Məhkəmə qərarları › İş №2(106)-802/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-802/2025

12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-802/2025 12.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Avtomobil X12, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Astara rayon Ərçivan qəsəbə İnzibati ərazi dairəsi və Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı təbii fəlakət nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-46/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Avtomobil X7 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 may 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Avtomobil X12, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Astara rayon Ərçivan qəsəbə İnzibati ərazi dairəsi və Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Avtomobil X12, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Astara rayon Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi və Astara rayon Ərçivan Bələdiyyəsindən müştərək qaydada onlara dəymiş 2150 (iki min əlli) manat və ödənilmiş 42 (qırx iki) manat pul vəsaitinin alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstəmişlər ki, 2001-ci il buraxılışlı "Mercedes-Benz" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 xüsusi mülkiyyətindədir. Həmin avtomobil etibarnamə əsasında o idarə edirəm. 17 noyabr 2023-cü il tarixdə, saat 10 rədələrində onun idarə etdiyi "Mercedes-Benz" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Astara rayonun Ərçivan qəsəbəsində hərəkətdə olarkən qəflətən iri gövdəli ağac aşaraq avtomobilin qarşısına düşmüş, nəticədə avtomobilə ciddi ziyan dəymişdir. Hadisə yerinə polis əməkdaşları gələrək 92 nömrəli arayış tərtib etmiş, həmçinin hadisə yerində foto şəkillər çəkmişlər. Əgər aşmış ağaca vaxtında nəzarət olunsaydı belə hadisə baş verməzdi. Belə ki, "X10" Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Azərbaycan Avtomobil Yolları X2 3.1.10-cu bəndinə əsasən Agentlik bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında xüsusi istifadə rejimi təmin edilməsi vəzifəsini yerinə yetirir. Cavabdehlər Azərbaycan Avtomobil X12, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Astara rayon Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi və Astara rayon Ərçivan Bələdiyyəsindən müştərək qaydada onlara dəymiş 2150 (iki min əlli) manat və ödənilmiş 42 (qırx iki) manatın alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı1 iddialarını müdafiə edərək, iddialarının təmin edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı2 iddialarını müdafiə edərək, iddialarının təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Avtomobil X7 nümayəndəsi Nümayəndə Bəxtiyar oğlu xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı1 və İddiaçı2 cavabdeh X4 Dövlət Agentliyinə və digərlərinə qarşı dəymiş zərərin ödənilməsi barədə mülki iş üzrə cavabdeh qismində "xxxx" MMC-nin əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)-46/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: İlqar Məmmədov), iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Avtomobil X6 dəymiş ziyana görə 1640 (min altı yüz qırx) manat dəymiş zərər və dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat məbləğdə pul vəsaitinin alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, cavabdeh Azərbaycan Respublikası Avtomobil X6 100 (yüz) manat ekspertiza xərcinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Avtomobil X7 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Azərbaycan Respublikası Avtomobil X7 nümayəndəsi Nümayəndə Astara Rayon Məhkəməsinin 2(018)- 46/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Avtomobil X7 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin 2(018)-46/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin 2(018)-46/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materialında olan xx.xx.2023-cü il tarixli Astara rayon Polis Şöbəsinin sənədindən görünür ki, İddiaçı2 xx.xx.2023-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbə yolunda etibarnamə ilə idarə etdiyi Mersedes markalı, 90BM768 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun ehtiyyat hissəsində yerləşən 1 (bir) ədəd palıd ağacı güclü küləyin təsirindən avtomobilin ön hissəsinə aşmışdır. Baş vermiş təbii fəlakət zamanı müəyyən olunmuşdur ki, baş vermiş hadisədə inzibati xəta tərkibi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4280 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "X8 VÖEN: **********" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı "Mercedes-Benz" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1640 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti- 1090 manat, təmir-bərpa işlərinin qiyməti- 550 manat təşkil edir. İş materialında olan xx.xx.2023-cü il tarixli 077909 nömrəli aktdan görünür ki, İddiaçı2 məxsus “90BM768” qeydiyyat nişanlı “Mersedes Benz E220” minik markalı avtomobilə baxış keçirilmiş və 2150 (iki min yüz əlli) manat dəyərində ziyan müəyyən edilmişdir. İş materialında olan 92 nömrəli arayışdan görünür ki, Astara rayonu Ərçivan qəsəbəsində təbii fəlakət nəticəsində iri gövdəli ağacın aşması nəticəsində İddiaçı2 məxsus “90BM768” qeydiyyat nişanlı “Mersedes Benz E220” minik markalı avtomobildə qeyd edilən əzintilər yaranmışdır. İş materialında olan BD376521 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2001-ci il istehsal tarixli “90BM768” qeydiyyat nişanlı “Mersedes Benz E220” minik markalı avtomobil İddiaçı1 məxsusdur. İş materialında olan ƏN-Vİ 505831 seriya və nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə sənədinin surətindən görünür ki, İddiaçı1 2001-ci il istehsal tarixli “90BM768” qeydiyyat nişanlı “Mersedes Benz E220” minik markalı avtomobili idarə etmək hüququnu xx.xx.2027-ci il tarixədək İddiaçı2 etibar etmişdir. İş materialında olan AF104148 seriya və nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 B kateqoriyası üzrə sürücülük hüququna sahibdir. İş materialında olan Astara RİHB-nın Səncərədi kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 1350 nömrəli arayışından görünür ki, İddiaçı2 Astara rayonu Alaşa kəndində yaşayır. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. İş materialında olan AR-İİİ 460277 seriya və nömrəli etibarnamə sənədindən görünür ki, İddiaçı1 etibarnamədə göstərilən hüquqlarını xx.xx.2025-ci il tarixədək İddiaçı2 etibar etmişdir. İş materialında olan mədaxil qəbzindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəməyə iddia verilməsi üçün 42 (qırx iki) manat məbləğdə dövlət rüsumu üçün ödənilmişdir. Yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının qanununun 13.4-cü maddəsinə görə, yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, məhz mülkiyyətində olan yaşıllıqların mövcud olan mülkiyyət sahibləri yaşıllıqların götürülməsi ilə əlaqədar müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir. Hazırkı işin hallarından görünür ki, hadisənin baş verdiyi Astara rayonu Ərçivan qəsəbəsindən keçən yol dövlət mülkiyyətinə aid olmaqla həmin yolda təhlükəsizliyin təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Avtomobil X7 üzərinə düşür. X10 Azərbaycan Respublikasının qanununun 15-1-ci maddəsinə görə, avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Azərbaycan Avtomobil X7 Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.10-cu bəndinə görə, avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında xüsusi istifadə rejimini təmin edir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 3.0.50-ci bəninə əsasən, aidiyyəti qurumlarla birlikdə ekoloji təhlükəsizliyi təmin etmək, təbii ekoloji sistemlərə təsərrüfat fəaliyyəti və digər fəaliyyət nəticəsində dəyə biləcək zərərin qarşısını almaq üçün tədbirlər görmək Nazirliyin vəzifələrindəndir. Kollegiya qeyd edir ki, xx.xx.2023-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbə yolunda İddiaçı2 etibarnamə əsasında idarə etdiyi İddiaçı1 məxsus "Mercedes-Benz" markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman qəflətən iri gövdəli ağacı aşaraq avtomobilin üzərinə düşməsi nəticəsində avtomaşına 1640 (min altı yüz qırx) manat zərər dəyməsi işin mübahisəsiz halıdır. Qeyd edilən zərərin miqdarı xx.xx.2024-cü il tarixli 9/4280 nömrəli ekspert rəyi ilə də müəyyən edilmişdir. İddiaçının zərərə məruz qalmasına səbəb isə hadisənin baş verdiyi Astara rayonu Ərçivan qəsəbəsindən keçən yolun təhlükəsizliyin təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Avtomobil X11 aid olduğu halda, həmin təhlükəsizlik tədbirləri, vaxtında yerinə yetirilmədiyi üçün iddiaçılar zərərə məruz qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “cavabdeh Azərbaycan Respublikası Avtomobil X6 dəymiş ziyana görə 1640 (min altı yüz qırx) manat dəymiş zərər və dövlət rüsumu üçün ödənilmiş 42 (qırx iki) manat məbləğdə pul vəsaiti alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin.” qənaətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh Azərbaycan Respublikası Avtomobil X7 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Astara Rayon Məhkəməsinin 2(018)-46/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası X1rşı qarşı iddia tələbi qiymətləndirilən iddia olduğundan və tələb olunan iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Avtomobil X7 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 2(018)-46/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar