Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-724/2023 23.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(041)-39/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(041)-39/2023 saylı qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(009)-2424/2014 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilmiş, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü Qurbanlı Şakir Amil oğlunun və xx.xx.2010-cu il təvəllüdlü Qurbanlı Amin Amil oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin tutularaq İddiaçı ödənilməsi və Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 56 (əlli altı) manat məbləğdə dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İŞİNHALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Qurbanlı Şakir Amil oğlu və xx.xx.2010-cu il təvəllüdlü Qurbanlı Amin Amil oğlu anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(009)-2424/2014 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Qətnaməyə əsasən birgə nikahlarından olan uşaqlar - Qurbanlı Şakir Amil oğlu və Qurbanlı Amin Amil oğlu üçün 103 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Birgə nikahlarından olan uşaqlar hazırda onun himayəsindədir və uşaqların bütün ehtiyaclarını özü təmin etmişdir. Ona görə də, Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü Qurbanlı Şakir Amil oğlu və xx.xx.2010-cu il təvəllüdlü Qurbanlı Amin Amil oğlu üçün təyin olunan 103 manat alimentin artırılaraq uşaqların 18 yaşınadək saxlanması üçün hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat alimentin mediasiyaya müraciət tarixindən hesablanmaqla, Cavabdeh tutularaq ona ödənilməsi və mediasiya üçün ödənilmiş 50 manat məbləğdə rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin alimentin hesablanması hissədə ləğv edilməsini, Cavabdeh ilə birgə nikahından olan 13 fevral 2015-ci il təvəllüdlü Qurbanlı Şakir Amil oğlu və 02 iyul 2010-cu il təvəllüdlü Qurbanlı Amin Amil oğlu üçün təyin olunan 103 manat alimentin artırılaraq, uşaqların 18 yaşınadək saxlanılması üçün hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğdə alimentin mediasiyaya müraciət tarixindən hesablanmaqla, Cavabdeh oğlundan tutularaq İddiaçı verilməsi, habelə mediasiya üçün ödənilmiş 50 manat məbləğdə rüsumun cavabdehdən alınaraq iddiaçıya verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə izahat verərək, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh izahatına əlavə olaraq bildirmişdir ki, hazırda 5000 manatdan artıq məbləğdə aliment borcu vardır. Özü şəkər xəstəsidir. Bu səbəbdən də, işləyə bilmir. Aliment borcunu anasının pensiyası ilə ödəyir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq özü və ya nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının və ya nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(041)-39/2023 saylı qətnaməsi dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AA3330659 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü Qurbanlı Şakir Amil oğlu doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE 10215906 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Qurbanlı Amin Amil oğlu doğulmuşdur. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(009)- 2424/2014 nömrəli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan olan Qurbanlı Şakir Amil oğlu və Qurbanlı Amin Amil oğlunun saxlanılması üçün hər ay hər uşağa görə 103 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. MPM-in 372.1, 372.6 və MPM-in 372.7-ci maddələrinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyildir. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir. Beləliklə, şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. Bu baxımdan da, hazırkı iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(041)-39/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbindən görünür ki, uşaqlarını saxlamaq, onların qayğısına qalmaq valideynlərin konstitusiya ilə müəyyən edilmiş vəzifələridir. Əgər valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Valideynlərdən tutulan alimentin məbləği və tutulması qaydası aliment verməyə borclu olan valideynin qazancının dəyişən olub-olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilə bilər. Habelə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyası Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(041)-39/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili olaraq birgə nikahdan olan uşaqlar üçün təyin olunan alimentin artırılaraq, hər uşaq üçün 250 manat, ümumilikdə 500 manat məbləğdə olması xahişi üzrə qeyd etməyi zəruri hesab edir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşaqların ehtiyaclarının artması, yetkinlik yaşına çatmayan övladın tələbatının artması mübahisə predmeti ola bilməz. Hazırda ananın uşağın qayğısına qalması, uşağın zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsinə cəhd etməsi işin mübahisə doğurmayan halıdır. Ancaq, AM-in 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Habelə, həmin Məcəllənin 75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Bununla yanaşı, qeyd edilməlidir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəblərdən, də hazırda saxlanılması üçün tutulan alimentin artırılması xahiş edilən uşaqlardan biri - xx.xx.2005-ci il təvəllüdlü Qurbanlı Şakir Amil oğlu hal-hazırda yetkinlik yaşına çatmışdır ki, onun üçün müəyyən edilmiş aliment məbləğinin artırılması barədə veriləcək istənilən qərar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən norması baxımından formal xarakter daşıyacaqdır. Nəzərə alsaq ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir, o zaman məhkəmə kollegiyası xx.xx.2010-cu il təvəllüdlü Qurbanlı Amin Amil oğlunun saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin 170 manata artırılmasını qanuni və ağlabatan hesb edir. 02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmiş 20 noyabr 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. Bundan əlavə, müəyyən edilmiş alimentin mediasiyaya müraciət tarixindən hesablanması da iddiaçı tərəfindən apellyasiya şikayətinin dəlili olaraq göstərilmişdir ki, həmin dəlilə dair bildirilməlidir ki, yuxarıda qeyd edildiyi kimi hazırkı halda, yəni alimentin miqdarının dəyişdirildiyi – artırıldığı təqdirdə, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanacaqdır. Həmçinin, mediasiya üçün ödənilmiş 50 manat məbləğdə rüsumun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə apellyasiya şikayətinin digər dəlilini kollegiya əsaslı hesab edir. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Habelə, həmin Məcəllənin 119-cu maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, işin faktiki halları və uşağın saxlanılmasında valideynlərin bərabər vəzifələrinin olması, 2023-cü il üçün uşaqların yaşayış minimumu və iş üzrə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh 02 iyul 2010-cu il təvəllüdlü Qurbanlı Amin Amil oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilən 150 manat alimentin miqdarı artırılaraq 170 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilməməli, mediasiya xərci qismində ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, onları məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (“Hornsbi Yunanıstana qarşı iş” üzrə 19 mart 1997-ci il tarixli Qərar). MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(041)-39/2023 saylı qətnaməsi Cavabdeh 02 iyul 2010-cu il təvəllüdlü Qurbanlı Amin Amil oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilən 150 (yüz əlli) manat alimentin miqdarı artırılaraq 170 (yüz yetmiş) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Mediasiya xərci qismində ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-724/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-724/2023
23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver