Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-829/2023 15.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)1678/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosessində olan QSC "xxxx" KB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4412,15 (dörd min dörd yüz on iki manat on beş qəpik) manat məbləğində əsas borc, 3620,37 (üç min altı yüz iyirmi manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 1490,10 (min dörd yüz doxsan manat on qəpik) manat məbləğində cərimə borcu, 618,54 (altı yüz on səkkiz manat əlli dörd qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 10141,16 (on min yüz qırx bir manat on altı qəpik) manat məbləğində pulun, 120,42 (yüz iyirmi manat qırx iki qəpik) manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)1678/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim M.İsayev) ilə, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4412,15 (dörd min dörd yüz on iki manat on beş qəpik) manat məbləğində əsas borc, 3620,37 (üç min altı yüz iyirmi manat otuz yeddi qəpik) manat məbləğində faiz borcu, 490,10 (dörd yüz doxsan manat on qəpik) manat məbləğində cərimə borcu, 618,54 (altı yüz on səkkiz manat əlli dörd qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 9141,16 (doqquz min yüz qırx bir manat on altı qəpik) manat məbləğində əsas borc və ödənilmiş 120,42 (yüz iyirmi manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu ləğv prossesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti KB-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın qismən təmin edilməsini iddia tələbinin qismən əsaslı olması və sübut olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti vermiş və şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)1678/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)829/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərardadı ilə, apellyasiya şikayəti mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinə əsasən apellyasiya icraatına qəbul edilmiş və məhkəmə baxışı iclasına təyin edilmişdir. İşin apellyasiya instansiya məhkəməsində icraatı zamanı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil məhkəmə kollegiyasına apellyasiya şikayətindən imtina barədə ərizə ünvanlayaraq ərizəsində, Cavabdeh1 iddiaçı banka olan borcunu xx.xx.2023-cü tarixdə ödədiyini və onun bank qarşınında borc öhdəliyinin olmaması qeyd edilmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)1678/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 onun vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətindən imtinanın qəbul edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin ərizəyə ƏSF-nun xx.xx.2023-cü il tarixli, **********838 nömrəli məktubunun notariat qaydasında təsdiq olunmuş surəti əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətindən imtina barədə ərizəsi ilə əlaqədar iş materiallarını tədqiq edərək hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətindən imtinası Mülki Prosessual Məcəllənin 369.2-cu maddəsinin tələblərinə uyğun olduğundan apellyasiya şikayətindən imtina qəbul edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)1678/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən Lənkəran Rayon Məhkəməsinin 2(049)1678/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-829/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-829/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver