Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-780/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mİrlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Bəşirzadə Turac Fəyyaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 Babalı oğlunun, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evdə görülmüş işə görə ödənilməmiş pulun və evdə saxlanılmış alətlərin qaytarılmasına, işlədiyi müddətə dair pul” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2(018)-154/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən dəyəri 2112 (iki min yüz on iki) manat olan iş alətlərini (yerində olmayan alətlərinin pulla əvəzi), görülmüş işlərə görə 4920 (dörd min doqquz yüz iyirmi) manat, işləmədiyi üç aya görə 4500 (dörd min beş yüz) manat, ödənilmiş 137 (yüz otuz yeddi) manat dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Astara rayonun Siyəkü İƏD-nin Vaqo kəndində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh dayısı oğludur və Cavabdeh ailəsi ilə birlikdə Astara rayonun Vaqo kəndində yaşayır. O, ustalıqla məşğul olduğundan 2024cü ilin əvvəllərində Cavabdeh Astara rayonun Vaqo kəndində təzə tikdiyi evdə tikinti işlərini aparılması ilə bağlı ona müraciət etmiş və o, işin görülməsinə dair şərtlərlə onu tanış etmiş, görüləcək işlərə görə ona ödəniləcək pulun məbləği ilə razılaşmışlar. Cavabdeh şərtlərə razılaşmış və razılaşdıqları tarixdə işləməyə başlamışdır. Görüləcək işlər aşağıdakılardan ibarət idi: bir metrəsi 5 manat olmaqla 300 kv/m divardakı işlərə görə 1500 manat, 240 kv/m tavanda görüləcək işə görə bir metri 10 olmaqla 2400 manat, patakonik işinin görülməsinə görə 520 manat, paduqanın yığılması metri 2 manat olmaqla 2600 manat, hamamda görüləcək işə görə 1500 manat, obşivkaya görə 200 manat olmaqla görüləcək işlərə görə ona 8720 manat pul ödənilməsi ilə razılaşlaşmışlar. 09 mart 2024-cü il tarixdə o, Cavabdeh təzə tikilmiş fərdi yaşayış evində işləməyə başlamışdır. İşlədiyi müddətdə Cavabdeh hissə-hissə razılaşdıqları məbləği ona ödəyirdi. Cavabdeh 9 iyul 2024-cü il tarixdə işi dayandırmasını ona bildirmiş və bunları da köhnə evində pulun oğurlanması ilə izah etmişdir. O da işi dayandırmış və alətləri iş gördüyü evdə saxlamışdır. Cavabdeh gördüyü işə görə ona 3800 manat pul vermiş, 4920 manat borclu qalmışdır. Cavabdeh evində görülmüş işlərə dair görüntüləridə tələb olunsa məhkəməyə təqdim edə bilər. Cavabdeh evindən pulun oğurlanmasını şübhəli kimi onun adı ilə bağlamış və onu Astara rayon polis şöbəsinə çağırmışdırlar və pulun onun tərəfindən oğurlanması təsdiqini tapmamışdır. Cavabdeh dəfələrlə müraciət edilməsinə baxmayaraq iş alətlərini ona qaytarmamış və hal-hazırda da həmin iş alətləri Cavabdeh evində saxlanılır. Həmin alətlər-Uqlarez bir ədəd qiyməti 250 (iki yüz əlli) manat, Orven-lazer bir ədəd qiyməti 180 (bir yüz səksən) manat, Laqunda-Bosch (balaca) bir ədəd qiyməti 140 (bir yüz qırx) manat, Laqunda-Bosch (böyük) bir ədəd qiyməti 260 (iki yüz altmış) manat, ütü bir ədəd qiyməti 70 (yetmiş) manat, Perenarator-Bosch 226 bir ədəd qiyməti 100 (bir yüz) manat drel-makuta bir ədəd qiyməti 35 (otuz beş) manat, drel makuta-baterayalı bir ədəd qiyməti 150 (bir yüz əlli) manat, Perenoska (kabel) – 50 (ǝlli) metr qiyməti, 60 (altmış) manat, Spater-böyük dekor-3 (üç) ədəd, qiyməti 30 (otuz) manat, 25 cm-10 (on) ədəd qiyməti 45 (qırx beş) manat, balaca 13 ədəd, qiyməti 35 (otuz beş) manat, dekor daraq-iki ədəd qiyməti 15 (on beş) manat, böyük-8 ədəd qiyməti 30 (otuz) manat, qayçı-dəmirkəsən dörd ədəd qiyməti 35 (otuz beş) manat, Çəkic-dörd ədəd qiyməti 40 (qırx) manat çəkic-kəsər iki ədəd, qiyməti 30 (otuz) manat, Rəndə-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Rezak-4 ədəd, qiyməti 20 (iyirmi) manat, Sverdlo-dəst, qiyməti 25 (iyirmi beş) manat, Kafel kəsən disk-10 ədəd, qiyməti 100 (bir yüz) manat, Kafel kəsən-135 sm-lik, qiyməti 280 (iki yüz səksən) manat, Selekon vuran-iki ədəd, qiyməti 10 (on) manat, Nasatka şurup-on ədəd, qiyməti 5 (beş) manat, Nasatka-8-lik, səkkiz ədəd, qiyməti 8 (səkkiz) manat, Nasatka-10-lıq, səkkiz ədəd, qiyməti 10 (on) manat, Önlük-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Vintaçan (atvyorka)-altı ədəd, qiyməti 6 (altı) manat, Açarlar-razvadnoy-iki ədəd, qiyməti 20 (iyirmi) manat, Açar-ördək burun-üç ədəd, qiyməti 15 (on beş) manat, Miksel-iki ədəd, qiyməti 10 (on) manat, Lozik-bir ədəd, qiyməti 35 (otuz beş) manat, Rezin çəkic-bir ədəd, qiyməti 5 (beş) manat, İndiqator-bir ədəd qiyməti 5 (beş) manat, Şunur soyan-qiyməti 20 (iyirmi) manat, Kəlbətin üç ədəd, qiyməti 10 (on) manat, Kusaçka üç ədəd, qiyməti 15 (on beş) manat, Mıxçıxaran-dəmir qiyməti 10 (on) manat, Orven qiyməti 13 (on üç) manat, Nasatka-alçipan üçün-on ədəd 10 (on) manat, Mismar tikən qiyməti 35 (otuz beş) manat, Şalvar-köynək, alətlər çamodanı həmin alətlərinin cəmi qiyməti 2112 (iki min yüz on iki) manat təşkil edir. Cavabdeh yuxarıda göstərilmiş iş alətlərini ona qaytarılmasını və ya yerində olmayan alətlərinin pulunun ona ödənilməsini tələb edir. Cavabdeh iş alətlərini ona qaytarmadığından o, üç ay işləyə bilməmiş və işləmədiyi üç aya görə Cavabdeh 4500 (dörd min beş yüz) manat pul tələb etmiş və bu tələbi qanuni və əsaslı hesab etmişdir. Astara rayonun Vaqo kənd sakini Cavabdeh tərəfindən cəmi qiyməti 2112 (iki min yüz on iki) manat olan iş alətlərini (yerində olmayan alətlərinin pulla əvəzi), görülmüş işlərə görə 4920 (dörd min doqquz yüz iyirmi) manatı, işləmədiyi üç aya görə 4500 (dörd min beş yüz) manatı, 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumunun İddiaçı Şirməli oğluna ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-154/2025 saylı qətnaməsi ilə (İ.Məmmədov) iddia qismən təmin edilmiş, Uqlarez bir ədəd qiyməti 250 (iki yüz əlli) manat, Orven-lazer-bir ədəd, qiyməti 180 (bir yüz səksən) manat, Laqunda-Bosch (balaca) bir ədəd qiyməti 140 (bir yüz qırx) manat, Laqunda-Bosch (böyük) bir ədəd, qiyməti 260 (iki yüz altmış) manat, ütü bir ədəd, qiyməti 70 (yetmiş) manat, Perenarator-Bosch 2-26-bir ədəd, qiyməti 100 (bir yüz) manat, drel-makuta bir ədəd, qiyməti 35 (otuz beş) manat, drel makuta-baterayalı bir ədəd, qiyməti 150 (bir yüz əlli) manat, Perenoska (kabel) – 50 (ǝlli) metr, qiyməti, 60 (altmış) manat, Spaterböyük dekor-3 (üç) ədəd, qiyməti 30 (otuz ) manat 25 cm-10 (on) ədəd, qiyməti 45 (qırx beş) manat, balaca 13 ədəd, qiyməti 35 (otuz beş) manat, dekor daraq-iki ədəd, qiyməti 15 (on beş) manat, böyük-8 ədəd, qiyməti 30 (otuz) manat, qayçı-dəmirkəsən dörd ədəd, qiyməti 35 (otuz beş) manat, Çəkic-dörd ədəd qiyməti 40 (qırx) manat, çəkic-kəsər iki ədəd, qiyməti 30 (otuz) manat, Rəndə-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Rezak-4 ədəd, qiyməti 20 (iyirmi) manat, Sverdlo-dəst, qiyməti 25 (iyirmi beş) manat, Kafel kəsən disk-10 ədəd, qiyməti 100 (bir yüz) manat, Kafel kəsən-135 sm-lik, qiyməti 280 (iki yüz səksən) manat, Selekon vuran-iki ədəd, qiyməti 10 (on) manat, Nasatka şurup-on ədəd, qiyməti 5 (beş) manat, Nasatka-8-lik, səkkiz ədəd, qiyməti 8 (səkkiz) manat, Nasatka-10-lıq, səkkiz ədəd, qiyməti 10 (on) manat, Önlük-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Vintaçan (atvyorka)-altı ədəd, qiyməti 6 (altı) manat, Açarlarrazvadnoy-iki ədəd, qiyməti 20 (iyirmi) manat, Açar-ördək burun-üç ədəd, qiyməti 15 (on beş) manat, Miksel-iki ədəd, qiyməti 10 (on) manat, Lozik-bir ədəd, qiyməti 35 (otuz beş) manat, Rezin çəkic-bir ədəd, qiyməti 5 (beş) manat, İndiqator -bir ədəd qiyməti 5 (beş) manat, Şunur soyan-qiyməti 20 (iyirmi) manat, Kəlbətin üç ədəd, qiyməti 10 (on) manat, Kusaçka üç ədəd, qiyməti 15 (on beş) manat, Mıxçıxarandəmir qiyməti 10 (on) manat, Orven qiyməti 13 (on üç) manat, Nasatka-alçipan üçünon ədəd 10 (on) manat, Mismar tikən qiyməti 35 (otuz beş) manat, Şalvar-köynək, alətlər çamodanı həmin alətlərinin cəmi qiyməti 2112 (iki min yüz on iki) manat dəyərində alətlər və görülmüş işlərə görə 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğdə pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 137 (yüz otuz yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Astara Rayon Polis Şöbəsinin icraatında olan ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur, yük avtomobili idarə edir. 2024-cü ilin aprel ayında dəqiq xatırlamadığı vaxtda Əfqan ona zəng edərək Çingizin evində usta işlədiyini bildirmiş və onun üçün Sədərək bazarından alətlər alıb gətirməsini xahiş etmişdir. O, sədərək bazarından pereparator, drel, ütü və digər alətlər alıb Çingizin evinə gətirmişdir və orada Əfqana həmin alətləri vermişdir. O, İddiaçı Cavabdeh evində görmüş, bəzi alətləri özü aparmış və orada başqa alətlərin də olduğunu görmüşdür. İş materialında olan Astara Rayon Polis Şöbəsinin icraatında olan ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2024-cü ilin yay aylarında dəqiq xatırlamadığı vaxtda Cavabdeh yaşadığı ünvana süd almaq üçün getmişdir. Həmin vaxtdan bir neçə müddət sonra Çingizin evindən oğurluq edildiyini öyrənmişdir. Həmin evdən kimin oğurluq etməsini bilmir. O, İddiaçı Cavabdeh evində görmüş, həmin vaxt Əfqan Çingizin evində ustalıq etmişdir. O, orada drel, pereparator, əl mişarı, laqonda və başqa alətlər görmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Uqlarez bir ədəd qiyməti 250 (iki yüz əlli) manat, Orven-lazer-bir ədəd, qiyməti 180 (bir yüz səksən) manat, Laqunda-Bosch (balaca) bir ədəd qiyməti 140 (bir yüz qırx) manat, Laqunda-Bosch (böyük) bir ədəd, qiyməti 260 (iki yüz altmış) manat, ütü bir ədəd, qiyməti 70 (yetmiş) manat, Perenarator Bosch 2-26-bir ədəd, qiyməti 100 (bir yüz) manat, drel-makuta bir ədəd, qiyməti 35 (otuz beş) manat, drel makuta-baterayalı bir ədəd, qiyməti 150 (bir yüz əlli) manat, Perenoska (kabel) – 50 (ǝlli) metr, qiyməti, 60 (altmış) manat, Spater-böyük dekor-3 (üç) ədəd, qiyməti 30 (otuz ) manat 25 cm-10 (on) ədəd, qiyməti 45 (qırx beş) manat, balaca 13 ədəd, qiyməti 35 (otuz beş) manat, dekor daraq-iki ədəd, qiyməti 15 (on beş) manat, böyük-8 ədəd, qiyməti 30 (otuz) manat, qayçıdəmirkəsən dörd ədəd, qiyməti 35 (otuz beş) manat, Çəkic-dörd ədəd qiyməti 40 (qırx) manat, çəkic-kəsər iki ədəd, qiyməti 30 (otuz) manat, Rəndə-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Rezak-4 ədəd, qiyməti 20 (iyirmi) manat, Sverdlodəst, qiyməti 25 (iyirmi beş) manat, Kafel kəsən disk-10 ədəd, qiyməti 100 (bir yüz) manat, Kafel kəsən-135 sm-lik, qiyməti 280 (iki yüz səksən) manat, Selekon vuran-iki ədəd, qiyməti 10 (on) manat, Nasatka şurup-on ədəd, qiyməti 5 (beş) manat, Nasatka- 8-lik, səkkiz ədəd, qiyməti 8 (səkkiz) manat, Nasatka-10-lıq, səkkiz ədəd, qiyməti 10 (on) manat, Önlük-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Vintaçan (atvyorka)-altı ədəd, qiyməti 6 (altı) manat, Açarlar-razvadnoy-iki ədəd, qiyməti 20 (iyirmi) manat, Açarördək burun-üç ədəd, qiyməti 15 (on beş) manat, Miksel-iki ədəd, qiyməti 10 (on) manat, Lozik-bir ədəd, qiyməti 35 (otuz beş) manat, Rezin çəkic-bir ədəd, qiyməti 5 (beş) manat, İndiqator-bir ədəd qiyməti 5 (beş) manat, Şunur soyan-qiyməti 20 (iyirmi) manat, Kəlbətin üç ədəd, qiyməti 10 (on) manat, Kusaçka üç ədəd, qiyməti 15 (on beş) manat, Mıxçıxaran-dəmir qiyməti 10 (on) manat, Orven qiyməti 13 (on üç) manat, Nasatka-alçipan üçün-on ədəd 10 (on) manat, Mismar tikən qiyməti 35 (otuz beş) manat, Şalvar-köynək, alətlər çamodanı həmin alətlərinin cəmi qiyməti 2112 (iki min yüz on iki) manat dəyərində alətlər və görülmüş işlərə görə 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğdə pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 137 (yüz otuz yeddi) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 385.1, 442, 445.2, 448.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 2024-cü ildə iddiaçının qızının toyu olmuş, qıza cehiz alınması və digər xərclərlə bağlı iddiaçı ondan pul istəmiş və mart-iyun ayları ərzində bir neçə dəfəyə 3800 manat pul almışdır. Razılığa əsasən o, həmin ərəfədə ona məxsus həyətdə olan 2 mərtəbəli evin içəridən divarını ağardıb aboy, tavana taxta və alçipan vurmalı, zəhmət haqqını hesablayıb ondan aldığı puldan çıxaraq qalan pulunu qaytarmalı idi. Bundan başqa o, 2024-cü ilin iyun ayında Bakı şəhərində yaşayan digər qızına körpə uşağı ilə bağlı hazırlanmış tədbirə görə 1000 manat, oğlunun işi ilə bağlı 1400 manat borc pul almışdır. Qohum olduqlarından ona inanıb həmin pulları vermişdir. İddiaçı isə evində mart ayından iyul ayına kimi olan dövrdə, başqa işi olmayanda gəlib işləmişdir. Yəni həmin dövrdə başqa yerlərdə olan işlərini görmüş, bekar olan vaxtlarında onun evində iş görmüşdür. İddiaçı evində yalnız tavana taxta vurmuş, evin 2-ci mərtəbəsinə ağardıcı vurmuş, 1-ci mərtəbədə divara ağardıcı işləri yarımçıq qalmışdır. İyul ayının 9-da evdə olmadıqlarından vaxt evindən oğurluq edilməsi faktına görə iddiaçı şübhəli şəxs kimi saxlanılmış (həmin vaxt evdə yalnız o olduğuna görə) və bundan sonra o, evdə olan təmir işlərini yarımçıq saxlamış və ona ziyan vurmaq üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O, nəinki qabaqcadan dəyərini ondan aldığı işləri tam başa çatdırmamış, hətta ondan borc aldığı pulları da qaytarmamışdır. İddiaçı yuxarıda göstərdiklərindən başqa evində heç bir iş görməmişdir. Onun hamamda hansısa iş görməsinə razılaşmamış və belə bir iş də görməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının qohumu olan 2 şahidin verdiyi izahat əsasında onun tələb etdiyi alətlərin ona məxsus evdə qalması və iddia etdiyi işləri görməsi qənaətinə gəlib onun tələb etdiyi məbləğdə zəhmət haqqı almalı olmasını qət etmiş, lakin faktiki olaraq iddiaçının ona məxsus evdə hansı işləri görməsini, həmin işlərin dəyərinin nə qədər olmasını, onun tələb etdiyi alətlərin evdə hansı işləri görməyə uyğun olmasını, həmin alətlərin dəyərinin hansı məbləğdə olmasını, iddiaçının qeyd olunan alətləri həqiqətən ona məxsus evə gətirməsi, əgər gətirmişdirsə, onları aparmağına nə mane olmasını, hansı səbəbdən evindən olan oğurluğa görə şübhəli şəxs kimi saxlananadək bu barədə tələb irəli sürməməsini araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulmasına səbəb olmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarına istinad edərək onun iddiaçının göstərdiyi işlərin görülməsi ilə bağlı həmin işlərin dəyərini ödəməməyini icranı gecikdirmə kimi qiymətləndirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə evində hansı işləri görməyə razılığına, həmçinin gördüyü işlərə dair iddiaçı heç bir sübut təqdim etməmişdir. Onun ərizəsi və izahatından isə aydın olur ki, evində işi yarımçıq saxlamışdır. Hətta iddiaçının göstərdiyi hallara, yəni evində qeyd etdiyi işləri görməsi ilə bağlı aralarında razılıq olmasına dair sübutlar olmuş olsaydı belə həmin işləri görmək MM-nin 385.1-ci maddəsinə əsasən onun vəzifəsi idi. Ancaq işləri yarımçıq qoyduğundan öhdəliyini icra etməmişdir. Məhkəmə isə nədənsə öhdlik deyəndə ancaq pul ödənişini nəzərdə tutmuş, həmin pulun dəyərində olan işin görülüb-görülməməsini, işi görməli olan şəxsin də öhdəlik daşımasını, istinad etdiyi maddi hüquq normalarının işi görən şəxsin də öhdəliyini müəyyən etməsini nəzərə almamış, nəticədə qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Göründüyü kimi qanunvericilik yalnış podratçının gördüyü işin dəyərini ödəməyi sifarişçinin üzərinə qoyur. İddiaçı görüləcək işlərin dəyərinin 8720 manat olmasını və bundan 3800 manat ödənilib 4920 manat borcun qalmasını bildirərək işi yarımçıq saxlamasını da qeyd etməsinə baxmayaraq işə baxan hakim görülməmiş işin dəyərini də ondan tutmaqla qanunvericiliyin tələbini pozmuşdur. Halbuki iddiaçı ilə nəinki onun qeyd etdiyi işləri görməsi, hətta həmin işlərin dəyəri barədə heç bir razılaşma olmamışdır. Birinci instansiya məhkəməsi isə iddiaçının arqumentlərini aksioma kimi qəbul edərək nəinki onları, yəni hansı işləri görməsini və bu işlərin dəyərini, hansı işlərin yarımçıq qalmasını araşdırmamış, hətta iddiaçının işləri yarımçıq saxlaması barədə etirafını da nəzərə almamış və görülməmiş işlərin dəyərini ondan tutmaqla açıq-aşkar ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi əşyaların mövcud оlması, iddiaçıya məхsus оlması və onda olması qənaətinə gəlsə də, iddiaçı tərəfin qohumu olan 2 şahidin ifadəsindən başqa hеç bir sübutun оlmamasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi iddiaçının еvdə hansı işləri görməsini, bu işlərin görülməsi üçün hansı alətlərin zəruri olmasını, tələb olunan alətlərin real dəyərinin nə qədər olmasını, gətirdiyi alətləri aparmasına hansısa maneçiliyin olub-olmamasını, əgər olmuşdursa, bunun nədə ifadə olunmasını araşdırmamış, tələb olunan alətlərin onun qanunsuz sahibliyində оlması barədə iddiaçının hər hansı sübut təqdim еdə bilməməsini nəzərə almayaraq оnun iddiasını təmin еtməklə qеyd оlunan maddi hüquq nоrmasının tələblərini pоzmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının tələb еtdiyi əşyaların tələb еtdiyi əşyaların göstərdiyi qiymətdə оlması, оndan iradəsinə zidd оlaraq alınmaqla cavabdehdə оlması, həmçinin ona məxsus evdə hansı işləri görməsi və həmin işlərin dəyərinin tələb etdiyi qiymətdə olması barədə sübut təqdim еdə bilməməsini nəzərə almamış, həmin хüsusata düzgün qiymət vеrməmişdir. Bununla da qanunvericiliyin sübutların qiymətləndirilməsinə dair tələblərini pоzmuşdur. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-154/2025 saylı qətnaməsinin ləğv еdilməsini, iddianın təmin еdilməməsi barədə yeni qətnamə qəbul edilməsini хahiş еtmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı onun bibisi oğludur. İddiaçı ailəvi səbəblərdən ondan 4000 manat + 1400 manat məbləğində borc pullar almış, qohumluq əlaqələrinə inanaraq həmin məbləğlərdə pulu ona borc kimi vermişdir. Aralarındakı borcun bağlanması üçün iddiaçı evində müəyyən təmir işlərinin görülməsi öhdəliyini üzərinə götürmüş, vaxtı olduğu zaman evinə gələrək təmir işləri aparmışdır. Təmir işləri yalnız evə suvaq vurulmasından ibarət olmuşdur. Onu da məhz suvaq işlərinin görülməsi üçün çağırmışdır. Evdə iddiaçı suvaq vurmaqdan başqa heç bir iş görməmişdir. Evdə başqa vaxtlarda başqa ustalar təmir işləri aparmışlar. Arka, hamam-tualetin təmiri və sair işləri də iddiaçı yox, başqa ustalar görmüşdür. İddiaçının evdə əmək aləti kimi yalnız burğu aləti və şpatelləri olmuş, gedərkən onları da özüylə aparmışdır. İddiaçı onun evində ümumilikdə təxminən 2 aydan az bir müddətdə işləmişdir. Bundan sonra evindən iddiaçı tərəfindən 29000 manat məbləğində pul oğurlanmış, qohumluq münasibətindən utandığı üçün onu polisə şikayət etməmişdir. Ona göstərdiyi etimaddan istifadə edərək işləri vaxtaşırı və natamam icra etmişdir. Buna rəğmən halhazırda natamam, həmçinin görmədiyi işlərə görə pul tələb edir. Həmçinin evdən çıxarkən iş alətlərini götürmüşdür. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-154/2025 saylı qətnaməsinin ləğv еdilməsini, iddianın təmin еdilməməsi barədə yeni qətnamə qəbul edilməsini хahiş еdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. İddiaçı və cavabdehin qohumluq əlaqələri olmuş, cavabdeh iddiaçıya borc pul vermiş və qarşılığında cavabdehin evində təmir işlərinin görülməsi üçün tərəflər razılaşmışlar. İddiaçı cavabdehin evində mart-iyul ayları arasında işi olmayan zaman, arabir evə gələrək suvaq işlərini həyata keçirmişdir. Təmir işləri üçün ləvazimatlar cavabdeh tərəfindən alınmışdır. Həmin evdə iddiaçı təkcə divarların ağardılması və döşəməyə taxta vurulması işlərini icra etmişdir. Həmin işlər belə yarımçıq görülmüşdür. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi fotoşəkillərdəki görülən işlər iddiaçı tərəfindən icra edilməmişdir. Əlavə olaraq iddiaçı hasarın düzəldilməsi işini də öhdəsinə götürmüş, lakin bunu həyata keçirməmişdir. Belə ki, cavabdehin evində oğurluq hadisəsi baş vermiş və hadisə baş verən zaman evdə təkcə iddiaçı olmuşdur. Polisdə aparılan araşdırma zamanı kameralara baxış keçirərkən müəyyən edilmişdir ki, oğurluqdan sonra iddiaçı evdən əlində qara çanta ilə çıxmış, iddiaçı isə həmin çantada paltarlarının olduğunu bildirmişdir. Bu hadisədən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən təkcə polisin cinayət işinin rədd edilməsi haqqında qərarına istinad etmiş, ətraflı araşdırma aparmamışdır. İddiaçı evdən çıxarkən iş alətlərini götürmüşdür. Cavabdehin evində qaldığını iddia etdiyi alətlər hal-hazırda faktiki olaraq cavabdehin evində deyil. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-154/2025 saylı qətnaməsinin ləğv еdilməsini, iddianın təmin еdilməməsi barədə yeni qətnamə qəbul edilməsini хahiş еdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 Babalı oğlu izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Cavabdeh iddiaçıya işləri dayandırması barədə göstəriş verdikdən sonra onu evdən qovalamışdır. Buna görə də iddiaçının iş alətlərini götürməyə şəraiti olmamışdır. Halhazırda da həmin alətlər iddiaçıda deyil, cavabdehin evində qalmışdır. Həmçinin uzun müddət iddiaçı cavabdehin evində işləmiş, müəyyən təmir işləri görmüşdür. Halhazırdada həmin görülmüş işlərə görə cavabdehdən pul tutulması mütləqdir. Apellyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(018)-154/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. Özü usta işləyir və gördüyü işlərin video-çəkilişlərini qeyd edir. Cavabdehin evində təmir işlərini özüm görmüş və bunu təsdiq edən görüntüləri qeydə almışdır. Belə ki, həmin görüntülərdə özünün təmir işlərini həyata keçirməsi əks olunmuşdur. Cavabdeh 2024-cü ildə qızıma toy etdiyi üçün ondan borc pul aldığını bildirir, lakin qızının toyu 2023-cü ildə olmuşdur. Həmçinin cavabdeh oğlunun iyun ayında toyu olduğu üçün ondan borc aldığını bildirir, halbuki oğlu fevral ayından ölkədən getmişdir. Bunları təsdiq edən müvafiq arayışlar mövcuddur. Cavabdehin evində müəyyən təmir işləri görmüş və işlərin bitməsinə 3 gün qalmış, evdə oğurluq hadisəsinin olduğunu bildirmişlər. Evdən gedən zaman alətləri orada qalmışdır. Polisdə araşdırma aparılarkən bu hal öz təsdiqini tapmışdır. Cavabdehin evində 4 ay işləmişdir. Təmir üçün materialları cavabdeh özü almışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 765-ci maddəsinə əsasən-məmulatın qüsuru nəticəsində sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-154/2025 saylı qətnaməsinin ləğv еdilməsini, iddianın təmin еdilməməsi barədə yeni qətnamə qəbul edilməsini хahiş еtmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-154/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən cavabdeh tərəfindən mübahisələndirilən hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-154/2025 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsinə münasibətdə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İlk olaraq məhkəmə tərkibi qeyd edir ki, iddiaçının cavabdehə qarşı iddia tələbi 3 hissədən ibarətdir: iş alətlərinin geri qaytarılması (yerində olmayan alətlərinin pulla əvəzi), görülmüş işlərə görə əməkhaqqı, işləmədiyi üç aya görə kompensasiya. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin 2 hissəsi təmin edilmişdir; 1.Cavabdehin evində və qanunsuz sahibliyində qaldığı iddia edilən iş alətlərinin və ya dəyərinin iddiaçıya qaytarılması; 2.İddiaçı tərəfindən cavabdehin evində görülmüş işlərə görə pul tələbi. Məhkəmə tərkibi ilk olaraq iddia tələbinin iddiaçının cavabdehin evində görülmüş işlərə görə pul tələbinə dair iddiası ilə bağlı aşağıdakıları qeyd edir; İddiaçı iddia edir ki, 2024-cü ilin əvvəllərində Cavabdeh Astara rayonun Vaqo kəndində təzə tikdiyi evdə tikinti işlərini aparılması ilə bağlı ona müraciət etmiş və o, işin görülməsinə dair şərtlərlə onu tanış etmiş, görüləcək işlərə görə ona ödəniləcək pulun məbləği ilə razılaşmışlar. Cavabdeh şərtlərə razılaşmış və razılaşdıqları tarixdə işləməyə başlamışdır. Cavabdeh gördüyü işə görə ona 3800 manat pul vermiş, 4920 manat borclu qalmışdır. Birinci instansiya məhkəməsi isə tərəflər arasında yaranmış münasibətlərin həqiqi mahiyyətini, həmin münasibətlərdən doğan öhdəlikləri və müvafiq olaraq da tətbiq olunmalı olan maddi hüquq normasını düzgün müəyyən edə, eləcə də tətbiq etdiyi maddi hüquq normasını, tərəflərin öhdəliklərinin dairəsini tənzimləyən MM-nin müvafiq maddələrini hazırki işin mübahisəsiz olan faktiki halları baxımından düzgün tətbiq edə bilməmişdir. Məhkəmə tərkibi iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçının tələbinin əsaslı olması üçün bu şərtlər məcmu halında, yəni tərəflər arasında yazılı və yaxud şifahi formada podrat müqaviləsi mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh arasında elə bir şifahi müqavilənin bağlanması iddiaçının iddia ərizəsi və cavabdehin apellyasiya şikayətinin məzmunu ilə aydın olur. Belə ki, İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, ustalıqla məşğul olduğundan 2024-cü ilin əvvəllərində Cavabdeh Astara rayonun Vaqo kəndində təzə tikdiyi evdə tikinti işlərinin aparılması ilə bağlı ona müraciət etmiş və o, işin görülməsinə dair şərtlərlə onu tanış etmiş, görüləcək işlərə görə ona ödəniləcək pulun məbləği ilə razılaşmışlar. Cavabdeh şərtlərə razılaşmış və razılaşdıqları tarixdə işləməyə başlamışdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ondan pul istəmiş və mart-iyun ayları ərzində bir neçə dəfəyə 3800 manat pul almışdır. Razılığa əsasən o, həmin ərəfədə ona məxsus həyətdə olan 2 mərtəbəli evin içəridən divarını ağardıb aboy, tavana taxta və alçipan vurmalı, zəhmət haqqını hesablayıb ondan aldığı puldan çıxaraq qalan pulunu qaytarmalı idi. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsinin bağlanması mübahisəsizdir. Hazırda mübahisələndirilən məsələ görülmüş işlərin dəyəri ilə bağlıdır. Ona görə də görülmüş işlərin dəqiq həcmi, həmin işlərin bazar dəyəri obyektiv sübutlarla araşdırılmalıdır. Bu səbəblə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)- 780/2025 saylı qərardadı ilə Cavabdeh məxsus Astara rayonun Vaqo kəndində yerləşən fərdi yaşayış evində görülmüş xidmətlərinin dəyərinin qiymətləndirməsi üçün müstəqil qiymətləndirici dəvət edilmiş, qiymətləndirilmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. Hazırki mülki iş üzrə xx.xx.2025-ci il tarixdə qiymətləndirmə hesabatı Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Hesabat tədqiq edilərkən aydın olmuşdur ki, görülmüş işlərin dəyərinin 1497 manat olduğu müəyyən edilmişdir. Qiymətləndirmə hesabatı nəzərdən keçirilərkən müəyyən olunur ki, hesabatın mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı tərəf bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hazırki iş üzrə mübahisə görülmüş işlərin həcmi və bazar dəyəri ilə bağlıdır, bu zaman qiymətləndirmə hesabatı yeganə obyektiv metoddur. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi görülmüş işlərə görə 4920 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində yanlış qənaətə gəlmişdir. Belə ki, İddiaçı iddia ərizəsinin məzmununa diqqət yetirdikdə aydın olur ki, iddiaçı cavabdehin görülmüş işlərə görə ona 3800 manat pul verdiyini etiraf etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi ifadələr sübut kimi qiymətləndirilməklə mötəbər hesab edilməlidir. Belə ki, tərəflərin yazılı izahatları və izahatlarında etdikləri etiraflar məhkəmə tərəfindən sübut kimi qəbul edilməlidir. Bu, iddiaçının görüləcək işlərə görə 3800 manat pul aldığını təsdiqləyən birbaşa etirafdır (Etiraf sübutların şahıdır (Latınca: confessio est regina probationum)). İddiaçının öz iddia ərizəsində qeyd etdiyi kimi, cavabdeh ona artıq 3800 manat ödəmişdir. Bu işin etiraf edilmiş halıdır. Həmçinin məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə nəticəsində görülmüş işin dəyəri 1497 manat müəyyən edilmişdir. Bu halda, borc deyil, əksinə artıq ödənmiş vəsait mövcuddur. Ona görə də iddia tələbi görülmüş işlərə görə 4920 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində əsaslı hesab edilə bilməz. Məhkəmə tərkibi iddia tələbinin cavabdehin evində qaldığı iddia edilən alətlərə münasibətdə aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən, Astara Rayon Polis Şöbəsinin icraatında olan ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş X1 və X3 ifadələrinə istinad etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulmaqla sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İddiaçı isə belə bir sübut təqdim edə bilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddia tələbinin bu hissədəki qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Lakin işin hallarından göründüyü kimi yuxarıda qeyd edilən maddi hüquq normasının üç dispozisiya şərtinin birgə mövcudluğu tələb edildiyi halda, iddiaçı hər üç şərtə dair hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə tərkibi nəzərə çatdırır ki, sözügedən alətlər iddiaçı üçün iş alətləri və maddi gəlir vasitəsidir. Tələb edilən 2112 manat dəyərində alətləri iddiaçının qəfil şəkildə, heç bir maneə olmadan başqasının evində qoyub getməsi inandırıcı və ağlabatan hesab edilmir. Çünki iddiaçı öz alətlərini könüllü şəkildə iş fəaliyyətinin dayandırıldığı ünvanda saxlamazdı, hal-hazırda iddia tələbinin bu hissəsində sübut çatışmazlığı var. Əgər İddiaçı üçün həmin iş alətləri onun peşə fəaliyyətində mühüm əhəmiyyət daşıyırdısa və dolanışıq vasitəsi idisə, işi dayandırması istənildikdən sonra onları orada qoyub getməsi ağlabatan və məntiqli hesab edilə bilməz. Məhkəmə tərkibi birinci instansiya məhkəməsi tərəfindən iddianın bu hissədə təmin edilməsinə əsas verən Astara Rayon Polis Şöbəsinin icraatında olan ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin izahatlarına münasibət bildirərək qeyd edir ki, bu ifadələr alətlərin saxlanması faktını deyil, yalnız müvəqqəti istifadəsini əks etdirir. Şahid ifadələrinin hər ikisi yalnız iddiaçının iş fəaliyyəti dövründə alətlərin bir qisminin orada olduğunu təsdiqləyir. Bu isə həmin alətlərin iş dayandıqdan sonra da cavabdehin evində qaldığını sübut etməyə yetərli hesab edilə bilməz. Beləliklə, bu ifadələrə əsaslanaraq cavabdehin üzərinə hər hansı bir öhdəlik qoymaq hüquqi cəhətdən əsassızdır. Bundan başqa məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən dövlət rüsumu kimi ödənilmiş 137 manat məbləğ iddiaçının özünə aid edilməlidir. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-154/2025 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş Uqlarez bir ədəd qiyməti 250 (iki yüz əlli) manat, Orven-lazer-bir ədəd, qiyməti 180 (bir yüz səksən) manat, Laqunda-Bosch (balaca) bir ədəd qiyməti 140 (bir yüz qırx) manat, Laqunda-Bosch (böyük) bir ədəd, qiyməti 260 (iki yüz altmış) manat, ütü bir ədəd, qiyməti 70 (yetmiş) manat, Perenarator-Bosch 2-26-bir ədəd, qiyməti 100 (bir yüz) manat, drel-makuta bir ədəd, qiyməti 35 (otuz beş) manat, drel makuta-baterayalı bir ədəd, qiyməti 150 (bir yüz əlli) manat, Perenoska (kabel) –50 (ǝlli) metr, qiyməti, 60 (altmış) manat, Spater-böyük dekor-3 (üç) ədəd, qiyməti 30 (otuz ) manat 25 cm-10 (on) ədəd, qiyməti 45 (qırx beş) manat, balaca 13 ədəd, qiyməti 35 (otuz beş) manat, dekor daraq-iki ədəd, qiyməti 15 (on beş) manat, böyük-8 ədəd, qiyməti 30 (otuz) manat, qayçı-dəmirkəsən dörd ədəd, qiyməti 35 (otuz beş) manat, Çəkic-dörd ədəd qiyməti 40 (qırx) manat, çəkic-kəsər iki ədəd, qiyməti 30 (otuz) manat, Rəndə-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Rezak-4 ədəd, qiyməti 20 (iyirmi) manat, Sverdlo-dəst, qiyməti 25 (iyirmi beş) manat, Kafel kəsən disk-10 ədəd, qiyməti 100 (bir yüz) manat, Kafel kəsən-135 sm-lik, qiyməti 280 (iki yüz səksən) manat, Selekon vuran-iki ədəd, qiyməti 10 (on) manat, Nasatka şurup-on ədəd, qiyməti 5 (beş) manat, Nasatka-8-lik, səkkiz ədəd, qiyməti 8 (səkkiz) manat, Nasatka- 10-lıq, səkkiz ədəd, qiyməti 10 (on) manat, Önlük-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Vintaçan (atvyorka)-altı ədəd, qiyməti 6 (altı) manat, Açarlar-razvadnoy-iki ədəd, qiyməti 20 (iyirmi) manat, Açar-ördək burun-üç ədəd, qiyməti 15 (on beş) manat, Miksel-iki ədəd, qiyməti 10 (on) manat, Lozik-bir ədəd, qiyməti 35 (otuz beş) manat, Rezin çəkic-bir ədəd, qiyməti 5 (beş) manat, İndiqator-bir ədəd qiyməti 5 (beş) manat, Şunur soyan-qiyməti 20 (iyirmi) manat, Kəlbətin üç ədəd, qiyməti 10 (on) manat, Kusaçka üç ədəd, qiyməti 15 (on beş) manat, Mıxçıxaran-dəmir qiyməti 10 (on) manat, Orven qiyməti 13 (on üç) manat, Nasatka-alçipan üçün-on ədəd 10 (on) manat, Mismar tikən qiyməti 35 (otuz beş) manat, Şalvar-köynək, alətlər çamodanı həmin alətlərinin cəmi qiyməti 2112 (iki min yüz on iki) manat dəyərində alətlər və görülmüş işlərə görə 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğdə pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 137 (yüz otuz yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-154/2025 saylı qətnaməsi qismən, iddianın təmin edilmiş Uqlarez bir ədəd qiyməti 250 (iki yüz əlli) manat, Orven-lazer-bir ədəd, qiyməti 180 (bir yüz səksən) manat, Laqunda-Bosch (balaca) bir ədəd qiyməti 140 (bir yüz qırx) manat, Laqunda-Bosch (böyük) bir ədəd, qiyməti 260 (iki yüz altmış) manat, ütü bir ədəd, qiyməti 70 (yetmiş) manat, Perenarator-Bosch 2-26 bir ədəd, qiyməti 100 (bir yüz) manat, drel-makuta bir ədəd, qiyməti 35 (otuz beş) manat, drel makuta-baterayalı bir ədəd, qiyməti 150 (bir yüz əlli) manat, Perenoska (kabel) –50 (ǝlli) metr, qiyməti 60 (altmış) manat, Spater-böyük dekor-3 (üç) ədəd, qiyməti 30 (otuz ) manat 25 cm-10 (on) ədəd, qiyməti 45 (qırx beş) manat, balaca 13 ədəd, qiyməti 35 (otuz beş) manat, dekor daraq iki ədəd, qiyməti 15 (on beş) manat, böyük-8 ədəd, qiyməti 30 (otuz) manat, qayçı-dəmirkəsən dörd ədəd, qiyməti 35 (otuz beş) manat, Çəkic dörd ədəd qiyməti 40 (qırx) manat, çəkic-kəsər iki ədəd, qiyməti 30 (otuz) manat, Rəndə-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Rezak-4 ədəd, qiyməti 20 (iyirmi) manat, Sverdlo-dəst, qiyməti 25 (iyirmi beş) manat, Kafel kəsən disk-10 ədəd, qiyməti 100 (bir yüz) manat, Kafel kəsən-135 sm-lik, qiyməti 280 (iki yüz səksən) manat, Selekon vuran-iki ədəd, qiyməti 10 (on) manat, Nasatka şurupon ədəd, qiyməti 5 (beş) manat, Nasatka-8-lik, səkkiz ədəd, qiyməti 8 (səkkiz) manat, Nasatka-10-lıq, səkkiz ədəd, qiyməti 10 (on) manat, Önlük-bir ədəd, qiyməti 20 (iyirmi) manat, Vintaçan (atvyorka)-altı ədəd, qiyməti 6 (altı) manat, Açarlar-razvadnoy iki ədəd, qiyməti 20 (iyirmi) manat, Açar-ördək burun-üç ədəd, qiyməti 15 (on beş) manat, Miksel-iki ədəd, qiyməti 10 (on) manat, Lozik-bir ədəd, qiyməti 35 (otuz beş) manat, Rezin çəkic-bir ədəd, qiyməti 5 (beş) manat, İndiqator -bir ədəd qiyməti 5 (beş) manat, Şunur soyan-qiyməti 20 (iyirmi) manat, Kəlbətin üç ədəd, qiyməti 10 (on) manat, Kusaçka üç ədəd, qiyməti 15 (on beş) manat, Mıxçıxaran-dəmir qiyməti 10 (on) manat, Orven qiyməti 13 (on üç) manat, Nasatka-alçipan üçün on ədəd 10 (on) manat, Mismar tikən qiyməti 35 (otuz beş) manat, Şalvar-köynək, alətlər çamodanı həmin alətlərinin cəmi qiyməti 2112 (iki min yüz on iki) manat dəyərində alətlər və görülmüş işlərə görə 4920 (dörd min doqquz yüz iyirmi) manat məbləğdə pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 137 (yüz otuz yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə də rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-780/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-780/2025
14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver