Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-865/2024 18.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əybəy oğlunun Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(032)-4/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Əybəy oğlunun vəkili Vəkil2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əlbəy oğlu Cavabdeh şəy qızına qarşı Şirvan şəhəri, ünvan 1 ünvanda 06 sot torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı zamanı cavabdehə verdikləri 16.000 manat pulun, evin tikinti materiallarının, qapıpəncərəsinin alınması üçün ödənilmiş 17.324 manat pulun, ustaların zəhmət haqqısı kim ödənilmiş 3.500 manat pulun ümumilikdə-16.000+17324+3500=36.824 manat məbləğində pulun və eləcə də, dövlət rüsumu kimi ödənilmiş 203 manat məbləğində pulun Cavabdeh alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi onunla əsaslanmışdır ki, cavabdeh 1985-ci il təvəllüdlü Cavabdeh onun qızı, İddiaçı2 isə bacısıdır. Cavabdeh 2010-cu il tarixdə Fərzəliyev Tərlan dadi oğlu ilə ailə həyatı qurmuş, birğə niğahlarından 2010-cu il təvəllüdlü Zilan və 2011-ci il təvəllüdlü Elbəy adlı iki uşaqları doğulmuş, qayınatası Vidadi Fərzəliyevə məxsus Şirvan əhəri 1 may küçəsindəki evə gəlin köçmüş, 04 ay orada yaşamış, nigahları pozulmuş və elə izi Cavabdeh 2010-cu il tarixdən iki uşağıyla birlikdə onlarla bir yerdə yaşamışdır. 2020-ci ilin iyun ayının 1-i ya 2-si Şirvan şəhəri, ünvan 1 ünvanda 06 sot torpaq Sahəsində inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evi Şirvan şəhər Notariat Orqanında alqısatqı yolu ilə 32.000 manata aldılar. Həmin pulun 16.000 manatı Günelin yığdığı pullar idi, 16.000 manat isə onun və oğlu Asifin birgə yığdıqları pullar idi. Alqı-satqı müqaviləsini Cavabdeh adına sənədləşdirməyi qərara aldılar ona ğörə ki, həm boşanmış idi və yanında iki uşağı olduğuna görə, həm ağır şəkər xəstəsi olduğuna görə, gələcəkdə başsız qalmasın deyə onun adına sənədləşdirdilər. Ancaq həmin evi bütün ailə idindan almışdılar ki, orada o, oğlu Asif və cavabdeh iki uşağıyla bir yerdə mehriban yaşasınlar. Evi alandan sonra evin 3 daş üstündə olduğu üçün qərara gəldilər ki, evi söküb erində yeni iki mərtəbəli ev tiksinlər. Bu fikrə cavabdeh də razılaşdı və evin sökülməsi, betonun atılması və digər işləri şəxsən Asif özü etmişdir. Bundan başqa o və Asif tikinti materiallarının alınmasına 17.324 manat pul xərcləmişlər. Evin və hasarın daş hörgüsünü bir daş 30 qəpikdən olmaqla, usta ünvan 3 ünvanda yaşayan, Şahid1 (Telefon: ***-***-**-**) 2.500 manat məbləğində pul vermişdir. Evin üstünün bağlanmasını usta ünvan 4 ünvanda (X2) yaşayan, X3 (Telefon: 0262-50-62) icra etmiş və ona 1.000 manat məbləğində pul vermişdir. Bu şəxslər bu halları məhkəmədə şahid qismində təsdiq edə bilərlər. Evin alqı-satqısı zamanı 16.000 manat pul vermişlər. Evin tikintisi üçün tikinti materiallarının, qapı-pəncərələrin alınmasına və usta çulu xərclərinə cəmi- 17.324+3500=20.824 manat pul xərcləmişlər. Cəmi-16.000+20.824=36.824 manat. Evi, iki ilə tikib qurtarmışlar. Həmin ev hal-hazırda iki mərtəbə olmasına baxmayaraq, evin çıxarışında ev təmirdən əvvəlki vəziyyətində yəni, birmərtəbəli ev kimi göstərilmişdir. 2021- ci ilin axırlarından Cavabdeh Şahid2 ilə qeyri resmi ailə münasibəti quraraq, 26 dekabr 2021-ci il tarixdən onunla birlikdə qeydiyyatda olduğu ünvan 5 ünvanda yerləşən mənzildə yaşamağa başladılar. Bir valideyn, bir ailə olaraq bu münasibətə qarşı oldular ona görə ki, Şahid2 bir neçə dəfə allə qurub boşanmış, 1 ci nigahından iki övladı vardır. Hal hazırki münasibəti də, qızı ilə olan ailə münasibətlərini də maddi marağa görə qurmuşdur. Elə buna bir sübut odur ki, gedib kirayə tutub yaşamaq əvəzinə yaxud, ailə qurduğu şəxsi bir kişi olaraq öz evlərinə aparmaq əvəzinə gəlib onların qeydiyyatda olduqları mənzildə yaşayır və onları da həmin mənzilə buraxmır. Yenil tikilən evdə də gözü var. Şahid2lə bir yerdə yaşayan gündən Cavabdeh onlarla dava dalaş etdi, onları qeydiyyatda olduql evlərinə buraxmadı, anasını və qardaşını qeyri rəsmi yaşadığı Şahid2 üstün tutdu. Şirvan şəhəri, ünvan 1 ünvanda 06 sot torpaq sahəsində yeni tikdikləri evə münasibətdə isə bildirdi ki, "həmin evdə sizin heç bir hüququnuz yoxdur”, qapının açarlarını dəyişib qapını bağlayaraq, onların həmin evə girişlərini qadağan etdi və bildirdi ki, ev mənim adımadır və mən sizə evin alınması zamanı verdiyiniz 16.000 manat puldan və evn tikintisinə xərclədiyiniz 20.824 manat puldan heç bir qəpik də ödəməyəcəyəm”. Halbuki, cavabdeh söz vermişdi ki, “evi tikib verin mənə, mən hər ay sizə 500 (beş yüz) manat verib, sizə olan borcumu ödəyəcəyəm”. Evin alınmasına və təmirinə çəkdikləri 36.824 (otuz altı mın səkkiz yüz rmi dörd) manat pulu uzun illər alver edərək qazanmış və oğlu Asıf Əliyev də saxladığı xırdabuynuzlu heyvanları sataraq və müəllim kimi işləyib aldığı əmək haqqlarını yığaraq topladığı pullar hesabına olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(032)-4/2024 saylı qətnaməsi (hakim Səidə Məmmədova) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh Şirvan şəhəri, ünvan 1 ünvanda 06 sot torpaq sahəsinə inşa edilmiş 1 mərtəbəli fərdi yaşayış evinin inşası zamanı ustaların zəhmət haqqısı kimi ödənilmiş 3500 (üç min beş yüz) manat, evə alınmış pəncərə üçün ödənilmiş 1620 (bir min altı yüz iyirmi) manat pul və 71 (yetmiş bir) manat 0.20 (iyirmi) qəpik rüsum alınaraq İddiaçı1 verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 Əybəy oğlunun vəkili Vəkil2 və Cavabdeh apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 15 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)865/2024 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 18 aprel 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(032)- 4/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Əybəy oğlunun vəkili Vəkil2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərəkən iddiaçılar İddiaçı1 və İddiaçı2 Əybəy oğlunun vəkili Vəkil2 verdiyi apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iddiaçılar İddiaçı1 və İddiaçı2 Əybəy oğlunun vəkili Vəkil2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən edir ki, apellyasiya şikayətləri elektron qaydada verilmişdir. İş materiallarına baxış keçirilən zaman müəyyən edilmişdir ki, Vəkil2 vəkil kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 Əybəy oğlunun adından apelyasiya şikayəti vermiş və həmin apelyasiya şikayətini elektron qaydada imzalamışdır. Lakin iş materiallarına nəzər yetirdikdə isə görünür ki, Vəkil2 vəkil kimi orderi olsa da iddiaçıların adından apelyasiya şikayəti verilməsi üçün notarial qaydada təsdiq edilmiş etibarnamə mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, qanunla nəzərdə tutulmuş qaydada iddiaçılar tərəfindən onların adından Vəkil2 apelyasiya şikayəti verilməsi üçün salahiyyət verilməmiş və bu barədə etibarnamə iş materiallarında mövcud deyildir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Birinci instansiya məhkəməsi qeyd olunanları müzakirə etmədən apellyasiya şikayətini qəbul edərək apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu isə ona dəlalət edir ki, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə geri qaytarılmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti MPM-nin 357-363-cü maddələrinə uyğun olaraq verilsə də, iddiaçıların vəkili tərəfindən verilmiş apelyasiya şikayətində vəkilin həmin şikayəti imzalamaq səlahiyyəti olmamışdır. MPMnin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi məsələsi, iddiaçıların vəkili tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərində isə iddianın təmin olunmayan hissəsi mübahisələndirilmişdir. Belə olan halda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin tam şəkildə yoxlanılması və hər iki apelyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi üçün hər iki apellyasiya şikayəti də qeyri-mümkün hesab edilməli və qərardadın əsaslandırıcı hissəsində göstərilənlər birinci instansiya məhkəməsi tərəfindən yoxlanılaraq hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Şirvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Şirvan Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(032)-4/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Əybəy oğlunun vəkili Vəkil2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-865/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-865/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver