Məhkəmə qərarları › İş №2(106)-745/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-745/2023

08.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-745/2023 08.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və X4 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Vəkil və üçüncü şəxs Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Biləsuvar Rayon Məhkəməsinin 2(022)114/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 may 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək digərlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müvafiq olaraq mülkiyyət hüququnun tanınmasına maneçilik törədən Cavabdeh barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini dəqiqləşdirmiş, Cavabdeh Biləsuvar şəhəri, K.Əbilhəsənov küçəsində yerləşən evə dair hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mərhum atası X1 şəhəri, K.Əbülhəsənov (keçmiş Azadlıq, Lenin bağı) küçəsində yerləşən 11 (keçmiş 6) saylı yaşayış evində mənzillə təmin olunmuşdur. xx.xx.1995-ci il tarixli Biləsuvar RİH-nin 401 saylı sərəncamı ilə ona uzun müddət yaşaması ilə əlaqədar olaraq 101 saylı order verilmişdir. Orderdə iddiaçı ilə bərabər, mərhum anası X5 da adı göstərilmişdir. Anasının vəfatından sonra atası ikinci dəfə ailə quraraq Cavabdeh ilə nikaha daxil olmuşdur. Bu nikahdan övladı olmasa da, iddiaçının atası cavabdehi həmin mənzildə qeydiyyata aldırmışdır. 2009-cu ildən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə mənzillərə order verilməsi dayandırılmış və vətəndaşların əlində olan ilkin sənədlər (order və ya sərəncam) hüquqi sənəd kimi dövlət mülkiyyətinin şəxsi mülkiyyətə verilməsi üçün DƏDRX tərəfindən yetərli hesab olunmuşdur. Ona görə də iddiaçı adının qeyd olunduğu Biləsuvar RİHB-nin xx.xx.1995-ci il tarixli, 401 saylı sərəncamı ilə atası mərhum X3 adına verilmiş 101 saylı orderlə Biləsuvar rayon Mənzil İstismar Sahəsinə müraciət edərək mənzilin özəlləşdirilməsi üçün lazım olan ilkin sənəd kimi 2 saylı forma və texniki şərti alaraq DƏDRX-nin 8 saylı Ərazi İdarəsinin Biləsuvar rayon şöbəsinə təqdim etmişdir. Ərizəsi qeydə alındıqdan sonra iddiaçı qanuna müvafiq olaraq mənzilə baxış keçirilərək müayinə aktı tərtib edilməsi üçün təyin edilən mütəxəssislərlə Biləsuvar şəhəri, K.Əbülhəsənov (keçmiş Azadlıq, Lenin bağı) küçəsində yerləşən 11 saylı evin 6 saylı mənzilinə gəlsə də, həmin mənzildə yaşayan cavabdeh onu və DƏDRX-nin mütəxəssislərini müayinə sənədlərini tərtib etmək üçün mənzilə buraxmamışdır. İddiaçı dəfələrlə cavabdehdən müayinə aparılmasına şərait yaradılmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(022)-114/2021 saylı qətnaməsi ilə (Hakim P.Əhmədov) iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 1, mənzil 12 (keçmiş Lenin bağı, Azadlıq küçəsi, ev 6, mənzil 6) ünvanında yerləşən mənzildə hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən maneçilik törədilməsinin qadağan edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat məbləğdu pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11, 157.4-cü və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(106)2164/2021 saylı qətnaməsi (sədrlik edən Samir Mayılov, hakimlər İlham Əsədov və Nüsrət Mirzəyev) ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(022)-114/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1770/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(106)2164/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(106)1418/2022 saylı qətnaməsi (sədrlik edən T.Kərimov, hakimlər Müşfiq Həsənov və Zeynal Zeynalov) ilə, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(022)-114/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)301/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(106)1418/2022 saylı qətnaməsinin ləğv edilməsi və mülki iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin 2(022)114/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsini ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Biləsuvar Rayon Məhkəməsinin 2(022)114/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsini ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini Biləsuvar Rayon Məhkəməsinin 2(022)114/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndəsi X9 apellyasiya icraatı zamanı verdiyi izahatında göstərmişdir ki, mübahisəli mənzil olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil (keçmiş Lenin bağı, Azadlıq küçəsi, ev 6, mənzil 6) Biləsuvar İcra Hakimiyyətinin balansındadır və həmin mənzil üzərində hüquqlar müvafiq surətdə icarə müqaviləsi əsasında yarana bilər, bunun üçün isə qanuni əsaslar olmalıdır. İddiaçının mübahisəli mənzildən 2001-ci ildən daimi yaşamaq üçün başqa yaşayış yerinə köçməsi onun həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən yaşayış sahəsinə istifadə hüququnu aradan qaldırmışdır. Odur ki, kollegiyadan qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Biləsuvar Rayon Məhkəməsinin 2(022)114/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 01oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsi Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 127. İcarədar öldükdə evin mülkiyyətçisi ölən şəxsin icarəyə verilmiş sahədə yaşayan ailəsinin həddi-büluğa çatmış ailə üzvlərindən biri ilə qalan müddət üçün icarə müqaviləsi bağlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı ... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. “Azərbyacan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, Biləsuvar şəhəri Azadlıq küçəsində yerləşən 11 saylı evin 6 saylı mənzilə 1995-ci ildə mənzilə yaşayış hüququ verən order əsasında və onların həmin mənzildə mülkiyyət hüququna gözləntisi olması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(106)2164/2021 saylı qətnaməsi (sədrlik edən Samir Mayılov, hakimlər İlham Əsədov və Nüsrət Mirzəyev) ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(022)-114/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)1770/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(106)2164/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(106)1418/2022 saylı qətnaməsi (sədrlik edən T.Kərimov, hakimlər Müşfiq Həsənov və Zeynal Zeynalov) ilə, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(022)-114/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)301/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə, kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(106)1418/2022 saylı qətnaməsinin ləğv edilməsi və mülki iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, Apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iş üzrə təqdim edilmiş sübutlara tam və hərtərəfli baxmamış, mənzilin mülkiyyətçisi Biləsuvar Rayon İcra Hakimiyyətinin işə baxılmasına cəlb edib hazırkı mübahisəli məsələyə münasibətini öyrənmədən iddia tələbi üzrə yekun nəticəyə gələrək səhvə yol vermişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə yanlış nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə mənzilə hüququnun olması və həmin hüququn həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən müvafiq sənədləşmə aparılmasına yaradılmış maneənin aradan qaldırılması təşkil edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını mülki məcəllənin 139-

1. 1.11, 152.1,157.4, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin 53,54,60-cı maddələri və “Azərbyacan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4,5,9-cu maddələri maddələri təşkil edir. İddiaçının cavabdehə qarşı iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, o, iddia edir ki, onun mərhum atası X1 şəhəri, K.Əbülhəsənov (keçmiş Azadlıq, Lenin bağı) küçəsində yerləşən 11 (keçmiş 6) saylı yaşayış evində mənzillə təmin olunmuşdur. xx.xx.1995-ci il tarixli Biləsuvar RİH-nin 401 saylı sərəncamı ilə ona uzun müddət yaşaması ilə əlaqədar olaraq 101 saylı order verilmişdir. Orderdə iddiaçı ilə bərabər, mərhum anası X5 da adı göstərilmişdir. Anasının vəfatından sonra atası ikinci dəfə ailə quraraq Cavabdeh ilə nikaha daxil olmuşdur. Bu nikahdan övladı olmasa da, iddiaçının atası cavabdehi həmin mənzildə qeydiyyata aldırmışdır. 2009-cu ildən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə mənzillərə order verilməsi dayandırılmış və vətəndaşların əlində olan ilkin sənədlər (order və ya sərəncam) hüquqi sənəd kimi dövlət mülkiyyətinin şəxsi mülkiyyətə verilməsi üçün DƏDRX tərəfindən yetərli hesab olunmuşdur. Ona görə də iddiaçı adının qeyd olunduğu Biləsuvar RİHB-nin xx.xx.1995-ci il tarixli, 401 saylı sərəncamı ilə atası mərhum X3 adına verilmiş 101 saylı orderlə Biləsuvar rayon Mənzil İstismar Sahəsinə müraciət edərək mənzilin özəlləşdirilməsi üçün lazım olan ilkin sənəd kimi 2 saylı forma və texniki şərti alaraq DƏDRXnin 8 saylı Ərazi İdarəsinin Biləsuvar rayon şöbəsinə təqdim etmişdir. Ərizəsi qeydə alındıqdan sonra iddiaçı qanuna müvafiq olaraq mənzilə baxış keçirilərək müayinə aktı tərtib edilməsi üçün təyin edilən mütəxəssislərlə Biləsuvar şəhəri, K.Əbülhəsənov (keçmiş Azadlıq, Lenin bağı) küçəsində yerləşən 11 saylı evin 6 saylı mənzilinə gəlsə də, həmin mənzildə yaşayan cavabdeh onu və DƏDRX-nin mütəxəssislərini müayinə sənədlərini tərtib etmək üçün mənzilə buraxmamışdır. İddiaçı dəfələrlə cavabdehdən müayinə aparılmasına şərait yaradılmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir Cavabdeh iddia tələbinə etirazından müəyyən edilir ki, o, 2001-ci ildə mərhum Əjdər Məmmədovla rəsmi nikah münasibətinə girərək Biləsuvar şəhəri, K.Əbülhəsənov (keçmiş Azadlıq, Lenin bağı) küçəsində yerləşən 11 (keçmiş 6) saylı yaşayış evin 6 saylı mənzilinə köçmüş və 2014-cü ilə kimi onunla birlikdə yaşayıb təsərrüfatı birgə idarə etmişlər. İddiaçının mərhum anası X5 ölmündən sonra icarədar 28 mart 2001-ci il tarixdə Cavabdeh (bundan sonra – cavabdeh) ilə nikaha daxil olmuş və cavabdeh həmin tarixdən hal-hazıradək mübahisə predmeti olan mənzildə yaşayır. İddiaçı isə 2001-ci ildə hələ onunla Əjdər arasında nikah bağlanmazdan əvvəl ailə quraraq mübahisəli mənzildən köçmüş və hazırda ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. İcarədar 16 fevral 2014-cü il tarixdə ölmüş, lakin mübahisə predmeti olan mənzilə dair ailə üzvlərindən hər hansı biri ilə yeni icarə müqaviləsi bağlanmamışdır. Mübahisəli mənzildə tək özü qeydiyyatdadır və mənzil dövlət fonduna aid olmaqla Biləsuvar Rayon İcra Hakimiyyətinin balansındadır. İddiaçının ona qarşı iddia qaldırılması üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası işi yeni apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə müvafiq olaraq məcburi göstərişlərini yəni hüquq münasibəti baş verən vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbləri baxımından iddiaçının 2001-ci ildən ailə quraraq, yaşamaq üçün başqa ünvana köçməsinin onun istifadə hüququnun itirilməsinə əsas verən hal olub-olmadığına, həmçinin iddiaçının atasının birinci növbəli vərəsəsi kimi hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmadığı barədə məsələ isə qüvvədən düşmüş Mənzil Məcəlləsinin icarədar öldüyü halda mənzilə kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malik olan şəxslərin dairəsini müəyyən edən (§ 28), habelə dövlət mülkiyyətində olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin dairəsini, həmçinin mübahisəli mənzilin mükiyyətçisi olan Biləsuvar Rayon İcra Hakimiyyətini işə cəlb edərək mübahisəyə münasibətinin öyrənilməsini təmin edərək, işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli tədqiqat apararaq müəyyən edir ki, iddiaçının mübahisəli ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil (keçmiş Lenin bağı, Azadlıq küçəsi, ev 6, mənzil 6) Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 13 aprel 1995-ci il tarixli, 101 saylı orderə əsasən iddiaçının atası X6 (icarədar) ayrılmış və orderdə ailə üzvləri kimi qızı İddiaçı (iddiaçı) və arvadı X5 adları qeyd olunmuşdur. X5 ölümündən sonra icarədar 28 mart 2001-ci il tarixdə Cavabdeh (cavabdeh) ilə nikaha daxil olmuş və cavabdeh həmin tarixdən hal-hazıradək mübahisə predmeti olan mənzildə yaşayır. İddiaçı isə 2001-ci ildə ailə quraraq mübahisəli mənzildən köçmüş və hazırda ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. İcarədar 16 fevral 2014-cü il tarixdə ölmüş, lakin mübahisə predmeti olan mənzilə dair ailə üzvlərindən hər hansı biri ilə yeni icarə müqaviləsi bağlanmamışdır. Əvvəla qeyd olunmalıdır ki, mübahisəli mənzil dövlət mülkiyətində olmuş və yuxarıda adları qeyd olunan şəxslərə 13 aprel 1995-ci il tarixli, 101 saylı order əsasında verilmiş, daha sonra isə həmin mənzil, mənzildə yaşayan şəxslərin adına 26 yanvar 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununa əsasən əvəzsiz şəxsi mülkiyyətlərinə verilmiş və orderdə adları qeyd olunan şəxslərin mənzil üzərində hüquqları (mülkiyyət hüquqları) legitimləşdirilməsi üçün əsaslar yaranmışdır. Lakin adları qeyd olunan şəxslər bu hüquqnun həyata keçirilməsi üçün lazımi tədbirlər görməmişdir. O, da nəzərə alınmalıır ki, mübahisəli mənzillə bağlı qeyd olunan qanunun tələblərinə uyğun olaraq icarədar və onun ailə üzvlərinin hər hansı biri tərəfindən özəlləşdirilməsi üçün müraciət edən şəxs mübahisəli mənzildə yaşamalı həmdə, qeydiyyatda olmalıdır. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində,habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin(evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cumaddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsində göstərilir ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birininmülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Sadalanan maddələrin mənasına görə, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin özəlləşdirilməsinə və vətəndaşların müraciətləri əsasında həmin mənzillərin onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə o, halda yol verilir ki, mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda o, mənzil kirayə müqaviləsində göstərilmiş olsun və kirayəçi ilə birlikdə faktiki yaşasın. Halbuki İddiaçı icarədarın ailə üzvü kimi 13 aprel 1995-ci il tarixli orderdə adı qeyd olunmaqla mübahisə predmeti olan mənzilə istifadə hüququ əldə edib, 2001-ci ildə isə ailə quraraq başqa yaşayış sahəsinə köçüb. İcarədar 16 fevral 2014-cü il tarixdə ölmüş və həmin vaxt mənzildə onunla birlikdə yalnız cavabdeh (ikinci nikahdan olan arvadı) yaşayıb. Birinci instansiya məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, hazırda mübahisəli mənzildə cavabdehin yaşamasına baxmayaraq, iddiaçının, onun atasının və anasının 1995-ci ildən etibarən mənzilə mülkiyyətçi hüquqları yaranmış (Avropa Məhkəməsinin presedent hüququna istinadla gözlənilən mülkiyyət hüququ), lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı öz mülkiyyət hüquqlarını realizə etmək və dövlət tərəfindən tanımaq kimi imkanlardan məhrum olub. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. X14 Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyəthüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanıyır. Lakin, məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair “legitim gözləntisi” olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib- verməməsi müəyyən olunmalıdır. Əvvəlki mənzil qanunvericiliyinin təhlili göstərir ki, dövlət və ictimai mənzil fonduevlərində yaşayış sahəsini icarə müqaviləsi əsasında icarədar və onun ailə üzvləri yaşayışsahəsinə mülkiyyət hüququ deyil, istifadə hüququ əldə edirdilər. Təsadüfi deyildir ki,qüvvədən düşmüş Mənzil Məcəlləsinin həmin münasibətləri tənzimləyən 2-ci fəslininbaşlığı da “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə” adlanırdı. O, da nəzərə alınmalıdır ki, yaşayış sahəsinə istifadə hüququ mütləq olmayıb, qanunla müəyyən edilmiş hallarda aradan qalxa bilən hüquqdur. Başqa sözlə, şəxsin mənzildən istifadə hüququ yalnız mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsiolmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar(mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqda həmin hüquq da itirilmiş olur. Lakin, işə baxmış məhkəmə əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbləri baxımından iddiaçının 2001-ci ildən ailə quraraq, yaşamaq üçün başqa ünvana köçməsinin onun istifadə hüququnun itirilməsinə əsas verən hal olub-olmadığına qiymət verməyiblər. Eyni zamanda, hazırkı mübahisənin qanuni həlli baxımından iddiaçının atası olmuş icarədarın razılığı ilə mübahisəli mənzilə köçərək, hal-hazıradək orada yaşamış cavabdehin əvvəlki mənzil qanunvericiliyində müəyyən edilmiş istifadə hüquqlarını əldə edibetmədiyi də vacib əhəmiyyətə malik olub. İddiaçının atasının birinci növbəli vərəsəsi kimi hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmadığı barədə məsələ isə qüvvədən düşmüş Mənzil Məcəlləsinin icarədar öldüyü halda mənzilə kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malik olan şəxslərin dairəsini müəyyən edən, habelə dövlət mülkiyyətində olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin dairəsini müəyyən edən maddi hüquq normalarının müddəalarının nəzərə alınmasını tələb edir. Göründüyü kimi İddiaçı qıznın 2001-ci ildə ailə quraraq mübahisəli mənzildən köçməsi və hazırda ailəsi ilə birlikdə başqa ünvanda yaşaması və qeydiyyatda olması onun mübahisəli mənzil üzərində hüquqların itirilməsi anlamına gəlir. Belə olan halda İddiaçı qanunla ona verilən hüquqnun (mübahisəli mənzilin özəlləşdirilməsi üçün cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırılması) həyata keçirilməsinə yaradılan manelərin aradan qaldırılması tələbi legitim hüquqa söykənməklə haqlı tələb olmamışdır. Apellyasiya icraatı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş, Bİləsuvar rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi izahat verərək göstərmişdir ki, mübahisəli mənzil olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil (keçmiş Lenin bağı, Azadlıq küçəsi, ev 6, mənzil 6) Biləsuvar İcra Hakimiyyətinin balansındadır və həmin mənzil üzərində hüquqlar müvafiq surətdə icarə müqaviləsi əsasında yarana bilər, bunun üçün isə qanuni əsaslar olmalıdır. İddiaçının mübahisəli mənzildən 2001-ci ildən daimi yaşamaq üçün başqa yaşayış yerinə köçməsi onun həmin dövrdə qüvvədə olan mənzil məcəlləsinin 60-cı maddəsinə əsasən yaşayış sahəsinə istifadə hüququnu ardan qaldırmışdır. Kollegiya onu da xüsusilə vurğulamağı zəruri hesab edir ki, iddiaçı M. Məmmədovanın mübahisəli mənzilə dair orderdə adının olması onun hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olması anlamına gəlmir. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməlidir. Çünki iddiaçı 2001-ci ildən ailə quraraq ərə getməsi, daimi olaraq ər evində yaşaması, həm mərhum atasının sağlığında, həm də, atasının ölümündən sonra mübahisəli mənzilə gedib-gəlməməsi ona dəlalət edir ki, iddiaçının mübahisəli mənzilə zəruri ehtiyacı aradan qalxmışdır. Bu hal işin təkrar apellyasiya baxışı zamanı iddiaçının özünün də izahatı ilə təsdiq edilmişdir. Bütün bunlar ona dəlalət edir ki, İddiaçı Cavabdeh qarşı “mənzil hüququnun həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair iddiasında haqlı olmamışdır. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin iddianın əsaslı olması və təmin edilməsi qənaətinə gəlməsi mövqeyi ilə razılaşmır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 2(022)114/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “mənzil hüququnun həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 2(022)114/2021 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzil hüququnun həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar