Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-876/2023 11.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X6, X24 nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X32 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, X27 qarşı çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə, Masallı Rayon Məhkəməsinin 2(050)49/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 dekabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" ASC cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, X27 qarşı iddia qaldıraraq cavabdeh ƏMDX yanında DƏDRX- nin 8 saylı Ərazi İdarəsi tərəfindən X24 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X33 arasında Masallı şəhəri, Talışxanov küçəsində yerləşən 800 kv.m torpaq sahəsinin alqı-satqısı haqqında xx.xx.2017-ci il tarixli, 141 saylı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 25 yanvar 2008-ci il tarixli şəhadətnaməyə əsasən Masallı şəhəri, M.Talışxanov küçəsi 3 ünvanda yerləşən 1101.9 kv.m qeyri-yaşayış sahəsi üzərində müvafiq qanuni prosedurları keçməklə mülkiyyət hüquqları əldə etmişdir. Cəmiyyətə məxsus həmin tikililər dövlətə məxsus olan 16919 kv.metr torpaq sahəsində yerləşir, bina və tikililərin ümumi sahəsi 1101.09 kv.metr təşkil edir, həmin tikililər 1977-1983-cü illərdə tikilmişdir. Bu barədə cəmiyyətin adına Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixli texniki pasport verilmiş və qeyd olunan texniki göstəricilər orada əksini tapmışdır. Bir müddət öncə onlara məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinin bir hissəsi, yəni guya X24 istifadəsində olan 30.6 kv.m daşınmaz əmlakın altında yerləşən 0.0033 ha torpaq sahəsi onun istifadəsinə verilmiş və bu barədə həmin şəxsin adına Seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Halbuki, həmin ərazidə yalnız 1977-1983-cü illərdə tikilmiş tikililər mövcuddur ki, həmin tikililər də onların mülkiyyətindədir. Yəni sözügedən ərazidə Faiq Eyvazova və onun ailəsinə məxsus faktiki olaraq əvvəllər heç bir tikili olmamış, bu hal məhkəmə mübahisəsi zamanı da qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qanunsuz olaraq sözügedən çıxarışı təqdim etməklə Faiq Eyvazova süni şəkildə satınalmada üstünlük qazandırmış və nəticədə cəmiyyətin istifadəsində olan torpaq sahəsinin ona satılması üçün zəmin yaratmışdır. Belə ki, məhz həmin çıxarış alındıqdan 2 ay sonra cəmiyyətin istifadəsində olan torpaq sahəsinin daha 800 kv.m hissəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli, 141 saylı müqaviləyə əsasən qanunsuz olaraq X1. Qeyd edilir ki, 2012ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmədə iddia qaldıraraq Masall rayonu, Dadva Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 nömrəli qərarı və torpağın alqı-satqısına dair aktın etibarsız hesab edilməsi, cavabdeh X20 (hazırki iş üzrə üçüncü şəxs X24 atası) ünvan 3 ünvanındakı "xxxx" ASC-nin yerləşdiyi torpaq sahəsindən çıxarılması və həmin ərazidə aparılmış tikililərin cavabdehin vəsaiti hesabına sökülməsini xahiş etmiş, həmin iş üzrə "xxxx" ASC üçüncü şəxs qismində işə cəlb olunmuş, Şirvan İnzibati-İqtisad məhkəməsinin 12 mart 2012-ci il tarixli 2-2(86)-17/2012 nömrəli qətnaməsi ilə iddia rədd edilsə də, Əmlak Məsələləri Dövlət Komitəsi və tərəflərindən verilmiş apellyasiya şikayətləri təmin edilərək Şirvan İnzibati- İqtisad məhkəməsinin 12 mart 2012-ci il tarixli 2-2(86)-17/2012 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək Masallı rayonu Dadva Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarı və Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsində 06 dekabr 2005-ci il tarixdə 133 nömrə ilə qeydiyyata alınmış “torpaqların alqı-satqısına dair” akt etibarsız hesab edilmiş, cavabdeh X29 tərəfindən Masallı-Avtonəqliyyat ASC-nin qanuni istifadəsində olan torpaq sahəsində aparılmış yarımçıq tikililər və daş hasar cavabdehlər Masallı rayonu Masallı Bələdiyyəsi və X20 vəsaiti hesabına sökülməsi və cavabdeh X20 "xxxx" ASC-nin qanuni istifadəsində olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən verilən kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Sözügedən qətnamə 13 may 2016-cı il tarixdə Masallı rayon icra şöbəsi tərəfindən icra olunaraq qeyd olunan torpaq sahəsində aparılmış yarımçıq tikililər sökülmüş və torpaq sahəsi "xxxx" ASC-yə təhvil verilmişdir. Sözügedən məhkəmə mübahisəsi zamanı "xxxx" ASC-nin mülkiyyət və istifadə hüquqlarının müdafiəsini təşkil edən cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, yuxarıda qeyd olunan qətnamə icra olunduqdan bir neçə ay sonra onların məlumatı olmadan qanuni sahibliklərində və istifadələrində olan torpaq sahəsinin bir hissəsi, əvvəlki qətnamə ilə mübahisəli əraziyə dair qanunsuz əldə edilmiş bütün hüquqlarına xitam verilmiş Fərhad Eyvazovun oğlu, hazırki iş üzrə üçüncü şəxs X1. Maraqlıdır ki, Əmlak Komitəsi həmin torpaq sahəsini hansı adla və necə X2 ki, onların həmin torpaq sahəsinə dair hüquqlarının olmaması və həmin ərazini zəbt etmələri ekspert rəyi və məhkəmə qətnamasi ilə də təsdiqini tapmış və qətnamə yuxarıda qeyd olunan şəkildə də tam icra olunmuşdur. Göründüyü kimi, "xxxx" ASC tərəfindən özəlləşdirilərkən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi həmin cəmiyyətin qanuni istifadəsinə keçməsinə və sözügedən torpaq sahəsinin yalnız onlara satıla biləcəyi barədə qanunvericiliyin birbaşa göstərişlərinə baxmayaraq, cavabeh tərəfindən mülkiyyət və istifadə hüquqları kobud şəkildə pozulmuşdur. Bu baxımdan mübahisəli torpaq dövlət mülkiyyətində olsa da, mülkiyyət hüququ ilə bağlı gözləntilər qanuna və uzun müddət davam edən real vəziyyətə əsaslandığından, həmin əmlaka dair onlar mülkiyyətçi kimi qiymətləndirilirlər. Buna görə də cavabdeh təşkilat tərəfindən sözügedən torpaq sahəsi satılmaqla onların sahiblik və istifadə hüquqları pozulmuşdur. Mübahisə predmeti olan torpaq sahəsi "xxxx" ASC-nin istifadəsinə və sərəncamına verildiyindən Xidmət tərəfindən qeyd olunan torpaq sahəsinin alqı- satqısı ilə bağlı keçirilmiş hərəkətlərdə cəmiyyət satın almaqda üstünlük hüququna malik olmuş və müvafiq fərmanla sözügedən ərazinin yalnız onlara satıla və ya icarəyə verilə biləcəyi müəyyən edilmişdir. Qeyd olunan alqı-satqıda iddiaçının satın almaqda üstünlük hüquqları pozulmuş, bu azmış kimi hətta mübahisə predmeti olan torpaq sahəsinin satılması barədə onlara yazılı məlumat belə verilməmişdir. Həmçinin də qeyd etmək zəruri hesab edilir ki, iddiaçının qanunla satın almaqda üstünlük hüququ olduğu qəbul edilməsə belə onun, etimad hüququnun qorunmasına əsaslanmağa haqqı vardır. Əgər iddiaçının satınalmada üstünlük hüququnun olmamasını fərz edilsə, dövlət əmlakının özəlləşdirilməsi prosedurlarına tam uyğun olaraq həyata keçirildiyini qəbul etsələr belə, inzibati orqanın iddiaçının birbaşa maraqlarına toxunan məsələdə onu xəbərdar etmədən inzibati icraatı həyata keçirməsi qanunsuzdur. Belə olan halda qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX, ******* nömrəli çıxarış və alqı-satqının nəticələrinə dair bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildridi ki, “ünvan 5 ünvanında yerləşən 1101,9 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Müəssisənin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsinə icarə və digər hüquq yaradan rəsmi sənədləşmə yoxdur. Bununla belə "xxxx" ASC-nin torpaq sahəsini satın almaqda üstünlük hüququ vardır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsi Faiq Eyvazova satılmaqla "xxxx" ASC-nin satın almaqda üstünlük hüquqları pozulmuşdur. Belə ki, bu barədə müəssisəyə rəsmi məlumat verilməli olduğu halda verilməmişdir. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X25 izahatında bildirdi ki, Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisəli alqı-satqı müqaviləsi ilə bağlı hərəkətləri tam qanuni olmuşdur. Əvvəla Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı ilə Masallı şəhərində X11 tikəcəyi qazdoldurma məntəqəsi altına şəhərin Mircavad bəy prospektindəki avtonəqliyyat müəssisəsi ilə həmsərhəd olan sahədən 800 kv.m torpaq sahəsi verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinin üzərində “Maye qaz doldurma məntəqəsi” inşa edilmiş və 04 yanvar 2005-ci ildə 260 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 20 oktyabr 2016-cı il tarixdə isə həmin qeyri-yaşayış sahəsi X4 və 26 yanvar 2017-ci ildə mülkiyyət hüququna dair çıxarış və texniki pasport verilmişdir. Əmlakın yerləşdiyi torpaq sahəsini almaq üçün Faiq Eyvazov müraciət etmiş və bu barədə ƏM DX tərəfindən "xxxx" ASC-yə rəsmi məlumat verilmişdir. "xxxx" ASC-nin 10 iyun 2009-cu il tarixli iclas protokolundan çıxarış 25 iyun 2009-cu il tarixli göndəriş məktubu ilə ƏM DK-nə göndərilmiş və həmin protokol və məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC 1,69 ha torpaq sahəsindən 1,29 ha hissəsinin satılmasına və ya icarəyə verilməsinə razıdırlar. Ona görə də 28 mart 2017-ci il tarixli, 141 nömrəli müqavilə tam qanunidir və etibarsız hesab edilməsi üçün əsas yoxdur. Göstərilən əsaslara görə iddianın rədd olunması xahiş olunur. Cavabdeh X24 nümayəndəsi və vəkili Vəkil2n izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. 800 kv.m torpaq sahəsi hələ Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı ilə Masallı şəhərində X11 tikəcəyi qazdoldurma məntəqəsi üçün ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində “Maye qaz doldurma məntəqəsi” inşa edilmiş və 04 yanvar 2005-ci ildə 260 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 20 oktyabr 2016-cı il tarixdə isə həmin qeyri-yaşayış sahəsi X4 və 26 yanvar 2017-ci ildə mülkiyyət hüququna dair çıxarış və texniki pasport verilmişdir. "xxxx" ASC-nin 10 iyun 2009-cu il tarixli iclas protokolundan çıxarışda və 25 iyun 2009-cu il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC 1,69 ha torpaq sahəsindən 1,29 ha hissəsinin satılmasına və ya icarəyə verilməsinə etiraz etmir. Ona görə də 28 mart 2017-ci il tarixli, 141 nömrəli müqavilə tam qanunidir və etibarsız hesab edilməsi üçün əsas yoxdur. Bundan başqa həmin torpaq sahəsi sonradan X5. Hal-hazırda Faiq Eyvazovin heç bir mülkiyyət hüququ yoxdur. Göstərilən əsaslara görə iddianın rədd olunması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd olunmuşdur ki, Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı ilə Masallı şəhərində X11 tikəcəyi qazdoldurma məntəqəsi altına şəhərin Mircavad bəy prospektindəki avtonəqliyyat müəssisəsi ilə həmsərhəd olan sahədən 800 kv.m torpaq sahəsi verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinin üzərində “Maye qaz doldurma məntəqəsi” inşa edilmiş və DTİ və MHQ İdarəsi tərəfindən 04 yanvar 2005-ci ildə 260 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qeyri-yaşayış sahəsinin altında və ətrafında olan 0,08 ha torpaq sahəsi ƏM DK tərəfindən 28 mart 2017-ci il tarixli, 141 saylı müqavilə ilə X4, 16 may 2017-ci il tarixli, **********88-06301 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. Əmlak məhv olduğu üçün yenidən X24 adına 18 may 2017-ci il tarixli, **********18 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarış və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Həmin torpaq sahəsi 24 dekabr 2017-ci il tarixli, AN-0584051 nömrəli alqı- satqı müqaviləsi ilə X9 və onun adına 15 yanvar 2018-ci il tarixli, **********18 reyestr nömrəli çıxarış və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Üçüncü şəxs X40 izahatında bildirmişdir ki, iddia tələbi onun mülkiyyət hüquqlarını pozur. O, vicdanlı alıcı kimi X21 24 dekabr 2017-ci il tarixli, AN-0584051 nömrəli alqı-satqı müqaviləsi ilə 0,08 ha torpaq sahəsi almış və onun adına 15 yanvar 2018-ci il tarixli, **********18 reyestr nömrəli çıxarış və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Ötən müddət ərzində "xxxx" ASC-nin səlahiyyətli şəxsləri ona heç bir etiraz bildirməmişlər. Faiq Eyvazovla bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunarsa, onun də mülkiyyət hüquqlarını təsdiq edən hüqüqmüəyyənedici sənədlərə təsir edəcəkdir. Hesab edir ki, iddia əsassızdır və rədd olunmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)49/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə (Hakim H.Bəhmənov) iddianın rədd olunması, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, X27 qarşı cavabdeh ƏMDX yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən X24 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X33 arasında Masallı şəhəri, Talışxanov küçəsində yerləşən 800 kv.m torpaq sahəsinin alqı-satqısı haqqında xx.xx.2017-ci il tarixli, 141 saylı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152, 178.1, 238.1, 238.2, 337, 243.1, 245 və Torpaq Məcəlləsinin 66-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)49/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdehlər tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin nümayəndəsi X15 verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin 2(050)49/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Cavabdeh X24 nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin 2(050)49/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Üçüncü şəxs X40 apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin 2(050)49/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər X33, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi, və iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının təxirə salınması əsassız məhkəmə çəkişməsinə, səmərəli iş vaxtının itirilməsinə səbəb olduğundan kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin 2(050)49/2022 saylı, 01 iyul 2022ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. 140-cı maddələrinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 4-cü maddəsinə əsasən Əmlak və ya qeyri əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilər. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 243.1.-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 245-ci maddəsinə müvafiq olaraq torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 66-cı maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməsində qeyd olunmuşdur: Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun Ş. Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı sərəncamına əsasən bağlanmış alqı-satqı müqaviləsinə etimad göstərilməli və vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında əldə etdiyi mülkiyyət hüququ qorunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinəəsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görəapellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini tələbin əsası kimi istinad edilən halların sübut edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)49/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə cavabdeh ƏMDX yanında DƏDRX- nin 8 saylı Ərazi İdarəsi tərəfindən X24 adına verilmiş Seriya RX, ******* nömrəli çıxarışın və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X33 arasında Masallı şəhəri, Talışxanov küçəsində yerləşən 800 kv.m torpaq sahəsinin alqı-satqısı haqqında xx.xx.2017-ci il tarixli, 141 saylı müqavilənin etibarsız hesab edilməsi təşkil edir. İddiaçı iddiasında cavabdehlərə və üçüncü şəxsə qarşı iki xahişin, birinci xahişdə ƏMDX yanında DƏDRX- nin 8 saylı Ərazi İdarəsi tərəfindən X24 adına verilmiş Seriya RX, ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın, ikinci xahişdə isə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X33 arasında Masallı şəhəri, Talışxanov küçəsində yerləşən 800 kv.m torpaq sahəsinin alqı-satqısı haqqında xx.xx.2017-ci il tarixli, 141 saylı müqavilənin etibarsız hesab edilməsini tələb edir. Belə olan halda kollegiya hesab edir ki, gəlinən nəticənin anlaşılan olması məqsədilə hazırki mübahisənin işin həqiqi hallarının, apellyasiya şikayətlərinin dəlillərinin nəzərə alınmaqla hər iki xahiş üzrə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalıdır. Məhkəmə kollegiyasının iddianın birinci xahişi yəni ƏMDX yanında DƏDRX- nin 8 saylı Ərazi İdarəsi tərəfindən X24 adına verilmiş Seriya RX, ******* nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi ilə bağlı müəyyən etdiyi hallar və gəldiyi hüquqi nəticə: İddiaçı iddia edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 25 yanvar 2008-ci il tarixli şəhadətnaməyə əsasən Masallı şəhəri, M.Talışxanov küçəsi 3 ünvanda yerləşən 1101.9 kv.m qeyri-yaşayış sahəsi üzərində müvafiq qanuni prosedurları keçməklə mülkiyyət hüquqları əldə etmişdir. Cəmiyyətə məxsus həmin tikililər dövlətə məxsus olan 16919 kv.metr torpaq sahəsində yerləşir, bina və tikililərin ümumi sahəsi 1101.09 kv.metr təşkil edir, həmin tikililər 1977-1983-cü illərdə tikilmişdir. Bu barədə cəmiyyətin adına Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1998-ci il tarixli texniki pasport verilmiş və qeyd olunan texniki göstəricilər orada əksini tapmışdır. Bir müddət öncə onlara məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinin bir hissəsi, yəni guya X24 istifadəsində olan 30.6 kv.m daşınmaz əmlakın altında yerləşən 0.0033 ha torpaq sahəsi onun istifadəsinə verilmiş və bu barədə həmin şəxsin adına Seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Hesab edir ki, X24 adına verilmiş Seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış heç bir hüquqi əsas olmadan verilmiş və həmin çıxarış etibarsız hesab olunmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə münasibətindən müəyyən edilir ki, o, iddianı qəbul etmir, 800 kv.m torpaq sahəsi hələ Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı ilə Masallı şəhərində X11 tikəcəyi qazdoldurma məntəqəsi üçün ayrılmışdır. Həmin torpaq sahəsinin üzərində “Maye qaz doldurma məntəqəsi” inşa edilmiş və 04 yanvar 2005-ci ildə 260 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 20 oktyabr 2016-cı il tarixdə isə həmin qeyri-yaşayış sahəsi X4 və 26 yanvar 2017-ci ildə mülkiyyət hüququna dair çıxarış və texniki pasport verilmişdir. Cvabadeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X16 iddia tələbinə münasibətindən müəyyən edilir ki, o, iddianı əsassız hesab edir, hesab edir ki, alqı-satqı müqaviləsi ilə bağlı hərəkətləri tam qanuni olmuşdur. Əvvəla Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı ilə Masallı şəhərində X11 tikəcəyi qazdoldurma məntəqəsi altına şəhərin Mircavad bəy prospektindəki avtonəqliyyat müəssisəsi ilə həmsərhədolan sahədən 800 kv.m torpaq sahəsi verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinin üzərində“Maye qaz doldurma məntəqəsi” inşa edilmiş və 04 yanvar 2005-ci ildə 260 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 20 oktyabr 2016-cı il tarixdə isə həmin qeyri-yaşayış sahəsi X4 və 26 yanvar 2017-ci ildə mülkiyyət hüququna dair çıxarış və texniki pasport verilmişdir. Hesab edir ki, X24 adına aparılmış qeydiyyat üçün əsas olan ilkin sənədlər mövcud olmuş və həmin sənədlərinin qanuniliyi mübahisələndirilməmişdir. Kollegiya bununla bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamından görünür ki, Masallı şəhərində X11 tikəcəyi qazdoldurma məntəqəsi altına şəhərin Mircavad bəy prospektindəki avtonəqliyyat müəssisəsi ilə həmsərhəd olan sahədən 800 kv.m torpaq sahəsi verilməsi qərara alınmışdır. Seriya RX, ******* nömrəli, xx.xx.2016-cı il tarixli DƏDRX-dən Çıxarışın surətindən görünür ki, Masallı şəhəri, Talışxanov küçəsində yerləşən 30.6 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə, daşınmaz əmlakın altında yerləşən 0.0033 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi istifadə hüququ üzrə X11 adına qeydiyyata alınmışdır. İş materiallarında olan X22 ilə X33 arasında bağlanmış AN-İ nömrəli ******* saylı 20 oktyabr 2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, satıcı Masallı şəhəri M.Talışxanov küçəsi istifadəsində olan 0.0033 ha, torpaq sahəsində yerləşən ümumi sahəsi 30,6 kv.m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus hissəsindən, tam hissə, ümumi sahəsi 30,6 kv.m olan qeyri-yaşayış binasını-alıcı X24 mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 59.000 manata satdı, alıcı isə həmin qiymətə aldı. Seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli DƏDRX-dən çıxarışın surətindən görünür ki, Masallı şəhəri, Talışxanov küçəsində yerləşən 30.6 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə, daşınmaz əmlakın altında yerləşən 0.0033 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi istifadə hüququ üzrə X24 adına qeydiyyata alınmışdır. Özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, 141 saylı müqavilənin surətindən görünür ki, Masallı şəhəri, Talışxanov küçəsində yerləşən xx.xx.2017-ci il tarixli, ********** nömrəli DƏDRX-dən Çıxarışa əsasən Faiq Eyvazovun adına qeydiyyata alınmış qeyri-yaşayış binasının altında yerləşən 800 kv.m torpaq sahəsi 16000 manat müqabilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X1. xx.xx.2017-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, X33 ƏMDK-nin yanında DƏDRX-nin Ərzi İdarəsi tərəfindən xx.xx.2017-ci ildə ona verilmiş **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0.08 ha torpaq sahəsini 4500 manat müqabilində X7. Seriya RX, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Masallı şəhəri, Talışxanov küçəsində yerləşən 0.08 ha torpaq sahəsi **********18 reyestr nömrə, ********** reyestr nömrə ilə xüsusi mülkiyyət hüququ üzrə X32 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Masallı rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********24 nömrəli məktubdan görünür ki, "xxxx" ASC-nin istifadəsində olan 01 ha, istifadə edilməyən 0,20 ha, ümumilikdə 1,20 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, cavabdeh X27 xx.xx.2017-ci il tarixli, 141 nömərli alqı-satqı müqaviləsi ilə satılmış 800 kv.m torpaq sahəsi 23 il əvvəl Masallı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 649 nömrəli sərəncamı ilə maye qaz doldurma məntəqəsi fəaliyyəti üçün X17 ayrılmış, DƏDRX-də 30.6 kv.m qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə, daşınmaz əmlakın altında yerləşən 0.0033 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqsahəsi kimi istifadə hüququ üzrə əvvəlcə X12 adına, sonra X24 adına qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2017-ci il tarixli, 141 saylı müqavilə üzrə Masallı şəhəri, M.Talışxanov küçəsində yerləşən mübahisəli 800 kv.m torpaq sahəsi ƏM DK-i tərəfindən X4, X33 isə həmin torpaq sahəsini xx.xx.2017-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi ilə X14 və torpaq sahəsi xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə X32 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin qanunun 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. "İnsan Hüquqlarının və X19 Haqqında" Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci mənası baxımından "mülkiyyət" və "əmlak" anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüqunun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 140-cı maddələrinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının mübahisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı ilə Masallı şəhərində X11 tikəcəyi qaz doldurma məntəqəsi altına şəhərin Mircavad bəy prospektindəki avtonəqliyyat müəssisəsi ilə həmsərhədolan sahədən 800 kv.m torpaq sahəsi verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinin üzərində“Maye qaz doldurma məntəqəsi” inşa edilmiş və 04 yanvar 2005-ci ildə 260 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 20 oktyabr 2016-cı il tarixdə isə həmin qeyri-yaşayış sahəsi X4 və 26 yanvar 2017-ci ildə mülkiyyət hüququna dair çıxarış və texniki pasport verilmişdir. Əgər iddiaçı onun hüququnun pozulmasında X24 adına olan çıxarışın qanunsuz verilməsini əsas kimi göstərirsə, onda o, ilk növbədə Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı ilə Masallı şəhərində X11 tikəcəyi qazdoldurma məntəqəsi altına şəhərin Mircavad bəy prospektindəki avtonəqliyyat müəssisəsi ilə həmsərhədolan sahədən 800 kv.m torpaq sahəsi verilməsi barədə qərarın, həmin qərar əsasında Rəfael Məmmədovun adına verilmiş çıxarışın, daha sonra isə Rəfael Məmmədov ilə Faiq Eyvazov arasında bağlanmış alq-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb etməli, yalnız bundan sonra X24 adına Seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsızlığı, yaxud çıxarışın verilməsinə əsas olan sənədlərin etibarsızlığı nəticəsində ******* nömrəli, xx.xx.2017-ci il tarixli qeydin düzgün aparılmaması halı müəyyən oluna bilər. Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı ilə Masallı şəhərində X11 tikəcəyi qaz doldurma məntəqəsi altına şəhərin Mircavad bəy prospektindəki avtonəqliyyat müəssisəsi ilə həmsərhədolan sahədən 800 kv.m torpaq sahəsi verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinin üzərində“Maye qaz doldurma məntəqəsi” inşa edilmiş və 04 yanvar 2005-ci ildə 260 nömrəli qeydiyyat vəsiqəsi verilmiş, həmin qeyri-yaşayış sahəsinin Rəfael Məmmədov ilə Faiq Eyvazov arasında 20 oktyabr 2016-cı il tarixdə “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanarkən həmin qeyriyaşayış sahəsi daşınmaz əmlakın dövlət reystrində satıcı X11 mülkiyyəti kimi qeydiyata alınmışdır. Bu halda alıcı olaraq Faiq Eyvazov qeyri-yaşayış sahəsinin satıcıya məxsus olmasına güvənib etimad etməsinə hüquqi əsası olmuşdur. Çünki Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası müəyyən olunması, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reystrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşımaqla yanaşı, qnunvericilik alıcının vicdanlı əldə edən olaraq hüququnu qoruma altına alır. Vicdanlı əldə edən o, şəxsdir ki, bu şəxs əmlakı özəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O, halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka üçüncü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Hazırkı işdə isə bu halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Adı çəkilən qərarda həmçinin göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir birinə olan inamının da azalmasına gətirib çıxarardı. Göründüyü kimi iddiaçı cavabdeh X24 adına olan Seriya RX, ******* nömrəli, xx.xx.2017ci il tarixli çıxarışı mübahisələndirsə də, həmin çıxarışın verilməsinədək mövcud olmuş X11 adına verilmiş Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999-cu il tarixli, 649 saylı sərəncamı və onun əsasında verilmiş 04 yanvar 2005-ci ildə 260 nömrəli çıxarışın qanuniliyini mübahisələndirmir, iddiaçı yalnız işin həlli üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışlarını bildirir. Bu isə onu deməyə əsas verir ki, məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni iddiaçının mübahisəli torpaq sahəsinə verilmiş sərancamın və həmin sərəncam əsasında qeyr-yaşayış sahəsinə R.Məmmədovun adına verilmiş çıxarışı mübahisələndirmədiyi halda həmin sənədlərin qanunsuz verilməsini bildirməsi, cavabdeh X24 adına olan Seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsinin qanuni əsası kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini işdə olan sübutlar və maddi hüquq normaları ilə müqayisəli tədqiq edərək yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı "xxxx" ASC-nin iddia tələbinin birinci xahişi yəni X24 adına olan Seriya RX, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsinin təmin edilməməsi qənaətinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Məhkəmə kollegiyasının iddianın ikinci xahişi, yəni cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X33 arasında Masallı şəhəri, Talışxanov küçəsində yerləşən 800 kv.m torpaq sahəsinin alqısatqısı haqqında xx.xx.2017-ci il tarixli, 141 saylı müqavilənin etibarsız hesab edilməsi ilə bağlı müəyyən etdiyi hallar və gəldiyi hüquqi nəticə: İddiaçı həmçinin iddia edir ki, mübahisəli torpaq sahəsində yalnız 1977-1983-cü illərdə tikilmiş tikililər mövcuddur ki, həmin tikililər də onların mülkiyyətindədir. Yəni sözügedən ərazidə Faiq Eyvazova və onun ailəsinə məxsus faktiki olaraq əvvəllər heç bir tikili olmamış, bu hal məhkəmə mübahisəsi zamanı da qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qanunsuz olaraq sözügedən çıxarışı təqdim etməklə Faiq Eyvazova süni şəkildə satınalmada üstünlük qazandırmış və nəticədə cəmiyyətin istifadəsində olan torpaq sahəsinin ona satılması üçün zəmin yaratmış, məhz həmin çıxarış alındıqdan 2 ay sonra cəmiyyətin istifadəsində olan torpaq sahəsinin daha 800 kv.m hissəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli, 141 saylı müqaviləyə əsasən qanunsuz olaraq X1. Kollegiya bununla bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 07 mart 2013-cü il tarixli, 2-1(106)-03/2013-cü il saylı qətnaməsinin surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmədə iddia qaldıraraq Masall rayonu, Dadva Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 11 nömrəli qərarı və torpağın alqı-satqısına dair aktın etibarsiz hesab edilməsi, cavabdeh X20 ünvan 3 ünvanındakı "xxxx" ASC-nin yerləşdiyi torpaq sahəsindən çıxarılması və həmin ərazidə aparılmış tikililərin cavabdehin vəsaiti hesabına sökülməsini xahiş etmiş, həmin iş üzrə "xxxx" ASC üçüncü şəxs qismində işə cəlb olunmuş, Şirvan İnzibati-İqtisad məhkəməsinin 12 mart 2012-ci il tarixli 2- 2(86)-17/2012 nömrəli qətnaməsi ilə iddia rədd edilsə də, Əmlak Məsələləri Dövlət Komitəsi və tərəflərindən verilmiş apellyasiya şikayətləri təmin edilərək Şirvan İnzibati-İqtisad məhkəməsinin 12 mart 2012-ci il tarixli 2-2(86)-17/2012 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək Masallı rayonu Dadva Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11 saylı qərarı və Masallı rayon Torpaq və Xəritəçəkmə şöbəsində 06 dekabr 2005-ci il tarixdə 133 nömrə ilə qeydiyyata alınmış “torpaqların alqı-satqısına dair” akt etibarsız hesab edilmiş, cavabdeh X29 tərəfindən Masallı-Avtonəqliyyat ASC-nin qanuni istifadəsində olan torpaq sahəsində aparılmış yarımçıq tikililər və daş hasar cavabdehlər Masallı rayonu Masallı Bələdiyyəsi və X20 vəsaiti hesabına sökülməsi və cavabdeh X20 "xxxx" ASC-nin qanuni istifadəsində olan torpaq sahəsindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli, 2-1(102)-274/2013 saylı qərarının surətindən görünür ki, cavabdeh X29 tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin 07 mart 2013-cü il tarixli, 2-1(106)-03/2013-cü il saylı qətnaməsindən verilən kassasiya şikayəti təmin edilməmişdir. X42 Qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, "xxxx" ASC xx.xx.2007ci il tarixdə, 0507-M7-1346 nömrə ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 25 yanvar 2008-ci il tarixli şəhadətnamənin və texniki pasportun surətindən görünür ki, “ünvan 8 ünvanda yerləşən 1101.9 kv. m qeyri-yaşayış sahəsi üzərində hüquqlar əldə etmişdir. 000707 saylı şəhadətnaməyə əlavədə qeyd olunmuşdur ki, tikinti altı torpaq sahəsi 1210,8 kv.m-dir. "xxxx" ASC-nin 10 iyun 2009-cu il tarixdə keçirilən ümumi yığıncağının iclas protokolunun surətindən görünür ki, Texniki pasportda göstərilən 1.69 ha torpaq sahəsindən 1.20 ha sahəsi ƏMDK tərəfindən kənar şəxslərə satılmasına razılıq verilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" MMC-nin 06 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən məlum olur ki, X4 800 kv.m torpaq sahəsinə dair plan ölçü sənədi təqdim olunmadığından kənar nöqtələrin yerini təyin etmək mümkün olmamışdır. İş materiallarında olan X27 məxsus RX seriyalı, ******* saylı Çıxarışda göstərilən qeyri-yaşayış binası hal-hazırda naturada mövcud deyil. Təqdim olunmuş digər sənədlərin araşdırılması zamanı X36 məxsus RX seriyalı, ******* saylı çıxarış və ona əlavə olunan plan ölçü sənədində göstərilən koordinatların yerləşməsi müəyyən olunmuşdur. Plan ölçü sənədi üzrə torpaq sahəsi 0.08 ha-dan ibarətdir. Lakin həmin torpaq sahəsi "xxxx" ASC-nin qanuni sahibliyində və istifadəsində olan 1.70 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. "xxxx" ASC-yə məxsus 1.70 ha torpaq sahəsinə dair 1998-ci ildə Əmlak Komitəsi tərəfindən Texniki Pasport tərtib edilmişdir. "xxxx" ASC hal-hazırda həmin sənədlərdə göstərilən 1.70 ha torpaq sahəsində yerləşir. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin 04 noyabr 2023-cü il tarixli 3-6-xx-xx/7500 sayl ekspert rəyindən aşağıdakılar müəyyən edilmişdir. İ - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4937/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı Avtonəqliyyat" ASC-nin istifadəsində olan qeyri yaşayış binasının və binanın yerləşdiyi torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İİ - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4937/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon İcra Hakimiyyətinin 09 dekabr 1999-cu il tarixli 649 saylı sərəncamı əsasında X18 ayrılmış 800 kvadrat metr torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İİİ - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-4937/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon İcra Hakimiyyətinin 09 dekabr 1999-cu il tarixli 649 saylı sərəncamı əsasında X23 ayrılmış 800 kvm torpaq sahəsində yarımtikilinin mövcud olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin planından görünür ki, ərazidə **********07 nömrə ilə X10 mülkiyyətinə verilmiş faktiki istifadə etdiyi 0,0756 ha torpaq sahəsi, Masallı RİH-nin 09 dekabr 1999-cu il tarixli 649 saylı sərəncamı ilə X13 ayrılmış və elektron baza məlumatlarında **********18 reyestr nömrəli çıxarışla X32 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi, **********34 reyestr nömrəli Çıxarışla Masallı Rayon İcra Hakimiyyətinin balansına verilmiş 1,00 ha torpaq sahəsi və baza məlumatlarına əsasən "xxxx" ASC-nin yerləşdiyi 1,94 ha torpaq sahəsi mübahisəli ərazidə yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Həmin Məcəllənin 243.1.-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Həmin Məcəllənin 245-ci mqaddəsinə müvafiq olaraq torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. İddiaçı "xxxx" ASC satın almaqda üstünlük hüququna istinad edərək, müqavilənin və çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir. Kollegiya həmin əsasın qanuniliyini yoxlayaraq iddianın əsassız olması qənaətinə gəlir və aşağıdakıları qeyd edir: -"xxxx" ASC-nin 10 iyun 2009-cu il tarixdə keçirilən ümumi yığıncağı ilə 1.69 ha torpaq sahəsindən 1.20 ha sahəsinin ƏMDK tərəfindən kənar şəxslərə satılmasına razılıq verilməsi barədə qərar qəbul edilmiş və bu barədə protokol xx.xx.2009-cu il tarixli məktubla ƏM DKCəlilabad rayon şöbəsinə göndərilmişdir. Həmin sənədlər notariat qaydada təsdiq edilmiş və ƏM DX-də saxlanılır. Göründüyü kimi, həmin yığıncaqda qəbul edilmiş qərarla "xxxx" ASC torpaq sahəsini satın almaq hüququndan imtina etmiş və torpaq sahəsinin kənar şəxslərə satılmasına razılığı ifadə edilmişdir. -"xxxx" ASC məhz 1,69 ha torpaq sahəsinin istifadəsində olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. 1998-ci il tarixli texniki pasportda müəssisənin baş planında torpaq sahəsi 16919 kv.m qeyd olunsa da, “ünvan 9 ünvandan yerləşən 1101,9 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi barədə xx.xx.2008-ci il tarixli, 000707 saylı Şəhadətnaməyə əlavədə tikintialtı torpaq sahəsi 1210,8 kv.m qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Masallı rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********24 nömrəli məktubdan da görünür ki, "xxxx" ASC-nin istifadəsində olan 01 ha, istifadə edilməyən 0,20 ha, ümumilikdə 1,20 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Göründüyü kimi, tədqiq olunan sübutlarla 1,69 ha torpaq sahəsinin "xxxx" ASC-nin qanuni istifadəsində olması da öz təsdiqini tapmır. -İşin faktiki və mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, mübahisəli müqavilə və çıxarış üzrə 800 kv.m torpaq sahəsi hələ Masallı rayon İcra Hakimiyyəti başçısının 09 dekabr 1999- cu il tarixli, 649 saylı sərəncamı ilə ayrıldıqdan sonra orada maye qaz doldurma məntəqəsi inşa edilərkən xx.xx.1998-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış, həmin dövrdə "xxxx" ASC fəaliyyət göstərmiş və heç bir etiraz edilməmişdir. Bunun da hüquqi nəticəsi olaraq, həmin əmlak xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmış və bununla da ilk mülkiyyətçi Rafael Məmmədovun, daha sonra Faiq Eyvazovun tikintialtı torpaq sahəsini satın almaq hüquqları yaranmışdır. -Azərbaycan Respublikası MM-nin 243.1.-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsində əvvəllər inşa edilmiş daşınmaz əmlakın mülkiyyətçisi kimi əvvəlcə Rəfael Məmmədovun, daha sonra Faiq Eyvazovun həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malik olmuşdur. MM-nin 6.1.1.-ci maddəsində nəzərdə tutulmuş mülki hüququn subyektlərinin bərabərliyi prinsipinə əsasən əmlakın yerləşdiyi torpaq sahəsinin istifadəçisi kimi Faiq Eyvazovun da, satın almaqda üstünlük hüquqlarının olması nəzərə alınmalıdır. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla kollegiya hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə cavabdeh X33 arasında Özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etbarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. İddiaçı "xxxx" ASC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X33 arasında Masallı şəhəri, Talışxanov küçəsində yerləşən 800 kv.m torpaq sahəsinin alqı-satqısı haqqında xx.xx.2017-ci il tarixli, 141 saylı müqavilənin etibarsız hesab edilməsi tələbinin əsası kimi iddia ərizələrində gələcəkdə mübahisəli torpaq sahəsini satınalmaqda üstün hüququndan istifadə etmələrindən məhrum olmalarını göstərsələr də, bunun təsdiqi barədə məhkəməyə sübut təqdim edə bilmir. Həmçinin cavabdeh Faiq Eyvazovun adına hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin onların hansı hüquqlarının pozulmasını da, əsaslandıra bilmir. Əksinə işin məhkəmə araşdırması zamanı əldə olunmuş sübutlardan müəyyən edilir ki, idiaçının hüquqları və qanunla qorunan mənafeyinin pozulması halı nəinki baş verməmiş, əksinə iddiaçının mülkiyyətində olan daşınmaz əmlak olan əmlak kompleksin yerləşdiyi torpaq sahəsi "xxxx" ASC-nin 10 iyun 2009-cu il tarixdə keçirilən ümumi yığıncağının iclas protokoluna əsasən Texniki pasportda göstərilən 1.69 ha torpaq sahəsindən 1.20 ha sahəsi ƏMDK tərəfindən kənar şəxslərə satılmasına razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Abbəkirovun şikayəti üzrə 2022-ci il 15 iyul tarixli Qərarında qeyd edilmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun) 1.0.1 və 2.1-ci maddələrində göstərilmişdir ki, dövlət əmlakının özəlləşdirilməsi dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir ki, əsas məqsədi də iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarında qeyd olunduğu kimi, məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur. Həmin Qanunun 31.1.1-ci maddəsində isə bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsas kimi qeyd edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Ş. Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı sərəncamına əsasən bağlanmış alqı-satqı müqaviləsinə etimad göstərilməli və vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında əldə etdiyi mülkiyyət hüququ qorunmalıdır. "xxxx" ASC-nin 10 iyun 2009-cu il tarixdə keçirilən ümumi yığıncağının iclas protokolunun surətindən görünür ki, Texniki pasportda göstərilən 1.69 ha torpaq sahəsindən 1.20 ha sahəsi ƏMDK tərəfindən kənar şəxslərə satılmasına razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Belə olan halda iddiaçının cavabdehin ona məxsus olan "xxxx" ASC-nin Əmlak Kompleksi kimi istifadəsində torpaq sahəsinin satınalmaqda üstün hüquqlarının pozulmasının aradan qaldırılması barədə iddia tələbi irəli sürməsi əsassızdır. Çünki "xxxx" ASC-in mübahisəli torpaq sahəsinin kənar şəxslərə satılması barədə 10 iyun 2009-cu il tarixli protokol qərarı qüvvədədir və həmin qərar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X33 arasında Özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi "xxxx" ASC-nin qeyd olunan sənədə əsaslanaraq mövcud iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qeyd olunan mübahisə ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla kollegiya hesab edir ki, "xxxx" ASC-ni iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, o, hazırki iddianı irəli sürərkən tələbinin əsasını mübahisəli torpaq sahəsinin "xxxx" ASC -nin Əmlak Kompleksi kimi mülkiyyətində olması, faktiki istifadə etməsi və "xxxx" ASC-nin mülkiyyəti üzərində cavabdeh F.Eyvazovun adına çıxarışın qanunsuz verilməsi, həmçinin X33 ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 141 saylı alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun bağlanmamasını əsas göstərir. Halbuki Mülki Məcəllənin 146-cı maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Əvvəla yuxarıda qeyd olunduğu kimi, cavabdeh X24 adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın verilməsinə əsas olan sənədlər mübahisələndirilmir. X8 ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 141 saylı alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olması, həmin müqavilənin bağlanmasından əvvəl iddiaçı "xxxx" ASC-nin 10 iyun 2009-cu il tarixdə keçirilən ümumi yığıncağı ilə 1.69 ha torpaq sahəsindən 1.20 ha sahəsinin ƏMDK tərəfindən kənar şəxslərə satılmasına razılıq verilməsi barədə qərar qəbul edilmiş və bu barədə protokol xx.xx.2009-cu il tarixli məktubla Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Cəlilabad rayon şöbəsinə göndərilmişdir. Üçüncüsü Masallı Rayon İcra Hakimiyyətinin 09 dekabr 1999-cu il tariixli sərəncamı əsasında X23 ayrılmış 800 kv.m torpaq sahəsində yarımtikilinin mövcud olması ona (bu hal ekspertin verdiyi rəyində də, öz təsdiqini tapmışdır.) dəlalət edir ki, Özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, 141 saylı müqaviləsi əsasında Masallı şəhəri, Talışxanov küçəsində yerləşən xx.xx.2017-ci il tarixli, ********** nömrəli DƏDRX-dən Çıxarışa əsasən Faiq Eyvazovun adına qeydiyyata alınmış qeyri-yaşayış binasının altında yerləşən 800 kv.m torpaq sahəsi 16000 manat müqabilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X3 üçün qanuni əsaslar mövcud olmuşdur. Dördüncüsü hazırki mübahisədə iddiaçının mübahisəli torpaq sahəsinin istifadəçisi kimi qəbul edilməsi üçün, onunla dövlət arasında müvafiq dövlət qeydiyyatından keçmiş müqavilə (qərar) mövcud olmalıdır. Qanunvericiliyin bu qaydalarına əməl edilmədən iddiaçının hər hansı istifadə hüququnun mövcudluğunun qəbul edilməsi, torpağın istifadəçisi kimi hüquqlarının dövlət tərəfindən təminat altına alınması yolverilməzdir. Belə olan halda isə iddiaçının mübahisəli torpaq sahəsinin satınalmaqda üstünlük hüququndan söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi məhz bu səbəbdən də, haqlı olaraq hesab etmişdir ki, satılan torpaq sahəsinin qeyri-yaşayış sahəsinin mövcud olduğu dövrdə, istifadəsində olan 1.69 ha torpaq sahəsindən 1.20 ha sahəsinin ƏMDK tərəfindən kənar şəxslərə satılmasına razılıq verilməsi halında, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yarana bilməz. Beləliklə kollegiya iddiaçının iddia tələbinin ikinci xahişi yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə cavabde X33 arasında Özəlləşdirilən müəssisə və obyektlərin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etbarsız hesab edilməsinin təmin edilməməsi barədə birinci instasniya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Odur ki, kollegiya iddiaçının apellyasiya şikayətininin dəlillərini əsassız hesab etməklə iş üçün əhəmiyyət daşımayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)49/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)49/2022 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-876/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-876/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver