Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-759/2023 08.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)86/2023 saylı, 08 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 may 2023cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq; İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 9300 manat pulun və dövlət rüsumu kimi ödədiyi 113 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şirvan şəhərində yerləşən köhnə bazar deyilən yerdə qızıl alqı-satqısı ilə məşğul olur. 2019-cu ilin sonlarında Hacıqabul rayon sakini kimi tanıdığı Cavabdeh onun işlədiyi mağazaya gələrək ondan nisyə qızıl-zinyət əşyaları almaq istədiyini bildirmişdir. O, cavabdehə inandığından 2020-ci ilin sonuna kimi ödəmək şərti ilə qramı 100 manatdan ümumilikdə 153 qram çəkidə müxtəlif qızıl-zinyət əşyaları və 4000 manat dəyərində brilyant nisyə vermişdir. Cavabdeh ondan ümumilikdə 19300 manat dəyərində qızıl-zinyət əşyaları almış və həmin məbləğdən hissə-hissə ona 10000 manat pul vermişdir. Hazırda cavabdehin ona 9300 manat borcu var. O, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməkdən imtina etmişdir. Odur ki, məhkəməyə meraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, Cavabdeh ondan 07 yanvar 2020-ci il tarixdə 350 manat dəyərində 3,5 qram çəkidə 1 ədəd qadın üzüyü, 200 manat dəyərində 2 qram çəkidə 1 ədəd qadın üzüyü, 650 manat dəyərində 6,5 qram çəkidə 1 ədəd sep, 850 manat dəyərində 8,5 qram çəkidə 1 ədəd sep, 700 manat dəyərində 7 qram çəkidə 1 ədəd sep, 400 manat dəyərində 4 qram çəkidə 1 ədəd sep və 430 manat dəyərində 4,3 qram çəkidə 1 ədəd sep olmaqla, cəmi 3580 manat dəyərində qızıl-ziynət əşyası; 27 fevral 2020-ci il tarixdə 430 manat dəyərində 4,3 qram çəkidə 1 ədəd sep; 10 mart 2020-ci il tarixdə 2600 manat dəyərində 2,6 qram çəkidə 1 ədəd kişi üzüyü, 290 manat dəyərində 2,9 qram çəkidə 1 ədəd kişi üzüyü, 420 manat dəyərində 4,2 qram çəkidə 1 ədəd sep, 285 manat dəyərində 2,85 qram çəkidə 1 ədəd sep, 300 manat dəyərində 3 qram çəkidə 1 ədəd sep, 270 manat dəyərində 2,7 qram çəkidə 1 ədəd sırğa olmaqla cəmi 1825 manat qəyərində qızıl-zinyət əşyası; 12 mart 2020-ci il tarixdə 250 manat dəyərində 2,5 qram çəkidə 1 ədəd qadın üzüyü, 250 manat dəyərində 2,5 qram çəkidə 1 ədəd qadın üzüyü, 370 manat dəyərində 3,7 qram çəkidə 1 ədəd sep, 220 manat dəyərində 2,2 qram çəkidə 1 ədəd qadın üzüyü, 220 manat dəyərində 2,2 qram çəkidə 1 ədəd qadın üzüyü olmaqla, ümumilikdə 1310 manat dəyərində qızıl-ziynət əşyası; 18 mart 2020-ci ildə 300 manat dəyərində 3 qram çəkidə bir ədəd sep və 270 manat dəyərində 2,7 qram çəkidə bir ədəd kəpənəkli sep olmaqla, cəmi 570 manat dəyərində qızıl-ziynət əşyası; 04 may 2020-ci ildə 200 manat dəyərində 2 qram çəkidə bir ədəd sep; 30 iyun 2020-ci ildə 360 manat dəyərində 3,6 qram çəkidə bir ədəd kişi üzüyü, 360 manat dəyərində 3,6 qram çəkidə bir ədəd kişi üzüyü, 420 manat dəyərində 3,5 qram çəkidə bir ədəd sep, 480 manat dəyərində 4,8 qram çəkidə bir ədəd qadın üzüyü, 200 manat dəyərində 1,5 qram çəkidə bir ədəd qadın üzüyü və 372 manat dəyərində 3,1 qram çəkidə bir ədəd sep olmaqla, cəmi 570 manat dəyərində qızıl-ziynət əşyası; 14 iyul 2020-ci il tarixdə 315 manat dəyərində 2,6 qram çəkidə bir ədəd qadın üzüyü, 260 manat dəyərində 2,15 qram çəkidə bir ədəd qadın üzüyü və 240 manat dəyərində 2,4 qram çəkidə bir ədəd sep olmnaqla, cəmi 815 manat dəyərində qızılziynət əşyası; 15 iyul 2020-ci il tarixdə, 552 manat dəyərində 4,6 qram çəkidə sırğa, 400 manat dəyərində 3,27 qram çəkkidə 1 ədəd kişi üzüyü, 350 manat dəyərində 2,79 qram çəkkidə 1 ədəd kişi üzüyü və 350 manat dəyərində 2,79 qram çəkkidə 1 ədəd kişi üzüyü olmaqla, cəmi 1652 manat dəyərində qızıl-ziynət əşyası; 16 iyul 2020-ci il tarixdə, 360 manat dəyərində 3,6 qram çəkidə bir ədəd qadın sepi, 355 manat dəyərində 2,94 qram çəkkidə 1 ədəd üzük, 420 manat dəyərində 3,37 qram çəkkidə 1 ədəd üzük və 360 manat dəyərində 3,6 qram çəkkidə 1 ədəd üzük olmaqla, cəmi 1495 manat dəyərində qızıl-ziynət əşyası; 17 iyul 2020-ci il tarixdə, 375 manat dəyərində 3,7 qram çəkidə bir ədəd qadın üzüyü və 360 manat dəyərində 3,6 qram çəkkidə 1 ədəd kişi üzüyü olmaqla, cəmi 735 manat dəyərində qızıl-ziynət əşyası; 21 iyul 2020-ci il tarixdə, 520 manat dəyərində 4,23 qram çəkidə bir ədəd qadın sırğası, 380 manat dəyərində 3,15 qram çəkkidə 1 ədəd qadın üzüyü, 300 manat dəyərində 2,5 qram çəkkidə 1 ədəd qadın üzüyü, 360 manat dəyərində 3 qram çəkkidə 1 ədəd kişi üzüyü, 250 manat dəyərində 2,10 qram çəkidə 1 ədəd uşaq sırğası və 180 manat dəyərində 1,5 qram çəkidə 1 ədəd uşaq sırğası olmaqla, cəmi 1990 manat dəyərində qızıl-ziynət əşyası; 24 iyul 2020-ci il tarixdə, 200 manat dəyərində 1,5 qram çəkidə bir ədəd üzük, 200 manat dəyərində 1,6 qram çəkkidə 1 ədəd uşaq sırğası və 380 manat dəyərində 2,72 qram çəkkidə 1 ədəd qadın üzüyü olmaqla, cəmi 780 manat dəyərində qızıl-ziynət əşyası almışdır. Bundan başqa cavabdeh ondan 900 manat dəyərində 5,5 qram çəkidə bir ədəd briliyant kişi üzüyü, 600 manat dəyərində bir ədəd briliyant kişi üzüyü, 600 manat dəyərində bir ədəd briliyant kişi üzüyü, 1200 manat dəyərində bir ədəd briliyant qadın üzüyü və 700 manat dəyərində bir ədəd briliyant qadın üzüyü olmaqla, cəmi 4000 manat dəyərində brilyant qaşlı qızıl-zinyət əşyaları olmaqla ondan 21624 (iyirmi bir min altı yüz iyirmi dörd) manat dəyərində qızıl ziynət əşyaları almışdır. Cavabdeh aldığı qızıl-ziynət əşyalarının pulundan xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 250 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 190 manat, xx.xx.2020ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, 2020-ci ilin oktyabr ayında 1300 manat, elçinə 150 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, 2021-ci ilin yanvarında 300 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat və 29 dekabr 2021-ci il tarixdə 1000 manat olmaqla, cəmi 12590 (on iki min beş yüz doxsan) manat pul vermişdir. Hazırda cavabdehin ona 9034 (doqquz min otuz dörd) manat borcu var. Odur ki, 9034 manat pulun cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək ərizəsində göstərmişdir ki, o, iddia tələbini qəbul etmir, hazırda onun iddiaçıya heç bir borcu yoxdur və iddia ərizəsində göstərilənlər reallığı əks etdirmir. Belə ki, o, 2019-cu ilin oktyabr ayından iddiaçı ilə qarşılıqlı razılaşma əsasında iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə nisyə qızıl-zinyət əşyaları almışdır. O, aldığı qızıl-ziynət əşyalarının pulunu öz qeydlərinə əsasən tam olaraq ödəmiş və bu barədə özündə müəyyən vaxtlarda qeydlər aparmışdır. Onlar nisyə qızıl alqı-satqısı zamanı nə malı götürəndə, nə də, pulu verəndə hər hansı bir sənədə heç biri imza etməmişlər. O, aldığı qızıl-ziynət əşyalarının pulunu tam olaraq ödəyib bitirməyənədək iddiaçı ona mal verməmişdir. Bu səbəbdən də, onun iddiaçıya borcu yarana bilməzdi. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh etiraz ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, o, iddiaçıya olan borcunu ödəmədiyi halda iddiaçı ona yeni mallar verməmişdir. Bu səbəbdən onun iddiaçıya bu qədər borcu yarana bilməz. Bundan başqa o, iddiaçıdan 2019-cu ildə 1 ədəd qadın üzüyü 350 manat, 1 ədəd qadın üzüyü 300 manat, 1 ədəd sep 650 manat, 1 ədəd sep 700 manat, 1 ədəd sep 850 manat və 1 ədəd üzük 1200 manat olmaqla, cəmi 4050 manat məbləğində qızıl ziynət əşyaları; 2020-ci ildə 1 ədəd qadın üzüyü 382 manat, 1 ədəd qadın üzüyü 340 manat, 1 ədəd qadın üzüyü 260 manat, 1 ədəd qadın sepi 240 manat, 1 ədəd kişi üzüyü 400 manat, 1 ədəd qadın sepi 370 manat, 1 ədəd kişi üzüyü 260 manat və 1 ədəd kişi üzüyü 540 manat olmaqla, cəmi 2702 manat qızıl ziynət əşyası; 2020-ci ildə 1 ədəd kişi üzüyü 600 manat, 1 ədəd sep 400 manat, 1 ədəd qadın üzüyü 250 manat, 1 ədəd sep 250 manat, 1 ədəd qadın üzüyü 400 manat, 1 ədəd kişi üzüyü 650 manat, 1 ədəd qadın üzüyü 480 manat, 1 ədəd qadın üzüyü 390 manat, 1 ədəd kişi üzüyü 400 manat, 1 ədəd üzük 400 manat, 1 ədəd komplekt 600 manat və 1 ədəd qadın üzüyü 352 manat olmaqla, cəmi 5172 manat qızıl ziynət əşyası; 2020-ci ildə 1 ədəd sırğa 572 manat, 1 ədəd sırğa 490 manat, 1 ədəd uşaq sırğası 250 manat, 1 ədəd uşaq qolbağı 192 manat, 1 ədəd uşaq sırğası 182 manat, 1 ədəd uşaq qolbağı 200 manat, 1 ədəd üzük 330 manat, 1 ədəd üzük 430 manat, 1 ədəd üzük 355 manat, 1 ədəd sep 360 manat və 1 ədəd kişi üzüyü 350 manat olmaqla, cəmi 3711 manat dəyərində, ümumilikdə isə 15635 manat dəyərində qızıl ziynət əşyası almışdır. O həmin malların pulundan xx.xx.2019-cu ildə 150 manat, xx.xx.2019-cu ildə 100 manat, xx.xx.2019-cu ildə 200 manat, xx.xx.2019-cu ildə 100 manat, xx.xx.2019-cu ildə 350 manat, xx.xx.2019-cu ildə 100 manat və 28 dekabr 2019-cu ildə 400 manat, xx.xx.2020-ci ildə 350 manat, xx.xx.2020-ci ildə 300 manat, xx.xx.2020-ci ildə 350 manat, xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2020-ci ildə 300 manat və xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 150 manat, xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 250 manat, xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2020-ci ildə 400 manat, xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 150 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 200 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 500 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 100 manat, xx.xx.2020-ci ildə 300 manat, xx.xx.2020-ci ildə 100 manat kondisoner üçün,xx.xx.2020-ci ildə 190 manat, xx.xx.2020-ci ildə 300 manat, xx.xx.2020-ci ildə 300 manat, xx.xx.2020-ci ildə 1300 manat, xx.xx.2020-ci ildə 150 manat, xx.xx.2020-ci ildə 700 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 200 manat kondisoner üçün, xx.xx.2021-ci ildə 1000 manat, xx.xx.2021-ci ildə 1000 manat, xx.xx.2021-ci ildə 1000 manat, 24 avqust 2021-ci ildə 1000 manat, xx.xx.2021-ci ildə 1000 manat, 2021-ci ilin dekabrında 340 manat kondisoner üçün və 1200 manat brilyant üzük üçün olmaqla, ümumilikdə 16480 manat iddiaçıya pul vermişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi 9034 manat pulun və ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçıdan ümumilikdə 21624 manat dəyəridə qızıl ziynət əşyaları almış, həmin malların pulundan müxtəlif vaxtlarda hissə-hissə 12590 manat ödəmiş və iddiaçıya 9034 manat borcu qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədi və bildirdi ki, o, ümumilikdə iddiaçıdan 15635 manat dəyərində qızıl-ziynət əşyasını hissə-hissə ödəmək şərti ilə nisyə almışdır. Aldığı malların pulunu artıqlaması ilə cavabdehə qaytarmışdır. Belə ki, iddiaçıdan 15635 manat dəyərində qızıl-ziynət əşyaları alsa da, ümumilikdə iddiaçıya 16480 manat pul ödəmişdir. Odur ki, iddia tələbi rədd edilməlidir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Hacıqabul Rayon Məhkəməsinin 2(071)86/2023 saylı, 08 mart 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Z.Hüseynov), iddianın qismən təmin edilməsi, Cavabdeh 3045 (üç min qırx beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 (otuz səkkiz) manat pul alınaraq İddiaçı verilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448, 567, 600.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)86/2023 saylı, 08 mart 2023-cü il tarixli qətnaməsi təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)86/2023 saylı, 08 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Əsədova X1 Rayon Məhkəməsinin 2(071)86/2023 saylı, 08 mart 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinin dəlillərinə qarşı tərəflərin etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi Hacıqabul Rayon Məhkəməsinin 2(071)86/2023 saylı, 08 mart 2023-cü il tarixli qətnaməsi təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi Hacıqabul Rayon Məhkəməsinin 2(071)86/2023 saylı, 08 mart 2023-cü il tarixli qətnaməsi təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəmə kollegiyasına ərizə ünvanlayaraq səhhəti ilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı və Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Hacıqabul Rayon Məhkəməsinin 2(071)86/2023 saylı, 08 mart 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2.-ci maddəsində göstərilir ki, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)86/2023 saylı, 08 mart 2023-cü il tarixli saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəflərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarında olan iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş CD diskdən görünür ki, diskdə olan fayllarda əks edilmiş səs yazılarında iddiaçı cavabdehə səs yazıları göndərərək ondan borcunun ödənilməsini tələb etmiş, lakin həmin səs yazılarının heç birində iddiaçı cavabdehə borcunun nə qədər olmasını bildirməmişdir. Diskdə olan 8, 9, 10, 15, 16, 17,18,19-cu sıradakı fayllarda olan səs yazılarında isə cavabdeh iddiaçıdan ona borcunu ödəməsi üçün möhlət verməsini istəyərək iddiaçıya borclu olmasını etiraf etmiş, lakin, səs yazılarında iddiaçıya nə qədər borcunun olmasını bildirməmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında “Whatsapp” proqramı ilə aparılan yazışmaların surətlərindən müəyyən edilir ki, cavabdeh yazışmalar zamanı iddiaçıya borclu olduğunu etiraf etsə də, həmin yazışmalarda cavabdehin iddiaçıya olan borcunun məbləği göstərilməmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı tərəflər tərəfindən qızıl-zinət əşyalarının satılmasını və alınmasını, eləcə də ödənişləri əks etdirən qeydiyyat vərəqələrini təqdim edilmişdir. Lakin, birinci instansiya məhkəməsi təqdim edilmiş həmin qeydiyyat vərəqələrinin tək tərəfli tərtib edilməsini, tərəflərin qarşılıqlı imzalama yolu ilə tərtib edilməməsini nəzərə alaraq, tərəflərin təqdim etdikləri həmin qeydiyyat vərəqələrini mötəbər sübut kimi qiymətləndirməmişdir. Çünki, həm iddiaçı, həm də cavabdeh həmin qeydiyyat vərəqələrində satılmış qızıl-zinət əşyalarının çəkisini, dəyərini və ödənilmiş vəsaitini məbləğini özlərinə sərf edən məbləğdə göstərə bilərlər. Bu baxımdan həmin qeydiyyat vərəqələrindəki qeydlər mötəbər sübut kimi qəbul edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları, birinci instansiya icraatı zamanı tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı müqayisəli təhlil edərək müəyyən edir ki, iddiaçı ümumilikdə 21624 manat dəyərində qızıl-zinət əşyasını cavabdehə nisyə satdığını, cavabdehin isə aldığı qızıl-zinət əşyalarının dəyərindən ona 12590 manat pul ödədiyini və 9034 manat borclu qaldığını göstərmişdir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi ərizədə iddiaçıdan ümumilikdə 15635 manat dəyərində qızıl-zinət əşyasını aldığını və iddiaçıya 16480 manat pul ödəyərək aldığı malın pulunu artıqlaması ilə qaytardığını göstərmişdir. İddiaçı tərəf cavabdehə 21624 manat dəyərində qızıl-zinət əşyasını satmasını iddia etsə də, cavabdeh iddiaçıdan 15635 manat dəyərində qızıl-zinət əşyası aldığını etiraf etmiş, iddiaçı isə cavabdehin etiraf etdiyindən daha artıq dəyərdə qızıl-zinət əşyasını cavabdehə satmasını sübut edə bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa, cavabdeh aldığı əşyaların əvəzi kimi iddiaçıya 16480 manat pul verdiyini bildirsə də, bunu təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, lakin iddiaçı cavabdehin ondan aldığı malın dəyəri olaraq ona 12624 manat ödəniş etdiyini ərizəsində göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehin hüquqlarını pozaraq qanunsuz qərar qəbul etmişdir. Belə ki, məhkəmə iddiaçının mülahizələrinə əsaslanaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə işi dəqiq araşdırmamış, yalnız formal sübutlar əsasında iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh birinci instansiya məhkəməsi icraatı zamanı aldığı əşyaların əvəzi kimi iddiaçıya 16480 manat pul verdiyini bildirsə də, bunu təsdiq edə biləcək mötəbər sübutları nə birinci instansiya məhkəməsi icraatı zamanı nə də apellyasiya icraatı zaman təqdim etməmişdir. Lakin iddiaçı cavabdehin ondan aldığı malın dəyəri olaraq ona 12624 manat ödəniş etdiyini ərizəsində göstərmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinin heç bir sübutlar öz təsdiqini tapmayan formal mülahizə hesab edir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə verilmiş qızıl-zinət əşyalarının ümumilikdə məbləğini, cavabdeh tərəfindən həmin pul məbləğinin iddiaçıya qaytarılıb-qaytarılmaması araşdırılmamışdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlar və onların izahatları əsasında mübahisəli məsələyə baxaraq iddia tələbini qismən təmin etmişdir. Qeyd edilməlidir ki, apellyasiya icraatı zamanı belə, iddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən edilən ödənişləri belə qeydə almadan qəbul etmişdir. Bunu isə cavabdehə olan inamı ilə əsaslandırmışdır. Kollegiya bildirir ki, tərəflər arasında qızıl-zinət əşyalarının alınıb-satılmasına dair belə sənəd üzərində qarşılıqlı razılıq olmamışdır. Alınıb-satılmış mallar yalnız şifahi razılıq əsasında təhvil təslim edilmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı iddiaçı 21624 manat dəyərində qızıl-zinət əşyasının cavabdehə satılmasını qeyd etsə də, bu halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı cavabdeh iddiaçıdan 15635 manat dəyərində qızıl-zinət əşyası aldığını, iddiaçı isə ümumi borcdan cavabdehin 12590 manat ödədiyini etiraf etmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Göründüyü kimi mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işinhallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Hazırki iddia tələbi üzrə cavabdehin qismən etirafı yazılı izahatda ifadə edildiyidən,bu, MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul olunmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq tərəflərin etiraf etdiyi və təqdim etdikləri sübutlar həddində iddia tələbinə hüquqi qiymət vermişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini heç bir sübutla öz təsdiqini tapmayan formal mülahizə hesab edir. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətlərinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)86/2023 saylı, 08 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Hacıqabul Rayon Məhkəməsinin 2(071)86/2023 saylı, 08 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Cavabdeh münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 3045 ( üç min qırx beş) manat olduğundan yəni qətnamənin mübahisəndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğundan cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)86/2023 saylı, 08 mart 2023-cü il tarixli qətnaməsi İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-759/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-759/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver