Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-771/2025 07.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinın Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-2263/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Kürdəmir Rayon Məhkəməsinə Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1,827.45 manat əsas borc, 913.14 manat faiz borcu və 93.66 manat müqavilə müddətindən sonra 5 %-lə hesablanmaqla faiz borcu olmaqla cəmi 2,834.25 manat məbləğində kredit borcunun, ödənilmiş 48.35 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-e-2(041)-2263/2024 saylı qətnaməsi ilə (hakim Müseyib Bayramov) Cavabdeh 1,827.45 manat əsas borc, 913.14 manat faiz borcu və 93.66 manat müqavilə müddətindən sonra 5 %-lə hesablanmaqla faiz borcu olmaqla cəmi 2,834.25 manat pul və ödənilmiş 48.35 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehin apellyasiya şikayətinə qarşı etiraz göndərərək, etirazında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə vərəsə-Cavabdeh bütün anket məlumatları, həmçinin qeydiyyat ünvanının ünvan 1ərilməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, xx xxxxx 1997-ci il təvəllüdlü Cavabdeh, (şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2022) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında qeydiyyatdadır. Qeyd edilənlərdən də göründüyü kimi, hazırkı iş üzrə iddia ərizəsinin verildiyi vaxt, yəni xx.xx.2024-cü il tarixə cavabdeh Kürdəmir rayonunda deyil, Bakı şəhəri, Sabunçu rayonunda qeydiyyatda olmuş, birinci instansiya məhkəməsi isə bu hala əhəmiyyət vermədən işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxmışdır. Halbuki, MPM-in 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Göründüyü kimi, iddia tələbi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməmiş və aidiyyət qaydaları ilə bağlı prosessual hüquq normaları pozulmaqla məhkəmə qətnaməsi qəbul olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarının hazırkı iddia tələbi üzrə müqayisəli təhlilini apararaq qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət etmək iddiaçının konstitusion hüququdur. Bu hüququndan istifadə edərək özünün pozulmuş və ya pozulması ehtimal edilən hüququnun bərpası üçün məhkəməyə müraciət edə bilər. Bu zaman isə qanunvericiliklə müəyyən edilmiş ərazi aidiyyəti qaydalarına əməl edilməsi tələb olunur. Lakin hazırkı iş üzrə iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu halda, Kürdəmir Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 387.2.9-cu maddəsinə əsasən, işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılması isə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən də məhkəmə kollegiyası Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-2263/2024 saylı qətnaməsinin prosessual hüquq normaların pozulması ilə qəbul edildiyi qənaətinə gəlir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-2263/2024 saylı qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində işin ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılmasına dair dəlil olsa da, cavabdeh öz tələbində Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-2263/2024 saylı qətnaməsinin ləğv edilməsi, həmçinin şikayətin məzmunundan göründüyü kimi iddianın rədd olunmasını xahiş etmişdir. Buna görə də onun apellyasiya şikayəti qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 35.1, 263, 264, 372, 384.0.4, 385.1.1, 387.2.9 və 402.2.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-2263/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinın Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında olan mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-771/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-771/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver