Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-805/2025 21.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Bəşirzadə Turac Fəyyaz qızının katibliyi, İddiaçı Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “ziyan” tələbinə dair iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-377/2025 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi İşin halları İddiaçı cavabdeh X3 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 ona vurduğu maddi ziyana görə 5950 manat və ödənilmiş dövlət rüsumuna görə 79.50 manat, cəmi 6029.50 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu ərazisində idarə etdiyi Nissan Suny markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən X4 idarə etdiyi Lifan LF 7132/2 320 markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə ona avtomobilinin arxa hissəsinə çırpılmış və nəticədə avtomobillər yararsız hala düşmüşdür. Cavabdeh Nadir Zamanlı yol-nəqliyyat hadisəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 5950 manat məbləğində maddi ziyan dəymişdir. Maddi ziyan avtoservisdə qiymətləndirilmiş və bütün xərclər hesablanmışdır. Dəymiş ziyan cavabdehin təqsiri ucbatından yaranmış, buna görə də onun tərəfindən ödənilməlidir. Lakin cavabdeh dəymiş ziyanı ödəmək istəmir. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Tələbini təsdiq edən sübutlar cinayət işinin başlanmasının rədd olunması qərarı, məhkəmənin qərarı və ziyanla bağlı arayışdır. Həmin sübutları əlavə etmişdir. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-377/2025 saylı qətnaməsi ilə (Hakim Z.Zeynalov) iddia təmin edilmiş, X1 5950 manat məbləğində ziyan pulu və 79.50 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 əməlində Azərbaycan Respublikası CM-nin hər hansı bir maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 01 noyabr 2024-cü il tarilxi, 3(073)-918/2024 saylı qərarından görünür ki, inzibati xəta törətmiş şəxs X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 800 manat məbləğində cərimə edilmişdir. “Avtoservis”in xx.xx.2024-cü il tarixli arayışından görünür ki, "Nissan Sunny" minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 5950 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, cavabdehin təqsirindən 28 sentyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Nissan Sunny” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5950 manat məbləğində zərər dəymiş, dəymiş zərər iddiaçıya ödənilməmiş, iddiaçı məcbur olub hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 79.50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh X1 5950 manat ziyan və 79.50 manat ödənilmiş dövlət rüsumu məbləğində pul alınaraq İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 1096, 1097.1, 1108.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsi məhkəmə iclaslarında iştirakını təmin etməməklə, onun iddiaya qarşı münasibət bildirməyinə, vəsatətlər verməyinə şərait yaratmamış, iştirakı olmadan üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul etmiş, onu iddiaçıya münasibətdə açıq-aşkar əlverişsiz vəziyyətə salmış, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərini pozmuş, iddiаçının ziyаnlа bаğlı kоnkrеt və mötəbər sübutlаr təqdim еdə bilməməsini, iddiaçıya məxsus avtomobilin arxa hissəsi zədələnməklə ziyanın göstərilən məbləğdə olmasının mümkünsüzlüyünü, avtoservisin arayışının reallığa uyğun olmamasını, аvtоmоbilin istehsal vaxtından 20 ilə yaxın müddət keçməklə аşınmаnı nəzərə аlmаmış, sübutlаrа düzgün qiymət vеrməmişdir. Birinci instаnsiyа məhkəməsi iddiаçının tələb еtdiyi dəyərdə ziyаnа məruz qаlmаsı bаrədə sübut təqdim еdə bilməməsini nəzərə аlmаmış, həmin хüsusаtа düzgün qiymət vеrməmişdir. Həmçinin birinci instаnsiyа məhkəməsi yаlnız iddiаçının təqdim еtdiyi аvtоsеrvisin xx.xx.2024-cü il tаriхli аrаyışına istinad etmiş, lakin iddiaçının həqiqətən göstərdiyi hissələri, göstərdiyi qiymətə аlmаsı və təmirlə bаğlı ustаlаrа göstərdiyi məbləğdə ödəniş еtməsinə dаir hеç bir sənəd təqdim еtməməsini, iddiaçıya məxsus avtomobilin arxa hissəsinin zədələnməsini, həmin hissənin isə tələb olunan dəyərə uyğun olmamasını nəzərə аlmаmış, bu xüsusatlara qiymət vеrməmişdir. İddiаçının tələbinin əsаsını оnа məхsus оlаn аvtоmоbilə ziyаn dəyməsi təşkil еdir. Lаkin ziyаnın məbləğinə dаir iş mаtеriаllаrındа avtoservisin reallığa uyğun olmayan arayışından başqa heç bir sənəd yoxdur. Qeyd olunan avtomobilin hadisə nəticəsində hansı hissələrinin zədələnməsi, qеyd оlunаn hissələrin dəyərinin nə qədər оlmаsı və həmin hissələrin bərpа еdilməsi (dəyişdirilməsi) ilə bаğlı хərcin (zəhmət hаqqı) nə qədər оlmаsını аydınlаşdırmаq üçün birinci instаnsiyа məhkəməsi iş üzrə məhkəmə əmtəəşünаslıq еkspеrtizаsı təyin etməli olduğu halda, bunu etməmişdir. Hаlbuki Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 97.1-ci mаddəsinə əsаsən işə bахılаrkən хüsusi bilik tələb оlunаn suаllаrı izаh еtmək üçün məhkəmə işdə iştirаk еdən şəхsin vəsаtəti və yа öz təşəbbüsü ilə еkspеrtizа təyin еdə bilər. Lаkin məhkəmə müvafiq ekspertiza təyin etmədən və еkspеrtin rəyini əldə еtmədən iş üzrə nəticəyə gəlməklə qеyd оlunаn prоsеssuаl hüquq nоrmаsının tələblərini pоzmuşdur. Ona görə də Masallı Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(050)-377/2025 saylı qətnаməsinin ləğv еdiməsini, iş üzrə ədalətli qətnamə çıxarılmasını хаhiş еtmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahat verərək bildirmişdir ki, qiymətləndirmə rəyi ilə razıdır. Birinci instansiya məhkəməsi heç bir ekspertiza keçirmədən ondan şişirdilmiş məbləğdə pul tutmuşdur. Halbuki, o avtomobili ustalara göstərib təmir xərcini soruşanda xeyli az məbləğ demişdilər. Həmçinin birinci instansiya məhkəməsində onun iştirakı təmin edilməmişdir. Məhkəmə iclası barədə məlumatlı olmamışdır. Hal-hazırda rəydə nəzərdə tutulmuş məbləği tam ödəmək iqtidarında deyil. Özü üçüncü qrup əlildir və başqa öhdəlikləri də var. İcra mərhələsində hissə-hissə ödəyə bilər. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, hal-hazırda ehtiyacı olduğu halda avtomobilindən istifadə edə bilmir. Maşını 2007-ci ilin maşınıdır. Bu hadisəyə kimi avtomobili heç bir zədə almamışdır. Qiymətləndirmə rəyindən görünür ki, avtomobilinə dəymiş zərər aşınma, köhnəlmə faizi ilə hesablanmışdır. Qiymətləndirmə rəyindən narazı olmağına baxmayaraq dəymiş zərərə görə müəyyənləşdirilmiş məbləğin ona ödənilməsi ilə razıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1-ci mаddəsinə əsаsən işə bахılаrkən хüsusi bilik tələb оlunаn suаllаrı izаh еtmək üçün məhkəmə işdə iştirаk еdən şəхsin vəsаtəti və yа öz təşəbbüsü ilə еkspеrtizа təyin еdə bilər. 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-377/2025 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-377/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-377/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı cavabdeh X3 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 ona vurduğu maddi ziyana görə 5950 manat və ödənilmiş dövlət rüsumuna görə 79.50 manat, cəmi 6029.50 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin təqsirindən 28 sentyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Nissan Sunny” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5950 manat məbləğində zərər dəymiş, dəymiş zərər iddiaçıya ödənilməmiş, iddiaçı məcbur olub hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh X1 5950 manat ziyan və 79.50 manat ödənilmiş dövlət rüsumu məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Cavabdehin apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, birinci instаnsiyа məhkəməsi məhkəmə iclaslarında iştirakını təmin etməməklə, onun iddiaya qarşı münasibət bildirməyinə, vəsatətlər verməyinə şərait yaratmamış, iştirakı olmadan üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul etmiş, onu iddiaçıya münasibətdə açıq-aşkar əlverişsiz vəziyyətə salmış, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərini pozmuşdur. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İşin hallarından göründüyü kimi İddiaçı cavabdeh X3 qarşı ziyan tələbinə dair mülki iş üzrə məhkəmə baxışı iclası 30 yanvar 2025-ci il tarixə, saat 10:10-a təyin edilmişdir. Lakin iş materiallarında olan poçt göndərişlərinin izlənməsi barədə çıxarışdan aydın olur ki, işdə iştirak edən cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə bildirişi xx.xx.2025-ci il tarixdə 09:49-da almışdır. Bu onu deməyə əsas verir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci madddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3-ci maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 138.3-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. Göründüyü kimi bildirişin iclasa bu qədər az vaxt qalmış cavabdehə çatdırılması tərəfin prosesdə bərabər iştirakına və müdaifə hüququnun reallaşmasına maneə törətmiş, nəticədə çəkişmə və bərabərlik prinsiplərinin pozulmasına səbəb olmuşdur. Bu hal cavabdeh tərəfin müdafiəsini təşkil etmək imkanlarını xeyli məhdudlaşdırmış, ona hüquqi müdafiə mexanizmi qurmaq üçün real və yetərli vaxtın ayrılmaması ilə nəticələnmişdir. Bu halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-377/2025 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Daha sonra cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instаnsiyа məhkəməsi yаlnız iddiаçının təqdim еtdiyi аvtоsеrvisin xx.xx.2024-cü il tаriхli аrаyışına istinad etmiş, lakin iddiaçının həqiqətən göstərdiyi hissələri, göstərdiyi qiymətə аlmаsı və təmirlə bаğlı ustаlаrа göstərdiyi məbləğdə ödəniş еtməsinə dаir hеç bir sənəd təqdim еtməməsini, iddiaçıya məxsus avtomobilin arxa hissəsinin zədələnməsini, həmin hissənin isə tələb olunan dəyərə uyğun olmamasını nəzərə аlmаmış, bu xüsusatlara qiymət vеrməmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, ““Avtoservis”in xx.xx.2024-cü il tarixli arayışına əsasən "Nissan Sunny" minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 5950 manat müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilini bu hissədə əsaslı hesab edən məhkəmə tərkibi qeyd edir ki, bu arayış birbaşa ziyanın real dəyərini sübut edən mənbə deyil, çünki avtoservis müstəqil ekspert orqanı olmamaqla hissələrin real bazar qiymətləri araşdırılmamışdır. Həmçinin bu arayış müstəqil ekspert rəyini əvəz edə bilməz. Birinci instansiya məhkəməsi bu arayışa əsasən cavabdehdən tutulmalı olan pul məbləğini müəyyən etməkdə səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bu səbəblə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 805/2025 saylı qərardadı ilə iş üzrə müstəqil qiymətləndirici dəvət edilmiş, qiymətləndirmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvаlə edilmiş və qiymətləndirmənin aparılmasının nəticələrinə dair rəy verilənədək iş üzrə icrааt dаyаndırılmışdır. "xxxx" MMC tərəfindən qiymətləndirmə işinin həyata keçirilməsi nəticəsində əldə edilmiş qiymətləndirmə hesabatı 24 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hesabatda göstərilmişdir ki, avtomobilə dəymiş zərərin real dəyəri (köhnəlmə faizi ilə birlikdə) ümumilikdə 2772 manat məbləğində müəyyən olunmuşdur. Qiymətləndirici hesabatından da göründüyü kimi birinci instansiya məhkəməsi X1 5950 manat məbləğində ziyan pulunun alınaraq İddiaçı verilməsi qərarında haqlı olmamışdır. Belə ki, qiymətləndirici rəyinə əsasən müəyyən olunur ki, "Nissan Sunny" minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin real dəyəri (köhnəlmə faizi ilə birlikdə) ümumilikdə bərpa üçün 2772 manatdır. Hal-hazırda apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 2772 (iki min yeddi yüz yetmiş iki) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilməlidir. Bundan başqa məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Hal-hazırda iddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 79,50 manatın yarısı-39,75 manat cavabdeh X1 alınıb iddiaçıya verilməli, 39,50 manat məbləğ isə iddiaçıya aid edilməlidir. Həmçinin iddia qismən təmin edildiyindən keçirilmiş qiymətləndirmənin xərci olaraq müəyyən edilmiş 350 manatın yarısı-175 manat İddiaçı, digər yarısı 175 manat cavabdeh X1 tutularaq "xxxx" MMC-nin ("xxxx" ASC, kod 507280, VÖEN **********, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAAZ22, hesab AZ74RBTA********************) hesabına ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(050)-377/2025 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh X1 2772 (iki min yeddi yüz yetmiş iki) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilməlidir. Dövlət rüsumu kimi ödənilmiş 79,50 manatın yarısı-39,75 manat cavabdeh X1 alınıb iddiaçıya verilməli, 39,50 manat məbləğ iddiaçıya aid edilməli, qiymətləndirmənin xərci olaraq müəyyən edilmiş 350 manatın yarısı-175 manat İddiaçı, digər yarısı 175 manat cavabdeh X1 tutularaq "xxxx" MMC-nin (“Rabitəbank ASC”, kod 507280, VÖEN **********, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAAZ22, hesab AZ74RBTA********************) hesabına ödənilməlidir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-377/2025 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 2772 (iki min yeddi yüz yetmiş iki) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 79,50 manatın yarısı-39,75 manat cavabdeh X1 alınıb iddiaçıya verilsin. 39,50 manat məbləğ iddiaçının özünə aid edilsin. Qiymətləndirmənin xərci olaraq müəyyən edilmiş 350 manatın yarısı-175 manat İddiaçı, digər yarısı 175 manat cavabdeh X1 tutularaq "xxxx" MMC-nin ("xxxx"ASC, kod 507280, VÖEN **********, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAAZ22, hesab AZ74RBTA********************) hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz .
Məhkəmə qərarları › İş №2(106)-805/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-805/2025
21.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver