Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-798/2023 17.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “12239,19 ABŞ dolları məbləğində borc” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)1738/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün prosessual əsasların olmasını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ACS-nin xeyrinə 2008-ci il 24 iyul tarixli kredit müqaviləsi üzrə 4999,99 ABŞ dolları əsas borcun, 3478,79 ABŞ dolları gecikdirilmiş faiz borcunun, 3760,41 ABŞ dolları cərimənin, cəmi 12239,19 ABŞ dolları pulun milli manat ekvivalentində və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)1738/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Abbaslı) iddianın təmin edilməsi, Cavabdeh ödənilən zaman Azərbaycan manatı məzənnəsinə uyğun olaraq 4999,99 ABŞ dolları məbləğində əsas borc, 3478,79 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu, 3760,41 ABŞ dolları məbləğində cərimə, cəmi 12239,19 ABŞ dolları (on iki min iki yüz otuz doqquz dollar on doqquz sent) məbləğində borc tutularaq İddiaçı ASC-yə verilməsi, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyü yoxlayır. Burada işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. İş materiallarından müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)1738/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsi 03 dekabr 2012-ci il tarixli məktubla (səh.38) Cavabdeh göndərilmiş, lakin iş materiallarında qətnamənin Cavabdeh rəsmi qaydada çatmasını təsdiq edən xəbərnamə və digər sənəd əlavə edilməmişdir. Eyni zamanda 08 yanvar 2013-cü il tarixli məktubla (səh.40) Lənkəran Rayon Məhkəməsinin 2(049)1738/2012 saylı, 08 yanvar 2013-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Lənkəran rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə 03 mart 2023 cü il tarixdə, yəni qətnamə Cavabdeh göndərildikdən 10 il 3 ay sonra Lənkəran rayon Məhkəməsainə daxil olmuşdur. MPM-nin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göründüyü kimi Lənkəran Rayon Məhkəməsinin 2(049)1738/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və bundan sonra icraya yönəldilmişdir. Çünki, MPM-nin 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər,üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Prosessual hüquq normalarının mənasından da göründüyü kimi, yalnız qanuni qüvvəyə minməmiş qətnamələr və qərardadlardan verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkündür. Hazırkı işdə isə qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmiş birinci instansiya məhkəməsi isə buraxılmış müddətin bərpası barədə ərizəni təmin etmədən apellyasiya şikayətini qəbul edərək 30 mart 2023-cü il tarixli məktubla apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə nəzərə almamışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)1738/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsi 03 dekabr 2012-ci il tarixli məktubla (səh.38) Cavabdeh göndərilmiş, eyni zamanda qətnamə qanuni qüvvəsini aldıqdan sonra 08 yanvar 2013-cü il tarixli icra sənədi verilmiş və Lənkəran Rayon Məhkəməsinin 2(049)1738/2012 saylı, 08 yanvar 2013-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Lənkəran rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və Lənkəran İcra və Probasiya şöbəsinin 11 yanvar 2013-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və borclu Cavabdeh icranın könüllü icrası təklif olunmuş, əks təqdirdə icranın məcburi qaydada həyata keçirilməsi göstərilmişdir. Ötən 10 il ərzində icra sənədi icra olunmamış vəziyyətdə qala bilməzdi. Çünki icra haqqında qanuna əsasən məhkəmənin qəbul etdiyi qətnamə əsasında verilmiş icra sənədi 2 ay müddətində icra olunaraq nəticəsi barədə məhkəməyə məlumat verilməli idi. Lakin iş materiallarında icraata başlamaq haqqında qərardan sonra görülmüş icra tədbirləri barədə hər hansı bir məlumat mövcud deyil. Bütün bunlar əsas verirdi ki, məhkəmə cavabdehin mübahisələndirdiyi qətnamənin icra olunub-olunmamasını, icra ilə bağlı hansı tədbirlərin görülməsi barədə araşdırma aparsın. Bunun üçün isə, icra sənədi və onunla bağlı toplanmış sübutlar tələb olunmalı, yalnız bundan sonra cavabdehin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətə qiymət verilməsi mümkün ola bilərdi. Bu isə ona dəlalət edir ki, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)1738/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasənapellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)1738/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 233; 234; 357; 360-cı maddəsinin tələbinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə ondan Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-798/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-798/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver