Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-789/2025 05.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Oba Market MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sabirabad rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 nömrəli qətnaməsi ilə İddiaçı MMC-nin iddiası təmin edilmiş, Cavabdehdan İddiaçı MMC-nin xeyrinə 21342,91 manat və ödənilmiş dövlət rüsumu kimi 30 manat, cəmi 21372,91 manat məbləğində pul tutulması qət edilmişdir. Cavabdeh Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsindən apelyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Sabirabad rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(056)-46/2022 saylı qərardadı ilə, Cavabdeh Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi haqqında vəsatətinin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. Mülki iş materialları 11 aprel 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)789/2025 saylı nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 17 aprel 2025-ci il tarixə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)789/2025 saylı, 17 aprel 2025-ci il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə baxışı 05 may 2025-ci il tarixə təyin edilmişdir. İşin apelyasiya baxışı zamanı Sabirabad Rayon Məhkəməsini tərəfindən göndərilmiş 29 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Sabirabad rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(056)-46/2022 saylı qərardadından iddiaçı Oba Market MMC tərəfindən şikayət verilmiş və şikayətə baxılması ilə əlaqədar mülki iş materiallarının Sabirabad Rayon Məhkəməsinə geri qaytarılması xahiş olunur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçı Oba Market MMC tərəfindən verilmiş şikayətə baxılması ilə əlaqədar, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)789/2025 saylı, 17 aprel 2025-ci il tarixli apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apelyasiya baxışından çıxarılmaqla Sabirabad Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)789/2025 saylı, 17 aprel 2025-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş materialları Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(106)-789/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-789/2025
05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver