Məhkəmə qərarları › İş №2(106)-866/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-866/2025

06.08.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-866/2025 06.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22in 10 saylı Ərazi İdarəsinin (bundan sonra DƏDK və RPHŞ-in 10 saylı Əİnin) əməkdaşlarına törədilən maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(049)- 281/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhə 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin arayışlarından görünür ki, İddiaçı1 və Əliyeva X10 şəhəri, Z.Əliyeva küçəsi, ev 38 ünvanında yaşayırlar. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhə 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, İddiaçı2 qaynatası X12 xx.xx.1981-ci il tarixdə vəfat etmiş, onun arvadı X13, oğulları Nüsrət, İzzət və qızları Dilşad, Şövkət və Çimnaz vəfat etmiş, qızı Kökəb sağ və salamatdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X11 arasınad nikah xx.xx.1967-ci il tarixdə rəsmiləşdirlmiş və qadın “Əliyeva” soyadını götürmüşdür Ölüm haqqında arayışdan görünür ki, X14 xx.xx.1999-cu il tarixdə ölmüşdür. DƏDK və RPHŞ-in 10 saylı Əİ-nin İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli cavabından görünür ki, ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi ilə əlaqədar olaraq bildirirlər ki, Lənkəran şəhərində yerləşən, qanun üzrə vərəsəsi olduqları şəxs X9 məxsus fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı təqdim oiunmuş hüquqmüəyyənedici sənədlərin qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqiiyi araşdırılarkən məlum olmuşdur ki, həmin daşınmaz əmlaka dair Ərazi İdarəsinə təqdim etdikləri sənədlərlə faktiki yerində olan vəziyyət müayinə (çölölçmə işləri) aparılmadığından müəyyən edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü 10 saylı Lənkəran Ərazi İdarəsinin aidiyyəti mütəxəssisləri tərəfindən həmin daşınmaz əmlaka baxış keçirilməli və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməlidir. Faktiki yerində müayinənin keçirilməsi məqsədilə aidiyyəti mütəxəssisin ayrılmasına baxmayaraq, tərəflər arasında mübahisə olması səbəbindən müayinənin aparılması mümkün olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4 maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlakla bağlı vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 3102 nömrəli pasportdan görünür ki, Lənkəran şəhəri B.Abbasov küçəsi 64 nömrəli ev X1 olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı: Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 03 noyabr 1939-cu il tarixli, inventar № 3102 nömrəli Pasport - əsasında ümumi sahəsi 921,40 kv.m. (0,09214 ha.) ölçülərində həyətyanı torpaq sahəsi və onun üzərində miras əmlak olaraq tikilmiş fərdi yaşayış evinə dair mülkiyyət pay hüquqlarının, xx.xx.1981-ci il tarixdə vəfat etmiş X7 (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) vərəsələri hal hazırki, iş üzrə iddiaçılar- İddiaçı1 və İddiaçı2 adına xüsusi mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınmasına, 10 saylı Lənkəran Ərazi İdarəsi əməkdaşlarının müayinə keçirilməsi üçün, Cavabdeh tərəfindən yaradılan süni maneələrin (0,09214 ha. torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin ölçülməsinə) və digər qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, 18 iyul 1981-ci il tarixdə vəfat etmiş babaları X5 ünvan 1 ünvanında yerləşən 0,09214 ha. həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi miras olaraq vərəsələri- İddiaçı1, X4, Cavabdeh, İddiaçı2 və X8 qalmışdır. Belə ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 03 noyabr 1939-cu il tarixli, inventar № 3102 nömrəli Pasport - əsasında ümumi sahəsi 921,40 kv.m. ölçülərində həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqları babaları X7 mülkiyyətinə verilmişdir. Bu səbəblərdən babalarından miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı X16 Xidmət Mərkəzinin notariat ofisinə müraciət etmişlər. Notariat ofisi X7 xx.xx.1981-ci il tarixdə vəfat etməsi və Qanunvericiliyin tələbinə əsasən İddiaçı1, X2, Cavabdeh, İddiaçı2 və X6, miras qoyanın vərəsələri olması faktını 14 mart 2024-cii il tarixli, 542 nömrəli İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) X22 10 saylı Lənkəran Ərazi İdarəsinə etdiyi müraciətlə təsdiq etmişdir. Həmin müraciətdə, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, mərhum X5 miras qalmış daşınmaz əmlak barəsində müvafiq Çıxarışı tərtib edib həmin sorğunu təqdim etmiş şəxslər vasitəsilə X16 Xidmət Mərkəzinin notariat ofisinə göndərməyi xahiş edilmişdir. Onlar mübahisələndirilən ünvan 1 ünvanında birlikdə yaşayırlar. İddiaçı olaraq Şölənin anası olan digəre İddiaçı2 ilə atamsı X14 xx.xx.1967-ci il tarixdə, 177 № aktla rəsmi nigaha daxil olmuşlar. X3 xx.xx.1999-cu il tarixdə, atasının atası olan babası X12 isə xx.xx.1981-ci il tarixdə vəfat etmişlər. ünvan 1 ünvanında ailə üzvülərinin ümumbirgə mülkiyyətinə verilmiş həmin 921,40 kv.m. (0,09214 ha.) ölçüdə həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik üzrə yaranmış mülkiyyət pay hüquqlarının adlarına dövlət qeydiyyatına alınmasından ötrü, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 10 saylı Lənkəran Ərazi İdarəsinə 08 oktyabr 2024-ci il tarixdə müraciət etmişlər. Lənkəran 10 saylı Ərazi İdarəsinin əməkdaşları, 08 oktyabr 2024-ci il il tarixli müraciətlərini ********** saylı qeydiyyata götürməklə, müraciətləri əsasında ünvan 1 ünvanında, mülkiyyətlərinə verilmiş həmin 0,09214 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair onlara çatacaq mülkiyyət pay hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə həmin əraziyə müayinə baxış keçirilməsindən ötrü gəlmişlər. Lakin, Cavabdeh yaşadığı otaqlarının giriş qapısını bağlayaraq həmin 0,09214 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ölçülməsinə imkan verməmiş, faktiki yerində mayinə keçirilməsindən ötrü əraziyə gəlmiş nümayəndə heyətini otaqlarına buraxmamışdır. Bu səbəbdən də onların 08 oktyabr 2024-ci il il tarixli müraciətləri “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 10 saylı Lənkəran Ərazi İdarəsinin 14 oktyabr 2024-ci il tarixli, № 3-21-3-43/2-3195/2024 saylı, “Vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi” barədə “ bildirişlə rədd edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publilc hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi 14 oktyabr 2024-ci il tarixli, cavab məktubunda “Sənədlərin qanunamüvafıqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdurki, həmin daşınmaz əmlaka dair Ərazi idarəsinə təqdim etdiyiniz sənədlərlə faktiki yerində olan vəziyyət müayinə (çöl-ölçmə işləri) aparılmadığından, müəyyən edilməmişdir. Faktiki yerində müayinənin keçirilməsi məqsədilə mütəxəssisin ayrılmasına baxmayaraq, tərəflər arasında mübahisə olması səbəbindən müayinənin aparılması mümkün olmamışdır.” Hesab edirlər ki, o, Şölənin qardaşı olan Cavabdeh tərəfindən, ailə üzvülərinin ümumbirgə mülkiyyətinə verilmiş 0,09214 ha. torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində babası və valideynlərindən miras qalmış fərdi yaşayış evinin müayinə olunması - ölçülməsinə yaradılmış süni maneçiliklər ucbatından, həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair onlara çatacaq mülkiyyət pay hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü müvafiq “Çıxarışı” və “Texniki Pasport” ala bilmirlər. Bununla da onlara çatacaq mülkiyyət pay hüquqlarının dövlət qeydiyyatına alınması Cavabdeh tərəfindən yaradılmış maneçiliklər ucbatından pozulmuşdur. Odurki, 0,09214 ha. həyətyanı torpaq sahəsi və onun üzərində miras əmlak olaraq tikilmiş fərdi yaşayış evinə dair onlara çatacaq mülkiyyət pay hüquqlarının adlarına dövlət qeydiyyatına alınmasından ötrü, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 10 saylı Lənkəran Ərazi İdarəsi əməkdaşlarının müayinə keçirilməsi üçün, Cavabdeh üzərinə, çöl- ölçmə işlərinin və digər hərəkətlərinin aparılmasına mane olmamaq öhdəliyi və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsindən ötrü məhkəməyə müraciət edirlər. Cavabdeh nümayəndəsi Nümayəndə iddiaya qarşı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçıların iddia etdikləri torpaq sahəsinə heç bir aidiyyatları yoxdur. Göstərilən Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, 38 saylı evə dair hər hansı bir hüquqverici sənədləridə yoxdur, halbuki o, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Yaşadıqları müddət ərzində ona və ailəsinə maddi və mənəvi zərərlər yetirərək ziyanlar vurmuşlar və iddiaçılar həmin göstərilən ünvanda qeydiyyatda olsalar da ayrı-ayrı ünvanlarda yaşayırlar və özlərinin başqa yerdə mənzilləri var. Dəfələrlə ona və həyat yoldaşına qarşı qanunsuz hərəkətlər edərək yaşamağa imkan vermirlər halbu ki, iddiaçılar ayda ildə bir iki dəfə gəlib gedirlər. İddiaçıların məhkəməyə təqdim etdikləri iddia ərizəsi və onlara əlavə olunmuş sənədlərlə güya o, ünvan 4 ünvanına baxış keçirilməsinə maneə yaradılmasına dair göstərdikləri əsassızdır. Buna görə də iddianın rədd olunmasını xahiş etmişdir. Daha sonra o, etirazın dəqiqləşdirlməsinə dair ərizə ilə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıların təqdim etdiyi ev həqiqəti əks etdirmir, çünki vərəsəlik predmeti hesab edilən ev 1936-cı ildə qaynatasının atası tərəfindən tikilsə də, 2005-ci ildə evlilikləri ilə bağlı həyətdə abadlıq işləri ilə əlaqədar olaraq viran olmuş, ev tamamilə sökülmüşdür. İddiaçılar tərəfindən həmin evin əvəzinə eyni həyətdə qanunsuz tikilmiş digər ev (özbaşına tikili) təqdim edilib. Həmin evdə 1999-cu ildən yaşayırlar. Yaşadıqları müddət ərzində ona və ailəsinə maddi və mənəvi ziyanlar yetirərək ziyan vurmuşlar. İddiaçıların göstərdikləri ev vərəsəlik predmeti hesab edilə bilməz, çünki qaynatası tərəfindən tikilməyə başlanıb və tam sənədsizdir. Vərəsəlik predmeti hesab edilən evin real vəziyyətini əks etdirən şəkilləri təqdim edərək və yerində müayinə aparılaraq iddiaçıların təqdim etdiyi ev Texniki pasportda göstərilən ev ilə eyni ev olmaması aşkar olunacaqdır. Beləliklə, təqdim olunmuş evin hər hansı bir hüquqverici sənədi yoxdur, vərəsəlik predmetinə daxil edilə bilməz. Vərəsəlik predmeti hesab olunan evin isə sadəcə qalıqları mövcuddur. Vərəsəlik predmeti hesab olunan, əslində viran olunmuş ev, 1936-cı il tarixli 3102 serialı Texniki pasporta əsasən, ayrı yerdən tikilib, 80 kv.m, 2 yaşayış otaqlarından və 2 qeyri yaşayış otaqlarından (tövlə, anbar) və 1 mərtəbədən ibarət olmuşdur. Lakin iddiaçıların yalandan təqdim etdikləri ev, yəni özbaşına tikili 2 mərtəbədən, mətbəx daxil olmaqla 8 otaq və təqribən 225kv.m-dən ibarətdir. İddiaçıların məhkəməyə təqdim etdikləri iddia ərizəsi və onlara əlavə olunmuş sənədlərə əsasən ünvan 4 ünvanında maneə yaratmağı barədə iddiaçıların göstərdiklərini əsassız hesab edir. Lənkəran Rayon Məhkəməsinin (hakim Muradağa Qasımov) 14 mart 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin, həmin evin yerləşdiyi torpaq sahəsinin yerində müayinəsi və ölçmə işlərinin aparılması üçün DƏDK və RPHŞ-in 10 saylı Əİ-nin əməkdaşlarına törədilən maneənin aradan qaldırılması, bununla bağlı Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49, 52, 55-ci, “Torpaq islahatı haqqında” Qanunun 9, 10, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 157.8-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2, 15.3, 14.2, 77.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, İddiaçı1 vərəsəlik hüquqdan istifadə edərək miras qoyan X9 məxsus fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı DƏDK və RPHŞ-in 10 saylı Əİ-nə müraciət etmişdir. Lakin, cavabdeh sənədləşmə aparmaq istəyən şəxsləri mübahisəli əraziyə buraxmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçıların ev və torpaq sahələrinin sənədləşdirilməsini aparan şəxslərə ev və torpaq sahələrində ölçmə işlərinin aparılması üçün şərait yaradılmalı, cavabdehə izah olunmalıdır ki, həmin şəxslərin ev və əş torpaq sahələrində ölçmə işlərinin aparılmamasına mane olmamalıdır. Məhkəmə iddiaçıların xx.xx.1981-ci il tarixdə vəfat etmiş X7 (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) vərəsələri hal hazırki, iş üzrə iddiaçılar - İddiaçı1 və İddiaçı2 adına xüsusi mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması tələbinə qiymət verərək qeyd edir ki, bu tələb ayrıca mübahisə predmetidir və həmin mübahisəyə miras qoyulmuş əmlaka dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verildikdən sonra qiymət verilə bilər. Belə ki, miras əmlak ölmüş şəxsin miras əmlakın kütləsinə daxil olduqdan sonravərəsələrin payları müəyyən oluna bilər. Hazırda isə ev və torpaq sahəsi ölmüş şəxsin miras kütləsinə daxil edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi hazırda bu hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, şikayətində göstərmişdir ki, iddianın təmin edilməsini ehtiva edən həmin qətnamə tamamilə əsassızdır və mülki hüququn nəinki normalarına, hətta mülki hüququn prinsiplərinə ziddir. Məhkəmə cavabdehin mülkiyyət hüququnu pozmuş və nəticədə açıq-aşkar qanunsuz nəticəyə varan qətnamə qəbul etmişdir. Məhkəmə mövcud olan situasiyada tətbiq etməli olduğu maddi hüquq normalarını tətbiq etməmişdir. Eləcə də, məhkəmə işin faktiki halları ilə bağlı mühüm əhəmiyyət kəsb edən halları müəyyən etmədən həmin hallarla əlaqəli qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evi cavabdeh və atası tərəfindən tikilmişdir, iddiaçıların qeyd etdiyi kimi babaları tərəfindən tikilməmişdir. Bu səbəbdən də cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”X22 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarını evinə buraxmamışdır. İddiaçılar özləri bildirir ki, Şölənin anası olan digər İddiaçı2 ilə X3 xx.xx.1967-ci il tarixdə 177 nömrəli aktla rəsmi nikaha daxil olmuşlar. X3 xx.xx.1999-cu il tarixdə atasının atası olan babası X12 isə xx.xx.1981-ci il tarixdə vəfat etmişlər. 1981-ci ildə vəfat etmiş şəxs evi təbii ki, ondan əvvəlki tarixdə tikilmiş evdir. 1936-ci ildə tikilmiş evlə son illərdə tikilmiş evin fərqinin müəyyən olunması üçün ekspert olmaq lazım deyildir. Məhkəmə iclasında təqdim edilmiş fotoşəkillərdən də görünür ki, cavabdehin hazırda yaşadığı ev 1970-ci illərdə tikilmiş evdir, daha doğrusu tikintisi 1976-cı ildə başlamışdır. Hazırkı işdə məhkəmə nəzərə almamışdır ki, sözügedən fərdi yaşayış evinə münasibətdə mülkiyyətçi iddiaçılar deyil, ola da bilməz. Həmin fərdi yaşayış evinə münasibətdə cavabdehin gözlənilən mülkiyyət hüquqları mövcuddur. Çünki, həmin fərdi yaşayış evi cavabdehin və atasının zəhmətinin məhsuludur. İddiaçıların iddia etdiyi ev bir mərtəbəlidir, cavabdehin sahiblik etdiyi ev isə iki mərtəbəlidir. Fərdi yaşayış evinin foto şəkillərindən də görünür ki, həmin ev 1936-cı ildə tikilmiş ev deyildir. Bu baxımdan, hesab edir ki, məhkəmə həmin normanı düzgün tətbiq etməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatları: Apellyasiya baxışında iştirak iddiaçı, eyni zamanda digər İddiaçı2 nümayəndəsi İddiaçı1 izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22in ölçü işlərinin aparılmasını tələb edirlər. Ev cavabdeh tərəfindən tikilməmişdir. 1975-ci ildə ev tikilmişdir. Evdə əlavə olaraq balkona pəncərə əlavə edilmiş, başqa heç bir təmir tikinti, yenidən qurma işləri aparılmamışdır. Evin fotoşəkillərini də məhkəmə təqdim etmişdir. Ev hazırda mövcuddur, lakin cavabdeh daşınmaz əmlaka müvafiq dövlət orqanının əməkdaşları tərəfindən baxış keçirilməsinə maneə yaradır. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətində, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(049)-281/2025 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız iddia tələbinin təmin edilmiş hissəsi üzrə cavabdeh tərəfə münasibətdə qanuniliyini yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(049)-281/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyət hüququ, Azərbaycan Respublikası Konstitusiyası və beynəlxalq hüquq normaları ilə qorunan əsas mülki hüquqlardan biridir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır, bu hüquq qanunla qorunur və heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi də mülkiyyətin müdafiəsini təmin edir. Mülkiyyət hüququ yalnız faktiki sahiblik deyil, həm də həmin hüququn dövlət qeydiyyatı ilə rəsmiləşdirilməsi, sərbəst istifadəsi və maneəsiz həyata keçirilməsi imkanını əhatə edir. Bu hüquqa qarşı istənilən süni maneə, xüsusən də qanuni qeydiyyat prosedurlarının qarşısının alınması, hüquqa zidd müdaxilə kimi qiymətləndirilməlidir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçılar X9 məxsus fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı DƏDK və RPHŞ-in 10 saylı Əİnə müraciət etmiş, cavabdeh həmin fərdi yaşayış evində və onun yerləşdiyi torpaq sahəsində DƏDK və RPHŞ-in 10 saylı Əİ-nin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmalarına maneə yaratdığından, DƏDK və RPHŞ-in 10 saylı Əİ-i mübahisənin olduğunu göstərərək daşınmaz əmlakla bağlı vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən imtina etmişdir. Buna görə də iddiaçılar pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikas Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 15 oktyabr 2012-ci il tarixli, 2012-ci il tarixdə, 06 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 02 noyabr 2012-ci il tarixdə **********0006 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestriə daxil edilmiş “ Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci madəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatların dövlət reyestrinə daxil edilməsi və ( və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək öldükdə həmin sənədlər notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydadada çıxarış verilir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfin apellyasiya şikayətində göstərmiş olduğu-iddiaçıların təqdim etdikləri evin vərəsəlik predmeti hesab edilə bilməməsi, həmin evin vərəsəlik predmetinə daxil edilə bilməməsi və vərəsəlik predmeti hesab olunan evin yalnız qalıqlarının mövcud olması iddianın əsaslılığını aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Çünki iş materiallarından və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıların həmin əmlakla bağlı vərəsəlik hüquqlarını reallaşdırmaq üçün müvafiq orqanlara müraciət etmək hüquqları mövcuddur. Bu hüququnun mövcudluğu yalnız əmlakın texniki vəziyyəti ilə deyil, həm də onun hüquqi mənsubiyyəti ilə müəyyən edilir. Əksinə, cavabdehin iradəsi nəzərə alınmaqla, onun iddia etdiyi kimi vərəsəlik predmetinin real olaraq hansı vəziyyətdə olmasının müəyyən edilməsi üçün yerində baxış keçirilməsi zəruridir. Lakin bu baxışın həyata keçirilməsi, cavabdeh tərəfindən yaradılan maneələr səbəbindən mümkün olmamışdır. Məhz bu səbəbdən, iddiaçıların təqdim etdiyi hüquqverici sənədlərlə faktiki vəziyyət arasında uyğunluğun və ya uyğunsuzluğun müəyyən edilməsi üçün zəruri olan ölçmə işləri aparılmamışdır. Bu isə, nəticə etibarilə, cavabdehin mövqeyinin obyektiv qiymətləndirilməsinə imkan verməmiş və iddiaçıların qanuni prosedur çərçivəsində mülkiyyət hüquqlarını rəsmiləşdirməsinə əngəl yaratmışdır. Cavabdeh tərəfindən yaradılmış maneələr iddiaçıların daşınmaz əmlak üzərindəki mülkiyyət hüquqlarının həyata keçirilməsinə birbaşa müdaxilə təşkil edir və həmin hüququ pozur. Belə müdaxilə qanuni əsasa malik olmadığından, iddiaçıların vərəsəlik yolu ilə əldə etdikləri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün zəruri olan prosedurların (ölçmə, texniki inventarizasiya və qeydiyyat) qarşısını almaqla, onların konstitusion təminat altına alınmış mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, cavabdeh tərəfin apellyasiya şikayətində istinad etdiyi hallar nə mübahisənin predmetinə, nə də hazırkı iş üzrə araşdırmanın predmetinə daxildir. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin predmeti mərhumdan vərəsəlik qaydasında keçmiş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan ölçmə və texniki inventarizasiya işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasıdır. Bu baxımdan, cavabdehin istinad etdiyi digər hallar işin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir, çünki onlar iddianın mahiyyətini təşkil edən əsas tələblə – mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması öhdəliyi ilə birbaşa bağlı deyildir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla işə düzgün nəticə verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan həmin qətnaməsinin dəyişdirilib ləğv edilməsi üçün heç bir əsas yoxdur. Nəticə etibarilə, apellyasiya şikayətində göstərilən hallar iş üzrə mövcud hüquqi vəziyyəti dəyişmir və birinci instansiya məhkəməsinin qətnaməsi həm faktiki, həm də hüquqi baxımdan əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin 2(049)-281/2025 saylı, 14 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(049)-281/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar