Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-759/2024 23.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və Samir İlham oğlu Mayılovdan ibarət tərkibdə, katib X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 4500 manat maddi ziyan tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı evin təmirinin yararsız olması ilə bağlı maddi zərə qismində 4500 manatın və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim H.Bəhmənov) 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 2883 manat maddi ziyan və dövlət rüsumuna görə 48.83 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, mülki iş apellyasiya şikayəti əsasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti mümkün hesab edilmişdir. Apellyasiya baxışında müəyyən edilmişdir ki, İddiaçı da qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti üzrə müddətin bərpasına dair Masallı Rayon Məhkəməsinə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin mümkünlüyünə dair qərardad ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmalı və iddiaçının vermiş olduğu apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması və digər prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.6-cı və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdeh apellyasiya şikayətinin mümkünlüyünə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın. Masallı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(050)-135/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması və digər prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(106)-759/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-759/2024
23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver