Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-776/2025 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-481/2025 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əsas məbləğ üzrə borc üzrə 13925,92 AZN, faiz borcu üzrə 868,47 AZN, cərimə borcu üzrə 540,54 AZN, cəmi 15334,93 AZN məbləğində kredit borcunun, həmçinin dövlət büdcəsinə köçürülmüş 136 AZN məbləğində dövlət rüsumunun “X4 Azərbaycan” QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə “X4 Azərbaycan” QSC və Cavabdeh arasında 293034 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 25800 manat məbləğində pul ayrılmışdır və о, 24 ay müddətində kreditin əsas məbləği və оna illik 16 % faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X4 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin (hakim: Muradağa Qasımov) xx.xx.2025-ci il tarixli, 2(049)-481/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2023-cü il tarixli 293034 saylı Kredit müqaviləsinə əsasən 13925.92 manat əsas, 868.47 manat faiz, 540.54 manat cərimə borcu olmaqla, cəmi 15334.93 manat pul və 136 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşə əlavə edilmiş: xx.xx.2023-cü il tarixli 293034 saylı Kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh istehlak yönümlü 25800 manat məbləğində pul ayrılmış və о, 24 ay müddətində kreditin əsas məbləği və оna illik 16 % faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 13925.92 manat əsas, 868.47 manat faiz, 540.54 manat cərimə olmaqla, cəmi 15334.93 manat məbləğində borcu vardır. Cavabdehə məxsus **********34 və **********933 mobil telefon nömrələrinə pretenziya qaydasında göndərilmiş SMS mesajların mətnlərindən görünür ki, Cavabdeh banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Asan ödəniş sistemi üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış yə xx.xx.2023-cü il tarixli, 293034 saylı Kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 25800 manat kredit verilmiş verilmişdir. Kredit müqavilələrinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Odur ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 448, 445.2.1, 445.1, 445.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-481/2025 saylı, 19 fevral 2025-ci il tarixli qətnaməsinin məhkəmə qətnaməsi ilə hesablanmış faiz və cərimə hissəsində ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, məhkəmə qətnaməsi ilə hesablanmış olan 868,47 manat faiz, 540,54 manat cərimə borcunun silinməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Rеspublikası Milli Bankı (Mərkəzi Bankı) tərəfindən təsdiqlənmiş 19 sentyabr 2000-ci il tariхli “krеdit əməliyyatları üzrə faizlərin hеsablanmasının dayandırılması” haqqında Qaydaların 2.2-ci bəndinə və Milli Bank krеditlərin təsnifləşdirilməsinin 21 saylı, 14 nоyabr 1996-cı il tariхli qaydasının 5-ci maddəsinin 6-cı bəndinə əsasən vaхtı 90 gündən çох gеcikdirilmiş krеdit üzrə faizlərin hеsablanması dayandırılır. 19 sеntyabr 2000-ci il tariхli krеdit əməliyyatları üzrə faizlərin hеsablanmasının dayandırılması” haqqında qaydaların 2.6-cı bəndinə əsasən bank rəhbərliyi bоrclarının qaytarılması üçün daim vaхtında tədbir görməlidir. Bank rəhbərliyi hərəkətsizlik еtməli dеyil ki, faiz pulu süni surətdə şişirdilsin. Krеdit müqaviləsi üzrə faiz məbləğinin qеyd оlunan məbləğdə artmasına səbəb yalnız iddiaçı bank təqsirlidir. Bildirmək istəyir ki, işdə olan materiallardan da göründüyü kimi 20 iyun 2023-cü il tarixli 293034 saylı kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən Cavabdeh istehlak yönümlü 25.800 (iyirmi beş min səkkiz yüz) manat məbləğində kredit verilmişdir və o, 24 ay müddətində kreditin əsas məbləği və ona illik 16% faiz dərəcəsi olmaqla hesablanmış faziləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Məlumat üçün bildirmək istəyir ki, o, kredit aldığı 20 iyun 2023-cü il tarixindən etibarən 20 avqust 2024-cü il tarixinə qədər hər bir təqvim ayının 20-də kredit müqaviləsi üzrə artıqlaması ilə ödəniş etmişdir. Belə ki, 20 avqust 2024-cü il tarixinə qədər əsas borc məbləğindən 11.860,81 manat ödəməli olduğu halda bu məbləğ 11.873,85 manat təşkil etmişdir. Həmçinin 20 avqust 2024-cü il tarixinə 3.298,19 manat ödənilməli olduğu halda ödənilən faiz məbləği 3.322,54 manat təşkil etmişdir. Yəni istər əsas borcdan, istərsə də faiz borcundan cavabdeh X1 tərəfindən nəzərdə tutulandan artıq ödəniş həyata keçirilmişdir. Bundan başqa tərəfindən əlavə olaraq 860,47 manat ödəniş aparıldığı halda bu ödəniş faiz və cəriməyə çıxılmışdır. Halbuki, 20 avqust 2024-cü il tarixinə qədər tərəfindən kredit ödənişinin tarixində və vaxtında, o cümlədən məbləğində hər hansı bir gecikmə və ya yubanma olmamışdır. Məhkəmə qətnaməsində Cavabdeh borcunun yaranma mənbəyinin 23 dekabr 2024-cü il tarixində iddiaçı “X4 Azərbaycan” QSC tərəfindən verilmiş olan maliyyə arayışı əsasında olduğu qeyd edilməkdədir. Ancaq iddiaçı tərəfindən cavabdehin ödədiyi ödəniş qəbzləri də məhkəmə təqdim edilsəydi, hər hansı bir cərimə məbləğindən və faizdən söhbət gedə bilməzdi. Cavabdehin məhkəmə iclasının başqa vaxta təxirə salınması ilə bağlı elektron informasiya sisteminə yerləşdirmiş olduğu məktub məhz buna görə idi və bu səbəbdən dolayı verilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti versə də, şikayətdə göstərilən dəlillər heç bir hüquqi və faktiki əsasa söykənmir və işin mahiyyətini dəyişəcək xarakter daşımır. İş materiallarında təqdim edilən kredit müqaviləsi, borc qalığını göstərən çıxarış, gecikmə cərimələri və xəbərdaredici məktublar cavabdehin öhdəliklərini ica etmədiyini, borcun mütəmadi olaraq ödənilmədiyini açıq şəkildə təsdiq edir. Cavabdehin bu sənədlərə qarşı hər hansı hüquqi etirazı və ya sübut təqdim etməməsi iddianın əsassız olmadığını göstərir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi və Lənkəran Rayon Məhkəməsinin 2(049)- 481/2025 saylı, 19 fevral 2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Cavabdeh elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq ölkə xaricində olduğundan məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə etiraz ünvanlayaraq cavabdehin ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş ərizə məhkəmə iclasının təxirə salınması üçün üzrlü səbəb kimi qiymətləndirilmədiyindən məhkəmə iclasının təxirə salınmasına zərurət yoxdur. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə tərəflərin işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Cavabdehin apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin 2(049)-481/2025 saylı, 19 fevral 2025-ci il tarixli qətnaməsinin məhkəmə qətnaməsi ilə hesablanmış faiz və cərimə hissəsində ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, məhkəmə qətnaməsi ilə hesablanmış olan 868,47 manat faiz, 540,54 manat cərimə borcunun silinməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-481/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində-mübahisələndirilən cərimə və faiz borcu hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən faiz və cərimə borcu hissəsində maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq yuxarıdakı kimi təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Qeyd edilməlidir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız qət edilmiş faiz və cərimə borcuna münasibətdə mübahisələndirir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Odur ki məhkəmə tərkibi qətnaməni yalnız mübahisələndirilmiş faiz və cərimə borcu hissəsində yoxlayır. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, iddiaçı təşkilat iş apellyasiya mərhələsində olarkən iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərkibi bu ərizəyə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinin baxılmamış saxlanması barədə vəsatətin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar hazırkı apellyasiya mərhələsində müəyyən edilməmişdir. Odur ki, mülki işə mahiyyəti üzrə baxılmalıdır. Şikayətin əsas dəlili ondan ibarətdir ki, mübahisəli kredit üzrə faizlərin hesablanması və cərimələrin tətbiqi qanunvericiliyin tələblərinə zidd həyata keçirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlili qismən əsaslıdır. Məhkəmənin 18 sentyabr 2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza aparılaraq, məhkəməyə 14 yanvar 2026-cı il tarixli 3-16- 16/2-9-/4507/2025 nömrəli rəy verilmişdir. Rəydə göstərilmişdir ki, faiz borcu üzrə 751,97 manat müəyyən edilmişdir. Qeyd edilmişdir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış müqavilə üzrə cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə hesablanmadı. Məhkəmə tərkibi qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2026-cı il tarixli 3-16-16/2-9-/4507/2025 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə tərkibi izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi birinci instansiyası məhkəməsi faiz borcu üzrə 868.47 manat müəyyən etməkdə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə tərkibi iddia tələbinin cərimə borcuna aid hissəsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə borcu üzrə 540.54 manat qət edilmişdir. Məhkəmə tərkibi hesаb edir ki, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı azaldılmalı və Cavabdeh 100 manat məbləğində dəbbə pulu tutularaq “Yapıkredi Bank» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Məhkəmə tərkibi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə tərkibi qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 134,33 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatın dəyəri isə iddia tələbi və apellyasiya şikayəti qismən təmin edildiyindən tərəflər arasında bərabər surətdə bölünərək Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 481/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, xx.xx.2023-cü il tarixli 293034 saylı Kredit müqaviləsinə əsasən 13925.92 manat əsas, 751,97 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 14777,89 manat pul və 134, 33 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməli, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın yarısı-50 manat Cavabdeh, 50 manatı isə iddiaçı "xxxx" QSC-dən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-481/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. xx.xx.2023-cü il tarixli 293034 saylı Kredit müqaviləsinə əsasən 13925.92 manat əsas, 751,97 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 14777,89 manat pul və 134,33 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın yarısı-50 manat Cavabdeh, 50 manatı isə iddiaçı "xxxx" QSC-dən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-776/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-776/2025
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver