Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-726/2025 28.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Müseyb oğlunun, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-355/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 30000 manat məbləğdə əsas və 18000 manat məbləğdə cərimə borcunun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 234 manat məbləğdə pul vəsaitinin alınıb ona verilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh tanışı olaraq etibarını qazandığı üçün ona xx.xx.2022-ci il tarixdə 30000 manat məbləğdə borc vermişdir. Cavabdeh həmin borc məbləğini 2022-ci ilin noyabr ayının 31-nə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, hazırkı vaxta qədər həmin borc geri qaytarılmamışdır. Cəlilabad Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddia qismən təmin olunaraq Cavabdeh borca görə 16800 (on altı min səkkiz yüz) manat və 8000 (səkkiz min) ABŞ dollarının Azərbaycan manatının həmin günə olan məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 234 (iki yüz otuz dörd) manat məbləğdə pul vəsaitinin alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. İŞİNHALLARİ: xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 30000 manat borc aldığını və onu 2022-ci ilin noyabr ayının 31-nə qədər qaytarmağı öhdəsinə götürmüş, həmin vaxta qədər ödəməsə, məsuliyyətə cəlb olunmağına, həmin pulun həcmində əmlakına yönəldilməsinə, hər gecikdirilmiş gün üçün 2 faiz məbləğində cərimə ödəyəcəyini qeyd etmişdir. APELLYASİYA ŞİKAYƏTİ VƏ ONUN DƏLİLLƏRİ: Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin hallarının aydınlaşdırılması barədə onun iştirakı təmin edilməmiş və dinlənilməmişdir. İddiaçını 2015-2016-cı illərdən rayon sakini kimi tanımışdır. Pula ehtiyacı olduğu üçün ondan 16000 manat borc almış və 3 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin sonradan maddi imkanı zəif olduğu üçün həmin pulu 1 il 6 aydan sonra qaytarmışdır. Həmin vaxt iddiaçı ondan pulun faizini də tələb etmiş və faizi qaytarmağa imkanı olmadığı üçün aralarında olan münasibətlər pozulmuşdur. Hazırda iddiaçıya borcu yoxdur. İddiaçıdan 2015-2016-cı illərdə ümumilikdə 16000 manat məbləğdə borc almış və onu 1 il 6 aydan sonra geri qaytarmışdır. İddiaçı ilk olaraq məhkəməyə müraciət edərək 30000 manat əsas borcun və 18000 manat cərimənin ondan tutulmasını xahiş etmişdir. Daha sonra isə tələbində dəqiqləşdirmə apararaq 16800 manat və 8000 ABŞ dolları əsas borcun, həmçinin 18000 manat cərimənin tutulmasını xahiş etmişdir. İddiaçı həmin ərizəni məhkəmə baxışı başlanana kimi deyil, baxışda təqdim etmiş və məhkəmə isə icraata qəbul etmişdir. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmənin sübut kimi istinad etdiyi 22 sentyabr 2023-cü il tarixli qəbzdə göstərilmişdir ki, guya iddiaçıdan 30000 manat borc məbləğini 2022-ci ilin noyabr ayının 31-nə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Sözügedən qəbz onun tərəfindən yazılmamış və qəbzdən məlumatsızdır. Belə ki, qəbz iddiaçının özü tərəfindən yazılmışdır. Bundun əlavə, iddiaçı cavabdehin ona 16800 manat və 8000 ABŞ dolları məbləğində borcunun olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyi halda məhkəmə onun iddiasını həmin hissədə əsaslı saymışdır. İddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmənin sübut kimi istinad etdiyi qəbzdə isə 16800 manat və 8000 ABŞ dolları məbləğində borc məbləği ilə heç bir qeyd yoxdur. Bundan əlavə, məhkəmə qətnamə qəbul edərkən MM-in 739.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, həmin maddənin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İş materiallarından da göründüyü kimi, iddiaçıya 16800 manat və 800 ABŞ dolları borcunun olması ilə bağlı aralarında hər hansı yazılı müqavilə olmamışdır. Qətnamə cavabdehin iştirakı olmadan, sübut və dəlilləri, vəsatətləri dinlənilmədən və prosessual müddətlərə əməl edilmədən qəbul edilmişdir. TƏRƏFLƏRİNİZAHATLARİ: Cavabdeh 21 may 2025-ci il tarixli məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, şikayəti müdafiə edir. İddiaçı 8000 ABŞ dollarının ona verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyi halda, məhkəmə həmin hissədə əsassız olaraq iddianı təmin etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli qəbzə istinad edir ki, həmin qəbzdə 8000 ABŞ dolları qeyd edilməyib. Belə ki, iddiaçıdan 16800 manat məbləğdə borc almış və onu 2015-2016-cı illərdə qaytarmışdır. İş materiallarına əlavə edilmiş qəbzdəki imza və yazılar ona məxsus deyildir. O, 2022-ci ildə nə iddiaçıdan pul götürmüş, nə də qəbz yazmışdır. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddiaçı cavabdehə 8000 ABŞ dollarını verməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir və iddianı yalnız 16800 manat hissədə qəbul edirlər. İddiaçı xx.xx.2022-ci il tarixli qəbzə istinad edir ki, həmin qəbzdə 8000 ABŞ dolları qeyd edilməmişdir. Cavabdeh iddiaçıdan aldığı 16800 manat borc məbləğini isə 2015- 2016-cı illərdə qaytarmış və hazırda ona borcu yoxdur. Cavabdeh yalnız 16000 manatla bağlı qəbz yazmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, apellyasiya şikayətini qəbul etmir. Belə ki, cavabdehi 2015-2016-cı illərdə tanımamışdır. xx.xx.2022-ci il tarixli qəbzi cavabdeh özü yazaraq imzalamışdır. Birinci instansiya məhkəməsində cavabdeh qəbzi özü yazmadığını bildirdiyi üçün iş üzrə ekspertiza təyin edilmiş, lakin cavabdeh ekspertizaya getməkdən yayınmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdə cavabdehin borcunun 30000 manat qeyd edilmiş, əslində verdiyi 16800 manat və 8000 ABŞ dolları pul vəsaiti birlikdə hazırkı məzənnə ilə 30400 manat məbləğ edir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması çox vacibdir. Məhkəmə tərkibi bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrıayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARİ: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 882-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. MƏHKƏMƏ TƏRKİBİNİN MÖVQEYİ: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi müəyyən edilmişdir. Belə ki, hazırkı mülki işin mübahisəsiz hallarına əsasən tərəflər arasında mövcud borcun etirafı üzrə hüquq münasibətləri yaranmış və cavabdeh iddiaçıya olan 30000 manat məbləğində pul vəsaitini geri qaytarmalı olması barədə üzərinə öhdəlik götürməsi iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə hazırkı hüquqi münasibətə maddi hüquq normalarının dispozisiya şərtlərini pozmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə deyil, həmin Məcəllənin 739.1 və 740.1-ci maddələrinə uyğun qiymət vermişdir. Bundan əlavə, məhkəmə tərkibi diqqətə çatdırır ki, MPM-in 53-cü maddəsinin tələbinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı mülki iş üzrə tələbin dəyişdirilməsi məhkəmə baxış iclasında təqdim edilmişdir. Belə ki, işdən göründüyü kimi, İddiaçı Cavabdeh qarşı 30000 manat əsas və 18000 manat cərimə borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə baxışı təyin edilmiş, daha sonrakı dövrlərdə - iddianın predmeti dəyişdirilərək Cavabdeh borca görə 16800 manat və 8000 ABŞ dolları tələb edilmişdir. Bununla da, birinci instansiya məhkəməsi işə baxılan zaman qüvvədə olan prosessual qanunvericiliklə müəyyən edilmiş qaydadan kənara çıxmaqla məhkəmə baxış iclası zamanı qeyd edilən yeni tələbi icraata qəbul edərək yekun məhkəmə aktı çıxarmaqla prosessual pozuntuya yol vermişdir. Qeyd edilənlər baxımından hazırkı apellyasiya şikayətinin dəlilləri üzrə, habelə dispozitivlik və çəkişmə prinsipinin tələbləri qorunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun təmin edilən hissəsində iddianın qanuni və əsaslı olması yoxlanılmalıdır. Bu zaman qətnamə üzrə qiymət verilən 16800 manat və 8000 ABŞ dolları hissədə deyil, 30000 manat əsas borc hissədə tələbə qiymət verilməlidir. Habelə qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində 22 sentyabr 2023-cü il tarixli qəbzdən məlumatsız olduğunu və həmin qəbzin tərəfindən yazılmadığını göstərmişdir. Ancaq baxılan mülki işin apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2025-ci il tarixli 4/900 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, dama-dama jurnal vərəqi üzərində olan “Мəн Чəллaбaд рajoн....” sözləri ilə başlayıb “...... 2022.09.22” sözləri ilə bitən borc qəbzindəki yazılar və qəbzin aşağı hissəsində “Aгajeв” yazısının qarşısında olan imza – Cavabdeh tərəfindən icra edilmişdir. Beləcə, adıçəkilən 22 sentyabr 2023-cü il tarixli qəbzin Cavabdeh tərəfindən imzalanması müvafiq ekspert rəyi ilə təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, MPM-in 81-ci tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni zamanda apellyasiya şikayətində yuxarıda adıçəkilən qəbzdə göstərilən məbləğdə borcun cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması bildirilmişdir. Xatırlatmaq yerinə düşər ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, 22 sentyabr 2023-cü il tarixli qəbzin Cavabdeh tərəfindən imzalanması faktı sübut edildiyi təqdirdə, növbəti mərhələ qəbzdə əks olunmuş məbləğin İddiaçı geri qaytarılıb-qaytarılmaması məsələsidir ki, göstərilən faktın sübut olunması üzrə Cavabdeh məhkəməyə verdiyi izahatını təsdiq edəcək hər hansı mötəbər dəlil təqdim etməmişdir. Qeyd edilənlər baxımından, apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə tərkibi hazırkı məhkəmə baxışının araşdırma predmetini təşkil edən əsas borc qismində 30000 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutulması barədə qənaətə gəlməyi haqlı və qanuni hesab edir. Məhkəmə tərkibi yuxarıda qeyd edilənlərlə yanaşı qeyd edir ki, iş materiallarına əlavə edilmiş (səh. 38) “Taxir 3.11.2021” başlıqlı mətndə, “4000+600 manat, 6000+600 manat, 8000 dollar, 4500+400 man, 2300+800 man” qeydləri və və onların qarşısındakı imzalar hazırkı pul tələbinə dair mülki iş üzrə hər hansı məbləğin geri qaytarılmasını, habelə digər faktı təsdiq edən mötəbər sübut kimi nəzərə alına bilməz. Məhkəmə tərkibi əlavə olaraq, qeyd etməyi zəruri hesab edir ki, tələbin təmin edilməyən cərimə borcu hissəsinə apellyasiya baxışı zamanı hüquqi qiymət verilməsi dispozitivlik prinsipinin tələblərinə zidd olardı. Yekunda məhkəmə tərkibi hüquqi müəyyənlik prinsipinə də toxunmağı zəruri hesab edir. Bu prinsip hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə qabaqcadan bilməsinə imkan verməlidir. Bu prinsip azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması şərtlərinin milli qanunvericilikdə aydın və dəqiq təsbitini, hüquq tətbiq etmə praktikasının qanunun eyni cür və dürüst təfsirinə əsaslanmasını, müxtəlif məhkəmə qərarlarında hüququn tətbiqi məsələlərində ardıcıllığın gözlənilməsini, yəni qanunun tətbiqi təcrübəsinin şəxslər üçün gözlənilən olmasını nəzərdə tutur. Bu səbəbdən də, işə baxan məhkəmələr hüquqi müəyyənlik prinsipinin yüksək səviyyədə gözlənilməsi və məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından hüququn tətbiqində tərəflərin mövqeyindən və hüquqi əsaslandırmasından asılı deyildir. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Habelə MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi və hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Beləliklə, tərkib hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə tərəflər arasında yaranmış mövcud hüquqi münasibətlərə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməmişdir və qətnamə maddi və prosessual hüquq normalarının tətbiqi hissəsində qanuni və əsaslı sayıla bilməz. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli qəbz üzrə 30000 (otuz min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı, MPM-in 107 və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 180 (yüz səksən) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Habelə ekspertiza tədqiqatının (04 iyul 2025-ci il tarixli 4/900 saylı rəy üzrə) dəyəri qismində 110 (yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 402-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-355/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh əsas borc qismində 30000 (otuz min) manat və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 180 (yüz səksən) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-726/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-726/2025
28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver