Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-87/2023 14.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il 2(049)-2371/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı; İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə ödənilməmiş borc qismində 24527 manat 39 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul vəsaitinin Cavabdeh oğlundan tutulması xahiş etmişdir. a) Birinci instansiya məhkəməsində icraat; İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə üç aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və «Tam Maddi Məsuliyyət» haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2017-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il 269-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə “Oba-Lənkəran 1” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh iddiaçıya zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 24527 manat 39 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, Cavabdeh hesabında 24527 (iyirmi dörd beş yüz iyirmi yeddi) manat 39 (otuz doqquz) qəpik çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə heç bir ödəniş etməmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin (MMC) nümayəndəsi Nümayəndə iddianın təmin edilməsibi xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Lənkəran Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il 2(049)-2371/2020 saylı qətnaməsi (hakim Rəşad Məmmədov) ilə iddianın təmin edilməsi, maddi ziyana görə 24527 (iyirmi dörd beş yüz iyirmi yeddi) manat 39 (otuz doqquz) qəpik və iddia ərizəsinə verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-yə 24527 manat 39 qəpik məbləğdə ziyan vurulması işdə olan sübutlarla təsdiqini tapdığından "xxxx" MMC-yə əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 24527 manat 39 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il 2(049)-2371/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və onun ləğv edilərək birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2016-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və xx.xx.2019-cu il tarixdən işdən çıxma ərizəsi əsasında işdən azad olunmuşdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən cavabdehin iştirakı təmin edilməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmamışdır. Habelə, apellyasiya şikayətinin dəlillərinə görə iş materilları ilə tanış olarkən iddiaçının direktoru V.Əhmədov tərəfindən təsdiq edilmiş 28 yanvar 2019-cu il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktının üzləşmə nəticələrinə görə guya iddiaçıya 24527 manat 39 qəpik məbləğində maddi ziyan vurmuşdur. Halbuki, tərtib olunan həmin saxta akt tərəfindən imzalanmamış və buna görə komissiya üzvlərinə öz ciddi etirazlarını bildirmişdir. Daha sonra komissiya üzvləri öz aralarında 28 yanvar 2019-cu il tarixli saxta imtina aktı tərtib edərək guya 24527 manat 39 qəpik məbləğində maddi ziyanla bağlı heç bir izahat verə bilməmişdir. Halbuki, tələb olunan 24527 manat 39 qəpik məbləğində maddi ziyanın haradan və necə formalaşdığını özləri belə iddia tələbində sübuta yetirə bilməmişlər. İddiaçı təşkilat özü məhkəmə iclasına o qədər biganə yanaşmışdır ki, məhkəmə iclaslarında nümayəndələri iştirak etməmiş və iddia tələbini müdafiə etməmişdir. Çünki iddia tələbində 5 məsul şəxs tərəfindən tərtib olunan akt, cavabdehin hər hansı bir təşkilata 24527 manat 39 qəpik məbləğində maddi ziyanın vurulması demək deyildir. İş materilları ilə tanış olarkən iddiaçı təşkilatın 28 yanvar 2019cu il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktında qeyd olunan 1209 sayda məhsulların müxtəlif miqdarlarda olmasına baxmayaraq, həmin məhsulların hər hansı qaimə-faktura üzərində, eləcə də təhvil-təslim aktı əsasında cavabdeh tərəfindən qəbul edilməsi barədə heç bir sübutla rastlaşmamışdır. İddia tələbi üzrə sübutların əsassız və yetərincə olmamasına baxmayaraq, məhkəmə əsassız olaraq böyük məbləğdə 24527 manat 39 qəpik məbləğində maddi ziyanı tam şəkildə təmin etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı "xxxx" MMC-yə nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı verdiyi izahatında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Lənkəran Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il 2(049)-2371/2020 saylı tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı 24 noyabr 2005-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; ƏM-in 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. ƏM-in 202-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyan məbləği faktik itkilər üzrə müəyyən olunur. ƏM-in 205-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Müllki Məcəllənin (MM) 21-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-362/2022 saylı qətnaməsinə əsasən Lənkəran Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il 2(049)-2371/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il 2(049)-2371/2020 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-362/2022 saylı qətnaməsində göstərilmişdir ki, iddiaçının 28 yanvar 2019-cu il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktında qeyd olunan 1209 sayda məhsulların müxtəlif miqdarlarda olmasına baxmayaraq həmin məhsulların hər hansı qaimə-faktura ilə, eləcə də təhvil-təslim aktı əsasında cavabdeh tərəfindən qəbul edilməsi barədə iş materillarında heç bir sübut olmamış və təqdim edilməmişdir. İşdə cavabdehin təqsirli olmasını müəyyən edən, iddiaçıya 24527 manat 39 qəpik maddi ziyan vurulması barədə mötəbər sübutlar olmadığı halda, iddia tələbi üzrə cavabdehin məsuliyyətini müəyyən edən sübutlar olmamasına baxmayaraq məhkəmə əsassız olaraq böyük məbləğdə 24527 manat 39 qəpik məbləğdə maddi ziyanı təmin etmiş və bununla da, cavabdehi əlverişsiz vəziyyətdə qoymuşdur. Habelə, məhkəmə araşdırmaları zamanı iddiaçının tələb etdiyi 24527 manat 39 qəpik məbləğdə maddi ziyanın haradan və necə formalaşdığı, həmin məbləğdə malların cavabdehə təhvil verilməsi və həmin məhsulların maddi məsul şəxs olaraq cavabdeh tərəfindən rəsmi qaydada təhvil alması sübuta yetməmişdir. Ona görə də, iddia tələbində 5 məsul şəxs tərəfindən tərtib olunan akt, həmin aktın maraqlı şəxs kimi iddiaçının nümayəndədləri tərəfindən yazılaraq imza edilməsi heç də cavabdehin iddiaçıya 24527 manat 39 qəpik məbləğində maddi ziyanın vurması demək deyildir. İddiaçı "xxxx" MMC Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-362/2022 saylı qətnaməsindən kassasiya şikayəti vermiş və qətnamənin ləğv edilərək işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin kassasiya şikayətində göstərilmişdir ki, Cavabdeh iddia tələbi üzrə məsul şəxs kimi göstərilməli, ondan sonra onun təqsirli olub-olmaması sübuta yetirilməli idi. Lakin məhkəmə ümumiyyətlə qeyd olunan hüquq normalarını tədqiq etməmişdir. İddiaçı olaraq vurulmuş zərəri intizam xətası kimi qeyd edilməsinin səbəbi cavabdehlə iddiaçı arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin 1.1-ci, 1.2-ci və 1.3-cü bəndlərinin cavabdeh tərəfindən pozulmasıdır. İnventarizasiya yoxlaması nəticəsində müəyyən olunmuşdur ki, qaimə faktura əsasında cavabdehə təhvil verilmiş mallar cavabdehin məsul olduğu mağazada mövcud deyil, həmçinin cavabdeh tərəfindən və yaxud da mağazanın digər əməkdaşları tərəfindən bu malların satışı həyata keçirilməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən müxtəlif vaxtlarda yanlış kassa hesabat əməliyyatları həyata keçirilmişdir. Bu əməliyyatlara dair cavabdehdən alınmış izahatda da cavabdeh vəzifə təlimatına uyğun deyil, öz mülahizəsi əsasında bu əməliyyatları həyata keçirdiyini bildirmişdir. Məhz bu səbəblərdən, yəni cavabdehin öz vəzifəsini lazımi diqqət əsasında həyata keçirməməsi səbəbindən iddiaçı öz iddia ərizəsində bu halı cavabdeh tərəfindən törədilmiş intizam xətası kimi qələmə vermişdir. Həmçinin, intizam xətası üzrə cavabdehə intizam tənbehinin tətbiq edilməməsi onun məsul şəxs olması üzrə aparılmış inventarizasiya yoxlamasının əsassızlığına dəlalət etmir. Çünki, işçi tərəfindən hər hansısa pozuntunun törədilməsi zamanı həmin işçi barəsində intizam tənbehinin tətbiq edilməsi işəgötürənin hüququdur. İddia tələbinin intizam tənbehinin tətbiq edilməməsi ilə heç bir qanuni əlaqəsi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası yanlış olaraq bu halı məhkəmədən kənar tədqiq etməklə onu məhkəmə qətnaməsində qeyd edərək inventarizasiya yoxlamasının nəticəsi ilə əlaqələndirmişdir. İddiaçının nümayəndəsi apellyasiya instansiyasında bildirmişdir ki, sözügedən malların hər biri cavabdeh tərəfindən imzalanmaqla qaimə faktura əsasında cavabdehə təhvil verilmişdir. Həmin qaimə fakturalar mövcuddur. Lakin, həcm olaraq çox olduğu üçün məhkəməyə təqdim edilməmişdir, məhkəmə həmin qaimə fakturaların məhkəməyə təqdim ediməsini zəruri hesab edirsə, iddiaçı tərəf növbəti məhkəmə iclası üçün həmin qaimə fakturaları məhkəməyə təqdim edə bilər. Apellyasiya instansiyası məhkəməsində keçirilən iclaslarda həmin sənədlərin mövcudluğuna dair verilmiş izahatlara məhəl qoyulmamış, qətnamədə həmin qaiməfakturaların mövcud olmadığı qənaətinə gələrək apellyasiya şikayətini təmin etmişdir. Aktda qeyd olunan çatışmayan malların hər birinin Cavabdeh təhvil verilməsi qaimə-fakturalarda təsdiqlənmişdir. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və bu müqavilə əsasında cavabdeh çatışmayan mallara görə məsul şəxs bilinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (102)-3355/55 saylı qrarına əsasən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)362\2022 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin administrator kimi vəzifə funksiyalarının nədən ibarət olmasını həmin vəzifə təlimatı kontekstində qiymətləndirmədən iddianı rədd etmişdir. Halbuki, cavabdehin vəzifə təlimatı üzrə iddiaçı təşkilatda hansı funksiyanı yerinə yetirməli olub-olmaması, həmin təlimat üzrə cavabdehin hər hansı pozuntuya yol verib-verməməsinin müəyyən edilməsi iddianın qanuni həlli baxımından əhəmiyyət kəsb etmişdir. Məhz cavabdehin vəzifə təlimatı üzrə funksiyası və bu funksiyanı pozub-pozmaması müəyyən ediləndən sonra işdəki aktların cavabdehin məsuliyyətini təsdiq edən yetərli sübut kimi qəbul edilib-edilməməsinə qiymət verilməli idi. Habelə, iddianın cavabdehin intizam xətasına yol verməsinin sübut edilməməsi əsası ilə rədd edilməsi barədə apellyasiya instansiyasının gətirdiyi arqumentə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin istər 11-ci, istərsə də 186-cı maddələrində işçini intizam məsuliyyətinə cəlb etmək işəgötürənin hüququ kimi nəzərdə tutulmuşdur və maddi məsuliyyət haqqında müqavilə üzrə dəymiş zərərin tələb edilməsi Əmək Məcəlləsinin 199 və 200-cü maddəsinin tələbləri baxımından intizam tənbehinin tətbiq edilməsi ilə şərtləndirilməmişdir. Bu baxımdan, apellyasiya məhkəməsinin gətirdiyi arqument əsaslı sayıla bilməməsini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, birinci instansiya məhkəməsində toplanılmış sübutları tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün olaraq nəticəyə gəlmişdir. Buna görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan 12 dekabr 2016-cı il tarixli Əmək Müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-də 3 ay sınaq müddəti ilə satıcı-kassir vəzifəsinə qəbul olunmuşdur. İşdə olan AZE seriyalı 09492647 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Lənkəran şəhəri Akademik Z.Əliyeva küçəsi ev 78\15, mənzil 12-də qeydiyyatdadır. İşdə olan Lənkəran şəhəri Akademik Z.Əliyeva küçəsi ev 78\15 mənzil 12-də yaşayan Cavabdeh "xxxx" MMC-yə ərizə ilə müraciət edərək onu xx.xx.2016-cı il tarixdən etibarən satıcıkassir vəzifəsinə işə qəbul etməyi xahiş etmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli 049-K saylı əmrin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh xx.xx.2016-cı il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh cəmiyyətin Satış Əməliyyatları şöbəsinə 11 may 2017-ci il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan maliyyə Arayışından görünür ki, xx.xx.2019-cu il tarixli təftiş yoxlaması zamanı Cavabdeh 24527 manat 39 qəpik məbləğdə borcunun olması müəyyən edilmişdir. Habelə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2022-ci il tarixli 9/8460 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göründüyü kimi xx.xx.2019-cu il tarixli təhvil-təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda "xxxx" MMC tərəfindən təqdim edilmiş maliyyə arayışı məlumatları, qaimə-fakturalar, inkassasiya sənədləri, kassanın “Z” hesabatına əsasən “Oba Lənkəran 1” filialında yaranmış çatışmazlıq 24527 manat 39 qəpik məbləğində müəyyən edilmişdir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2022-ci il tarixli 9/8460 saylı ekspert rəyinə əsasən iş materiallarında olan maliyyə arayışı məlumatları, qaimə-fakturalar, inkassasiya sənədləri, kassanın “Z” hesabatına görə “Oba Lənkəran 1” filialında yaranmış çatışmazlıq 24527 manat 39 qəpik məbləğində müəyyən edilmiş, tərəflər arasında 11 may 2017-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə imzalanmış və bu müqavilə əsasında cavabdeh ona təhvil verilmiş və çatışmayan mallara görə məsul şəxs kimi tanınmışdır. Habelə, inventarizasiya yoxlamasının nəticəsinə görə qaimə-faktura əsasında cavabdehə təhvil verilmiş mallar cavabdehin məsul olduğu mağazada mövcud deyildir və bu malların satışı həyata keçirilməmişdir. Bundan əlavə, cavabdehin vəzifə funksiyalarını həmin vəzifə təlimatı kontekstində qiymətləndirdikdə müəyyən edilir ki, mal qəbulu əməliyyatlarını həyata keçirmək, mal qəbulu zamanı baş vermiş problemlərin həlli üçün müvafiq strukturlara müraciət etmək; satış zamanı alınan məhsulun qaytarılma və ya dəyişdirilmə prosesinin doğru edilməsinə nəzarət etmək; qəbul edilən məhsulların sayını və satışa yararlılığını yoxlamaq kimi vəzifə funksiyalarına rəğmən cavabdeh həmin funksiyalarını lazımınca icra etməmiş və nəticədə zərər qismində göstərilən çatışmazlıq meydana gəlmişdir. Belə ki, məhkəmə kollegiyası cavabdehin vəzifə təlimatı üzrə funksiyasını nəzərdən keçirdikdən sonra işdəki aktların cavabdehin məsuliyyətini təsdiq edən mötəbər sübut kimi qəbul edir və hesab edir ki, tələb edilən məbləğdə ziyan və onun cavabdeh tərəfindən törədilmiş hüquqazidd əməl nəticəsində yaranması təsdiqini tapmışdır. Bundan başqa, vurulmuş ziyan üzrə törədilmiş intizam xətası üzrə cavabdehə intizam tənbehinin tətbiq edilməməsi onun məsul şəxs olması üzrə aparılmış inventarizasiya yoxlamasının nəticəsinə təsir etməməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin sübuta yetirilməyən dəlillərini formal mülahizə xarakterli hesab edir. Məhkəmə kollegiyası işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətləri üzrə araşdıraraq və apellyasiya şikayətlərinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də iddiaçı Tahirov Qəhrəman Baloğlan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il 2(049)-2371/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392 ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il 2(049)-2371/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza təqiqatının dəyəri olan 100 (yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-87/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-87/2023
14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver