Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-794/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-566/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1, İddiaçı vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 17 dekabr 2024-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı ilin iyun-iyul aylarında Cavabdeh ilə tanış olmuş və sonradan müəyyən vaxta qədər səmimi münasibətləri olmuşdur. Cavabdeh bu münasibətdən, eləcə də aralarıda olan inam və etibardan sui-istifadə edərək, bəhrələnmə yolunu tutmuşdur. Belə ki, Cavabdeh İddiaçı avtomobil və digər məqsədlərlə 2016-cı ilin dekabr ayından 2018-ci ilin mart ayınadək borc aldığı məbləğlər (iddiaçının özündə apardığı qeydlər), yəni dekabr 2016-cı ildə 2500 manat, yanvar 2017-ci ildə 1000 manat, fevral 2017-ci ildə 1000 manat, mart 2017-ci ildə 1000 manat, aprel 2017-ci ildə 8000 manat təşkil edir. Qeydlərdə aprel ayından sonrakı ödənişlər aşağıda göstərilən qəbzlərdə öz əksini tapmışdır. Cavabdeh lizinq müqaviləsi (“KİA” markalı avtomobil üçün) üzrə İddiaçı tərəfindən edilmiş ödənişlər: - xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 1000 manat, xx.xx.2017-ci il tarixdə 800 manat, xx.xx.2017-ci il tarixdə 650 manat, xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017-ci il tarixdə 815 manat, xx.xx.2017ci il tarixdə 900 manat, xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2018-ci il tarixdə 700 manat, xx.xx.2018-ci il tarixdə 530 manat təşkil edir. Həmçinin aylıq ödənişləri etmədiyinə görə avtomobil lizinq təşkilatı tərəfindən duracağa yerləşdirildiyi vaxtda İddiaçı tərəfindən 2500 manat ödəniş edilərək, avtomobil duracaqdan götürülmüşdür. İddiaçı özündə apardığı digər qeydlərdən Cavabdeh ondan aldığı borc məbləğləri (2020-2021-ci illər): - 18500 manat əvvəlki borc (bu borca yuxarıda göstərilənlər daxil deyildir), 2100 manat gömrük ödənişi (Almaniya Federativ Respublikasından alınıb-gətirilmiş avtomobil üçün), - 2000 manat (əvvəlki avtomobil üçün yuxarıda qeyd edilən ödənişlər daxil olmayan təmir və digər xərcləri əhatə edir), 1700 manat şəxsi ehtiyaclar üçün alınmış borc, 3200 manat təhsil haqqı (cəm halında), imtahan üçün alınmış borclar-500 manat, Gürcüstan Respublikasına getmək üçün alınmış borc-2200 manat, imtahan, avtomobil və şəxsi ehtiyac üçün 2175 manat, ad günləri, həkim və avtomobilə texniki xidmətlə bağlı alınmış borc- 1500 manat, cavabdehin anasının gözünün müayinəsi, əməliyyat edilməsi və s. üçün aldığı borc-1200 manat şəxsi ehtiyaclar üçün aldığı borclardır. Cavabdeh borcla aldığı mobil telefon və aksessuarlar: xx.xx.2016-cı il “Samsung A 510 Pink Gold” markalı mobil telefon-qiyməti 599 manat, xx.xx.2017-ci il “Samsung J 320 F Gold” markalı mobil telefon-qiyməti 338 manat, xx.xx.2020-ci il “İpone 11 White” markalı mobil telefonqiyməti 1949 manat, xx.xx.2020-ci il “Samsung J 320 F Black” markalı mobil telefon-qiyməti 309 manat, 2021-ci il “Samsung” markalı mobil telefon, qiyməti zəmanətlə birlikdə-1100 manat, xx.xx.2022-ci il “Samsung M 526 Black” markalı mobil telefon- qiyməti 1099 manat, xx.xx.2021-ci il “Xiaomi Poso X3” markalı mobil telefon-qiyməti 754 manat, “Apple markalı” iki ədəd saat-qiyməti 1180 manat, “Samsung” markalı saat-qiyməti 600 manat təşkil edir. Adları qeyd edilən əşyaların alınması üçün müqavilələr və ödənişlər barədə sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Borc pulun ümumi məbləğ 65898 (altmış beş min səkkiz yüz doxsan səkkiz) AZN məbləği təşkil etsə də, lakin İddiaçı bu məbləğin 40100 (qırx min yüz) AZN məbləğini tələb edir. Qeyd edilənlərə ərasən, Cavabdeh 40100 (qırx min yüz) AZN məbləğində pulun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 210 (iki yüz on) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. 29 dekabr 2023-cü il tarixdə, saat 12:00-da təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflər qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-566/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (X9) iddianın qismən təmin edilməsi, Cavabdeh 8495 (səkkiz min dörd yüz doxsan beş) AZN məbləğində pulun və 44.47 (qırx dörd, qırx yeddi) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, 2016-cı il tarixdə cavabdehlə tanış olmuş və aralarında səmimi münasibət yaranmışdır. Elə həmin vaxtdan iddiaçı tərəfindəniddia ərizəsində qeyd edilən məbləğlər iddiaçının öz arzusu ilə cavabdehin kredit borcundan ödənilmişdir. Qeyd olunduğu kimi həmin məbləğlər iddiaçının öz arzusu və razılığı ilə ödənildiyi üçün hesab edirəm ki, məhkəmə mülki işə düzgün qiymət verməmiş və AR MM-in 1091-ci maddəsi düzgün olmayaraq tətbiq edilmişdir. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-566/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsininin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən İddiaçı vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. İddiaçı tərəfindən alınan əşyalar cavabdehin istifadəsində olmuşdur. Məhkəmədə bu barədə vəsatət qaldırılsa da məhkəmə vəsatəti təmin etməmişdir. Vəsatətin verilməsinə səbəb isə iddianın mobil telefonlara aid hissəsinə dair sübutları əldə etmək imkanımız xaricində idi. Lakin, hazırda iddianın Samsung A 510 mobil telefonun (İMEYkod: **********84531) cavabdehin istifadəsində olmasını təsdiq edən xidmət qəbzini də şikayətə əlavə edirik. Belə ki, həmin mobil telefon Cavabdeh tərəfindən servisə təqdim edilmiş, təmir edilmişdir. Təmir xərcini də iddiaçı ödəmişdir. İddia ərizəsində də həmin mobil telefon iddiaçının adına alınsa da Cavabdeh alındığı və onun istifadəsində olması göstərilmişdir. Hazırda təqdim edilmiş xidmət qəbzindən də məlum olur ki, adı çəkilən mobil telefon məhz cavabdehin istifadəsində olmuşdur. Bundan başqa, məhkəmə iddia tələbinin “nisyə alğı-satqı müqavilələrinə əsasən mobil telefon və aksessuarlara görə ödənilmiş pul vəsaitinin geri qaytarılması” hissəsində hesab edir ki, BL425261 saylı,04 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi "xxxx" MMC ilə X7 arasında, digər müqavilələr-BL559237 saylı,27 mart 2021-ci il tarixli, BL675399 saylı, 18 yanvar 2022-ci il tarixli vəBL778727 saylı, 22 sentyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsi "xxxx" MMC ilə İddiaçı arasında bağlandığı, eləcə də bu müqavilələr üzrə müvafiq olaraq “borclu” şəxslər “kreditor”un xeyrinə müəyyən edilmiş məbləğdə pul ödəməli olduğu üçün İddiaçı Cavabdeh qarşı “nisyə alğı-satqı müqavilələrinə əsasən mobil telefon və aksessuarlara görə ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmənin bu mövqeyi də əsassızdır, onun bu mövqeyi ilə razılaşmaq mümkün deyildir. Birinci instansiya məhkəməsində də təqdim etdiyimiz sübutlardan da aydın olur ki, iddiaçı həqiqətən də iddiada göstərilən xərcləri çəkmişdir. Onun hərəkətlərindən bəhrələnən Cavabdeh əsassız varlanmışdır və həmin xərcləri ödəməlidir. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-566/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsininin dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayəti üzrə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-566/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsininin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini, həmçinin iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının hüquqi varislərinə, onun vəkilinə və cavabdehə məlumat verilməsinə baxmayaraq iddiaçının hüquqi varisləri, onun vəkili və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, tərəflər bu barədə məlumat verməmiş, iddiaçının hüquqi varisinin vəkili onun iştirakı olmadan işə baxılması barədə kollegiyaya ərizə ünvanlamışdır. Odur ki, kollegiya məhkəmə iclasının iddiaçının hüquqi varislərinin, onun vəkilinin və cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri həddində, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-566/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsininin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 9.4 maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini, cavabdehin qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının hesabına varlanması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını araşdırarkən aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsinə 2 saylı Əlavənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi bağlanmışdır. İş materiallarında olan TT2911728 saylı, 16 yanvar 2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-ni xeyrinə 1000 (min) AZN məbləğində lizinq ödəniş həyata keçirmişdir. İş materiallarında olan TT3387974 saylı, 27 fevral 2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 1000 (min) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT3659904 saylı, 27 mart 2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 1000 (min) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT3870122 saylı, 12 aprel 2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 800 (səkkiz yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT49547 saylı, 12 may 2017-ci il tarixli ödəniş qəbzrinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 650 (altı yüz əlli) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT603953 saylı, 30 iyun 2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 500 (beş yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT1053521 saylı, 02 avqust 2017-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 815 (səkkiz yüz on beş) AZN məbləğində lizinqi ödəniş həyata keçirmişdir. İş materiallarında olan 18810-368/17 saylı, 13 noyabr 2017-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 900 (doqquz yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirilmişdir. İş materiallarında olan TT**********182500 saylı, 18 yanvar 2018-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 500 (beş yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT**********305500 saylı, 13 fevral 2018-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 500 (beş yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT**********778500 saylı, 16 mart 2018-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 500 (beş yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT**********476700 saylı, 09 aprel 2018-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 700 (yeddi yüz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan TT**********952530 saylı, 21 may 2018-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə 530 (beş yüz otuz) AZN məbləğində lizinq ödənişi həyata keçirmişdir. İş materiallarında olan "xxxx" MMC ilə X7 arasında bağlanmış BL425261 saylı, 04 mart 2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə 1 saylı əlavənin, yəni ödəniş cədvəlinin və həmin müqaviləyə əsasən ödəniş qəbzlərinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ümumi dəyəri 2047 (iki min qırx yeddi) AZN məbləği olan əşya “alıcı-müştəri” X1, “alıcı-müştəri” X7 həmin əşyanın dəyərinə görə müxtəlif tarixlərdə “satıcı” "xxxx" MMC-nin xeyrinə pul ödənişi həyata keçirmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış BL559237 saylı, 27 mart 2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə 1 saylı əlavənin, yəni ödəniş cədvəlinin və həmin müqaviləyə əsasən ödəniş qəbzlərinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ümumi dəyəri 754 (yeddi yüz əlli dörd) AZN məbləği olan əşya “alıcı-müştəri” İddiaçı satılmış, “alıcı-müştəri” İddiaçı həmin əşyanın dəyərinə görə müxtəlif tarixlərdə “satıcı” "xxxx" MMC-nin xeyrinə pul ödənişi həyata keçirmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış BL675399 saylı, 18 yanvar 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə 1 saylı əlavənin, yəni ödəniş cədvəlinin və həmin müqaviləyə əsasən ödəniş qəbzlərinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ümumi dəyəri 1099 (min doxsan doqquz) AZN məbləği olan əşya “alıcı-müştəri” İddiaçı satılmış, “alıcı-müştəri” İddiaçı həmin əşyanın dəyərinə görə müxtəlif tarixlərdə “satıcı” "xxxx" MMC-nin xeyrinə pul ödənişi həyata keçirmişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış BL778727 saylı, 22 sentyabr 2022-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə 1 saylı əlavənin, yəni ödəniş cədvəlinin və həmin müqaviləyə əsasən ödəniş qəbzlərinin surətindən görünür ki, “satıcı” "xxxx" MMC tərəfindən ümumi dəyəri 1154.99 (min yüz əlli dörd, doxsan doqquz) AZN məbləği olan əşya “alıcı-müştəri” İddiaçı satılmış, “alıcı-müştəri” İddiaçı həmin əşyanın dəyərinə görə müxtəlif tarixlərdə “satıcı” "xxxx" MMC-nin xeyrinə pul ödənişi həyata keçirmişdir. İş materiallarında olan ********** saylı, 22 avqust 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 211 (iki yüz on bir) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında yaranan hüququ münasibətinin mahiyyətindən müəyyən olunur ki, iddiaçının cavabdehlə şəxsi münasibətləri olmuş, həmin dövrdə cavabdehə müəyyən əmlaklar almış və ya pullar vermiş, münasibətləri pozulduqdan sonra isə iddiaçı hesab etmişdir ki, cavabdeh aralarında olan inam və etibardan sui-istifadə edərək, bəhrələnmə yolunu tutmuşdur. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 14.2.7, 1091.1 və 1091.2-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası tərəflərin iddia tələbinin faktiki halları ilə bağlı göstərdiklərinin müxtəlifliyini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, məhkəmənin hüquqi mövqeyinin daha aydın başa düşülməsi üçün mübahisənin aşağıdakı hal üzrə araşdırılması məqsədəmüvafiqdir: Tərəflərin iddia tələbinin əsası kimi göstərdiyi hallar, etirazlar, onların sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi (tələbin maddi hüquqi əsası): İddiaçının iddia tələbini mahiyyətindən müəyyən edilir ki, 2016-cı ilin iyun-iyul aylarında Cavabdeh ilə tanış olmuş və sonradan müəyyən vaxta qədər səmimi münasibətləri olmuşdur. Cavabdeh bu münasibətdən, eləcə də aralarıda olan inam və etibardan sui-istifadə edərək, bəhrələnmə yolunu tutmuşdur. Buna görə də iddiaçı cavabdehdən KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə onun əvəzinə həyata keçirilmiş lizinq ödənişlərini, nisyə alğı-satqı müqavilələrinə əsasən mobil telefon və aksessuarlara görə pul ödənişlərini, həmçinin avtomobilin duracaqdan çıxarılmasına, Almaniya Federativ Respublikasından avtomobil gətirilməsinə, avtomobilin təmirinə (avtombil ilə bağlı digər xərclər...), Gürcüstan Respublikasına getməsinə, təhsil haqqına (imtahan və s.), həkim müayinəsinə, müalicəsinə və cərrahiyyə əməliyyatına və eləcə də, Cavabdeh digər şəxsi ehtiyaclarına görə pul ödənişlərini cavabdehdən geri tələb etmişdir. İddiaçı hesab etmişdir ki, borc pulun ümumi məbləğ 65898 (altmış beş min səkkiz yüz doxsan səkkiz) AZN məbləği təşkil etsə də, bu məbləğin 40100 (qırx min yüz) AZN məbləğini tələb edir. Qeyd edilənlərə ərasən, Cavabdeh 40100 (qırx min yüz) AZN məbləğində pulun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 210 (iki yüz on) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Türkiyə Respublikasında olduğundan məhkəmə iclaslarında iştirak etməmişdir. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası MPM-in 10-2.1.1-ci maddəsinə əsasən (işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən onların məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda məhkəmə məhkəmə icraatını işdə iştirak edən şəxsin məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər) Cavabdeh izahatını almış və onun iddiaya münasibətini dinləmişdir. Cavabdeh iddiaya münasibətindən aydın olmuşdur ki, İddiaçı ilə münasibətləri 2015-ci ilin sonlarında yaranmışdır. Onlar arasında səmimi münasibət olmuş, aralarında faktiki nikah olmasa da ər-arvad münasibətində olmuşlar. İddiaçı ilə mütəmadi şəkildə görüşmüşdür. İddiaçının qeyd etdiyi nəqliyyat vasitəsini özü almış, daha sonra iddiaçı aralarında olan münasibətə əsasən jest edərək ödənişləri özü etmişdir. İddiaçının oğlunun da az-çox bu münasibətdən xəbəri olmuşdur. Lakin iddiaçının qızı bu münasibəti istəmədiyindən araları pozulmuşdur. Kollegiya qeyd edir ki, tərəflər arasında rəsmi nikah olmasa da ər-arvad münasibətlərinin olması, onların münasibətlərinin 2015-2018-ci illəri əhatə etməsi, həmin müddət ərzində iddiaçı tərəfindən cavabdehə bir çox əşyaların alınması və ya müəyyən məbləğdə pulların verilməsi işin mübahisəsiz halını təşkil edir. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi əsası kimi mövcud hüquqi münasibətini tərəflər arasından borc münasibəti kimi qəbul edərək əsassız varlanma ilə bağlı normalra istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsi əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “əsassız varlanma” təşkil edir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsası qanundan irəli gəlməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşamayaraq aşağıdakıları qeyd edir. Əvvəla qeyd olunmalıdır ki, məhkəməyə verilmiş hər bir tələb üzrə kimin, kimdən nə və nəyin əsasında tələb etdiyini ilk öncə müəyyən etməlidir. Bu isə onu deməyə əsas verir ki, mübahisə açan tərəfin hazırkı işdə iddiaçının cavabdehin adına verilmiş lizinq müqaviləsi üzrə ödənişlərə kömək etməsi, həmçinin müxtəlif vaxtlarda vermiş olduğu pul məbləğinin iddia etdiyi kimi borc pul olması ilə əlaqədar məhkəməyə sübutlar təqdim etməli, təqdim olunan sübutlar isə işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olmalıdır. İkincisi birinci instansiya məhkəməsinin yeganə sübut kimi iş materiallarında olan Cavabdeh KİA-368 saylı, 12 dekabr 2015-ci il tarixli lizinq müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə ödəmiş olduğu ödəniş qəbzlərinə və iddiaçının izahatına istinad edərək tərəflər arasında borc münasibətinə və sonundan cavabdehin iddiaçının hesabına əsassız varlandığı, lizinq müqaviləsi üzrə həyata keçirilmiş ödənişləri geri qaytarılması qənaətinə gəlməsi haqlı hesab oluna bilməz. Çünki iddiaçı öz iddiasında və cavabdehin nümayəndəsinin və vəkilinin məhkəmə araşdırması zamanı verdiyi suallardan da, müəyyən olunur ki, “iddiaçının iddiasında göstərdiyi cavabdehlə səmimi münasibətinin yaranmasından sonra cavabdeh ondan inam və etibardan sui-istifadə edərək bəhrələnmə yolunu tutması”nı bildirməsinə baxmayaraq əslində tərəflərin faktiki ər-arvad kimi yaşamaları işin mübahisəsiz halını təşkil etməklə onların arasında hər hansı borc münasibətinin olmaması təşkil edir. Halbuki birinci instansiya məhkəməsi bu halı diqqətdən kənarda saxlamışdır. Üçüncüsü, məhkəmə nəzərə almamışdır ki, iddiaçının iddia irəli sürmək onun dispozitiv hüququ olduğundan öz məqsədinə nail olmaq üçün istənilən prosessual vasitələrdən istifadə edə bilər. Lakin bu ona əsas vermir ki, məhkəmə yalnız iddiaçının izahatına söykənərək qərar qəbul etsin. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlara cavabdehin münasibəti öyrənilməli və təqdim olunmuş (işin faktiki hallarına) sübutlara tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün hüquqi qiymət verilməlidir. Dördüncüsü, işin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçı ilə faktiki ər-arvad münasibətində olmuş, sonradan aralarında mübahisə yaranması səbəbindən ayrılmışlar. Odur ki, 2016-2017-ci illərdə borc verdiyini iddia edən iddiaçının iddianı keçmiş faktiki ər-arvad münasibətində olduğu Cavabdeh qarşı yönəldib, aralarında olan faktiki ər-arvad kimi yaşamaları barəsində işin hallarını məhkəməyə bildirməməsi təbiidir. Məhz bu və digər əsasları qarşılıqlı təhlil edən məhkəmə kollegiyasında iddiaçının borcla bağlı göstərdiyi hallara – faktiki ər-arvad olduğu halda xərclədiyi iddia olunan pul vəsaitinin Cavabdeh səmi münasibətdə olduğu şəxs olaraq borc verməsi və.s – inamsızlıq yaradır. Baxmayaraq ki, birinci instansiya məhkəməsi, işin faktiki hallarının tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının səhv təvsir və tətbiq etməklə iddianı qismən təmin etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bütün bunları nəzərə alan məhkəmə kollegiyası birmənalı olaraq qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, hazırki mübahisəyə Mülki Məcəllənin 1091-ci maddələrini tətbiq edərkən səhvə yol vermişdir. Belə ki, Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarının mahiyyətindən görünür ki, cavabdeh qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçıya məxsus əmlak hesabına, yəni qaytarılması gözlənilən və müəyyən məqsədə verilən pul vəsaitini qaytarmayaraq əsassız varlanmalı və bundan sonra iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını, yeni cavabdeh tərəfindən qaytarılmayan əmlakı geri tələb etməlidir. Ümumiyyətlə varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Lakin hazırkı işin faktiki hallarından, iddiaçının iddia tələbindən və cavabdehin apelyasiya icraatı zamanı verdiyi izahatdan da görünür ki, iddiaçı tərəfindən cavabdehə alınmış əmlaklar və verilmiş pul vəsaitləri onların qeyri rəsmi nikah münasibətində olduğu dövrlərə təsadüf etmişdir. İddiaçı öz iddia tələbində də bunu təsdiq edərək aralarında yaxın münasibət olduğunu göstərmişdir. Cavabdeh verdiyi izahatında da onların mütəmadi şəkildə ər-arvad kimi yaşadıqlarını təsdiq etmiş, hətta birlikdə fotoşəkillərini də istifadəsində olan +**********27 saylı nömrə vasitəsi ilə nümayəndəsi Vəkil1 Votsap nömrəsinə göndərmiş, nümayəndə də həmin şəkilləri kollegiya təqdim etmişdir. Qeyd edilən fotoşəkillərdən də görünür ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər faktiki ailə münasibətləri olmuşdur. Hətta cavabdeh izahatında iddiaçının mübahisələndirdiyi nəqliyyat vasitəsini də onunla birlikdə 2019-cu ildə satdıqlarını, aralarında avtomobilin satılmaya qədər və satılmadan sonra borcla bağlı hər hansı sövdələşmə olmamış, əksinə həmin nəqliyyat vasitəsindən ailə kimi zəruri ehtiyaclarının təmin edilməsi ilə əlaqədar istifadə etmiş, avtomaşının satılmasından sonra keçən beş il ərzində ona qarşı hər hansı iddia tələbi irəli sürməməsi, yalnız aralarında münasibətin pisləməsi və ayrlmasından sonra hazırki iddianı qaldırması ona dəlalət edir ki, iddiaçının iddia etdiyi kimi cavabdehələ hər hansı borc münasibəti olmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə verilmiş əmlaklar, həmçinin pul vəsaitləri həm onların münasibətləri olduğu dövrdə, həm də iddiaçının iradəsi daxilində verilmişdir. Belə olan halda tərəflər arasında olan mövcud hüquq münasibəti əsassız verlanma deyil, əksinə bağışlama müqaviləsinin şərtləri ilə bağlı olduğundan iddia ələbinin maddi hüquqi əsası kimi iddiaçı cavabdehlə ər-arvad münasibətinə əsaslanaraq lizinq müqaviləsindən irəli gələn aylıq ödənişlərin bir hissəsini ödəməsi ərin arvada hədiyyəsi kimi qəbul edilməli, verilmiş hədiyyənin isə cavab xidməti ilə şərtləndirilmədiyindən geri qaytarılmasının yol verilən olmaması kimi qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Göründüyü kimi istər Mülki Məcəllənin istər 666.1-ci maddəsi istərsə də 1091-ci maddəsində qanunverici baş vermiş hüquq münasibətinin nəticəsində qarşı tərəfin varlanmasını-zənginləşməsini hüquqi nəticənin yaranması üçün əsas götürür. Lakin bağışlamadan fərqli olaraq əsassız varlanmada qarşı tərəfin varlanması üçün heç bir qanuni əsasın və müqavilə əsasının olmaması zəruridir. Bağışlama müqaviləsində isə bağışlanma zamanı əmlakı hədiyyə edən tərəfin iradə ifadəsi ön plana çəkilməklə həmi iradə ifadəsi qarşı tərəfin zənginləşməsi üçün əsas təşkil edir, yəni əmlakı bağışlayan tərəf digər tərəfə əmlakı könüllü şəkildə verir və anlayır ki əmlakı əldə edən həmin əmlak hesabına zənginləşir. Məhz elə bu da əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü olan iradə ifadəsini və iradənin yönəldiyi hüquqi nəticəni (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) özündə ehtiva edir. Ona görə də kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə onların faktiki ər-arvad münasibətləri olduğu dövrdə verilmiş əmlaklar və ya pul vəsaitləri məhz onlar arasında olan faktiki ər-arvad münasibətlərdən irəli gəlmiş, iddiaçı həmin yaxın münasibətlər əsasında könüllü şəkildə cavabdehə əmlaklar bağışlamış və həmin bağışlamanın nəticəsində zənginləşən cavabdehin varlanmasının əsasını da bağışlama müqaviləsi nəticəsində hədiyyə şəklində qəbul etdiyi əmlaklar təşkil etmişdir. Mübahisəni həll edən birinci instansiya məhkəməsi irəli sürülmüş iddia tələb(lər)inin borc münasibəti yaxud əsassız varlanmanı tənzimləyən maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığı halda iddianı qismən təmin etmiş, cavabdehin etiraz və müdafiə vasitələrini, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun müəyyən etməmiş, yuxarıda qeyd olunan halları əsassız varlanma kimi qəbul etmiş, maddi hüquq normalarını səhv təvsir və tətbiq etmişdir. Məhkəmə kollegiyası iddiaçının cavabdehə qarşı iddia tələbinin digər hissəsi yəni, lizinqdə olan avtomobilə görə aylıq ödənişləri etmədiyinə görə avtomobil lizinq təşkilatı tərəfindən duracağa yerləşdirildiyi vaxtda iddiaçı tərəfindən 2500 manat ödəniş edilərək, avtomobil duracaqdan götürülməsi, Cavabdeh ondan aldığı borc məbləğləri (2020-2021-ci illər): - 18500 manat əvvəlki borc (bu borca yuxarıda göstərilənlər daxil deyildir), 2100 manat gömrük ödənişi (Almaniya Federativ Respublikasından alınıb-gətirilmiş avtomobil üçün), - 2000 manat (əvvəlki avtomobil üçün yuxarıda qeyd edilən ödənişlər daxil olmayan təmir və digər xərcləri əhatə edir), 1700 manat şəxsi ehtiyaclar üçün alınmış borc, 3200 manat təhsil haqqı (cəm halında), imtahan üçün alınmış borclar-500 manat, Gürcüstan Respublikasına getmək üçün alınmış borc-2200 manat, imtahan, avtomobil və şəxsi ehtiyac üçün 2175 manat, ad günləri, həkim və avtomobilə texniki xidmətlə bağlı alınmış borc- 1500 manat, cavabdehin anasının gözünün müayinəsi, əməliyyat edilməsi və s. üçün aldığı borc-1200 manat şəxsi ehtiyaclar üçün aldığı borclar, Cavabdeh borcla aldığı mobil telefon və aksessuarlar: xx.xx.2016-cı il “Samsung A 510 Pink Gold” markalı mobil telefon-qiyməti 599 manat, xx.xx.2017-ci il “Samsung J 320 F Gold” markalı mobil telefon-qiyməti 338 manat, xx.xx.2020-ci il “İpone 11 White” markalı mobil telefon-qiyməti 1949 manat, xx.xx.2020-ci il “Samsung J 320 F Black” markalı mobil telefon-qiyməti 309 manat, 2021-ci il “Samsung” markalı mobil telefon, qiyməti zəmanətlə birlikdə-1100 manat, xx.xx.2022-ci il “Samsung M 526 Black” markalı mobil telefonqiyməti 1099 manat, xx.xx.2021-ci il “Xiaomi Poso X3” markalı mobil telefon-qiyməti 754 manat, “Apple markalı” iki ədəd saat-qiyməti 1180 manat, “Samsung” markalı saat-qiyməti 600 manat məbləğində pul vəsaitlərinin borc olaraq cavabdehə verməsi barədə iş materialllarında hər hansı sübut olmadığından iddianı bu hissədə də, əsaslı hesab etmir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apellyasiya icraatında iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizə ilə bağlı kollegiya qeyd edir ki, əvvəla məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə birinci inistansiya məhkəməsi tərəfindən işə baxılarkən təqdim edilməmiş, apellyasiya icraatı zamanı təqdim edilmişdir. Halbuki cavabdeh tərəf olaraq Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 birinci instansiya icraatı zamanı məhkəmə iclasından məlumatlı olmuş, hətta məhkəmə iclasında iştirak etmiş, lakin prosessual qanunvericiliyin ona verdiyi imkandan (iddia müddətinin tətbiqi barədə ərizə verməmişdir) istifadə etməmişdir. Bu imkandan istifadə etməmə, onun apellysiya icraatı zamanı iddia müddətinin tətbiqi barədə ərizə verməsinə əsas verə bilməz. İkincisi iddia tələbi əsassız olduğuna görə təmin edilmədiyi üçün müddətin ötürülməsi əsası ilə iddianın rədd edilməsi öz hüquqi əhəmiyyətini itirmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-566/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 386, 387, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı (hüquqi varisləri X8, X2, X6)vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-566/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı (hüquqi varisləri X8, X2, X6) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 210 (iki yüz on) AZN məbləğində dövlət rüsumu iddiaçının hüquqi varisləri X8, X2 və X3 aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-794/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-794/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver