Məhkəmə qərarları › İş №2(106)-831/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-831/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-831/2023 04.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh pul tələbinə dair mülki iş üzrə ünvan 4ərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Şirvan Şəhər Məhkəməsinə vəsatətlə müraciət edərək, mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatətdə göstərilmişdir ki, hazırkı iddia ərizəsində onun yaşayış yeri ünvan 1 ünvanı göstərilmişdir. Lakin faktiki qeydiyyatda olduğu ünvan ünvan 3ləşir. ünvan 4ərardadı (hakim Etibar Hümbətov) ilə İddiaçı Cavabdeh pul tələbinə dair mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməsinə dair cavabdehin vəsatəti təmin edilərək, işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, məhkəmə baxışına hazırlığın icraatı mərhələsində Cavabdeh Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi 1156-cı məhəllə, ev - , mənzil 3, korpus 1-də qeydiyyatda olması müəyyən edildiyindən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. İddiaçı ünvan 4ərardadından şikayət verərək, onun ləğvini və mülki işin Şirvan Şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o hazırkı iddia ərizəsini məhkəməyə 25 yanvar 2023-cü il tarixdə təqdim etmişdir. Şikayətə əlavə etdiyi sənədlərdən aydın görünür ki, o iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxt Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmuş, yəni məhkəməyə müraciət edilərkən və məhkəmə iddia ərizəsini icraata qəbul edərkən heç bir aidiyyət qaydası pozulmamışdır. Lakin iddia ərizəsi Cavabdeh göndərildikdən sonra - 18 fevral 2023-cü il tarixdə cavabdeh qəsdən qeydiyyat ünvanını dəyişmişdir. Məhkəmə adıçəkilən mülki işi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərməklə haqlı olmamışdır. Şirvan Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(032)-252/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi 28 mart 2023-cü il tarixli 2(032)-252/2023 saylı qərardadı qəbul edərkən düzgün hüquqi nəticəyə gəlməmiş və prosessual hüquq normasının tələblərinə əməl etməmişdir. Belə ki, MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Kollegiya diqqətə çatdırır ki, iş materiallarına əlavə edilmiş iddia ərizəsi və ona əlavə edilmiş kredit müqaviləsindən, eləcə də, digər sənədlərdən aşkar olur ki, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən - 26 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Ancaq işdə olan Cavabdeh Şəxsiyyət vəsiqəsinə dair məlumatlardan müəyyən olur ki, o, 18 fevral 2023-cü il tarixdən Bakı şəhəri Xətai rayonu Fəzail Bayramov küçəsi 1156-cı məhəllə, ev - , mənzil 3, korpus 1-də qeydiyyata alınmışdır. Beləliklə, Cavabdeh İddiaçı tərəfindən hazırkı iddia məhkəmənin icraatına qəbul edilərkən ünvan 1 ünvanında qeydiyyatda olduğundan onun icraata götürülməsi qanun çərçivəsində baş vermişdir. Bu baxımdan, cavabdehin ünvanının sonradan dəyişməsinə görə hazırkı mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qanunvericliyin tələblərinə uyğun deyildir. Belə ki, MPM-in 44.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsi barədə Şirvan Şəhər Məhkəməsinin gəldiyi nəticə mülki prosessual qanunvericiliyin normalarının imperativ tələbələrinə cavab vermir. Ona görə də, İddiaçı şikayəti təmin edilməli, ünvan 4ərardadı ləğv edilməli, mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə dair Cavabdeh vəsatəti rədd edilməli və mülki iş materialları baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və MPM-in 35.1, 36.2, 40.1, 45.2-ci və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı şikayəti təmin edilsin. İddiaçı Cavabdeh pul tələbinə dair mülki iş üzrə ünvan 4ərardadı ləğv edilsin. Mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə dair Cavabdeh vəsatəti rədd edilsin. Mülki iş materialları baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar