Məhkəmə qərarları › İş №2(106)-864/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-864/2023

22.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-864/2023 22.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Beyləqan Rayon Məhkəməsinin 2(020)16/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 22 may 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Jdanov rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1988-ci il tarixli 3 nömrəli qərarına əsasən orderlə mərhum atası- X11 və onun 4-nəfər ailə üzvülərinə - arvadı X5, oğlu İddiaçı və oğlu X12 verilmiş iki mərtəbəli 16 mənzilli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yaşayış sahəsi 39.42 kv.metr, olan 3 otaqlı 6 nömrəli mənzildən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun ailə üzvlərinin çıxarılmasım və onlar tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mənzildə müvafiq inventarlaşdırma işlərinin aparılmasına olan hər hansı bir manəçilyi aradan qaldırılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Beyləqan şəhəri, 20 Yanvar küçəsi, ev 22, 6 saylı mənzilin bazar dəyəri 36.720 (otuz altı min yeddi yüz iyirmi) manatın, mənzildə apardığı əsaslı təmir və yenidənqurma işlərinin bazar dəyəri 10.089,84 (on min səksən doqquz manat səksən dörd qəpik) manatın və mütəxəssis rəyi üçün ödədiyi 365 (üç yüz altmış beş) manatın alınıb ona verilməsi, ilkin İddiaçı onun və ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması və həmin mənzildə müvafiq inventarlaşdırma işlərinin aparılmasına olan hər hansı bir maneçiliyin aradan qaldırılması tələbinin onun pul tələbinə dair qarşılıqlı iddiası ilə eyni vaxta icra edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkalətli nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, keçmiş Jdanov rayon X14 İcraiyyə Komitəsi nəzdində “Vətəndaşların Mənzil uçotuna götürülməsi və mənzil bölgüsü” üzrə komissiyanın 24 fevral 1988-ci il tarixli 2 nömrəli rəyinə baxılması barədə Jdanov rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1988-ci il tarixli 3 nömrəli qərarına əsasən Azərkoopxüsusiquraşdırma” trestinin Jdanov tikinti sahəsi tərəfindən istifadəyə verilmiş iki mərtəbəli 16 mənzilli yaşayış evinin vətəndaşlara veilməsi qərara alınmışdır. İddiaçının atası X15 tikinti sahəsində rəis işlədiyindən və 4 nəfər ailə üzvü olduğundan həmin binanın 1-ci blokunun 2-ci mərtəbəsində yaşayış sahəsi 39.42 kv.metr, olan 3 otaqlı 6 nömrəli mənzil iddiaçının atasına Jdanov rayon X14 İcraiyyə Komitəsinin 26 fevral 1988-ci il tarixli 263 saylı orderinə əsasən verilmişdir. Həmin orderdə onunla birlikdə onun 4 nəfər ailə üzvüləri olan arvadı X8, oğlanları İddiaçı və X9 adları da qeyd edilmişdir. Lakin orderdə səhvə yol verilərək iddiaçının anasının soyadı Qəhrəmanova əvəzinə səhvən Əsədova kimi yazılmışdır. iddiaçının atası həmin mənzili sənədləşdirmək istəyərkən orderdə soyad səhvi bu işə maneəçilk törətmişdir. Buna görə də iddiaşının atası X15 həm Beyləqan rayon İ saylı Dövlət Notariat kontoruna, həm də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyeyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq X11 məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bundan sonra X2 rayon məhkəməsinə hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması ilə bağlı olaraq müraciət etmiş, Beyləqan rayon məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Jdanov rayon XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş 26 fevral 1988-ci il tarixli orderdə iddiaçının mərhum anası X1 Qəhrəmanova əvəzinə səhvən Əsədova yazılması faktı müəyyən edilmişdir. İddiaçının atası X15 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun ölümü 15 dekabr 2020-ci il tarixində ölüm haqqında akt qeydləri kitabında qeydə alınmışdır. Cavabdeh atası mərhum Barat iddiaçının mərhum atasının dostu oldğundan iddiaçının atası tərəfindən həmin mənzil ona icarəyə verilmişdir. Hətta onlardan icarə haqqı da alınmamışdır. İddiaçının atası rəsmi olaraq onların ailəsinə verilmiş mənzili sənədləşdirmək istəmiş, lakin Cavabdeh və onun ailə üzvləri tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mənzildə müvafiq inventarlaşdırma lərinin aparılmasına manəeçilk törədilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsoi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, keçmiş Jdanov rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1988-ci il tarixli 3 nömrəli qərarına əsasən orderlə mərhum atası- X11 və onun 4-nəfər ailə üzvüləri olan arvadı X5, oğlu İddiaçı və oğlu X12 verilmiş iki Mərtəbəli 16 mənzilli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yaşayış sahəsi 39.42 kv.metr, olan 3 otaqlı 6 nömrəli mənzildən cavabdeh- Abbasquliyev Cavabdeh və onun ailə üzvlərinin çxanlması və onlar tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mənzildə müvafiq inventarlaşdırma işlərinin aparılmasına olan hər hansı bir manəçilyin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddanı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, ailə üzvlərilə birlikdə 1994-cü il tarixdən hal-hazıradək Beyləqan şəhəri, 20 Yanvar küçəsi, ev 22, 6 saylı mənzildə yaşayırlar. Atası həmin mənzili X7 pul müqabilində almışdır. Lakin atası ilə Avadxanın arasında yaxın dostluq münasibətləri olduğundan onlar sənədləşmə işlərinə səthi yanaşmışlar. Belə ki, mənzilin mülkiyyətdə olmasını təsdiq edən sənəd olmadığından Avadxan atasına mənzilə dair əlində olan ilkin sənədi yəni, keçmiş Jdanov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 3 nömrəli iclas protokolundan çıxarışın əslini verərək gələcəkdə onun və ailə üzvləri tərəfindən hər hansı bir problemin olmayacağına dair söz vermişdir. Lakin Avadxan xx.xx.2020-ci il tarixdə öldükdən sonra onun oğlu hazırki ilk iddia üzrə İddiaçı ondan əlavə yüksək məbləğdə pul istəməklə onu məhkəməyə verəcəyi ilə şantaj etmişdir. İddiaçı istəyi ilə razılaşmadığından onun əlində mübahisəli mənzilə dair hər hansı bir mülkiyyətini təsdiq edən sənəd olmadığı təqdirdə qanunsuz olaraq məhkəməyə vermişdir. Onun və ailə üzvlərinin mübahisəli mənzildə 1994-cü ildən indiyədək yaşadıqları müddət ərzində həmin mənzil tərəfindən tamamilə əsaslı şəkildə təmir edilmişdir. Mənzil tərəfindən ən müasir tələblər əsasında yeni nəsil avadanlıqlarla tam şəkildə təchiz olunmuşdur. Əvvəllər mənzildə içməli su problemi olduğundan əlavə xərclər çəkərək həmin su problemini həll etmişdir. Bundan əlavə mənzilin həyətyanı torpaq sahəsində 2 otaqlı yüksək təmirli həyət evi tikdirmişdir. Bir sözlə hazırki mənzilin bazar dəyəri 36.720 (otuz altı min yeddi yüz iyirmi) manat, mənzildə apardığı əsaslı təmir və yenidənqurma işlərinin bazar dəyəri 10.089,84 (on min səksən doqquz manat səksən dörd qəpik) manat təşkil edir. Həmçinin 1994-cü ildən evin bütün komunal xərclərini özlərini ödəmişlər. Komunal xərclər onların adından qəbul edilmişdir. Bu illər ərzində mənzil istismar idarəsi mənzili onlarınkı hesab etmiş və ondan mənzillə bağlı xərcləri qəbul da etmişldir. Hətta orada aparılan tikinti işlərinə heç bir maneçilik törətməmişlər. Ona görə də ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Beyləqan şəhəri, 20 Yanvar küçəsi, ev 22, 6 saylı mənzilin bazar dəyəri 36.720 (otuz altı min yeddi yüz iyirmi) manatın, mənzildə apardığı əsaslı təmir və yenidənqurma işlərinin bazar dəyəri 10.089,84 (on min səksən doqquz manat səksən dörd qəpik) manatın və mütəxəssis rəyi üçün ödədiyim 365 (üç yüz altmış beş) manatın alınıb ona verilməsi, ilkin İddiaçı onun və ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması və həmin mənzildə müvafiq inventarlaşdırma işlərinin aparılmasına olan hər hansı bir maneçiliyin aradan qaldırılması tələbinin onun pul tələbi dair qarşılıqlı iddiası ilə eyni vaxta icra edilməsi barədə onun iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs qismində cəlb edilən Beyləqan rayon Mənzil İstismar sahəsinin vəkalətli nümayəndəsi X17 ifadəsində göstərdi ki, sözügedən Beyləqan şəhəri 20 yanvir küçəsində yerləşən 2 mərtəbəli 16 mənzilli 22 nömrəli yaşayış binası Beyləqan rayon Mənzil İstehsal-İstehlak Koperativinin balansında olmuş, mənzil 2016-cı ildə Azərbaycan Respublikası Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 25 dekabr 2015-ci il 151 saylı sərəncamı ilə onların balansına verilmişdir. Həmin vaxt mənzildə Barat yaşamışdır. O, məcburi köşkün olduğuna görə onun özünün razılığı ilə mənzil X13 adı ilə verilmişdir. Mənzilində hazırkı tarixədək Qubadlı rayonundan məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır və mənzilin kommunal xidmətlərə görə ödənişlərini də hal-hazıradək Farahim Abbasquliyev mütəmadi olaraq ödəmişdir. Sonradan onlara məlum olmuşdur ki, evin orderi Avadxanın adına olmuşdur. Təhvil-təslim olanda orada Barat ailəsi ilə birlikdə yaşamışdır. Barat məcburi köçkün olduğundan mənzilin onun adına qeydə alına bilməzdi. Məhkəmə iclasında şahid qismində dindirilən dinidirilən X21 ifadəsində göstərdi ki, Barat Abbasquliyevlə yaxın dost olmuşlar. Barat ona mənzil aldığını lakin məcburi köçkün olduğundan mənzili adına sənədləşdirə bilmədiyini demiş və evi onun adına sənədləşdirməyi xahiş etmişdir. O, Baratla razılaşmışdır. Mənzilin komunal xərcləri onun adına ödənilmişdir. Lakin evdə Barat və onun ailəsi yaşamışdır. O, həmin evdə yaşamamışdır. Həmçinin Avadxan və onun ailə üzvləri orada yaşamamışlar. Avadxan 1994-cü ildə evi Barata satıb oradan başqa yaşayış evinə köçmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)16/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə (Hakim R.Nurullayev) ilk iddia və qarşılıqlı iddianın təmin edilməməsi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Jdanov rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1988-ci il tarixli 3 nömrəli qərarına əsasən orderlə mərhum atası- X11 və onun 4-nəfər ailə üzvülərinə - arvadı X5, oğlu İddiaçı və oğlu X12 verilmiş iki mərtəbəli 16 mənzilli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yaşayış sahəsi 39.42 kv.metr, olan 3 otaqlı 6 nömrəli mənzildən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun ailə üzvlərinin çıxarılması və onlar tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mənzildə müvafiq inventarlaşdırma işlərinin aparılmasına olan hər hansı bir maneəçilyi aradan qaldırılması tələbinə dair ilk iddia əsassız olduğundan rədd edilməsi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı Beyləqan şəhəri, 20 Yanvar küçəsi, ev 22, 6 saylı mənzilin bazar dəyəri 36.720 (otuz altı min yeddi yüz iyirmi) manatın, mənzildə apardığı əsaslı təmir və yenidənqurma işlərinin bazar dəyəri 10.089,84 (on min səksən doqquz manat səksən dörd qəpik) manatın və mütəxəssis rəyi üçün ödədiyi 365 (üç yüz altmış beş) manatın alınıb ona verilməsi, ilkin İddiaçı onun və ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması və həmin mənzildə müvafiq inventarlaşdırma işlərinin aparılmasına olan hər hansı bir maneçiliyin aradan qaldırılması tələbinin onun pul tələbi dair qarşılıqlı iddiası ilə eyni vaxta icra edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ekspertiza dəyərini təşkil edən 50 (əlli) manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, mütəxəssis rəyinin dəyirini təşkil edən 365 (üç yüz altmış beş) manat məbləğində pul Cavabdeh aid edilsin. İlk iddia üzrə Rəşad Qənbərov tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci və “Azərbaycan Respublikasında mənzil X3” Azərbaycan Respublikasının Qanununun 12-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Beyləqan Rayon Məhkəməsinin 2(020)16/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini Beyləqan Rayon Məhkəməsinin 2(020)16/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini Beyləqan Rayon Məhkəməsinin 2(020)16/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Beyləqan Rayon Məhkəməsinin 2(020)16/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 01oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsi Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 127. İcarədar öldükdə evin mülkiyyətçisi ölən şəxsin icarəyə verilmiş sahədə yaşayan ailəsinin həddi-büluğa çatmış ailə üzvlərindən biri ilə qalan müddət üçün icarə müqaviləsi bağlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı ... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. “Azərbyacan Respublikasında mənzil X3” Azərbaycan Respublikasının Qanunu Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə ilkin iddia tələbinin təmin edilməməsini, Beyləqan şəhəri 20 yanvar küçəsi 22 saylı evin 6 saylı mənzilinə iddiaçının icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə onun həmin mənzildə hər hansı hüququnun qalmaması, həmçinin iddiaçının yaşayış sahəsinə zəruri ehtiyacı aradan qalxması ilə əlaqələndirmiş, qarşılıqlı iddianın təmin edilməməsini isə, mübahisəli mənzilin əsaslı təmirinin iddiaçı ilə hər hansı əlaqənin olmaması, aparılmış yenidən qurmanın özünün və ailəsinin yaşaması üçün normal şəraitin yaratması ilə əlaqələndirmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)16/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Jdanov rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1988-ci il tarixli 3 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, “Azkoopxüsusiquraşdırma” trestinin Jdanov tikinti sahəsi tərəfindən istifadəyə verilmiş 16 mənzilli yaşayış evinin 1-ci blokun 2-ci mərtəbəsində yaşayış sahəsi 39,42 kv metr olan 3 otaqlı6 nömrəli mənzilin X11 verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Jdanov rayon XDS İcrayyə Komitəsinin 26 fevral 1988-ci il tarixli 263 nömrəli orderin surətindən görünür ki, X15 və onun ailə üzvləri- arvadı X5, oğlu İddiaçı və oğlu X12 Jdanov tikinti sahəsi tərəfindən istifadəyə verilmiş 16 mənzilli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yaşayış sahəsi 39.42 kv.metr, olan 3 otaqlı 6 nömrəli mənzil verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X15 02 dekabr 2020-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Beyləqan rayon Mənzil İstismar Sahəsinin 03 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Beyləqan rayon Mənzil İstehlak - İstehlak Koperativinin balansında olmuş, Beyləqan şəhəri 20 yanvir küçəsində yerləşən 2 mərtəbəli 16 mənzilli. 22 nömrəli yaşayış binası Azərbaycan Respublikası Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 25 dekabr 2015-ci il 151 saylı sərəncamı ilə Beyləqan rayonu Mənzil İstismar Sahəsinin balansına verilərkən, Beyləqan şəhəri 20 yanvar küçəsi, 22 saylı binada 6 nömrəli mənzil X13 adı ilə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Beyləqan rayon Mənzil İstismar Sahəsinin 27 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Beyləqan rayon Mənzil İstismar Sahəsi Beyləqan şəhəri 20 yanvar küçəsi, 22 nömrəli binanın, 6 nömrəli mənzilində bu günkü tarixədək Qubadlı rayonundan məcburi köçkün kimi Beyləqan rayonuna gəldikdən sonra Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. 20 yanvar küçəsi, 22 nömrəli bina Beyləqan rayon İcra Hakimiyyətinin xx.xx.2015 ci il tarixli 154 nömrəli sərəncamına əsasən Mənzil İstismar Sahəsinin balansına verilmişdir. Jdanov rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1988-ci il tarixli 3 nömrəli qərarına əsasən order verilmiş mərhum X11 və onun 4-nəfər ailə üzvlərinə arvadı X5, oğlu İddiaçı və oğlu X12 verilmiş iki mərtəbəli mərtəbəli 16 mənzilli yaşayış evinin 1ci blokunun 2-ci mərtəbəsində yaşayış sahəsi 39.42 kv.metr, olan 3 otaqlı 6 nömrəli mənzilə dair illik mənzil kirayə ödənişləri xx.xx.2023-cü il ərzində olan dövrlərdə araşdırılmış və qeyd olunan şəxslərin adından heç bir ödəniş aşkar olunmamışdır. Beyləqan şəhər 20 yanvar küçəsi 22 nömrəli mənzilin kommunal xidmətlərə görə ödənişlər hal-hazıradək mənzildə yaşayan Farahim Barat oğlu və ailə üzvləri tərəfindən mütəmadi olaraq ödənilməsi təmin edilir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə mənzilə hüququnun olması və həmin hüququn həyata keçirilməsi ilə bağlı cavabdeh tərəfindən müvafiq sənədləşmə aparılmasına yaradılmış maneənin aradan qaldırılması təşkil edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 139-

1. 1.11, 152.1,157.4, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin 53,54,60-cı maddələri və “Azərbyacan Respublikasında Mənzil X3” Azərbaycan Respublikasının Qanununun 4,5,9-cu maddələri maddələri təşkil edir. İlk iddiaçının iddia tələbinin mahiyyətində müəyyən edilir ki, o, iddia edir ki, Jdanov rayon XDS İcraiyyə Komitəsinin 25 fevral 1988-ci il tarixli 3 nömrəli qərarına əsasən orderlə mərhum atası- X11 və onun 4-nəfər ailə üzvülərinə - arvadı X5, oğlu İddiaçı və oğlu X12 verilmiş iki mərtəbəli 16 mənzilli yaşayış evinin 1-ci blokunun 2-ci mərtəbəsində yaşayış sahəsi 39.42 kv.metr, olan 3 otaqlı 6 nömrəli mənzil verilmişdir. 1994-cü ildə atası Əsədov Avadxan hazırkı cavabdeh Abbasquliyev Cavabdeh müvəqqəti icarəyə vermiş, özü isə müvəqqəti olaraq başqa yaşayış yerinə köçmüşdür. X6 22 fevral 1996-cı ildə, atası X15 isə 15 dekabr 2020-ci ildə vəfat etmişdir. Hazırda o, mübahisəli mənzilə hüquqlarını rəsmiləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənzildə müvafiq invenatrlaşdırma aparılması mümkün olmamışdır. Odur ki, o, cavabdeh tərəfindən mübahisəli mənzildə müvafiq inventarlaşdırma işlərinin aparılmasına olan hər hansı bir maneənin aradan qaldırılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qarşılıqlı iddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, o, iddia edir ki, ailə üzvlərilə birlikdə 1994-cü il tarixdən hal-hazıradək Beyləqan şəhəri, 20 Yanvar küçəsi, ev 22, 6 saylı mənzildə yaşayırlar. Atası həmin mənzili X7 pul müqabilində almışdır. Lakin atası ilə Avadxanın arasında yaxın dostluq münasibətləri olduğundan onlar sənədləşmə işlərinə səthi yanaşmışlar. Belə ki, mənzilin mülkiyyətdə olmasını təsdiq edən sənəd olmadığından Avadxan atasına mənzilə dair əlində olan ilkin sənədi yəni, keçmiş Jdanov rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 3 nömrəli iclas protokolundan çıxarışın əslini verərək gələcəkdə onun və ailə üzvləri tərəfindən hər hansı bir problemin olmayacağına dair söz vermişdir. Lakin Avadxan xx.xx.2020-ci il tarixdə öldükdən sonra onun oğlu hazırki ilk iddia üzrə İddiaçı ondan əlavə yüksək məbləğdə pul istəməklə onu məhkəməyə verəcəyi ilə şantaj etmişdir. İddiaçı istəyi ilə razılaşmadığından onun əlində mübahisəli mənzilə dair hər hansı bir mülkiyyətini təsdiq edən sənəd olmadığı təqdirdə qanunsuz olaraq məhkəməyə vermişdir. Onun və ailə üzvlərinin mübahisəli mənzildə 1994-cü ildən indiyədək yaşadıqları müddət ərzində həmin mənzil tərəfindən tamamilə əsaslı şəkildə təmir edilmişdir. Mənzil tərəfindən ən müasir tələblər əsasında yeni nəsil avadanlıqlarla tam şəkildə təchiz olunmuşdur. Əvvəllər mənzildə içməli su problemi olduğundan əlavə xərclər çəkərək həmin su problemini həll etmişdir. Bundan əlavə mənzilin həyətyanı torpaq sahəsində 2 otaqlı yüksək təmirli həyət evi tikdirmişdir. Bir sözlə hazırki mənzilin bazar dəyəri 36.720 (otuz altı min yeddi yüz iyirmi) manat, mənzildə apardığı əsaslı təmir və yenidənqurma işlərinin bazar dəyəri 10.089,84 (on min səksən doqquz manat səksən dörd qəpik) manat təşkil edir. Həmçinin 1994-cü ildən evin bütün komunal xərclərini özlərini ödəmişlər. Komunal xərclər onların adından qəbul edilmişdir. Bu illər ərzində mənzil istismar idarəsi mənzili onlarınkı hesab etmiş və ondan mənzillə bağlı xərcləri qəbul da etmişldir. Birinci instansiya məhkəməsi həm ilkin iddianın həm də, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmiş, qətnamənin yalnız ilkin iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Belə olan halda kollegiya məhz ilkin iddiaçının apellyasiya şikayəti əsasında Beyləqan Rayon Məhkəməsinin 2(020)16/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli tədqiqat apararaq müəyyən edir ki, iddiaçı mərhum atası X15 və onun 4 nəfərdən ibarət ailə üzvünə Jdanov Rayon X14 İcraiyyə Komitəsinin 26 fefral 1988-ci il tarixli 263 nömrəli sərancamı ilə, Beyləqan şəhəri, 20 Yanvar küçəsi, ev 22, 6 saylı mənzilə order verilmişdir. 1994-cü ildən iddiaçı və onun ailə üzvləri mübahisəli mənzil olan Beyləqan şəhəri, 20 Yanvar küçəsi, ev 22, 6 saylı mənzildən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüş, iqeyd olunan mənzildə isə həmin ildən cavabdeh Abbasquliyev Cavabdeh ailəsi ilə birlikdə yaşamışdır. İddiaçının məhkəməyə bildirdiyinə görə mübahisəli mənzil cavabdehə mərhum atası tərəfindən icarəyə verilmiş, cavabdehin məhkəməyə bildirdiyinə görə isə mübahisəli mənzili iddiaçının mərhum atası tərəfindən ona 1994-cü il tarixdə 3000 ABŞ dolları müqabilində satılmış, əvvəlcə 2000 ABŞ dollarını dərhal ödəmiş, daha sonra isə 1000 ABŞ dollarını ödəmişdir. Həmin vaxtdan başlayaraq hazırkı vaxta kimi mənzili əsaslı təmir edib yaşayır. Mübahisə predmeti olan mübahisəli mənzilə dair icarədarın ailə üzvlərindən hər hansı biri ilə yeni icarə müqaviləsi bağlanmamışdır. Əvvəla qeyd olunmalıdır ki, mübahisəli mənzil dövlət mülkiyətində olmuş və mərhum X11 4 nəfər ailə üzvü ilə birlikdə 26 fevral 1988-ci il tarixli 263 saylı order əsasında verilmiş, daha sonra isə həmin mənzil, mənzildə yaşayan şəxslərin adına 26 yanvar 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında mənzil X3” Qanununa əsasən əvəzsiz şəxsi mülkiyyətlərinə verilmiş və orderdə adları qeyd olunan şəxslərin mənzil üzərində hüquqları (mülkiyyət hüquqları) legitimləşdirilməsi üçün əsaslar yaranmışdır. Lakin adları qeyd olunan şəxslər bu hüququnun həyata keçirilməsi üçün lazımi tədbirlər görməmişdir. O, da nəzərə alınmalıdır ki, mübahisəli mənzillə bağlı qeyd olunan qanunun tələblərinə uyğun olaraq icarədar və onun ailə üzvlərinin hər hansı biri tərəfindən özəlləşdirilməsi üçün müraciət edən şəxs mübahisəli mənzildə yaşamalı həmdə, qeydiyyatda olmalıdır. Belə ki, “Azərbyacan Respublikasında mənzil X3”Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində,habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin(evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cumaddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsində göstərilir ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktikiyaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birininmülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Sadalanan maddələrin mənasına görə, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin özəllədirilməsinə və vətəndaşların müraciətləri əsasında həmin mənzillərin onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə o, halda yol verilir ki, mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda o, mənzil kirayə müqaviləsində göstərilmiş olsun və kirayəçi ilə birlikdə faktiki yaşasın. Halbuki İddiaçı icarədarın ailə üzvü kimi 26 Fevral 1988-ci il tarixli orderdə adı qeyd olunmaqla mübahisə predmeti olan mənzilə istifadə hüququ əldə edib, 1994-cü ildə isə həmin mənzildən ailə üzvləri ilə birlikdə daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Həmin vaxtdan mənzildə hazırkı cavabdeh Abbasquliyev Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, Beyləqan şəhəri 20 yanvar küçəsi 22 saylı evin 6 saylı mənzilinə iddiaçının icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə onların həmin mənzil üzərində hər hansı hüququ qalmamış, həmçinin iddiaçının yaşayış sahəsinə zəruri ehtiyacı aradan qalxmışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. X27 Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da, onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyəthüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanıyır. Lakin, məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair “legitim gözləntisi” olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib- verməməsi müəyyən olunmalıdır. Əvvəlki mənzil qanunvericiliyinin təhlili göstərir ki, dövlət və ictimai mənzil fonduevlərində yaşayış sahəsini icarə müqaviləsi əsasında icarədar və onun ailə üzvləri yaşayışsahəsinə mülkiyyət hüququ deyil, istifadə hüququ əldə edirdilər. Təsadüfi deyildir ki,qüvvədən düşmüş Mənzil Məcəlləsinin həmin münasibətləri tənzimləyən 2-ci fəslininbaşlığı da “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə” adlanırdı. O, da nəzərə alınmalıdır ki, yaşayış sahəsinə istifadə hüququ mütləq olmayıb, qanunla müəyyən edilmiş hallarda aradan qalxa bilən hüquqdur. Başqa sözlə, şəxsin mənzildən istifadə hüququ yalnız mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsiolmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar(mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqda həmin hüquq da itirilmiş olur. Məhkəmə haqlı olaraq əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbləri baxımından iddiaçının 1994-cü ildən ailə üzvləri ilə birlikdə, yaşamaq üçün başqa ünvana köçməsinin onun istifadə hüququnun itirilməsinə əsas verən hal kimi qiymətləndirmişdir. İddiaçının atasının birinci növbəli vərəsəsi kimi hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmadığı barədə məsələ isə qüvvədən düşmüş Mənzil Məcəlləsinin icarədar öldüyü halda mənzilə kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malik olan şəxslərin dairəsini müəyyən edən, habelə dövlət mülkiyyətində olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin dairəsini müəyyən edən maddi hüquq normalarının müddəalarının nəzərə alınmasını tələb edir. Göründüyü kimi İddiaçı 1994-cü ildə ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən köçməsi və hazırda ailəsi ilə birlikdə başqa ünvanda yaşaması onun mübahisəli mənzil üzərində hüquqların itirilməsi anlamına gəlir. Belə olan halda İddiaçı qanunla ona verilən hüquqnun (mübahisəli mənzilin özəlləşdirilməsi üçün cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırılması) həyata keçirilməsinə yaradılan manelərin aradan qaldırılması tələbi legitim hüquqa söykənməklə haqlı tələb olmamışdır. Birinci instansiya məhkəmə baxışı icraatı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş, Beyləqan Rayon Mənzil İstismar Sahəsinin vəkalətli nümayəndəsi izahat verərək göstərmişdir ki, mübahisəli mənzil olan Beyləqan şəhəri 20 yanvir küçəsində yerləşən 2 mərtəbəli 16 mənzilli 22 nömrəli yaşayış binası Beyləqan rayon Mənzil İstehlak -İstehlak Koperativinin balansında olmuş, mənzil 2016-cı ildə Azərbaycan Respublikası Beyləqan rayonu İcra Hakimiyyəti başçısının 25 dekabr 2015-ci il 151 saylı sərəncamı ilə onların balansına verilmişdir. Həmin vaxt mənzildə Barat yaşamışdır. O, məcburi köşkün olduğuna görə onun özünün razılığı ilə mənzil X13 adı ilə verilmişdir. Mənzilində hazırkı tarixədək Qubadlı rayonundan məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır və mənzilin kommunal xidmətlərə görə ödənişlərini də hal-hazıradək Farahim Abbasquliyev mütəmadi olaraq ödəmişdir. Sonradan onlara məlum olmuşdur ki, evin orderi Avadxanın adına olmuşdur. Təhvil-təslim olanda orada Barat ailəsi ilə birlikdə yaşamışdır. Barat məcburi köçkün olduğundan mənzilin onun adına qeydə alına bilməzdi. O, həmçinin qeyd etmişdir ki, mübahisəli mənzil üzərində hüquqlar müvafiq surətdə icarə müqaviləsi əsasında yarana bilər, bunun üçün isə qanuni əsaslar olmalıdır. İddiaçının mübahisəli mənzildən 1994-cü ildən daimi yaşamaq üçün başqa yaşayış yerinə köçməsi onun həmin dövrdə qüvvədə olan mənzil məcəlləsinin 60-cı maddəsinə əsasən yaşayış sahəsinə istifadə hüququnu ardan qaldırmışdır. Kollegiya onu da xüsusilə vurğulamağı zəruri hesab edir ki, İddiaçı mübahisəli mənzilə dair orderdə adının olması onun hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olması anlamına gəlmir. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddianın predmeti olan mübahisəli mənzilə hüququnun rəsmiləşdirilməsi üçün hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməlidir. Çünki iddiaçı 1994-cü ildən ailə üzləri ilə birlikdə daimi başqa ünvanda yaşaması, həm mərhum atasının sağlığında, həm də, atasının ölümündən sonra mübahisəli mənzilə gedib-gəlməməsi ona dəalalət edir ki, iddiaçının mübahisəli mənzilə zəruri ehtiyacı aradan qalxmışdır. Başqa sözlə, şəxsinmənzildən istifadə hüququ yalnız mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsiolmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar(mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqda həmin hüquq da itirilmiş olur. Bütün bunlar ona dəlalət edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Abbasquliyev Cavabdeh qarşı mənzildən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair iddiasında haqlı olmamışdır. Apellyasiya icraatı zamanı iddiaçı verdiyi izahatında birinci instansiya məhkəməsində verdiyi izahatından fərqli izahat verərək göstərmişdir ki, atası Cavabdeh atası ilə yaxın dost olmuş və qeyd olunan mübahisəli mənzili 6000 ABŞ dollarına satılmasına razılaşmışlar, ilk öncə 2000 ABŞ dolları ödənilmiş, daha sonra isə 1000 ABŞ dolları ödənlmiş, qalan 3000 ABŞ dolları isə ödənilməmişdir. Onlar mənzili satdıqdan sonra ikinci evləri olan Beyləqan şəhəri, 20 Yanvar küçəsində bir mərtəbəli beş otaqlı 6 saylı evə köçərək orada yaşamışlar. Sonradan isə həmin mənzili də, başqa şəxsə satmışlar. Hazırda mənzilə görə ödəməli olduqları 3000 ABŞ dollarının yeni kursuna uyğun ödəyərlərsə iddiasından vaz keçə bilər. Kollegiya bununla əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hüquq müəyyənedici sənəd olmadan həm iddiaçı həmdə cavabdeh tərəfindən mübahisəli (mənzil dövlətin mülkiyyətindədir) mənzilin alaqı-satqsı ilə əlaqədar sövdələşmə aparması özüözlüyündə əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi haqlı olaraq bu barədə sübutlar tələb etməmişdir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehin mübahisəli mənzilin alqı-satqı qaydasında iddiaçıdan 3000 ABŞ dolları müqabilində almasını bildirməsi, həmin mənzilə hər hansı hüquq əldə etməsinin qanuni əsası kimi qəbul edilə bilməz. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin ilkin iddianın əsassız olması və təmin edilməməsi qənaətinə gəlməsi mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. İlkin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqni tapmayan formal mülahizələrdən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Beyləqan Rayon Məhkəməsinin 2(020)16/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)16/2023 saylı, 03 fevral 2023-cü il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar