Məhkəmə qərarları › İş №2(106)-779/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-779/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-779/2025 19.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - Cavabdeh oğluna qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: borc pul tələbi. Şirvan şəhəri, 19 iyun 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdehnın iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(048)-27/2025 saylı qətnaməsindən (hakim Yusif Zeynalov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnamə qəbul edildi. İşin halları: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 21900 (iyirmi bir min doqquz yüz) manat, məhkəməyə müraciətə görə dəymiş əlavə zərər üçün (dövlət rüsumu və s.) 500 (beş yüz) manat məbləğində vəsaitin, ümumilikdə 22400 (iyirmi iki min dörd yüz) manat məbləğində vəsaitin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh Güləndam İmanverdiyevanın vasitəsi ilə tanımışdır. Güləndamla Fizuli onlara gəlib bildirmişlər ki, Fizuliyə 5900 (beş min doqquz yüz) manat pul lazımdır. O, aralarında olan razılaşmaya görə verdiyi pulu tam məbləğində qaytarana qədər hər aya görə 10% yəni 5900 (beş min doqquz yüz) manat məbləğində, pulun qarşısında 500 manat vermək şərtilə ona borc vermişdir. Fizuli 2 ay razılaşdığı kimi verdiyi 5900 (beş min doqquz yüz) manat məbləğində pulun qarşılığında ona 500 (beş yüz) manat pul vermişdir. Cavabdeh onun etibaını qazanaraq əlavə olaraq ondan yenə 5000 (beş min manat) məbləğində pul istəmişdir. O, 27 noyabr 2022-ci il tarixdə cavabdehə həmin məbləği vermiş və ona bu vaxta kimi nə qədər borc pul veribsə cəmi 10900 (on min doqquz yüz) manat məbləği onun qeyd dəftərində Natiq Quluyev, Pəriyyə Ağakişiyeva və Səidə Quluyevanın şahidliyi ilə qeyd etməsini bildirmişdir. Fizuli də pulu qaytarmazsa (15 dekabr 2022-ci il tarixədək) idarə etdiyi avtomobili ona verəcəyi barədə razılaşmışdır. 29 noyabr cavabdeh ona zəng edərək əlavə olaraq qızına toy etmək üçün 15000 (on beş min) manat məbləğində pul istəmişdir. İddiaçı həmin məbləğin olmadığını bildirib ona 11000 (on bir min) manat verə biləcəyini demişdir. Artıq borcu çox yüksək olduğu üçün (21900 manat) ona notariusun vasitəsilə bağlanan müqavilə əsasında verə biləcəyini bildirmişdir. O, 29 noyabr 2022-ci il tarixdə Fizuli ilə Sumqayıt şəhər 4 saylı notariusa getmiş, ona 11.000 (on bir min) manat məbləğində nağd pul vermiş, 21900 (iyirmi bir min doqquz yüz) manat məbləğində kredit müqaviləsi bağlamaq istəmişdir. Lakin Sumqayıt şəhər 4 saylı notariat kontorunun xüsusi notariusu X1 belə bir müqavilə bağlaya bilməyəcəklərini bildirmişdir. Həmin günü nə qədər məbləğ verirsə yəni 11000 manat müqabilində müqavilə tərtib edib təsdiq edə bilər. O, Fizuliyə 15 yanvar 2023-cü il tarixdə qayatarmaq şərti ilə 11.000 manat pul verib kredit müqaviləsi bağlamışdır. 15 yanvar 2022-ci ildə qaytarmalı olduğu pulu qaytarmadığı üçün aralarında mübahisə yaranmışdır. O, Fizuli haqqında tədbir görülməsi üçün Sumqayıt şəhər Polis idarəsinin 3-cü Polis Bölməsinə müraciət etmişdir. Polis bölməsi ona mülki mübahisə olduğunu izah edib məhkəməyə müraciət etməyini bildirmişdir. Cavabdeh ümumilikdə 21900 (iyirmi bir min doqquz yüz) manat məbləğində aldığı pulu 15 yanvar 2023-cü il tarixə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lerik Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(048)-27/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 21900 (iyirmi bir min doqquz yüz) manat borc və ödənilmiş dövlət rüsumunun 155,7 (yüz əlli beş manat yetmiş qəpik) manat hissəsi tutlaraq İddiaçı ödənilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 125 (yüz iyirmi beş) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Lerik rayon Məhkəməsinin 2(048)-27/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edərək, birinci instansiya məhkəməsində əqdin etibarlılığı ilə bağlı məsələ yoxlanmadığından, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsiilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o İddiaçı ilə 27 noyabr 2022-ci il tarixdə hər aya görə 10% yəni 5900 (beş min doqquz yüz) manat məbləğində, pulun qarşılığında 500 manat vermək şərtilə borc müqaviləsi bağlamışlardır. Aralarında olan razılaşmaya əsasən həmin borc məbləğini 15 dekabr 2022-ci il tarixədək qaytaracağını və əks təqdirdə öz avtomobilini ona verəcəyini bildirmişdir. İddiaçı onun qohumu Güləndam İmanverdiyevanın vasitəsi ilə tanımışdır və həmin borc məbləğini İddiaçı alarkən Güləndam İmanverdiyeva da orada olmuşdur. İddiaçıdan yalnız 5900 manat məbləğində borc almışdır və digər borc məbləğləri iddiaçının onu əhəmiyyətli dərəcədə yanıltması nəticəsində yaranmışdır. Belə ki, 27 noyabr 2022-ci il tarixdə İddiaçı 5900 manat məbləğində borc aldıqdan 2 gün sonra, yəni 29 noyabr 2022-ci il tarixdə iddiaçı həmin borc müqaviləsini rəsmiləşdirmək məqsədilə notariusa getməyi ona təklif etmişdir. 27 noyabr 2022-ci il tarixdə aralarında şifahi qaydada bağlanmış borc müqaviləsini rəsmiləşdirmək məqsədilə 29 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən 4 saylı notariusa getmişlər. Həmin zaman istər iddiaçı, istərsə də notariusun işçiləri ona hər hansı bir yeni borc müqaviləsinin bağlanılması barədə heç bir məlumat verməmiş və İddiaçı ona aralarında bağladıqları əvvəlki şifahi borc müqaviləsinin rəsmiləşdirmək üçün notariusa gəldiklərini ona bildirmişdir. Adı çəkilən 29 noyabr 2022-ci il tarixli kredit müqaviləsinin mövcud olması iddiaçının məhkəməyə müraciət edərək ondan 21900 manat borc məbləğini tələb etdiyi zaman ona məlum olmuşdur. Həmin tarixədək bu cür borc müqaviləsinin mövcud olması barədə hər hansı məlumatı olmamışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçının dediyinə görə onun ilkin olaraq bağladığı şifahi borc müqaviləsi ilə notariusda bağlanmış kredit müqaviləsi arasında 2 gün fərq olması bir daha 29 noyabr 2022-ci tarixdə 11000 manat məbləğində kredit müqaviləsinin mövcud olmasını şübhə altına alır. Əgər iddiaçı borc müqaviləsini şifahi yox yalnız yazılı qaydada bağlayırdısa nəyə görə ilkin olaraq bağlanmış borc müqaviləsini şifahi formada bağlamış və 2 gün keçdikdən sonra əlavə 11000 manat məbləğində yazılı qaydada kredit müqaviləsi bağladığını bildirmişdir. Buradan da göründüyü kimi, mövcud olmasını iddia edən İddiaçı 29 noyabr 2022-ci il tarixli kredit müqaviləsini yalnızca ilkin olaraq şifahi qaydada bağlanmış borc müqaviləsini rəsmiləşdirmək məqsədilə atılmış bir addım kimi ona bildirmiş və onu aldadaraq uydurma kredit müqaviləsi ortaya çıxarmışdır. Bildirir ki, o İddiaçı yalnız 5500 manat məbləğində borc almışdır. Həmin faktı Güləndam İmamverdiyeva məhkəmədə şahid qismində dindirildiyi təqdirdə bir daha sübut etmək mümkündür. İddiaçı 7 ay ərzində aylıq 500 manat olmaqla 3500 manat məbləğində pul ödəmişdir. Həmin pul məbləğini iddiaçıya ödəyərkən şahidlər Güləndam İmamverdiyeva və Gülara Qəmbərova orada olmuşlar. Onun İddiaçı 5000 manat məbləğində borcu mövcuddur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, ev təmiri ustası işləyir. İddiaçını Güləndam adlı şəxs vasitəsilə tanımışdır. Ona pul lazım olduğundan 27 noyabr 2022-ci il tarixdə İddiaçı aylıq 10%-dən 5900 manat məbləğində borc almışdır. Hər 7 ay 500 manat olmaqla faiz ödəmişdir. İddiaçıdan xx.xx.2022-ci ildə 11000 manat borc pul almamışdır. Belə ki, xx.xx.2022-ci ildə əvvəl almış olduğu 5900 manat pulu rəsmləşdirmək üçün notariusa getmişlər. Notariusda ona deməmişlər ki, iddiaçıdan 11000 manat pul alır. Elə başa düşmüşdür ki, iddiaçıdan əvvəl aldığı 5900 manat pul rəsmləşdirilir. Notarius ona demişdir ki, boş kağıza qol çəkir, əgər sabah bir poblem olarsa onluq bir şey olmayacaq. Ona görə də kağıza qol çəkməmişdir. Lakin məhkəmə cavabdehə 11000 manatla bağlı da notarial razılaşma olmasını cavabdehin diqqətin çatdırdıqda, cavabdeh bununla bağlı məhkəməyə heç bir əsaslı izahat verə bilməmişdir. Həmçinin ona verilən suallara cavabında göstərmişdir ki, işdə olan 10900 manat barədə qəbzi (i/v - səh 19-dan əvvəldə) o özü yazmışdır. Qəbzdə qaralama vardır. “On min doqz” yazısını da o yazmışdır. İddiaçı apellyasiya baxışında cavabdehin şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini xahiş etmişdir. Göstərmişdir ki, cavabdehə ilkin olaraq xx.xx.2022-ci ildə 10900 manat borc pul vermişdir. Bununla bağlı cavabdeh ona iş materiallarına əlavə edilmiş qəbz (i/v - səh 19-dan əvvəldə) yazıb vermişdir. İki gün sonra cavabdeh onun yanına gələrək qızına toy etmək istədiyini bildirmiş və ondan əlavə olaraq 15000 manat pul istəmişdir. O da cavabdehə 11000 manat verə biləcəyini demiş və onlar razılaşaraq Notariusa getmişlər. Notariusda 11000 manat pulu Notariusun depoziti (“MuğanBank”) vasitəsilə cavabdehə vermişdir. Bildirmişdir ki, qeyd edilən borclara görə cavabdeh ona bir dəfə 500 manat faiz vermişdir. Həmçinin ona verilən suallara cavabında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli qəbzin (i/v - səh 19-dan əvvəldə) arxa hissəsində yazılan (280+225+225+545+265+312+300 manat) cəmi 2152 manat faiz ödənişləri də cavabdeh tərəfindən ona ödənilən pul məbləğləridir. Qeyd etmişdir ki, cavabdeh ona 500 manat və 2152 manat olmaqla cəmi 2652 manat faiz ödənişləri etmiş, əsas məbləğdən isə heç bir ödəniş etməmişdir. Birinci dəfə cavabdehə pul verəndə həmin borc pulla bağlı cavabdehdən yazılı qəbz almış, ikinci dəfə isə ona 11000 manat borc verəndə daha etibarlı olması üçün həmin pulu notariusda müqavilə bağlamaqla cavabdehə vermişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkİ halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikasının MM-nin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 430-cu maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli qətnamə borcun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətləri və iş üçün əhəmiyyətli olan digər halları kifayət qədər araşdırmamış və bunun nəticəsində də səhv nəticəyə gələrək qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər 4 saylı Notariat Ofisində borcverən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 11000 (on bir min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixi qeyd dəftərindən (yazılı qəbzdən) görünür ki, İddiaçı Cavabdeh Natiq Quluyevin, Pəriyyə Ədəkişiyevanın və Səidə Quluyevanın şahidliyi ilə 15 dekabr 2022-ci il tarixədək qaytamaq şərti ilə 10900 (on min doqquz yüz) manat borc pul vermişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-66/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərardadı ilə qeyd dəftərində olan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2024-cü il tarixli, 4/1560 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 18-19-cu vərəqlərinin orta hissəsində olan qeyd kitabçası vərəqinin sonunda “...фуэулнун оглу **********” yazılarının yuxarı hissəsindəki imza və xx.xx.2022-ci il tarixli qeyd kitabçası vərəqinin sonunda “сөтірмішəм” yazısı qarşısındakı imza eyni şəxs Cavabdeh tərəfindən icra olunmuşdur. Eyni zamanda məhkəmə xx.xx.2022-ci il tarixi qeyd dəftərində olan imzanın ona məxsus olmamasına dair dəlillərlə razılaşmır. Belə ki, məhkəmə baxışı zamanı keçirilmiş məhkəməxətşünaslıq ekspertizasında mülki işin 18-19-cu vərəqlərinin orta hissəsində olan qeyd kitabçası vərəqinin sonunda “...фуэулнун оглу **********” yazılarının yuxarı hissəsindəki imza və xx.xx.2022ci il tarixli qeyd kitabçası vərəqinin sonunda “сөтірмішəм” yazısı qarşısındakı imza eyni şəxs Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında aparılmış araşdırma ilə müəyyən olunmuşdur ki, Sumqayıt şəhər 4 saylı Notariat Ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə 11000 (on bir min) manat məbləğində borc pul vermişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixi qeyd dəftərinə əsasən İddiaçı Cavabdeh Natiq Quluyevin, Pəriyyə Ədəkişiyevanın və Səidə Quluyevanın şahidliyi ilə 15 dekabr 2022-ci il tarixədək qaytamaq şərti ilə 10900 (on min doqquz yüz) manat borc pul vermişdir. Göründüyü məhkəmə iddianı qismən təmin etmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikaytətinin əsas dəlili cavabdehin iddiaçıdan 10%-lə cəmi 5900 manat borc pul alması 7 ay ərzində iddiaçıya 500 manatdan 3500 manat faiz pulu qaytarması, iddiaçıdan əlavə borc və 11000 manat məbləğində borc pul almaması ilə bağlıdır. Müəyyən edilir ki, Sumqayıt şəhər 4 saylı Notariat Ofisində borcverən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və İddiaçı borc alan Cavabdeh 11000 (on bir min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli yazılı qəbzdən görünür ki, İddiaçı Cavabdeh Natiq Quluyevin, Pəriyyə Ədəkişiyevanın və Səidə Quluyevanın şahidliyi ilə 15 dekabr 2022-ci il tarixədək qaytamaq şərti ilə 10900 (on min doqquz yüz) manat borc pul vermişdir. Göründüyü kimi cavabdeh iddiaçıdan yalnız 5900 manat borc almasını qeyd etsədə iddiaçı tərəfindən təqdim edilən sübutlarla iddiaçının cavabdehə 10900 və 11000 manat olmaqla cəmi 21900 manat borc pul verməsi sübuta yetirilir. Bundan başqa cavabdeh iddiaçıdan 5900 manat borc almasını bildirib, həmin pulları faizləri ilə birlikdə iddiaçıya qaytarmasını iddia etsə də həmin pulların geri qaytarılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi işin faktiki halları üzrə əksər hissədə düzgün nəticəyə gəlib qətnamə qəbul etsə də cavabdeh tərəfindən faiz kimi ödənilən ödənişlərin hansı əsasla iddiaçıya ödənilməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Belə ki, cavabdeh özü də qeyd edir ki, iddiaçıdan götürmüş olduğu borc məbləğini müəyyən faiz ödəmək şərtilə ondan götürmüşdür. Həmçinin iddiaçı apellyasiya baxışında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli qəbzin (i/v səh 19-dan əvvəldə) arxa hissəsində yazılan (280+225+225+545+265+312+300 manat) cəmi 2152 manat faiz ödənişləri cavabdeh tərəfindən ona ödənilən faiz pul məbləğləridir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh ona cəmi 500 manat faiz ödənişi etmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında olan 11000 manat borcla bağlı notarial razılaşmada və cavabdeh tərəfindən yazılan 10900 manatla bağlı qəbzdə cavabdeh tərəfindən iddiaçıya hər hansı faiz ödənişinin həyata keçirilməsi ilə bağlı razılaşma olmamışdır. Buna görə də Kollegiya hesab edir ki, cavabdeh tərəfindən həyata keçirilmiş (280+225+225+545+265+312+300 manat) cəmi 2152 manat və iddia ərizəsində göstərilən 500 manat faiz ödənişləri cəmi 2652 manat ümumi borc məbləğindən çıxılmalıdır. Belə olan halda 21900-2652 = 19248 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmaqla birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan dəlillər qətnamənin dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə kollegiya hesab edir ki, Cavabdehnın apellyasiya şikayəti qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(048)-27/2025 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh cəmi 19 248 (on doqquz min iki yüz qırx səkkiz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehnın apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(048)-27/2025 saylı qətnaməsi cavabdehdən tutulmalı olan borc məbləğinə münasibətdə dəyişdirilsin. Cavabdeh cəmi 19 248 (on doqquz min iki yüz qırx səkkiz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar