Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-814/2024 15.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Fikrət Cilingir oğlu Hüseynov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X5, iddiaçının təmsilçisi X4, apellyasiya şikayəti verən X2 iştirakı ilə, iddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi və yolun açılması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərardadından qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs X7 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq müəyyənetdi: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1693/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə, Lənkəran rayon Vilvan Bələdiyyəsinin iddiası təmin edilərək, iddiaçı Lənkəran rayonu, Vilvan bələdiyyəsinə məxsus, gediş- gəliş yolu kimi iddia edilən 0,015 ha torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsindən azad edilməsi və həmin gediş gəliş yolu hesab edilən torpaq sahəsinin boşaldılması, ekspertiza xərci təşkil edən 50 manatın Cavabdeh aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən, həmin qətnamənin maraqlarına toxunduğunu iddia edən X7 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatətlə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. X8, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, mülki işin apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməsinə dair X2 vəsatəti təmin edilməmiş, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasından imtina edilməklə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin X3 geri qaytarılması qərara alınmışdır X1 şikayət vermiş, qərardadını ləğv edərək Lənkəran rayon məhkəməsinin 15 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prossesual müddətin bərpa edilməsi barədə yeni məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərardadı ilə X7 tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2024-cü il tarixli qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərardadından X7 tərəfindən verilmiş şikayətə şifahi məhkəmə icraatı qaydasında baxılması üçün təyin edilmişdir. Apellyasiya baxışında iştirak edən X7 şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, onun qardaşı həmin torpaq sahəsində yaşayır. Həmin torpağa dair sənədi vardır. İddia ediləb sahədə 0,06 ha torpaq sahəsi onun mülkiyyətindədir və orada müəyyən tikili vardır. İddiaçının təmsilçisi, bələdiyyə sədri- X10 izahatında həmin torpaq sahəsinin alqı-satqı qaydasında 2002-ci ildə Fikrətin aldığını, orada onun (Fikrətin) tikilisi olduğunu, əvvəllər oradan yol kimi sitifadə olunmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Birinci instansiya məhkəməsi vəsatəti rədd edərkən, qeyd etmişdir ki, Fikrət Səfərov proses iştirakçısı deyil. Kollegiya məhkəmənin bu mövqeyini əsassız sayır. Belə ki, yalnız həmin əsasla apellyasiya şikayətinin qəbul edilmsindən imtina edilə bilməz. Çünki MPM-in 357.2-ci maddəsinin tələbinə görə, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də apellyasiya şikayəti vermək hüququna malikdir. Məhkəmə müddətin bərpasına dair vəsatəti rədd etmişdir. X13 proses iştirakçısı olmamışdır, bu baxımda ona münasibətdə apellyasiya müddətinin ötürülməsi barədə qənaətə gəlmək mümkün deyil. F.Səfərova münasibətdə qətnamənin onun hüquq və vəzifələrinə toxunulduğunu müəyyən etmək lazımdır. Odur ki, vəsatət müddətin ötürülməsi əsası ilə deyil, belə vəsatətin verilməsinə zərurət olmaması və belə vəsatət üzrə müddətin bərpa edilməməsi əsası ilə rədd edilməlidir. X15 münasibətdə müddətin başlanğıcı da müəyyən deyil. Birinci instansiya məhkəməsi apellyasiya şikayətin qəbul etməkdən həm də ona görə imtina etmişdir ki, ərizədə torpaq sahəsinin Fikrət Səfərova aidiyyəti ilə bağlı hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda iş üzrə keçirilmiş ekspert rəyinə görə torpaq sahəsinin Fikrət Səfərovun mülkiyyətində olduğu müəyyən edilməmişdir. Kollegiya bu arqumenti də əsassız sayır. Belə ki, indiki mərhələdə iş üzrə sübutlara mahiyyəti qiymət verilməməlidir. Torpaq sahəsinin F.Səfərovun mülkiyyətdə olması ilə bağlı ilkin sübut olaraq mülkiyyət hüququnu təsdiq edən çıxarış təqdim edilmişdir. Mübahisəli ərazinin F.Səfərova aidiyyəti məsələsi işə mahiyyəti üzrə baxılarkən qiymətləndirilə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1693/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsinin X2 hüquq və mənafeyinə toxunduğu ilkin sübutlarla müəyyən edilir. Ona görə də onun apellyasiya şikayəti mahiyyəti üzrə baxılmaq üçün qəbul edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, qərardad ləğv edilməli, Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair X2 vəsatəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(049)-1693/2023 saylı qərardadı ləğv edilsin. Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair X2 vəsatəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli qətnaməsindən X2 apellyasiya şikayəti qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-814/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-814/2024
15.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver