3 mülkiyyətində olmuşdur. Sonradan Maqsudun təklifi ilə həmin mağaza İddiaçı adına formal olaraq keçirilmişdir. X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2., 29.178.3.2., 308.2,313 və 320.1-ci maddələri ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq aparılan zaman İddiaçı da şikayət ərizəsi ilə müraciət etmiş və o zərərçəkmiş şəxs kimi tanınmışdır. Əslində X2nun İddiaçı 50.000 ABŞ dolları yəni 85.000 manat borcu olmuşdur. Həmin pul məbləği qardaşım tərəfindən borc olaraq 2014-ci ildə alınmışdır. Ona yüngül cəza təyin olunması və bunun üçün barışıq ərizəsinin alınmasından ötrü qardaşımla İddiaçı borc məbləğinin ödənilməsi ilə bağlı razılığa gəlmişik. Həmin razılaşmaya uyğun olaraq və qardaşımın göstərişinə əsasən mən hazırki kredit müqaviləsinə qol çəkmişəm. Qeyd olunanları Kürdəmir Rayon Məhkəməsinə təqdim etdiyim etirazda da, ətraflı şəkildə göstərmişəm, lakin məhkəmə tərəfindən təqdim olunan sənədlər və sübutlar nəzərə alınmamış, eyni zamanda qiymətləndirilməmişdir. Qeyd etdiyim kimi kredit müqaviləsi bağlanana qədər nə Firudin tanımışam, nə qeyd olunan tarixdə, nə də sonradan ondan hər-hansı bir pul məbləği almışam. Həmin gün əməliyyat tam formal olaraq həyata keçirilmişdir. Belə ki, X5 vasitəçiliyi ilə həmin pul məbləği şahidlərin iştirakı ilə yaxınlıqdakı Exchangedən gətirilmiş və formal müqavilə bağlanmış, həmin gündə də İddiaçı tərəfindən barışıq ərizəsi yazılaraq notarius tərəfindən təsdiq edilmişdir. Bu əməliyyatlara görə isə həmin vaxtı məndən 2.000 manat məbləğində pul alınmışdır. Mən kredit müqaviləsinin qardaşımın təklifi ilə buna razılaşmışam. Aralarında olan razılaşmaya görə isə həmin pul məbləğini Aqil həbsdən çıxdıqdan sonra özü Firudinə qaytarmalı idi. Bu razılaşma Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşımla Furidin arasında şəxsən öz aralarında razılaşdırılmışdır. Göründüyü kimi aramızda kredit müqaviləsi barışıq ərizəsinin alınmasına görə bağlanmışdır. Burdakı əsas niyyət kredit müqaviləsinin bağlanması yox, X2na yüngül cəza təyin edilməsi, daha sonra cəzasını çəkib bitirdikdən sonra İddiaçı olan borcunu ödəməyi idi. Kredit müqaviləsi sadəcə formal olaraq bağlanmışdır. Qeyd etdiklərim işin materiallarından da aydın olur. Belə ki, həm kredit müqaviləsinin, həm də İddiaçı X2na qarşı heç bir tələbinin olmadığı və gələcəkdə də olmayacağı barədə verdiyi ərizənin 21 oktyabr 2019-cu il tarixində imzalanması, təsadüfi bir hal kimi qiymətləndirilməməlidir. Bu fakt, yuxarıda qeyd etdiyim kimi, kredit müqaviləsinin yalnız formal olaraq bağlanmış olduğunu bir daha təsdiq edir. Bundan əlavə, qətnamədə qeyd olunmuşdur ki, məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə bildirib:“Cavabdehin dəlilləri əsassızdır ona görə ki, iddiaçının həmin cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınması “X23” MMC-nin ona verdiyi, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 125 kv.m olan qeyri-yaşayış sahəsinə digər şəxslərin də iddia etməsi olmuşdur. Cinayət işinə 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı halda, iddiaçının Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 125 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə cavabdeh “X23” MMC-yə qarşı iddiası Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi təmin edildiyindən İddiaçı X12 qarşı heç bir tələbi və şikayəti olmamış, bu hal cinayət işi üzrə olan ittiham aktında və məhkəmənin hökmündə də öz tədiqini tapmışdır.” Həmçinin iddiaçı bildirmişdir ki, güya mən borcumu yaxın vaxta qaytaracağımı demişəm və avtomobilimi borcumdan çıxmağı təklif etmişəm. Ancaq qeyd etmək istəyirəm ki, iddiaçı yalan məlumat verərək məhkəməni yanlış istiqamətləndirmişdir. Göründüyü kimi bu hal iddiaçı və məhkəmə tərəfindən təhrif olunmuşdur. Çünki məhkəməyə təqdim olunmuş, eyni zamanda 12 mart 2019-cu il tarixdə İddiaçı Azərbaycan Respublikasının Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində şahid və zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2018-ci il tarixli, 2(103)-3822/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmamışdır. Yəni qeyri-yaşayış sahəsi ondan alındığı üçün o şikayətçi olmuşdur. Həm mağaza əlindan alınsın, həmdə ki, heç bir girov qoyulmadan 120.000 manat məbləğində təkrar pul vermiş olsun, o cümlədən İddiaçı böyük mərhəmətli göstərək heç bir şikayətinin olmaması barədə barışıq ərizəsi təqdim etmiş olsun. Digər təhrif olunmuş halla bağlı bildiriəm ki, mən borca qarşı qardaşımın avtomobilini təklif etmişəm. Öz avtomobilimi yox. Firudin isə bundan imtina etmişdir. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, əgər cavabdehin İddiaçı borcu var idisə və həmin borc qaytarılmalıdırsa o hansı etibar və inam əsasında heç bir girov qoyulmadan və gəlir güdmədən bu qədər pul məbləğini hazırki iş üzrə cavabdehə vermişdir. Çünki hər borc verən şəxs onun qaytarılmasında maraqlı olur. Bütün bunlar onu göstərir ki, iddiaçının tələb etdiyi borc əsassızdır və həmin borcun yaranmasına səbəb olan kredit müqaviləsi formal olaraq bağlanmış, mahiyyətinə görə yalançı əqddir. Odur ki, Cavabdeh nümayəndəsi və vəkili Bağırov X11 Rayon Məhkəməsinin 2(041)- 1844/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdirlər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron formada ərizə ünvanlıyaraq, 21 aprel 2025-ci il tarixdə 10:40-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Abdiyevin icraatında olan ərizəçi X4 X8 maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)- 478/2025 saylı qətnaməsindən maraqlı şəxs X6 nümayəndəsi və vəkili X1 tərəfindən verilən apellyasiya şikayəti üzrə ərizəçi X4 nümayəndəsi və vəkili olaraq təyin olunmuş məhkəmə iclasında iştirak edəcəyini, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan işin daha əvvəldən təyin olunduğununu bildirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin qeyd olunan ərizəyə, Vəkil2 Ruxsarə Soltanovanın vəkili kimi səlahiyyətlərini təsdiq edən order əlavə edilməmiş, yəni vəkilin Bakı Apellyasiya Məhkəməsində ümumiyyətlə işinin olubolmamasını onun tərəfindən təqdim edilmiş sübutlardan müəyyən etmək mümkün olmamışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron formada ərizə ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasına etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin və onların vəkillərinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1844/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qətnaməsinin cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlilləri həddində və mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2 -ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-ci maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1844/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan 21 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilən, reyestrdə 3M-1583 nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin 1-ci bəndində “Borc verən” ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ilə “Borc alan” Kürdəmir rayonu ,Muradxan kəndində qeydiyyatda olan Cavabdeh 120000 manat məbləğində pul borc vermişdir. Müqavilənin 2-ci bəndində “Borc alan” krediti xx.xx.2021-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, “Borc verən” və “Borc alan” imzaları ilə bərabər borc müqaviləsi iraədələrinə uyğunluğu barədə qeydlərini aparmış, Cavabdeh müqavilənin arxasında aldığı pulu müddətində qaytaracağı, öhdəliyini yerinə yetirmədiyi təqdirdə icra qeydi üzrə pulun qaytarılmalı olduğunu öz xətti ilə qeyd etməklə imzalamışdır. İş materiallarında olan Bakı şəhəri 11 saylı notariat ofisindən götürülmüş 3M-1583 nömrəli notarius işinə əlavə edilmiş sənədlərin surətindən məlum olur ki, xx.xx.2019-cu ildə İddiaçı tərəfindən 120000 manat Muğanbank ASC-nin Binəqədi filialının dopozitinə təhvil verilmiş, 240 manat dövlət rüsumu tutulmuşdur. Dəpozitdən pulun götürülməsi barədə qəbz Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində İddiaçı imzaladığı və imzası notarial qaydada təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, onun X12 qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, ona İddiaçı ilə aralarındakı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun məhkmədən kənar qaydada qaytarılması təkif olunmuş, əks halda məhkəməyə müraciət edəcəkləri göstərilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)- 598/2019 saylı hökmündən və həmin cinayət işi üzrə ittiham aktında İddiaçı zərərçəkmiş şəxs kimi verdiyi ifadələrində təqsirləndirilən şəxs X9 şikayətçi olması və hər hansı məbləğdə pul tələb etməsi göstərilməmişdir. İş materiallarına eyni zamanda İddiaçı cavabdeh “X23” MMC-yə qarşı iddiası ilə bağlı çıxarılmış məhkəmə qərarları, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasında ümumi sahəsi 125 kv.m olan qeyri-yaşayış sahəsinə dair sənədlər və digər sənədlərin surətləri əlavə edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, İddiaçı ilə cavabdeh X14 arasında bağlamış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 120000 manat məbləğində borc pul vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2019-cu il tarixdə Bakı şəhəri,11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-1583 nömrə ilə qeyd edilmişdir. Kredit müqaviləsi üzrə borc məbləği 120000 manat cavabdehin notariusun depozit hesabına qoyulmaqla verilmiş və sonuncu qəbzi imzalamaqla həmin məbləği notariusun depozit hesabından götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 2-ci bəndinə əsasən “Borc alan” krediti xx/xx/2021-ci il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc olaraq aldığı 120000 manat məbləğində pulu bu günədək iddiaçıya qaytarmamışdır. Cavabdehə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutların tədqiqindən müəyyən edilir ki, iddiaçının cavabdehə 120000 manat məbləğində pulun verilməsini cavabdehin xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, 11 saylı notariat ofisində imzaladığı və imzası notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi (ərizəsi) ilə əsaslandırır. Həmin ərizədən görünür ki, Cavabdeh İddiaçı 120000 manat məbləğində borc pul almış, həmin məbləği xx.xx.2021-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (hüquq münasibəti baş verən zaman qüvvədə olmuşdur) 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (hüquq münasibəti baş verən zaman qüvvədə olmuşdur). 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (hüquq münasibəti baş verən zaman qüvvədə olmuşdur). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair» 12 avqust 2020-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). İddiaçı cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən hazırki tələblə məhkəmədə iddia qaldırmışdır. Cavabdehin iddia tələbinə etirazından (nəzərə almaq lazımdır ki, cavabdehin iddia tələbinə etirazının əsasları, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir) müəyyən olunur ki, iddiaçının ondan tələb etdiyi 120000 manat məbləğində kredit müqaviləsini formal əqd kimi bağladığını, yəni aralarında olan bu əqdin yalan əqd olmasını, əslində qardaşı X10 cinayət nəticəsində iddiaçıya vurduğu ziyan olaraq məhkəmədə işinin yüngülləşməsi və yüngül cəza verilməsi üçün formal bağlandığını, qardaşı Aqilin Firudinə 50.000 ABŞ dollar (manata münasibətdə 85.000 manat olduğunu qeyd edir) məbləğində borcu olduğunu və həbsxanadan çıxandan sonra qaytaracağını bildirərək, onun iddiaçıya borclu olmadığını bildirmiş və məhkəmədən ona qarşı qaldırılan iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya cavabdehin iddia tələbinə etirazının (nəzərə almaq lazımdır ki, cavabdehin iddia tələbinə etirazının əsasları, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.) və apellyasiya şikayətinin dəlillərinin yəni iddiaçı ilə aralarında bağladıqları kredit müqaviləsinin formal əqd (yalan əqd) kimi bağlanması ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası işin mübahisəsiz halı kimi müəyyən edir ki, 21 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilən, reyestrdə 3M-1583 nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinin 1-ci bəndində “Borc verən” ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ilə “Borc alan” Kürdəmir rayonu ,Muradxan kəndində qeydiyyatda olan Cavabdeh 120000 manat məbləğində pul borc vermişdir. Müqavilənin 2-ci bəndində “Borc alan” krediti xx.xx.2021-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, “Borc verən” və “Borc alan” imzaları ilə bərabər borc müqaviləsi iradələrinə uyğunluğu barədə qeydlərini aparmış, Cavabdeh müqavilənin arxasında aldığı pulu müqavilədə nəzərdə tutduqları müddətində qaytaracağı, öhdəliyini yerinə yetirmədiyi təqdirdə icra qeydi üzrə pulun qaytarılmalı olduğunu öz xətti ilə qeyd etməklə imzalamışdır. Həmçinin işin mübahisəsiz halı kimi müəyyən olunur ki, xx.xx.2019-cu ildə İddiaçı tərəfindən 120000 manat Muğanbank ASC-nin Binəqədi filialının dopozitinə təhvil verilmiş, 240 manat dövlət rüsumu tutulmuşdur. Cavabdeh tərəfindən 21 oktyabr 2019-cu ildə 11 saylı notariat ofisinin notariusu İlqar Məmmədova ərizə ünvanlanaraq onunla İddiaçı arasında borc müqaviləsi üzrə razılığıa gəlmələri və İddiaçı tərəfindən notariatın depozit hesabına ödənilmiş 12.0000 manat pulun öna ödənilməsi xahiş etmiş və həmin məbləğ ona təqdim olunaraq 471106 kassa məxaric çekini alması ilə təsdiq etmişdir. Cavabdeh iddia tələbinə etirazında, həmçinin aralarında notariat qaydasında təsdiq olunmuş borc müqaviləsini cinayət nəticəsində vurulmuş ziyanın aradan qaldırılması üçün bağlanmış borc müqaviləsi kimi qeyd edərək, yalan əqdi tənzimləyən maddi hüquq normalarını (burada MM-in 340.2 maddaəsi nəzərdə tutulur) göstərməklə hazırki tələbə bu konteksdə hüquqi qiymət verilməsini məhkəmədən xahiş edir. Belə ki, məlum olduğu kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Məhkəmənin bu növ mübahisələrə baxarkən ilk vəzifəsi tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almaqla həmin əqdin etibarlı olub-olmadığı müəyyən etməkdən ibarətdir. Çünki MM-nin 404-cü maddəsinin mənasına görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Kollegiya vurğulayır ki, müqavilənin yalan əqd olması (cavabdeh bu ifadəni iddia tələbinə etirazında həm də, formal əqd kimi dəyərləndirir) səbəbindən əqd üzrə öhdəliyinin olmamasını bildirməsi onun müqavilə üzrə öhdəliyi yerinə yetirməsindən azad etmir. Çünki mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Baxmayaraq ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin formal (yalan əqd) əqd kimi bağladıqlarını və bu müqavilə üzrə onun heç bir öhdəliyinin olmamasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya bununla bağlı aşağıdakıları qeyd edir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Normanın məzmunundan göründüyü kimi yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında da göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Kollegiya vurğulayır ki, müqavilənin yalan əqd olması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onlardan birinin sübuta yetirilməməsi MM-in 340.2-ci maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarsız olduğunu (yalan əqdin yuxarıda qeyd olunan şərtlərini) sübuta yetirmək vəzifəsi onu iddia edən tərəfə aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iddiada cavabdeh borc müqaviləsinin etibarlı olmadığnı sübut edə bilməmişdir. Məhz bu səbəbdən də, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilən, reyestrdə 3M-1583 nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinə əsasən ödənilməmiş 120 000 (bir yüz iyirmi min) manat borcun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 410 (dörd yüz on) manat olmaqla, cəmi 120410 (bir yüz iyirmi min dörd yüz on) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 verdiyi apelyasiya şikayətinin və məhkəmə icraatı zamanı verdiyi vəsatətin dəlillərində-cavabdehin qardaşı X10 məhkəmə icraatında iştirakının təmin edilməsi və izahatının alınması dəlili ilə bağlı qeyd edir ki, əvvəla X15 iş üzrə tərəf deyil, ikincisi sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). Cavabdehin-onun qardaşı Aqil Qədirovun şahid qismində iştirakının təmin edilərək dindirilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1844/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1844/2024 saylı, 12 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-718/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-718/2025
21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver