Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-827/2023 18.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Açar sözlər: pul tələbi X20 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə Sabirabad Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(049)-2527/2022 saylı qətnaməsindən (hakim M.İsayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5465 manat məbləğində pulun və ödənilmiş 75 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan “OPEL ASTRA” markalı istehsal ili 2005, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı, minik avtomobili onun həyat yoldaşı, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X7 məxsus olmuşdur. Əri tutulduqdan sonra maddi vəziyyəti pisləşdiyindən həmin avtomaşını satmaq qərarına gəlmişdir. Bunu atası X2 eşidən uzaq qohumu olan Cavabdeh onlara gələrək həmin avtomaşını satmaqda ona kömək edəcəyini bildirmişdir. O, razılıq verdikdən sonra həmin avtomaşın digər İddiaçı2 adına keçirilmiş, İddiaçı2 isə xx.xx.2021-ci il tarixdə lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən 7973 reyestr nömrəli etibarnamə əsasında “OPEL ASTRA” markalı istehsal ili 2005, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı, minik avtomobilini idarə etmək və satmaqdan ötrü bütün səlahiyyətləri verməklə 1 (bir) il müddətinə Cavabdeh vermişdir. Cavabdeh etibarnamə əsasında həmin avtomaşını 9000 manata satmış, satışdan əldə edilmiş 9000 manat puldan 1000 manat 30 may 2022-ci il tarixdə onlara qaytarmış, 2535 manat avtomaşının kredit borcu hesabına ödəmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh X19 qalan 5465 manat borcu müxtəlif bəhanələrlə ona qaytarmaqdan imtina edir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində İddiaçı2 İddiaçı1 izahatına əlavəsinin olmadığını bildirmiş, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı1 onun uzaq qohumudur. İddiaçı1 əri X11 törətdiyi cinayət əməlinə görə həbs olunmuş və hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Emin həbs olunduqdan sonra qohumu, iddaçı İddiaçı1 atası X10 ona yaxınlaşaraq X8 adına “OPEL ASTRA” markalı avtomaşının olduğunu bildirmiş və həmin avtomaşının satılmasında onlara kömək etməsini xahiş etmişdir. Bundan sonra müəyyən dəqiqləşdirmələr aparmaqdan ötrü İlhamə gilə getmiş və İlhamə ona həmin avtomaşının kreditdə olduğunu, hal-hazırda Sumqayıt şəhərində cərimə meydançasında olduğunu, maddi vəziyyətləri ağır olduğuna görə həmin avtomaşını satmaq istədiyini, bu məsələdə ona kömək etməsini xahiş etmişdir. Bundan sonra o, Sumqayıt şəhərinə gedərək avtomaşını cərimə meydançasından çıxarmış və maşını satış üçün yararlı etmək üçün müəyyən təmir işləri aparmış və avtomaşının təmirinə 1500 manat xərc çəkmişdir. Bundan əlavə avtomaşının adına olan 700 manat cəriməni ödəmişdir. Bundan sonra avtomaşını 9000 manata satmışdır. Həmin puldan 2535 manatı avtomaşının kredit borcu hesabına ödəmişdir, 1000 manatını İddiaçı1, 1000 manatını İddiaçı1 atası X4 vermiş 1500 manatını avtomaşının təmirinə çəkdiyi xərclərə, 700 manatını ödənilmiş cərimənin hesabına 700-800 manatını isə yola çəkdiyi xərclər hesabına çıxmışdır. Hal-hazırda onun İddiaçı1 heç bir borcu yoxdur. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X10 bildirmişdir ki, İddiaçı1 onun qızıdır. İlhamənin əri X12 törətdiyi cinayət əməlinə görə həbs olunmuş və hal–hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Eminin adına“OPEL ASTRA” markalı avtomaşının olmuşdur. Qızı İlhamənin uşaqların oxuması ilə əlaqədar maddi vəziyyəti pisləşdiyinə görə həmin avtomaşını satmaq istəmişdir. O, İlhaməgildə olan zaman uzaq qohumu olan Cavabdeh ona zəng edərək harada olduğunu soruşduqda o, İlhamə gildə olduğunu bildirmiş və onu çay içməyə dəvət etmişdir. Bir az keçdikdən sonra Fail İlhamə gilə gəlmişdir. Söhbət əsasında o, X1 adına “OPEL ASTRA” markalı avtomaşını satmaq istədiyini bildirmişdir. Fail həmin avtomaşının satılmasında onlara kömək edə biləcəyini bildirmişdir. Sonradan Fail həmin avtomaşını satmış lakin pulunu İlhaməyə verməmişdir. Failin həmin avtomobilin satışından əldə olunmuş puldan 1000 manatının ona verməsi barədə dedikləri yalandır. Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(049)-2527/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 4257 (dörd min iki yüz əlli yedi) manat məbləğində borc və 75 manat dövlət rüsumu tutularaq İddiaçı1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozaraq, işin faktiki hallarını düzgün araşdırmamış, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işdə olan sübutlara hüquqi qiymət verməmiş və həmçinin, düzgün hüquqi qiymət verməmiş, işin real faktiki halları və vəziyyəti, onun və qarşı tərəfin verdiyi izahatları ilə sonradan tərtib edilməklə ona təqdim edilən məhkəmə qətnaməsinin tamamilə fərqli olmaqla, sonradan onun zərərinə, iddiaçının xeyrinə dəyişdirməklə, nəticədə onun Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə qorunması tələb olunan hüquqlarını həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd etdiyi maddələrini tələblərini kobud şəkildə pozmuşdur. Bu səbəbdən, Lənkəran rayon məhkəməsinin (sədrlik edən hakin M.A.İsayev) 07 oktyabr 2022-ci il tarixli, iş No 2(049)-2527/2022 saylı qətnaməsi hazırki apellyasiya şikayətinin dəlilləri və birinci instansiya məhkəməsində müəyyən olunmuş hallar və ya təqdim olunmuş sübutlar əsasında qismən (təmin olunmuş hissədə) ləğv edilməli, iddia tələbinin tam həcmdə rədd edilməs ilə bağlı yeni məhkəmə qətnaməsi qəbul edilməlidir c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi fikirləri əsassız və formal mülahizələr xarakterlidir, birinci instansiya məhkəməsi bu fikirləri hansı səbəbdən qəbul edilməməsini qətnaməsində lazımınca əsaslandırmışdır və apelyatorun bu dəlili özünümüdafiə məqsədilə yazılmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı1 yuxarıda göstərilənlərlə oxşar izahat vermiş və göstərmişdir ki, apellyasiya şikayəti əsassızdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və formal mülahizələrdən ibarətdir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Odur ki, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqam göndərərək səhhətində yaranan problemlə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. MM-nin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-nin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-nin 778.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. MM-nin 778.2-ci maddəssinə əsasən Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. MM-nin 778.3-cü maddəsinə əsasən Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. [ Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan İddiaçı2, Cavabdeh xx.xx.2021- ci il tarixdə lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 7973 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı2, “OPEL ASTRA” markalı, istehsal ili 2005, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı, minik avtomobilini sürücülük vəsiqəsi olduqda idarə etmək, bağışlamaq , ipoteka qoymaq, cərancam vermək və digər hərəkətlər, qeydiyyata salmaq , qeydiyyatdan çıxartmaq, ərizə vermək üçün l(bir) il müddətinə etibanamə vermişdir. İş materiallarında olan Cavabdeh, İddiaçı1, İddiaçı2, X9 və X3 imzaları ilə təsdiq olunmuş Cavabdeh səlahiyyətli orqanlara ünvanlanmış ərizəsindən görünür ki, Cavabdeh **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 9000 manata satmış, satdığı puldan 1000 manatını maşının mülkiyyətçisi X5 30 may 2022-ci il tarixdə vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı qaimə fakturadan görünür ki, Cavabdeh tərəfindən “OPEL ASTRA” markalı avtomaşın üçün 180 manat dəyərində benzin filtiri alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 0041 saylı qaimə fakturadan görünür ki, Cavabdeh tərəfindən“OPEL ASTRA” markalı avtomaşın üçün 380 manat dəyərində 4 ədəd 205/55 RK markalı ehtiyat hmssələri alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən “OPEL ASTRA” markalı avtomaşın üçün cəmi 170 manat dəyərində müxtəlif növ ehtiyat hmssələri alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən “OPEL ASTRA” markalı avtomaşın üçün cəmi 44 manat dəyərində müxtəlif növ ehtiyat hmssələri alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən “OPEL ASTRA” markalı avtomaşın üçün cəmi 134 manat dəyərində müxtəlif növ ehtiyat hi ssələri alınmışdır İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən “OPEL ASTRA” markalı avtomaşın üçün cəmi 300 manat dəyərində müxtəlif növ ehtiyat hmssələri alınmışdır İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı1 tərəfindən 75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan “OPEL ASTRA” markalı istehsal ili 2005, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili iddiaçıların əri və atası, hazırda Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X7 məxsus olmuşdur. Əri tutulduqdan sonra maddi vəziyyəti pisləşdiyindən İddiaçı1 həmin avtomaşını satmaq qərarına gəlmişdir. Bunu iddiaçının atası və babası X2 eşidən uzaq qohumu olan Cavabdeh iddiaçıların evinə gələrək həmin avtomaşını satmaqda ona kömək edəcəyini bildirmişdir. İddiaçı1 razılıq verdikdən sonra həmin avtomaşın digər İddiaçı2 adına keçirilmiş, İddiaçı2 isə xx.xx.2021ci il tarixdə lənkəran rayon 1 saylı notariat ofisi tərəfindən 7973 reyestr nömrəli etibarnamə əsasında “OPEL ASTRA” markalı istehsal ili 2005, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı, minik avtomobilini idarə etmək və satmaqdan ötrü bütün səlahiyyətləri verməklə l(bir) il müddətinə Cavabdeh vermişdir. Cavabdeh etibarnamə əsasında həmin avtomaşını 9000 manata satmış, satışdan əldə edilmiş 9000 manat puldan 1208 manatını avtomaşının təmiri üçün ehtiyat hissələrinə xərcləmiş, 1000 manatını 30 may 2022-ci il tarixdə iddiaçılara qaytarmışdır. Cavabdeh 2535 manatı avtomaşının kredit borcu hesabına ödəmiş, qalan 4257 manatını isə dəfələrlə müraciət etməsinə baxmayaraq iddiaçılara qaytarmaqdan imtina etmişdir. Göründüyü kimi cavabdeh ona tapşırılmış avtomobili 9000 manat satmış, həmin puldan 1000 manat iddiaçılara qaytarmış, həmçinin məhkəmə tərəfindən avtomobilin kreditinə, təmirinə ödənilən məbləğlkər çıxıldıqdan sonra yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmçinin cavabdeh birinci instansiya məhkəməsinin iclasında avtomaşını satışından əldə olunmuş 9000 manat pul vəsaitindən 1000 manatını İddiaçı1 atası X4 verdiyini, 1500 manatını avtomaşının təmirinə xərc çəkdiyini, 700 manatını maşının adına olan cərmələrini ödədiyini, 700-800 manatını isə yola çəkdiyi xərclərə sərf etdiyini bildirsə də,bununla bağlı məhkəməyə həmin faktı təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə işin halları üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən göründüyü kimi, cavabdehdən tələb edilən məbləğ 4257 manatdır. Belə olduqda kollegiya hesab edir ki, cavabdeh qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(049)-2527/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-827/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-827/2023
18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver