Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-758/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(050)-3694/2023 saylı qətnaməsindən (hakim H.Bəhmənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, 12000 manat məbləğində pulun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, 6 noyabr 2022-ci il tarixdə Cavabdeh etibarnamə əsasında 12000 manat müqabilində “Opel Astra” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Cavabdeh avtomobilin özünə məxsus olmasını bildirmişdir. Bundan təqribən 1 ay sonra Səbuhi ona xəbər göndərmişdir ki, avtomobili heç bir yerə sürməsin, avtomobil axtarışdadır, sahibinə pul çatmadığına görə etibarnamə ləğv edilmişdir. Bundan sonra o, Səbuhidən şikayətlər etmiş, polis şöbəsində vermiş olduğu izahatında Səbuhi ondan 12000 manat almasını təsdiq etmişdir. Hal-hazırda sahibi ondan avtomobili tələb edir. Maddi ziyana düşdüyü üçün cavabdehdən 12000 manat pulun tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddia ərisəzinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib, izahatında göstərmişdir ki, “Opel Astra” **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında İddiaçı 12000 manata satmışdır. Özü avtomobil alğısatqısı ilə məşğul olur. O, da avtomobili etibarnamə ilə Emin və Sadəddin adlı şəxslərdən almışdır. Lakin avtomobili aldığı adam pulunu əsas sahibinə verməmişdir. Ona görə də etibarnamə ləğv olunmuşdur. Hal-hazırda Emin Respublika ərazisində yoxdur, barəsində şikayət olunmuşdur. O, pulu verərsə, İddiaçı pulunu qaytara bilər. Özünü günahkar hesab etmir, ona görə də iddianın rədd olunmasını xahiş edir. Masallı Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(050)-3694/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsalsandırlmışdır ki, sözü gedən qətnamə ilə razə deyil, qətnamə hüquqlarını kobud şəkildə pozur. Belə ki, avtomobillərin alışı və satışı ilə məşğul olur. Həmin avtomobilidə iddiaçıya satmışdır. İddiaçıya satdığı maşının etibarnaməsinin etibarsız hesab edilməsinə səbəb avtomobili aldığı Emin adlı şəxsin avtomobilin sahibinə borcunun olmasıdır. Emin avtomobilin sahibinə olan borcunu ödəmədiyinə görə avtomobilin sahibi vermiş olduğu etibatnaməni ləğv etmişdir. Hazırda Emin barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilərək barəsində axtarış (həm ölkə daxili həmdə Beynəlxalq axtarış) elan edilmişdir. Hamı avtomobil satdığı zaman onu etibarnamə ilə satır. İddiaçıya qarşı hər hansı bir şəxsi qərəzliyi və ya iddiaçı ilə düşmənçiliyi yoxdur. Alver edib ailəsini dolanışığını təmin edir. Hardan bilərdi ki, belə bir nanəcibin (yəni Emin) əlində çarəsiz qalar. Hazırkı işdə heç bir günahı yoxdur. Çünki belə olan təqdirdə ona da ziyan dəymiş olur, kim istəyər ki, ziyan çəksin. Məhkəmə qətnamə qəbul edərkən iddiaçıya dəymiş ziyanın cavabdehin gunahı ucbatından olmadığını aydınlaşdırmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, avtomobili Telman Quluyevə satarkən ona bildirmişdi ki, avtomobil onun adına deyil, başqa şəxsdən götürüb satır, DYPİ-də avtomobili adına sənədləşdirsin. Telman da, sənədləşdirəcəyini bildirmişdi. Amma vaxtında avtomobili adına sənədləşdirmədiyi üçün bu vəziyyət yaranmışdır. İddiaçı borcunun olduğunu danmır. Amma o da aldanmışdır. Telman Quluyevdən savayı başqa bir şəxs də aldanmışdır. Hazırda Emil adlı şəxs barəsində Binəqədi RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılmışdır, lakin Emil 11 yanvar 2024-cü il tarixdə ölkədən qaçaraq Türkiyəyə getmişdir. Digər tututlan şəxs Teyyub adlı şəxsdir. Emil adlı şəxsdən bu günə qədər ona zəng gəlməmişdi, lakin Emilin anası ona zəng vuraraq pulu hissə-hissə ödəyəcəyini deyib, şikayəti geri götürməyini xahiş etmişdi. O isə buna etiraz edərək, ziyanın tam ödəniləcəyi təqdirdə bunun mümkün olacağını bildirmişdir. 2 avtomobil satmışdır, 2-ci avtomobili alan şəxs də şikayətçidir. Hazırda maddi imkanı yoxdur, İddiaçı olan borcunu həmin şəxsdən pulu aldıqan sonra ödəyə bilər. Məhkəmədə iddiaçı apellyasiya şikayətiniin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərələrin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərdən aşağıdakılar müəyyən olunur: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mübahisənin obyektini təşkil edən “Opel Astra” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəmkir rayonu Dağ-cəyir kənd sakini X3r; Təmsil olunan mülkiyyətçi X5 tərəfindən etibar edilən İddiaçı 14 noyabr 2022-ci il tarixdə verimiş etibarnamənin surətindən görünür ki, mülkiyyətçiyə məxsus “Opel Astra” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili 11 ay 22 gün müddətinə, 06 noyabr 2023-cü il tarixinədək idarə etmək, bağışlamaq, üzərində sərəncam vermək, qeydiyyatdan çıxarmaq və digər hərəkətləri etmək İddiaçı etibar edilmişdir. Etibarnamə üzrə mülkiyyətçini Cavabdeh şəxs təmsil etmiş, səlahiyyətlər onun tərəfindən ötürülmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir, 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İşin müəyyən olunan faktiki halları ondan ibarətdir ki, mübahisəli “Opel Astra” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəmkir rayonu Dağ-cəyir kənd sakini X4 məxsus olmaqla 6 noyabr 2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh idarəçiləyinə verilmişdir. Sonrakı tarixdə, yəni 14 noyabr 2022-ci il tarixli etibarnamə əsasında həmin nəqliyyat vasitəsi ilə bağlı səlahiyyətlər təmsil edən Cavabdeh tərəfindən İddiaçı ötürülmüşdür. Sonrakı tarixdə isə nəqliyyat vasitəsinin mülkiyyətçisi Məmməd Rəhimov avtomobillə bağlı verilən bütün etibarnamələri ləğv etdirmiş, həmçinin DİN-nin BDYPİ-nə müraciət edərək avtomobili axtarışa vermişdir. Hazırki mübahisə tərəflərinin birinci instansiya məhkəməsində verdiyi izahatlarından, cavabdehin etirafından müəyyən olunur ki, mübahisəli nəqliyyat vasitəsinə görə İddiaçı tərəfindən Cavabdeh 12000 manat məbləğində pul verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi : Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir; Maddə 363.3. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz; Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər; Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur; Maddə 364.4. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz; Maddə 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verilməsinin əsaslarından biridir. İşin müəyyən olunan faktiki hallarına əsasən mübahisənin obyektini təşkil edən avtomobilə dair etibar edilmişi başqasına etibaretmə qaydasında hərəkət edən cavabdeh səlahiyyətləri iddiaçıya ötürmüş, bu zaman səlahiyyətləri başqa şəxsə verməsi barədə etibarnamə verənə məlumat verməmişdir. Nəqliyyat vasitəsinə dair verilən bütün etibarnamələr mülkiyyətçi tərəfindən ləğv olunaraq, avtomobil axtarışa verildiyindən, bununla da iddiaçı avtomobil üzərində sahiblik və istifadə hüquqlarını itirdiyindən, cavabdeh həmin avtomobilin dəyəri kimi iddiaçıdan almış olduğu pul məbləğində iddiaçının hesabına əsassız varlanan şəxsə çevrilmiş olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi : Maddə 1091.1. Əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdehə münasibətdə sonralar aradan qalxmış əsasa söykənən əsassız varlanma baş verdiyindən, cavabdeh məhrum olunanın tələbi ilə əldə etdiklərini qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Ehtiibar oğlunun apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 2(050)-3694/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-758/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-758/2024
24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver