Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-720/2024 27.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Kredit İttifaqı (Kİ) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) cavabdehlər Cavabdeh və X2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(064)-1/2024 saylı qərardadından (hakim Yaşar Həşimov) Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh və X2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qərardadına əsasən iddia iddiaçı və cavabdehin məhkəmə iclasına gəlməmələri səbəbindən baxılmamış saxlanılmışdır. Füzuli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(064)-27/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin ərizəsi təmin edilmiş və iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və digərinə qarşı pul tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, mülki iş üzrə icraat təzələnmiş və işin baxılması 10 yanvar 2024-cü il tarixə saat 12:15-ə təyin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin baxılmamış saxlanılması barədə 25 avqust 2023-cü il tarixli qərardadın ləğv olunaraq işə mahiyyəti üzrə baxılmasına dair ərizənin təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(064)-1/2024 saylı qərardadı ilə Cavabdeh Füzuli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(064)- 27/2023 saylı qərardadından şikayəti geri qaytarılmışdır. Məhkəmənin qənaətinə görə qərardadın ləğv olunaraq işə mahiyyəti üzrə baxılmasının təzələnməsi haqqında qərardad işin sonrakı hərəkətinə mane olmur və həmçinin Azərbaycan Respublikası MPM-də qeyd olunan qərardaddan şikayət verilməsi halı nəzərdə tutulmamışdır. Bu səbəbdən də qərardaddan şikayət geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan da şikayət verərək qərardadın ləğv edilməsini, Füzuli Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qərardadının ləğv olunaraq işə mahiyyəti üzrə baxılmasına dair qərardadının ləğv edilməsini və işin təzələnməsi haqqında ərizənin təmin olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, 2023-cü il üzrə qeydiyyat nömrəsi 2(064)-27 nömrəli mülki işdə qəbul olunmuş 18 dekabr 2023-cü il tarixli qərardaddan şikayət verilmiş, şikayətinə mahiyyəti üzrə baxılması, həmin qərardadın ləğv olunması, "iddiaçı” tərəfindən verilmiş "iddia ərizəsinin baxılmamış saxlanılması barədə 25 avqust 2023-cü il tarixli qərardadın ləğv olunaraq işə mahiyyəti üzrə baxılmasına dair” ərizənin (vəsatətin) təmin olunmaması haqda qərardad çıxarılması xahiş edilmişdir. Füzuli rayon məhkəməsinin 2024-cü il üzrə qeydiyyat nömrəsi 2(064)-1 nömrəli mülki işdə qəbul olunmuş 08 yanvar 2024-cü il tarixli qərardadına əsasən şikayəti geri qaytarılmışdır. Məhkəmə özünün mövqeyini onunla izah etmişdir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardadın ləğv olunaraq işə mahiyyəti üzrə baxılmasının təzələnməsi haqqında qərardad işin sonrakı hərəkətinə mane olmur, həmçinin MPM-də belə qərardaddan şikayət verilməsi halı nəzərdə tutulmamışdır. Hörmətli məhkəmənin qeyd olunan hüquqi mövqeyi ilə razılaşmayaraq, bir daha nəzərə çatdırır ki, "Hikmət-Ziya Kredit İttifaqı” MMC-nin saxta əsaslarla məhkəmədə mənə qarşı qaldırdığı iddia tələbinə dair 2(064)-27/2023 saylı mülki iş, növbəti dəfə Füzuli rayon məhkəməsinin 25 avqust 2023-cü il tarixli qərardadı əsasında, Azərbaycan Respublikası MPMnin 259.0.6-cı maddəsinin tələbinə uyğun qaydada, baxılmamış saxlanılmışdır. Məhkəmənin həmin qərardadına görə, "məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər”. Lakin, həmin məhkəmənin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair 25 avqust 2023-cü il tarixli qərardad ləğv edilmiş, mülki işin icraatı təzələnmiş və işin məhkəmə baxışı 10 yanvar 2024- cü il tarixə təyin edilmişdir. 18 dekabr 2023-cü il tarixli qərardadın qəbulundan əvvəl, 17 dekabr 2023-cü il tarixdə tərəfimdən məhkəməyə yazılı qaydada vəsatət verilmiş, elektron qaydada işə daxil edilmişdir. Həmin vəsatətini onunla əsaslandırmışdır ki: "...Baxmayaraq ki, ərizə üzrə baxışın təyin olunmasına əsas olan ərizə "Elektron Məhkəmə İnformasiya Sistemi”nə daxil edilməmişdir, ona görə ərizənin əsasları və ya 3 aydan sonra təqdim edilən "üzrlü səbəb” məlum deyildir, belə qənaətə gəlmək olar ki, "iddiaçı” tərəf ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğvi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir; 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.1 -ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmqərardad çıxarır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0. 7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011 ci il tarixli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; 17-ci bəndinə əsasən iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır; 21-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0. 7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Göründüyü kimi, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəməyə gəlmədikdə məhkəmənin ərizəni baxılmamış saxlaması, bundan irəli gələrək də həmin əsasla çıxarılmış qərardadın mübahisələndirilməsi qaydası, bu zaman tələb olunan əsaslar yuxarıda göstərilən qaydada konkret olaraq, imperativ qaydada müəyyən edilmişdir, tərəfin birinə nisbətdə digərinə hər hansı üstün və ya ondan aşağı münasibət sərgiləmir. (bir sözlə, "iddiaçı tələb edən olduğuna görə haqlıdır, cavabdeh tələb edilən olduğuna görə haqsızdır” yanaşması olmamalıdır). Qeyd olunanlara əsasən 2(064)-27/2023 saylı mülki iş üzrə "iddiaçı” tərəfindən verilmiş və baxışı 18 dekabr 2023-cü il tarixə saat 14:45-ə təyin olunmuş ərizənin (vəsatətin) təmin olunmamasına dair qərardad çıxarılmasını hörmətli məhkəmədən xahiş edirəm."... Lakin, məhkəmə tərəfimdən verilmiş həmin vəsatətə hər hansı münasibət bildirməmişdir, sanki heç belə hal olmamış, cavabdeh qismində cəlb edilmiş şəxs ərizəyə baxışla bağlı öz yanaşmasını təqdim etməmişdir. Yalnız "iddiaçı”nm guya üzrlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyi barədə söz yığınından ibarət, mücərrəd fikrini qərardadda qeyd etməklə, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı deyirsə, bu, elə üzrlü səbəb deməkdir. Ərizə elektron sənəd dövriyyəsi sistemində qeydə alınmadığına görə onunla tanış ola bilmək imkanından məhrum olmuşam. Ona görə sehrli "üzrlü səbəb”in nə olduğu mənə aydın deyildir. Mən, vəsatətimdə irəli sürdüyüm dəlilləri hazırki şikayətimin əsasları kimi təqdim edirəm və hesab edirəm ki, hər hansı hüquqi əsası olmayan, şəxsi mülahizədən ibarət olan 18 dekabr 2023-cü il tarixli qərardad ləğv edilməlidir. Hazırda mütərəqqi məhkəmə təcrübəsi yaradan, əsasən buna nail olan və bu işləri mütəmadi olaraq yeniləyib təkmilləşdirən Azərbaycan Respublikasının Ali Məhkəməsinin, onun ardınca apellyasiya instansiyası məhkəmələrinin hüquqi mövqelərinə görə, belə hallar yolverilməzdir, xüsusən isə tərəflərin verdikləri vəsatətlərə müvafiq qaydada baxılmalı, təmin edilmədikdə isə kifayət qədər əsaslandırılmalıdır. Məhkəmənin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə tanış olduqda isə, bunların əksi müşahidə olunur. Sanki həmin hüquqi mövqelərin, formalaşdırılan vahid məhkəmə təcrübəsinin bu işə aidiyyəti yoxdur. Yəqin ki, bu məsələlərə aidiyyəti instansiyalarda diqqət yetirilər, hüquqi qiymət verilər... Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Eyni zamanda, mülki prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Vəsatət şifahi və ya yazılı ola bilər. Vəsatət işin məhkəmədə baxılmasına hazırlanması mərhələsindən məhkəmənin yekun aktı çıxarması üçün müşavirə otağına getməsinədək məhkəmə prosesinin istənilən mərhələsində verilə bilər. Vəsatətlərin verilmə və həll edilmə qaydaları Mülki Prosesual Məcəllənin bir sıra maddələrində nəzərdə tutulmuşdur. Məhkəmələr tərəfindən işə baxılarkən işin obyektiv, tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə işdə iştirak edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilib-edilməməsinin mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır. Məhkəmənin sözügedən 18 dekabr 2023-cü il tarixli qərardadından isə aydın olur ki, həmin qərardadda tərəfimdən verilmiş vəsatətə ümumiyyətlə toxunulmamışdır, belə olan halda isə təbii ki, hər hansı əsaslandırmadan və ya vəsatətin rəddinin əsaslarının ədalətli olubolmamasından ümumiyyətlə söhbət gedə bilməz. O zaman sual yaranır ki, cavabdeh nə üçün prosesə dəvət olunur, qanunvericilik nə üçün ona müvafiq hüquqlar tanıyır?.. Elə iddiaçı məhkəməyə müraciət etsin, məhkəmə də onu yumşaq desək, təsdiq etsin... Məhkəmə qərardadın giriş, əsaslandırıcı hissələrində tərəfimdən verilmiş vəsatət barədə hər hansı istinad etmədiyi kimi, nəticə - "qərara aldı” hissəsində də yalnız "ərizə təmin edilsin” ifadəsini yazmış, vəsatətin taleyini isə həll etməmişdir. Bundan başqa, qərardadda mülki işin icraatının təzələnməsi qərara alınmışdır, hansı ki, sözügedən 2(064)-27/2023 saylı mülki iş üzrə icraat dayandırılmamışdı ki, təzələnəydi də... Bütün bu qeyd etdiklərim, hesab edirəm ki, məhkəmənin 18 dekabr 2023-cü il tarixli qərardadının işin sonrakı hərəkətinə mane olduğuna dəlalət və onu təsdiq edir, ona görə şikayətimə mahiyyəti üzrə baxılmalıdır...” Bütün halda məhkəməyə minnətdaram ki, vəsatətimə hazırda baxılaraq hüquqi qiymət verilməsi təmin edilmişdir, lakin, bu mövqe ilə yenə yuxarıda göstərdiyim əsaslarla razılaşmıram, hesab edirəm ki, iddia ərizəsinin baxılmamış saxlanılması haqda 25 avqust 2023- cü il tarixli qərardadın həmin qaydada, heç bir hüquqi əsas olmadan, eləcə də hazırda ölkə ərazisində vahid məhkəmə təcrübəsi formalaşdıran Ali Məhkəmənin hüquqi mövqeyinə zidd olmaqla ləğv olunaraq işə mahiyyəti üzrə baxılması qanunsuz, əsassızdır, cavabdeh olaraq hüquq və mənafelərimin pozulmasıdır, həmçinin qeyd etdiyim kimi vahid məhkəmə təcrübəsinə də xidmət etmir. Azərbaycan Respublikası MPM-nin: 268.1 -ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 269.1, 269.2 və 269.3-cü maddələrinə əsasən şikayətə qərardadı qəbul etmiş birincinstansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir; 133.1 -ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Məhkəmənin diqqətinə çatdırıram ki, elektron kabinet vasitəsilə mülki işin gedişini izləyirəm, müvafiq səbəblərdən prosesə şəxsən qoşulmaq imkanında deyiləm. Mülki işdə qəbul olunan qərarlar, təyin olunmuş iclaslar barədə məlumat, bir qayda olaraq, mənə məxsus elektron poçta və mobil telefonuma sms vasitəsilə daxil olur. Lakin, hazırda mübahisələndirdiyim qərardadın 08 yanvarda qəbul olunduğu nəzərə alındıqda, işlərə yeni nömrə verilməsindən və ya digər səbəbdən belə məlumat elektron poçtuma və ya sms formasında mobil telefonuma gəlməmiş, yalnız iş üzrə iclasın təyin olunması barədə məlumat daxil olmuşdur. Bundan sonra müracətim əsasında elektron kabinetimdə yenilənmə getmiş və hazırda, 28 yanvar 2024-cü il tarixdə 08 yanvar tarixdə qəbul olunan qərardadı əldə etmişəm və dərhal da ondan şikayət verirəm (28 yanvarda oxunmanı təsdiq edən sənədi əlavə edirəm)A Davamlı olaraq şikayətlərimdən də aydındır ki, mən bu işdə kifayət qədər maraqlı şəxsəm, “iddiaçı”nın qanunsuz hərəkətlərindən mənəvi əziyyət çəkirəm, belə olan halda qərardadı rəsmi qaydada əldə etdikdən sonra ondan şikayət verməməyim mümkünsüz olardı. Hesab edirəm ki, məhkəmə tərəfindən bu hal anlayışla qarşılanmaqla, 08 yanvar 2024-cü il tarixli qərardaddan şikayəti hazırda verməyim, prosessual müddəti ötürməyim üzrlü səbəb kimi qəbul olunar. Məhkəməyə əlavə iş yükü yaranmasının da fərqində olmaqla, üzrlü hesab edilməsini və prosessual müddətin bərpasını çox xahiş edir. Qeyd etdiklərini nəzərə almaqla, 2(064)-1/2024 (əvvəlki 2(064)- 27/2023) saylı mülki iş üzrə 18 dekabr 2023-cü il tarixli qərardaddan verdiyi şikayətinin geri qaytarılması barədə 08 yanvar 2024-cü il tarixli qərardaddan şikayət verilməsi müddətini buraxmağının səbəbi üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa olunması; iş üzrə 18 dekabr 2023-cü il tarixli qərardadın ləğv olunması, “iddiaçı” tərəfindən verilmiş “iddia ərizəsinin baxılmamış saxlanılması barədə 25 avqust 2023-cü il tarixli qərardadın ləğv olunaraq işə mahiyyəti üzrə baxılmasına dair” ərizənin (vəsatətin) təmin olunmaması haqqında qərardad çıxarılması xahiş edilmişdir. Füzuli Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qərardaddan şikayətin geri qaytarılması haqqında qərardadı dəyişdirilmədən (və ya ləğv edilmədən) saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəni dinləyib, təqdim olunmuş şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilərək, şikayəti verən tərəfə geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 267.1-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan həmin Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikasının MPM-nin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Qanunun tələbinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. (MPM-in 395.2-ci maddəsi). 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. İşin hallarından görünür ki, Cavabdeh iddianın baxılmamış saxlanılması barədə qərardadın ləğv edilərək, işin icraatının təzələnməsi barədə qərardaddan şikayət vermişdir. Qanunvericiliyin məzmunundan görünür ki, qeyd edilən qərardad işin sonrakı hərəkətinə mane olmur və həmçinin Azərbaycan Respublikası MPM-də qeyd olunan qərardaddan şikayət verilməsi halı nəzərdə tutulmamışdır. Bu səbəbdən də qərardaddan şikayət geri qaytarılmışdır. Ümumiyyətlə hazırkı şikayət əsasında Şirvan Apellyasiya Məhkəməsinə göndərilən şikayətdə də, qərardad işin sonrakı hərəkətinə mane olmur və həmçinin Azərbaycan Respublikası MPM-də qeyd olunan qərardaddan şikayət verilməsi halı nəzərdə tutulmamışdır. Bu səbəbdən də, birinci instansiya məhkəməsi şikayətə düzgün baxmamış, şikayəti geri qaytarmalı olduğu halda işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Füzuli Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 2(064)-1/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün mülki iş Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qərardad “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-720/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-720/2024
27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver