Məhkəmə qərarları › İş №2(106)-762/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-762/2024

24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-762/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-320/2024 saylı, 24 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, aliment miqdarının artırılaraq Cavabdeh 20 iyul 2011-ci il təvəllüdlü X3 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2777/2020 saylı, 14 dekabr 2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2490/2020 saylı, 28 iyul 2020-ci il tarixli qətnaməsi qismən, Cavabdeh 20 iyul 2011-ci il təvəllüdlü X6 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq, İddiaçı ödənilməsi hissəsində ləğv edilərək, Cavabdeh 20 iyul 2011-ci il təvəllüdlü X6 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Son zamanlar ölkədə qiymətlərin artması iddiaçının maddi durumuna çox mənfi təsir göstərmişdir. Aldığı aliment pulu uşaqların ehtiyaclarını ödəmir. Cavabdeh isə hazırda Masallı rayonu Lürən kənd orta məktəbində direktor vəzifəsində işləyir və onun orta aylıq əmək haqqı 1000 manat təşkil edir. Buna baxmayaraq, cavabdeh uşaqların maddi ehtiyaclarını ödəməkdə heç bir köməklik göstərmir. İddiaçı bir tənha ana kimi uşaqların maddi ehtiyacını ödəməkdə çətinlik çəkir. Bu baxımdan da məhkəməyə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(012)-2547/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2777/2020 saylı, 08 dekabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 20 iyul 2011-ci il təvəllüdlü X6 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulmasının hesablanması, Cavabdeh 32 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(105)-1934/2023 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işin mahiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(050)-320/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zeynal Zeynalov) iddia təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2777/2020 saylı, 14 dekabr 2020-ci il tarixli qətnaməsi ilə 20 iyul 2011-ci il təvəllüdlü X3 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin artırılmış məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(050)-320/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, onunla iddiaçının birgə nikahdan iki uşağı vardır. O, uşaqların saxlanması üçün hər ay 340 manat aliment ödəyir. Hazırda o, Masallı rayon Lürən kənd orta məktəbində direktor vəzifəsində işləyir. İddiaçı da "xxxx" MMC-də işləyir. Cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmamış, gəlirləri artmamışdır və əlavə gəliri yoxdur. Lakin iddiaçının iş yeri var və əlavə gəlirləri var. Məhkəmə işin faktiki hallarını ümumiyyətlə araşdırmamışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-320/2024 saylı qətnaməsi Ailə Məcəlləsinin və Mülki Prosessual Məcəlləninin normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir, ədalətsiz və qanunsuzdur. İlkin olaraq bildirmək istəyir ki, o, Masallı rayon Lürən kənd orta məktəbində direktor vəzifəsində işləyir, aylıq maaşı sosial ödəmələr tutulduqdan sonra 915 manatdır. İddiaçı isə "xxxx" MMC-də pərakəndə satış üzrə menecer vəzifəsində işləyir və aylıq 420 manat rəsmi əmək haqqı, əlavə olaraq bonuslar alır. Belə olan halda uşaqları saxlamaq hər iki valideynin borcudur. Ümumiyyətlə, Konstitusiyada kişi və qadın bərabər hüquqludur. Belə olanda aliment ödəmək vəzifəsində də kişi və qadın bərabər hüquqlu olmalıdır. Lakin məhkəmə uşaqların minimum təminatını qarşılamaq öhdəliyini cavabdehin üzərinə qoyur. Bu zaman Konstitusiyanın müddəaları məhkəmə tərəfindən pozulmuşdur. Həmçinin, normativ aktların kolliziyasına əsasən Ailə Məcəlləsi normativ akt olaraq Ali Məhkəmənin Plenum qərarından üstün qüvvəyə malikdir. Məhkəmə Ailə Məcəlləsinə yox, Ali Məhkəmənin tövsiyə xarakterli Plenum qərarlarına istinad edərək hüquqi mövqeyini əsaslandırmışdır. Həmçinin, cavabdehin işindən başqa heç nəyi yoxdur, atasının evində anası ilə yaşayır, atası vəfat etmiş, anasına özü baxır, evin xərclərini özü qarşılayır. Bundan başqa, cavabdehin uşaqları görməməsi üçün iddiaçı onları Bakı şəhərinə aparmışdır. İddiaçının atası uşaqları qaçırdığı üçün barəsində inzibati protokol tərtib olunmuş, lakin məhkəmə iclasında ünsiyyətə maneə yaratmayacağını bildirsə də, yenidən əməllərini davam etdirmişdir. Cavabdeh uşaqları görmədiyi halda, onların saxlanması üçün aliment ödəyir. Məhkəmə hazırda təkcə cavabdehin gəlirlərini araşdıraraq alimentin məbləğini artırmışdır. Halbuki, Ailə Məcəlləsinin imperativ normasıdır ki, məhkəmə hər iki tərəfin maddi və s. vəziyyətini araşdırmalı və aliment məsələsini həll etməlidir. Lakin məhkəmə Ailə Məcəlləsinin normalarını kobud şəkildə pozmuşdur. Həmçinin, ailənin dağılmasına səbəb olan iddiaçıdır. İddiaçı cavabdehə deyir ki, Bakı şəhərində yaşamaq istəyir, “karyeranı bitir gəl Bakı şəhərində yanacaq doldurma məntəqəsində işlə və burada yaşayaq”. Cavabdehin iş yeri və yaşayış yeri Masallı rayonudur, o, anası ilə birgə yaşayır, buna görə də o, Bakı şəhərində yaşamaq istəmir. Lakin iddiaçı öz istədiyi həyatı yaşamaq istəyir və cavabdehi də bu həyatı yaşamağa məcbur edir. Məhkəmə qeyd olunan halları araşdırmamış, alimentin məbləğini artırarkən işin faktiki hallarına qiymət verməmiş, tərəflərin maddi vəziyyətini ümumiyyətlə araşdırmamışdır. Bundan başqa, cavabdehin aylıq rəsmi gəliri olduğundan qanunvericiliyin tələbinə əsasən onun aylıq gəlirinin 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. 2020-ci ildə Abşeron Rayon Məhkəməsi işə baxarkən belə qətnamə qəbul etsə də, Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə əsassız olaraq iddiaçının təzyiqi ilə həmin qətnaməni ləğv edərək sabit pul məbləğində aliment tutmuşdur. Həmin məhkəmədə cavabdeh atasının vəfatı ilə bağlı iştirak edə bilmədiyi üçün teleqram göndərsə də, məhkəmə onun iştirakı olmadan, onu dinləmədən, sübutlarını təqdim etmədən işə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, cavabdehin iş yeri 18 ildir ki, sabitdir, təhsil müəssəsində işləyir, aylıq rəsmi gəliri var, lakin məhkəmə həmin halları nəzərə almamışdır. Onun rəsmi gəliri varsa, aylıq gəlirinin 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Çünki onun başqa gəlir yeri yoxdur, cavabdehin olan gəliri məktəbdən aldığı əmək haqqıdır. İddiaçı isə işləyir, aylıq 420 manat əmək haqqı alır, əlavə olaraq satışdan bonuslar əldə edir, lakin məhkəmə işin bu hallarını nəzərə almamışdır. Konstitusiyada kişi və qadın bərabər hüquqlu və bərabər vəzifəli təsbit olunmuşdur. Belə olan halda uşaqları saxlamaq da onların bərabər vəzifəsidir, lakin məhkəmə bunu nəzərə almayaraq uşaqları saxlamaq vəzifəsini tamamilə cavabdehin üzərinə qoymuşdur. Nəticədə qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlara düzgün qiymət verilməmiş, sübutlara iddiaçının xeyrinə qiymət verilmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Cavabdehin təqdim etmiş olduğu sübutlar araşdırılmamış, qətnamədə sübutlarına qiymət verilməmiş, onun və iddiaçının işləməsi barədə sübutlar ümumiyyətlə araşdırılmamışdır. Cavabdehin rəsmi gəlirindən başqa, hər hansı gəlirinin olması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır, lakin məhkəmə əsassız olaraq sabit pul məbləği ilə aliment tutmuşdur. Məhkəmə aliment üzrə borcun yaranmasını, aylıq sərfiyyatını, dolanışığını, anasının cavabdehin himayəsində olmasını, kommunal ödənişləri, ailəsiz olmasını və ən əsası iddiaçının özünün işləyərək qazanc əldə etməsini nəzərə almamış, işin faktiki hallarına qiymət verməmiş, ümumiyyətlə, işin faktiki hallarını araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin işləməsi, maddi vəziyyəti müəyyən edilsə də, həmin hallar araşdırılmamış və həmin hallar sübuta yetirilməmişdir. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. İşin hallarından görünür ki, iddiaçı və cavabdehin hər ikisi işləyir, rəsmi əmək haqqları var. Uşaqları saxlamaq hər iki valideynin borcudur. İddiaçı da valideyndir və uşaqların saxlanması üçün maddi yardım etmək onun da borcudur. Lakin məhkəmə yaşayış minimumunun təmin olunmasını bütünlüklə cavabdehin üzərinə qoymuşdur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları tədqiq edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AZE 11985287 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20 iyul 2011-ci il təvəllüdlü Elmir Hüseynovun atası Cavabdeh, anası İddiaçıdir. İşdəki AZ-T 138289 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 avqust 2014-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası X4r. İşdə surəti olan Abşeron Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(012)- 2490/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 24 dekabr 2010-cu ildə Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 584 nömrəsi ilə qeyd edilməklə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 20 iyul 2011-ci il təvəllüdlü X3 və 10 avqust 2014-cü il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları, Cavabdeh 04 iyun 2020-ci il tarixdən başlayaraq 20 iyul 2011-ci il təvəllüdlü X6 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 20 manatın və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 390 manatın tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İşdə surəti olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2020-ci il tarixli, 2(105)-2777/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2490/2020 saylı, 28 iyul 2020-ci il tarixli qətnaməsi qismən, Cavabdeh 20 iyul 2011-ci il təvəllüdlü X6 və 10 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilmiş, Cavabdeh 20 iyul 2011-ci il təvəllüdlü X6 və 10 avqust 2014cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdəki Cavabdeh barəsində məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron sorğulanmasına dair çıxarışdan görünür ki, Cavabdeh işəgötürən Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə müqavilə bağlayaraq məktəb direktoru və müəllim (ümumi təhsil məktəbi) vəzifələrində işləyir. Onun məktəb direktoru olaraq əmək haqqı 879 manat, müəllim olaraq əmək haqqı isə 523,33 manat təşkil edir. Beləliklə, iş materiallarından da göründüyü kimi, iddiaçının hazırkı tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2020-ci il tarixli, 2(105)- 2777/2020 saylı qətnaməsi ilə təyin edilmiş cavabdehdən 2 uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulması qət olunan hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində təyin edilməsi ilə bağlıdır və Masallı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(050)-320/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh isə apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə onun aylıq sərfiyyatını, dolanışığını, anasının cavabdehin himayəsində olmasını, kommunal ödənişlərini nəzərə almamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi bundan ibarətdir ki, aliment ödəyən şəxsin digər əlavə xərclərə məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz. Bundan başqa, cavabdeh Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad edərək, onun maddi vəziyyətində hər hansı müsbət dəyişikliyin baş vermədiyini, yenə də əvvəlki vəzifəsində işlədiyini vurğulamışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunundan göründüyü kimi, qanunverici alimentin miqdarının dəyişdirilməsini yalnız aliment ödəməli olan şəxsin maddi vəziyyətində dəyişikliyin olub-olmaması halından asılı etməmiş, tərəflərdən birinin (hazırkı halda iddiaçının) maddi vəziyyətində dəyişikliyin olmasını onun tələbi ilə aliment miqdarının dəyişdirilməsi üçün əsas kimi müəyyən etmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, hazırda Elmir və Zərifə adlı uşaqların saxlanılması üçün alimentin məbləği 2020-ci ildə müəyyən edilmiş və bundan 3 ildən də artıq müddət keçmişdir. Belə olan halda uşaqların yaşının artması ilə onların saxlanması xərclərinin artması, eləcə də, Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində 2020-ci ilə nisbətdə artımın baş verməsi iddiaçının maddi vəziyyətində dəyişikliyin baş verməsi və onun himayəsində olan uşaqların saxlanması üçün daha artıq xərclərə məruz qalması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili də əsaslı hesab edilə bilməz. Cavabdeh apellyasiya şikayətində özünün rəsmi gəlirə malik olmasını və bu səbəbdən məhkəmənin aliment məbləğini sabit pul məbləğində deyil, onun gəlirindən müəyyən hissə şəklində tutmalı olduğunu qeyd etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən 27 iyul 2016-cı il tarixli Qərarında bildirmişdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Hazırkı iş üzrə iddiaçı birbaşa olaraq uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını tələb etdiyindən, birinci instansiya məhkəməsi cavabdehin rəsmi gəlirinin olmasına baxmayaraq, alimenti sabit pul məbləği şəklində təmin etməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin hazırda cəmi rəsmi əmək haqqı məbləğinin 1402,33 manat olması müəyyən edilir və Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələblərinə uyğun şəkildə ondan aliment tutulmalı olsaydı, 2 uşağa görə əmək haqqının üçdə bir hissəsi miqdarında, yəni ən azı 467 manat aliment ödəməli olacaqdı. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olsa da, məhkəmə minimum yaşayış məbləği həcmində alimenti cavabdehdən tutmaqla, bu vəzifəni sadəcə cavabdeh üçün müəyyən etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini də nəzərə alan məhkəmə kollegiyası bildirir ki, uşaqlarını saxlamaq vəzifəsi Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlərin hər ikisinə aid olduğundan və uşaqların himayəsində olduğu iddiaçının üzərinə daha çox yük düşdüyündən minimum dolanacaq xərclərinə yaxın məbləğin – hər uşağa görə 220 manatın, cəmi 440 manatın sabit pul məbləğində aliment kimi cavabdehdən tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətli olmuşdur. Bu zaman nəzərə alınmalıdır ki, hazırda mübahisələndirilən qətnamə 24 yanvar 2024-cü ildə qəbul edilmişdir. 2024-cü ildə isə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği 235 manat olmuşdur. Göründüyü kimi, məhkəmə yaşayış minimumu məbləğinin bütövlükdə cavabdehdən tutulmasını müəyyən etməmiş, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq, yaşayış minimumuna yaxın məbləğin – hər uşağa görə 220 manat, cəmi 440 manatın sabit pul məbləğində aliment kimi tutulması qənaətinə gəlməklə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası həmçinin onu da bildirir ki, iddiaçının hazırda işləməsi və gəlirə malik olması cavabdehi uşaqlarını saxlamaq vəzifəsindən azad edən hal kimi çıxış edə bilməz. Bu zaman həm də o nəzərə alınmalıdır ki, alimentin məbləği müəyyən edilərkən uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əhəmiyyət verilməlidir. Cavabdeh apellyasiya şikayətində iddiaçının onun uşaqları ilə görüşməsinə imkan vermədiyini bildirmişdir. Bununla bağlı, məhkəmə kollegiyası bildirir ki, cavabdeh uşaqları ilə görüşə bilmək üçün iddiaçının maneələr yaratdığını düşünürsə, uşaqları ilə ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək imkanına malikdir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 112.1.6-cı maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə hesablanır. Hazırda iddiaçı alimentin artırılması tələbi ilə çıxış edir və o, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 340 manat aliment məbləğinin artırılaraq 440 manat müəyyən edilməsini tələb etdiyindən, hazırkı iş üzrə iddianın qiyməti 1200 manat (12 ay × 100 manat) təşkil edir. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində isə iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(050)-320/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar