Məhkəmə qərarları › İş №2(106)-840/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-840/2023

18.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-840/2023 18.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ağcabədi Rayon Мəhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı (MMC-nin) Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ağcabədi Rayon Мəhkəməsinin (hakim E.Quliyev) 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh 118456,90 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 119456,90 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 24 manat məbləğində pulun alınaraq İddiaçınə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 118456,90 manat əsas borcun, 29614 manat gecikmə faizinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fərdi sahibkar X9 ilə şirkət arasında imzalanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 094158 nömrəli; xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 094159 nömrəli; xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 093990 nömrəli; xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 093991 nömrəli və xx.xx.2015-ci il tarixli, AEO seriyalı, 093992 nömrəli qaimə-fakturalar əsasında mallar təqdim edilmişdir. Qaimə-fakturalara fərdi sahibkar X6 rəsmi işçisi olaraq Cavabdeh imza atmış və qaimə-faktura üzrə mallar onun tərəfindən qəbul edilmişdir. Lakin mallar üzrə borc məbləği X9 tərəfindən tam ödənilməmişdir. Borcun ödənilməsi məhkəmə qaydasında X5 tələb edilsə də, iddia tələbləri təmin edilməmişdir. Məhkəmələr tərəfindən X4rşı irəli sürdükləri iddia tələbləri rədd edilərkən malları qəbul edən Cavabdeh hər hansı səlahiyyətin (etibarnamə) verilməməsi halına istinad edilmişdir. Eyni zamanda malların bir qismi Cavabdeh tərəfindən X8 təhvil verildiyi üçün onların dəyəri sonuncu tərəfindən ödənilmişdir. Bu səbəbdən Cavabdeh tərəfindən qəbul edilən, lakin X8 təhvil verilmədiyi iddia edilən malların dəyəri onun tərəfindən ödənilməmişdir. Belə olan halda malların bir qismi Cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq X8 təhvil verilməmiş və özü tərəfindən realizə edilmişdir. Dəyəri ödənilməmiş mallara görə ödənişin edilməsi tələbi ilə bağlı Cavabdeh iki dəfə pretenziya məktubu göndərilməsinə baxmayaraq, borcun ödənilməsi onun tərəfindən təmin edilməmişdir. Ona görə də 118456,90 manat əsas borc, 29614 manat gecikmə faizi məbləği, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 343.1, 386.1, 425.1, 448.1, 448.2, 462.1, 463.1, 462.3, 467, 449, 567, 600.1, 600.2-600.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarına, «Zvierzinski Polşaya qarşı» 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsi işlə bağlı heç bir nüansı araşdırmadan, cavabdehin məlumatı olmadan iş üzrə çəkişmə prinsipinin pozulması ilə qətnamə qəbul etmişdir. Hazırkı şəraitdə onun iddiaçı qarşısında heç bir öhdəliyi mövcud olmamaqla bərabət təqdim olunan qaimələr üzrə mallar da məhz alqı-satqı premdeti olaraq mağazada satılan mallardır. İşçi kimi gələn malları qəbul etmişdir. Bundan əlavə isə həmin mallar mağazada satışda olmuşdur. Həmin malların alınması tarixindən sonrakı tarixlərdə də uzun müddət o, həmin iş yerində çalışmışdır və işçi kimi öz funksiyalarını yerinə yetirmişdir. Məhkəmə tərəfindən işə baxılarkən Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Cavabdeh olaraq onun məhkəmə iclasında iştirak etməməsi, yəni məhkəmə iclasında məlumatlı olmaması hazırkı gündə hüquqlarının kobud pozuntusuna gətirib çıxarır. Məhkəmə iclasından məlumatsız olmağı çəkişmə prinsipinin kobud pozuntusudur. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə izahatında İddiaçı MMC ilə fərdi sahibkar X9 ilə arasında hüquq münasibətləri olduğunu, Cavabdeh isə Əhmədov Rəşidin bir işçisi oluduğunu, mağazada operator kimi çalışdığını, Əhmədov Rəşidin tapşırığı ilə mağazaya gələn bütün malları digər işçilər kimi onun da qəbul etdiyini, sonradan işdən çıxdığını, MMC tərəfindən verilən malların isə mağazada satışda olduğunu, onun MMC qarşısında hər-hansı məsuliyyətinin olmadığını bildirmişdir. Bununla yanaşı, tərəflər arasında müqavilə münasibəti olmuş olsa belə, iddia müddətinin də ötürüldüyünü, iddia tələbinin həm əsassız olduğunu, eyni zamanda iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməli olmasını göstərmişdir. İddiaçı MMC-nin təmsilçisi apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı hazırda nisyə verdiyi mallara görə cavabdehdən əsas borcu və ona hesablanmış faizləri tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601, 600.2, 600.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən: 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Kollegiya qeyd edir ki, tərəflər arasında müqavilənin mövcud olduğu halda iddiaçının borcunu tələb etmək haqqı vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbini əsaslandırmaq üçün xx.xx.2015-ci il tarixli müxtəlif qaimə fakturalar təqdim etmişdir. Həmin qaimə-fakturalardan görünür ki, orada sadalanan mallar İddiaçı MMC tərəfindən fiziki şəxs X8 ünvanlanmışdır. Qaimə fakturalarda malları “təhvil verən” yazısı qarşısında Nəsirov Ruslan adlı şəxsin imzası, “təhvil alan” yazısı qarşısında isə Cavabdeh imzası qoyulmuşdur. İddiaçı yalnız həmin qaimə fakturalara əsasən borcu hesablayıb cavabdehdən tələb etmiş, birinci instansiya məhkəməsi iddianı bu əsasla da təmin etmişdir. Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İzahatlardan və iş materiallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh malların nisyə alqı-satqısı üzrə hüquq münasibətində olmamışlar, onların arasında müqavilə (yaxud hər hansı yazılı və ya şifahi razılaşma) olmamışdır. İddiaçının istinad etdiyi müqavilə MMC ilə Əhmədov Rəşid arasında olmuşdur. Əhmədov Rəşid sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir. Vergi ödəyicisidir. İzahatlardan və təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, Cultanov Cavid sahibkar Əhmədov Rəşidin işçisi olmuşdur. Fərdi sahibkar X7 Cavabdeh əmək münasibətlərində olmuş, onların arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tərəfin izahatına görə Cavabdeh fərdi sahibkar X6 tapşırığı əsasında malları qəbul etmişdir, onların arasında tapşırıq münasibətləri olmuşdur. Kollegiya qeyd edir ki, işçi olaraq Cavabdeh vurulmuş ziyan və ya digər əsaslarla işəgötürən Əhmədov Rəşidin qarşısında məsuliyyət daşıya bilər. Müəyyən edilir ki, İddiaçı MMC ilə Əhmədov Rəşid arasında kommersiya hüquq münasibətləri olmuşdur. Onların arasında verilmiş nisyə mala görən borc tələbinə dair məhkəmə mübahisəsi (kommersiya mübahisəsi) olmuşdur. Belə ki, İddiaçı MMC Cavabdeh deyil, Əhmədov Rəşiddən müqavilə üzrə borcunu tələb etmişdir. Lakin malların təhvil alınması və borcun miqdarı barədə sübut təqdim edilmədiyindən iddia təmin edilməmişdir. Cavabdeh isə işəgötürən Əhmədov Rəşidin tapşırığı əsasında mağazaya daxil olan malları qəbul etmişdir. Həmin mallar Cavabdeh özü üçün deyil, satış üçün mağazaya təqdim edilmiş, satışa çıxarılmışdır. Malların nə qədər hissədə satılması, qalığı müəyyən edilməmişdir, üzləşmə aktı yoxdur. Kollegiya hesab edir ki, cavabdeh Cultanov Cavidlə hər-hansı müqavilə münasibəti olmadığı halda ondan müqavilə üzrə verilmiş malın pulunu tələb etməyin hüquqi əsası yoxdur. Ona görə də iddia bu əsasla təmin edilə bilməz. Bünunla yanaşı cavabdeh tərəf həm də iddia müddətinin ötürülməsinin tətbiq edilməsini də xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında hər-hansı müqavilə-hüquq münasibəti olduğu halda belə iddia müddəti ötürülmüşdür. İddiaçı tələbində cavabdehdən əsassız varlanmaya görə vurulmuş ziyanı tələb etdiyini qeyd etmişdir. Belə halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-1092-ci maddələri təşkil edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllnin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında varlanma obyektinə dair hər-hansı qanuni razılaşma baş vermir, əldə edən qanunla və ya müqavlə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edənlə qanuni razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərəçəkəndən tutulur və i.a. Əsassız varlanma: zərəçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və s.) yollarla baş verə bilər. Kollegiya hesab edir ki, hazırkı halda iddiaçıların tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilmir, cavabdeh əsassız varlanan şəxs deyil. İddiaçı həm də Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir. Lakin bu halda da ziyan vurulma faktı ortada olmalı, cavabdehin qanunazidd əməli, yəni hərəkəti və ya hərəkətsizliyi olmalı, onun qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Belə hal da müəyyən edilmir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı MMC-nin cavabdehdən verilmiş mala görə pul tələbi, eləcə də vurulmuş ziyanla bağlı pul tələbi əsassızdır. Beləliklə, apellyasiya şikayəti əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddiaçı MMC-dən 15 manat tutulub Cavabdeh verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Мəhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2(017)-938/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi 15 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar