Məhkəmə qərarları › İş №2(106)-774/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-774/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-774/2025 20.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X1 ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Lerik Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2703 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ayrı-ayrı vaxtlarda 1590 ABŞ dolları və 750 ABŞ dolları olmaqla ümumilkdə manatla 2703 manat pul vermişdir. Beləliklə Cavabdeh ona 2703 manat borcu yaranmışdır. Lakin cavabdeh borcunu ödəməmişdir. Lerik Rayon Məhkəməsinin (hakim A.Kiçibəyov) 04 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh xx.xx.1982-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ümumilikdə 2703 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 445.7, 448.1-ci maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətdə göstərilir ki, məhkəmə tərəfindən iddia tələbi təmin edilərkən heç bir maddi sübuta, yazılı sənədə istinad edilməmişdir. İddiaçı yalnız şifahi olaraq onun iddiaçıya borcu olduğunu bildirmiş, heç bir yazılı sübuta əsaslanmamışdır. Qətnamə icraya yönəldilmiş, icra məmuru tərəfindən aylıq pensiyanın yarısı tutulmaqdadır. Bu isə onun onsuz da çətin olan maddi vəziyyətini daha da pisləşdirir. O cümlədən iddia ərizəsində borcun nə zaman verildiyi də bilinmir. Məhkəmənin qətnaməsi qanunsuzdur. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz göndərmiş, etirazında Lerik rayon məhkəməsinin 04 iyul 2024-cü il tarixli 2(048)-590/2024 saylı, qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verilməsinin qeyri mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Prosessual məsələlər Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş şifahi məhkəmə baxışına təyin edilmişdir. Tərəflər apellyasiya baxışında iştirak etmirlər. Cavabdeh müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini dinləyib apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı Cavabdeh 2703 manat pul tələb etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının tələbi təmin edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı cavabdehdən pul tələb edərkən bunu borc olaraq, yaxud vurulmuş ziyan kimi, yoxsa əsassız varlanma nəticəsində yaranan məbləğ kimi tələb etdiyini əsaslandırmamışdır. Ümumi şəkildə cavabdehə pul verdiyini bildirmişdir. Kollegiya hesab edir ki, iddiaçı tələbində cavabdehə borc olaraq pul verdiyini bildirsə də cavabdehlə aralarında borc münasibətlərinin yarandığını əsaslandırmamış, məhkəmə də bu hala qiymət verməmişdir. MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, tərəflərin hansı hüquqi münasibətdə olduqlarını, həmin iş üzrə konkret hansı qanunun tətbiq edilməli olduğunu göstərməmişdir. MPM-in 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. MPM-in 220.4-cü maddəsinin tələbinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar düzgün göstərilməmişdir. Qətnamə əsaslandırılmamış, tətbiq edilməli qanunlar düzgün göstərilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinin tələbinə görə qətnamənin ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, iddianı təmin etmək üçün əsas yoxdur. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(048)-590/2025 sаylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar