Məhkəmə qərarları › İş №2(106)-722/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-722/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-722/2025 01.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(018)-1615/2024 saylı qərardadından cavabdeh İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Kreditor CavabdehSC məhkəməyə ərizə təqdim edərək borclular İddiaçı və X1 müştərək qaydada CavabdehSC -nin xeyrinə 4300 ABŞ dolları əsas, 748.47 ABŞ dolları faiz borcu, 430 ABŞ dolları penya olmaqla, ümumilikdə 5478.47 ABŞ dolları məbləğində borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-2531/2015 saylı, 28 dekabr 2015-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Astara Rayon Məhkəməsinin 2(018)-2531/2015 saylı, 28 dekabr 2015-ci il tarixli məhkəmə əmrinin ləğv olunaraq işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-1615/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadına əsasən borclu İddiaçı Astara Rayon Məhkəməsinin 2(018)-2531/2015 saylı, 28 dekabr 2015-ci il tarixli məhkəmə əmrindən verdiyi etiraz təmin edilməmişdir. Cavabdeh İddiaçı xx.xx.2025-ci il tarixdə Astara Rayon Məhkəməsinin 2(018)- 1615/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadından şikayət vermiş, həmçinin şikayətinə müddətin bərpası barədə ərizə əlavə edərək şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 2(018)-1615/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı əsassız və qanunsuzdur. Belə ki, Astara Rayon Məhkəməsinin 2(018)- 2531/2015 saylı, 28 dekabr 2015- cil il tarixli məhkəmə əmri verilərkən kobud qanun pozuntularina yol verilmişdir. Əgər həmin Məhkəmə əmri verilən zaman, məhkəmələr tərəfindən məhkəmə mübahisəsi düzgün həll olunsaydı,belə bir qanunsuz qətnamə çıxarıla bilməzdir. Məhkəmə icraçıları, onlara qarşı dələduzluq etmiş bank əməkdaşlarından deyil, onlardan pul istəmişdirlər. Halbuki, Bank əməkdaşları onları aldadaraq bildirmişdirlər ki, güya Ölkə Prezidenti yardım edərək vətəndaşlara köməklik göstərir. Bu fakt onların zərərçəkmiş şəxs kimi taninmaqlarına səbəb olmuşdur. Astara Rayon Məhkəməsinin e-2(018)-1615/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadını ləğv edilməli və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməlidir. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, onların ünvanına məktub gəlmədiyindən və onlara xəbərdarlıq edilmədiyindən məhkəmə iclasında iştirak edə bilmədiklərindən belə bir qərarın qəbul edilməsindən xəbərləri olmamışdır. Astara Rayon Məhkəməsinin 2(018)- 2531/2015 saylı 28 dekabr 2015-ci il tarixli məhkəmə əmrindən, Astara Rayon icra şöbəsinə 03 dekabr 2024-cü il tarixdə dəvət olunduqdan sonra məlumatları olmuşdur. Halhazırda Astara Rayon Məhkəməsinin 2(018)-2531/2015 saylı 28 dekabr 2015-ci il tarixli məhkəmə əmrinə etiraz vermək isdəsələr də bunu edə bilmirlər,ona görəki, həmin məhkəmə əmrini nə rəsmi nə də qeyri rəsmi qaydada onlara verilməmişdir. O, Astara Rayon Məhkəməsinin sədrinin adına ərizə ilə müraciət edərək Astara Rayon Məhkəməsinin 2(018)-2531/2015 saylı 28 dekabr 2015-ci il tarixli onlara verilməsini xahiş etmişdir. Onlar Astara Rayon Məhkəməsinin 2(018)-2531/2015 saylı 28 dekabr 2015-ci il tarixli məhkəmə əmrini rəsmi qaydada 03 dekabr 2024-cü il tarixdə, imza etməklə almışdırlar. Borclu İddiaçı Astara Rayon Məhkəməsinin 2(018)-2531/2015 saylı, 28 dekabr 2015-ci il tarixli məhkəmə əmrindən vermiş etiraz təmin edilməmiş. Qərardadın surəti təqdim edildiyi və ya alindığı gündən 10 (on) gün (Elektron məhkə-mə) informasiya sistəmində yaradılan elektron kabinetdən istifadə edilməklə müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilməsini qeyd etmişdir. O Astara Rayon Məhkəməsinin 2(1- 018) -1615 / 2024 saylı 27 dekabr 2024-cü il tarixli qərardadını zərfin üzərində olan möhürə əsasən xx.xx.2024-cü il tarixdə almışdır. Məhkəmənin gəldiyi nəticə düzgün həsab edilə bilməz. həmin iş üzrə 25-30 nəfər barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmu olmaqla yanaşı 200 nəfərdən çox zərər-çəkmişlər var ki, bunlarda o iş üzrə zərərçəkmişdir. Həmin cinayətləri törədən şəxslər, iş üzrə zərərçəkmiş şəxslərə, yaxınlaşaraq fərdi qaydada hər birinə müraciət edərək, bildirirmişlər ki, dövlət başçısı 50-100 manat yardım paylayır, o puldur ki, sizə veririk. Yəni həmin şəxslər dövlət başçısının adından istifadə edərək, onların sənədlərini onları aldadaraq alıb, gələcəkdə istifadə etmişdirlər. Ona görə də bu işi iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Astara Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(018)-1615/2024 saylı qərardadı ilə borclu İddiaçı Astara Rayon Məhkəməsinin 2(018)-1615/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-1615/2024 saylı, 23 dekabr 2024-cü il tarixli qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh İddiaçı məhkəməyə elektron ərizə ilə müraciət edərək Astara Rayon Məhkəməsinin 2(018)-1615/2024 saylı, 10 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(049)-5184/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(018)-1615/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya İnstansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Astara Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(018)-1615/2024 saylı qərardadı ləğv edilməli və mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsindəki məlumatların yenidən araşdırılması üçün Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, borclu müddətin bərpa olunması üçün üzrlü səbəb təqdim etməmiş, müddəti buraxmasının üzrlü olmasını əsaslandıra bilməmiş, 10 dekabrda əməliyyat olunduğu üçün şikayət verə bilmədiyini bildirmiş, halbuki ilkin məhkəmə əmrinə etiraz cavabdeh tərəfindən 19 dekabrda məhkəməyə təqdim edilmişdir ki, bu da cavabdehin səhhətinin prosessual hərəkətləri yerinə yetirməsinə imkan verdiyinin göstəricisi olmaqla buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Borclu qərardadı aldıqdan sonra qərardaddan məlumatlı olmuş, qanunvericilkdə nəzərdə tutulmuş müddətdə qərardaddan şikayət etməmişdir Məkhəmə tərkibi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 281.3-cü maddəsinə əsasən məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadda Astara Rayon Məhkəməsinin 2(018)- 2531/2015 saylı, 28 dekabr 2015-ci il tarixli məhkəmə əmrinə istinad etsə də, iş materiallarında həmin əmrə və ya surətinə rast gəlinmir. Belə ki, birinci instansiya məhkəməsi ərizəçi İddiaçı ərizəsini icraata qəbul edib baxarkən, mübahisələndirilən əmrin verilməsinə əsas olan Astara Rayon Məhkəməsinin icraatında olmuş 2(018)-2531/2015 saylı mülki işin davamı olaraq baxmalı idi. Hazırki halda isə birinci instansiya məhkəməsi İddiaçı ərizəsinə mülki işin materiallarını işə əlavə etmədən baxmaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə tərkibinin qənaətinə görə hazırki iş üzrə ərizəçinin ərizəsinə əvvəlki mülki işin materiallarından kənar baxılması yolverilməz olduğundan mülki iş yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayət qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(018)-1615/2024 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların yenidən araşdırılması üçün üçün Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(018)-1615/2024 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların yenidən araşdırılması üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar