Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-857/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət məhkəmə tərkibində, X11 oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(064)-4/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3 (X3 hüquqi varisləri) və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 1983,7 manat məbləğində kredit borcu, 28,02 manat məbləğində faiz borcu və 1065,23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3076,95 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 50,77 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(064)-4/2024 saylı qətnaməsi ilə (hakim Yaşar Həşimov) iddia qismən təmin edilərək X6 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin xx.xx.2021-ci il tarixdə ləğv edilmiş hesab edilməsi, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə 1983,7 manat əsas borc, 28,02 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 2111,72 manat borc və 50,77 manat qabaqcadan ödənilmiş dövlət rüsumunun tutulması, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnaməinin ləğv edilib iddia tələbinin tam təmin edilərək kredit borcunun cavabdehlər (vərəsələr) Cavabdeh2 və Cavabdeh3 da tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankın sorğusu ilə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, mərhum M.Xəlilovun adına Füzuli rayonu Horadiz şəhərində yerləşən 3 otaqlı fərdi yaşayış evi qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Füzuli RİHB Horadiz şəhəri İƏD nümayəndəsi Ə.Abdullayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mərhum M.Xəlilova məxsus ünvan 1 ünvanında yerləşən evində arvadı Cavabdeh3 və oğlu Cavabdeh2 yaşayırlar. Göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cavabdeh olmuş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən evdə yaşamaqla həmin mirası faktiki idarə etmiş və bununla da mirası qəbul etdiyin işəksiz nümayiş etdirməklə mirası qəbul etmişdir. Bank tərəfindən tərəfin onun hüquq varisi ilə əvəz edilməsi barədə vəsatət versə də, məhkəmə həmin vəsatəti nəzərə almamış və vərəsələrə qarşı iddia tələbini təmin etməmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirmişdir ki, iş materiallarına əsasən cavabdeh olmuş X6 onların iddia qaldırdıqları tarixdən əvvəl vəfat etmişdir. MAPS arayışında şəxsin vəfat edib-etməməsi müəyyən edilmədiyi üçün X3 vəfatından xəbərləri olmamışdır. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, FFüzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(064)-4/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin “X3 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3 qarşı rədd edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan X6 və İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə 1983,7 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.20219-cu il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 borc alanla birgə bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşdür. İş materiallarında olan X3 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə olan vəziyyətə görə 1983,7 manat əsas, 28,02 faiz, 1065,23 cərimə, cəmi 3076,95 manat borc yaranmışdır. İş materiallarında olan xəbərdalıq məktubundan görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli bildirişlə (məhkəmədə iddia qaldırmamışdan 2 ay əvvəl) cavabdehlərə müraciət edərək banka həmin tarixə 1.983,7 manat məbləğində kredit borcu, 26,72 manat məbləğində faiz borcu və 1.001,75 manat məbləğində cərimə borcunun yarandığı, onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi bildirilərək bütün borc məbləğini tam olaraq 10 gün müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 10 gün müddətində ləğv etməyi təklif etmişdir. İş materiallarında olan Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilən Ölüm haqqında xx.xx.2021-ci il tarixli 429 №-li aktdan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Füzuli Rayon Nortariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 adına vərəsəlik işi açılmamışdır. İş materiallarında olan DƏDRX-in 1 saylı Bakı Ərazi İadrəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mərhum X3 adına Füzuli rayonu Horadiz şəhərində yerləşən 3 otaqlı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Füzuli RİHB Horadiz şəhəri İƏD nümayəndəsi Ə.Abdullayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mərhum M.Xəlilova məxsus ünvan 1 ünvanında yerləşən evində arvadı Cavabdeh3 və oğlu Cavabdeh2 yaşayırlar. Beləliklə, işdən müəyyən edilir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə, yəni X6 vəfat etdiyi xx.xx.2021-ci il tarixdən sonra Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, İddiaçı QSC-nin X4 qarşı sonuncu vəfat etdikdən sonra Füzuli Rayon Məhkəməsinə müraciət etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbləri baxımdan həmin vaxt X6 tərəf statusunu əldə etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun qənaətə gələrkən bu halı qeyd edilən halları nəzərə almamış, iş üzrə icraata həmin hissədə xitam verməli olduğu halda, işə onun hüquqi varislərini – Cavabdeh2 və Cavabdeh3 cavabdehlər olaraq qəbul etmiş və bununla da, prosessual qanunvericiliyin imperativ tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beynin fəaliyyətinin dayanması ölüm anı sayılır. Hazırkı iddia isə ölmüş şəxsə qaldırılmışdır. Halbuki, ölmüş şəxsin MPM-in 48 və 49-cu maddələri ilə təsbit olunmuş mülki-prosessual hüquq qabiliyyəti və mülki-prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Prosessual və maddi qanunvericiliyin tələblərindən göründüyü kimi ölmüş şəxsin hüquq varisi o vaxt işə cəlb edilə bilər ki, o şəxsin iddia qaldırılan zaman mülki hüquq qabiliyyəti mövcud olsun. Buna görə də, ölmüş şəxsə qarşı iddia qaldırılması, həmin iddia üzrə ölmüş şəxsin vərəsələrinin müəyyən edilməsi və bununla da mübahisəyə mahiyyəti üzrə baxılması qeyri-mümkündür. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmə qaydasında baxılmalı deyildirsə və ya iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisəli edilən hüquq münasibəti hüquq vairisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(064)-4/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin "X3 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3 qarşı rədd edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 261, 372, 384, 391 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(064)-4/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin “X3 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3 qarşı rədd edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasassiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-857/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-857/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver