Məhkəmə qərarları › İş №2(106)-864/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-864/2025

13.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-864/2025 13.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavabdeh cavabdeh3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh1, cavabdeh2 və cavabdeh4 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, torpaq sahəsindən çıxarılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş 2467 manat zərərin, ödənilmiş 47,60 manat dövlət rüsumunun, göstərilmiş hüquqi yardıma görə 60 manat xərcin cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh1, cavabdeh2 və cavabdeh4 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı ## ###### 2024-cü il tarixdə iddia tələbinin predmetini dəyişməsi barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh1, cavabdeh2 və cavabdeh4 ona zərər vurmağa davam edirlər və bu səbəbdən də dəymiş 2467 manat zərərin əvəzinin ödənilməsi ilə bərabər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra – ƏMDK yanında DƏDRX-ın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən) ##.##.2020-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sabirabad rayonu Quruzma kəndində yerləşən Sabirabad rayonu Quruzma Bələdiyyəsi tərəfindən icarəsinə verilmiş 19,7 ha torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadəsinin dayandırılması və torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanaraq iddia tələbinin predmetinin dəyişməsi barədə iddiaçı İddiaçı ## ###### 2024-cü il tarixli ərizəsini qəbul etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ƏMDK yanında DƏDRX-ın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri reyestrindən ##.##.2020-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Sabirabad rayonu Quruzma kəndində yerləşən Sabirabad rayonu Quruzma Bələdiyyəsi tərəfindən icarəsinə 19,7 ha örüş sahəsi verilmişdir. Cavabdehlərin təqsiri nəticəsində icarəsində olan torpaq sahəsindən 2 ildir ki, istifadə edə bilmir. Belə ki, cavabdehlər onu torpaq sahəsinə buraxmırlar, orada onlar öz heyvanlarını otarırlar və otlaq sahəsini qəsdən məhv etmişlər. Cavabdehlərin ona zərər vurmasını və həmin torpaq sahəsindən qanunsuz istifadələrini telefonla çəkmiş və fleşkarta köçürərək mülki işə əlavə etmişdir. Daha sonra o, şikayət ərizəsi ilə Sabirabad Rayon Polis Şöbəsinə müraciət etmişdir. RPŞ-nin göstərişi ilə sahəyə baxış keirilmiş ##.##.2023-cü ildə akt və rəy tərtib olunmuşdur. X5 və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi Sabirabad rayon Mərkəzinin (bundan sonra- BMFM-nin Sabirabad RM) aparıcı mütəxəsisi Elvin Hüseynov, həmin mərkəzin aqronomu Əliyar Vəliyev, Quruzma Bələdiyyəsinin sədri Mirmövsüm Heydərov, X2 Birliyinin sədri Ilham Abuşov və o, iştirak etmişlər. Baxışda iştirak edən şəxslər təsdiq etmişlər ki, cavabdehlər torpaq sahəsində heyvanlarını otarmaqla yanaşı, sahəni su altında saxlayaraq istifadə üçün yararsız hala salmışlar. Torpaq sahəsini əvvəlki münbit vəziyyətinə qaytarmaq üçün hər hektara 10 ton üzvi kübrə, hər hektara 100 kq azot kübrəsi tələb olunur, ümumilikdə daşınma xərci ilə birlikdə 2467 manat tələb olunur. Beləliklə tərtib olunmuş rəy əsasında ona 2467 manat zərər vurulması müəyyən edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq, dəymiş 2467 manat zərərin, ödənilmiş 47,60 manat dövlət rüsumunun, göstərilmiş hüquqi yardıma görə 60 manat xərcin cavabdehlərdən alınıb ona verilməsi və ƏMDK yanında DƏDRX-ın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sabirabad rayonu Quruzma kəndində yerləşən Sabirabad rayonu Quruzma Bələdiyyəsi tərəfindən icarəsinə verilmiş 19,7 ha torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadəsinin dayandırılması və həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh cavabdeh5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı İddiaçı mübahisələndirdiyi torpaq sahəsi uzun illər bütün kəndin istifadə etdiyi örüş otlaq sahəsi olub. Həmin yerlər ayrı şəxsə icarəyə verilə bilməz. Əgər həmin torpaq sahəsi başqa bir şəxsə icarəyə verilmiş olsaydı, yəqin ki, onlara bu barədə məlumat verilərdi. Ən azından bələdiyyə işçilərindən onlara bu barədə məlumat verilərdi. Iddiaçı özbaşına həmin ərazinin onun icarəsində olduğunu bildirir. Hesab edir ki, böyük bir kəndin mal-qarasının otlaq sahəsi həmin kəndin sakini olmayan şəxsə icarəyə verilə bilməz. Kənddə başqa yerdə heyvanları otarmaq üçün örüş sahəsi qalmamışdır. Onun tərəfindən iddiaçıya heç bir ziyan vurulmamışdır. Iddiaçının dəymiş 2467 manat zərərin əvəsinin ödənilməsi ilə bağlı iddiası qanunsuz və əsassızdır. Ona görə də, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı digər cavabdehlər cavabdeh3, cavabdeh1, cavabdeh2 və cavabdeh4 cavabdeh cavabdeh5 izahatına uyğun izahat verərək cavabdeh5 dediklərini təsdiq etdilər Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Füzuli Pənahov), iddianın qismən təmin edilməsi, ƏMDK yanında DƏDRX-ın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sabirabad rayonu Quruzma Bələdiyyəsi tərəfindən İddiaçı icarəsinə verilmiş Sabirabad rayonu Quruzma kəndində yerləşən 19,7 ha örüş, otlaq torpaq sahəsindən cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh1, cavabdeh2 və cavabdeh4 qanunsuz istifadələrinin dayandırılması və onların həmin torpaq sahəsindən çıxarılmaları, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh3 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Sabirabad Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh cavabdeh3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək izahatında Sabirabad Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Sabirabad Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bu barədə hər hansı məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər cavabdehlərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası qismən təmin edilmiş, iddiaçı iddiasının təmin edilməyən hissəsini mübahisənədirməmiş, yalnız cavabdeh cavabdeh3 iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdeh cavabdeh3 apellyasiya şikayətinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinin II hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 47.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətinə aid torpaqlara ümumi istifadədə olan torpaqlar daxildir. 47.3-cü maddəsinə əsasən Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 47.4-cü maddəsinə əsasən Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 47.6-cı maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “X4” Azərbaycan Respublikası Qanunu; 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. 18-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: 33-cü maddəsinin 3-cü bəndinə əsasən qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilərlər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Işdə olan və məhkəmə iclasında elan edilmiş ƏMDK yanında DƏDRX-ın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Sabirabad rayonu Quruzma Bələdiyyəsi tərəfindən İddiaçı icarəsinə Sabirabad rayonu Quruzma kəndində yerləşən 19,7 ha örüş, otlaq torpaq sahəsi verilmişdir. Işdə olan və məhkəmə iclasında elan edilmiş ##.##.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, İddiaçı icarəsində olan Quruzma kəndində yerləşən 19,70 ha sahəsinə baxış keçirilmiş və araşdırma zamanı zərər çəkmişin bildiriyinə görə Quruzma kənd sakini cavabdeh3 şəxsi mal-qarasını otarmaqla İddiaçı zərər vurmuşdur. Aktın doğruluğu BMFM-nin Sabirabad RM-nin aparıcı mütəxəssisi Elvin Hüseynovun, həmin mərkəzin aqronomu Əliyar Vəliyevin, Quruzma Bələdiyyəsinin sədri Mirmövsüm Heydərovun, X2 Birliyinin sədri Ilham Abuşovun və İddiaçı imzası ilə təsdiq edilmişdir. Işdə olan və məhkəmə iclasında elan edilmiş BMFM-nin Sabirabad RM-nin aqronomu Əliyar Vəliyev tərəfindən tərtib və imza edilmiş ##.##.2023-cü il tarixli rəydən görünür ki, İddiaçı deyir ki, Sabirabad rayonu Quruzma kəndində yerləşən 19,7 ha torpaq sahəsi ona aid olsada o, həmin torpaq sahəsindən istifadə edə bilmir. Həmin torpaq sahəsini cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh1, cavabdeh2 və cavabdeh4 suya verərək yararsız hala salmışlar. İddiaçı Bələdiyədən icarəyə götürdüyü torpaq sahəsinə vurulmuş ziyanın bərpasına 2467 manat məbləğ lazım olduğunu müəyyən edilmişdir. Işə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2024-cü il tarixli 3-16-16/2- **/**** nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin ** saylı Şirvan Ərazi Idarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən iddiaçı İddiaçı adına ##.##.2020-ci il tarixdə, ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydə alınmış, hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışda qeyd edilən 19.7 ha torpaq sahəsinin koordinatları və sərhədləri iş üzrə mübahisələndirilən, Sabirabad rayonu Quruzma kəndi ərazisində yerləşən torpaq sahəsinin koordinatları və sərhədləri üst-üstə düşür. Yəni çıxarışda qeyd edilən 19.7 ha torpaq sahəsi ilə mübahisələndirilən torpaq sahəsi eyni ərazidir. Sözügedən torpaq sahəsinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı tələbdən görünür ki, cavabdehlər iddiaçının istifadəsində olan örüş, otlaq torpaq sahəsini zəbt edərək iddiaçıya həmin torpaq sahəsindən istifadə etməyə maneçilik törədir. Iddiaçı iddia tələbində qeyd edir ki, ƏMDK yanında DƏDRX-ın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri reyestrindən ##.##.2020-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Sabirabad rayonu Quruzma kəndində yerləşən Sabirabad rayonu Quruzma Bələdiyyəsi tərəfindən icarəsinə 19,7 ha örüş sahəsi verilmişdir. Cavabdehlərin təqsiri nəticəsində icarəsində olan torpaq sahəsindən 2 ildir ki, istifadə edə bilmir. Belə ki, cavabdehlər onu torpaq sahəsinə buraxmırlar, orada onlar öz heyvanlarını otarırlar və otlaq sahəsini qəsdən məhv etmişlər. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, Quruzma kəndinin 32 hektarlıq otlaq sahəsi Qaraqaşlı kənd sakini İddiaçı qanunsuz olaraq icarəyə verilmişdir. Nəticədə kəndin sakinləri kəndin yeganə otlaq sahəsindən məhrum olmuş, bu səbəbdən sakinlərin iri və xırda buynuzlu heyvanların sayı sürətlə azalmışdır. Iddia tələbi iddiaçının icarəsinə verilmiş torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadəsinin dayandırılması və çıxarılması. Bu iddia mülkiyyət hüquqlarının (əmlakdan istifadə hüququnun) müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və icarə müqaviləsi əsasında iddiaçının qanuni istifadəsinə verilmişdir. Mülki Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının istifadəsinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır. Iddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsində və ya onun bir hissəsində cavabdeh tərəfindən tikili inşa edilib edilməməsinin müəyyən edilməsindən ibarətdir. Işə baxmış birinci instansiya məhkəməsi bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən iddiaçı İddiaçı adına ##.##.2020-ci il tarixdə, ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydə alınmış, hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışda qeyd edilən 19.7 ha torpaq sahəsinin koordinatları və sərhədləri iş üzrə mübahisələndirilən, Sabirabad rayonu Quruzma kəndi ərazisində yerləşən torpaq sahəsinin koordinatları və sərhədləri üst-üstə düşür. Yəni çıxarışda qeyd edilən 19.7 ha torpaq sahəsi ilə mübahisələndirilən torpaq sahəsi eyni ərazidir. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Apellyasiya icraatı zamanı cavabdeh cavabdeh3 Şirvan Inzibati Məhkəməsində hazırda Sabirabad rayon Quruzma Bələdiyyəsinə qarşı Sabirabad rayon Quruzma kəndində yerləşən 19.7 ha örüş otlaq sahəsinin istifadəyə verilməsinə dair ##.##.2018-ci il tarixli, *** nömrəli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia qaldırsa da, Şirvan Inzibati Məhkəməsinin 2-1(120)- ****/**** saylı inzibati işi üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia mümkün sayılmamışdır. Göründüyü kimi iddiaçının tələb hüququnun söykəndiyi və cavabdehin mübahisələndirdiyi ##.##.2018-ci il tarixli, *** nömrəli icarə müqaviləsi qüvvədə olduğundan və iddiaçının istifadə hüququ qanuni, cavabdehlərin istifadə hüquqi isə qanunsuz olduğundan birinci instansiya məhkəməsinin “ƏMDK yanında DƏDRX-ın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sabirabad rayonu Quruzma Bələdiyyəsi tərəfindən İddiaçı icarəsinə verilmiş Sabirabad rayonu Quruzma kəndində yerləşən 19,7 ha örüş, otlaq torpaq sahəsindən cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh1, cavabdeh2 və cavabdeh4 qanunsuz istifadələrinin dayandırılması və onların həmin torpaq sahəsindən çıxarılması” barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiq olunmayan formal mülahizələrdən ibarət olmuşdur Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,; QƏT ETDI: Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar