Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-88/2023 17.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X1 ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X5 və ekspert X6 iştirakı ilə, Ağcabədi Rayon Мəhkəməsinin 13 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurulmuş ziyana görə Cavabdeh 10.844 manat pul tələb etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində özünə məxsus “Hyundai Sonata” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağcabədi-Zərdab yolu ilə Zərdab rayonu istiqamətində hərəkətdə olan zaman yolun 23-cü kilometrliyində, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində Nəcəfqulubəyli kənd sakini Cavabdeh məxsus 10 baş iribuynuzlu heyvan həmin yola avtomobilin hərəkət istiqamətinə çıxmış, bu zaman avtomobilin idarə etməsini itirərək öz hərəkət zolağında heyvanlardan 2 baş iribuynuzlu heyvanı vurmuşdur. Nəticədə ona məxsus «Hyundai Sonata» markalı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkəti nəticəsində onun avtomobilinə ziyan dəymişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində İddiaçı idarə etdiyi «Hyundai Sonata» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağcabədi-Zərdab yolu ilə Zərdab rayonu istiqamətində hərəkətdə olan zaman həmin yolun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində ona məxsus 2 baş iribuynuzlu heyvanı vurmuş, iddiaçının təqsiri nəticəsində ona məxsus 2 baş iribuynuzlu heyvan ölmüş, iddiaçının özünə məxsus avtomobilə də ziyan dəymişdir. Cavabdehin mövqeyinə görə, İddiaçı yol hərəkəti qaydalarını pozaraq, yol nişanlarına məhəl qoymadan avtomobili yüksək sürətlə idarə etmiş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermiş, sonuncu ona məxsus 2 baş iribuynuzlu heyvanı vurub öldürməklə maddi ziyan vurmuşdur. Özünə məxsus heyvanları örüşdən evinə gətirmək üçün müəyyən olunmuş yerdən keçirmiş, həmin hadisədə onun heç bir günahı olmamış, əksinə ona maddi ziyan dəymişdir. Ağcabədi Rayon Мəhkəməsinin (hakim E.Quliyev) 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurulmuş ziyana görə 10.844 manat pul tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, iş üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı tərəf apellyasiya şikayətində iş üzrə Ağcabədi Rayon Polis X2 təhqiqatçısının 13 iyul 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsi və Cavabdeh inzibati məsuliyyətə cəlb edilməklə yeni qərarın qəbul edilməsi öhdəliyinin Ağcabədi Rayon Polis X3 həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair onun tərəfindən verilmiş şikayət ərizəsi üzrə nəticə əldə edilənədək, iş üzrə icraatın dayandırılması, Cavabdeh əməlində inzibati xətanın tərkibinin olması müəyyən edildikdən sonra Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Cavabdeh hərəkətlərində maddi ziyan vurulması ilə nəticələnən təqsirlilik, mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozan əməl açıq-aşkar göründüyü halda birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Şikayətə görə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cavabdehin inzibati məsuliyyətə cəlb edilməklə yeni qərarın qəbul edilməsi barədə şikayət ərizəsinin nəticəsini gözləmək məqsədilə iş üzrə icraat dayandırılmalıdır. Tərəflərin mövqeyi Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, yol-nəqliyat hadisəsi baş vermiş, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində İddiaçı, ona məxsus “Hyundai Sonata” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağcabədi-Zərdab yolu ilə Zərdab rayonu istiqamətində hərəkətdə olan zaman yolun 23-cü kilometrliyində, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində Nəcəfqulubəyli kənd sakini Cavabdeh məxsus 10 baş iribuynuzlu heyvan həmin yola avtomobilin hərəkət istiqamətinə çıxmış, bu zaman avtomobilin idarəetməsini itirərək öz hərəkət zolağında heyvanlardan 2 baş iribuynuzlu heyvanı vurmuşdur. Hadisə nəticəsində 2 heyvan tələf olmuş, iddiaçıya məxsus avtomobil zədələnmişdir. İddiaçı avtobilinə vurulmuş ziyanı tələb etmişdir. Belə ki, İddiaçı “Hyundai Sonata” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisidir. Vurulmuş ziyanın miqdarı ilə bağlı iddiaçı "xxxx" MMC-nin 27 may 2021-ci il tarixli, 81 nömrəli mütəxəssis rəyini təqdim etmişdir. Həmin rəyə görə “Hyundai Sonata” markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 10844 (on min səkkiz yüz qırx dörd) manat təşkil edir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1097-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına zərər vurulması aşkar olmalı, zərər şəxsin hüquqa zidd hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmalı, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Birinci instansiya məhkəməsi iddianı ona görə təmin etməmişdir ki, cavabdehin hərəkətlərində yol hərəkəti qaydalarının pozulması halı, başqa sözlə delikt müəyyən edilməmişdir. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 iyul 2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı və Cavabdeh qarşılıqlı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin inzibati xəta törətməsi müəyyən edilmir, o, inzibati məsuliyyətə cəlb edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 8/2948 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunmuş məlumatlara görə: 1) Hyundai Sonata markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. 2) Mövcud metodakının tələblərinə əsasən mal-qara ötürənlər məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən mal-qara ötürənlərin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. İşin hallarından, o cümlədən, ekspert rəyindən müəyyən edilir ki, «Hyundai Sonata» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil 90 km/saat sürətlə hərəkətdə olmuş, onun hərəkətləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri ilə ziddiyyət təşkil etməmiş, bu zaman onun yolu qarşısına 20 metr məsafədə inəklər çıxmış, avtomobil ilə heyvanlar arasında 20 metr məsafənin olmasına görə, 90 km/saat sürətlə hərəkətdə olan «Hyundai Sonata» markalı avtomobilin 20 metr məsafədə dayandırılması mümkün olmamışdır. İş üzrə rəy verən ekspert apellyasiya baxışında dindirilmişdir. Ekspert göstərilən vəziyyətdə sürücünün yol hərəkəti qaydalarının tələblərini pozmadığını, həmçinin avtomobili saxlamağa texniki cəhətdən imkanının olmadığını bildirmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə izahatında İddiaçı yol- hərəkəti qaydalarını pozaraq, yol nişanlarına məhəl qoymadan avtomobili yüksək sürətlə idarə etdiyini, nəticədə yol-nəqliyyat hadisəsi baş verdiyini, sonuncunun ona məxsus 2 baş iribuynuzlu heyvanı vurub öldürməklə ona maddi ziyan vurduğunu, özünə məxsus heyvanları örüşdən evinə gətirmək üçün müəyyən olunmuş yerdən keçirdiyini, hadisədə onun heç bir günahının olmadığını bildirmişdir. Lakin işin hallarından cavabdeh M.Mənafovun, ona məxsus heyvanları müəyyən edilmiş yerdən keçirdiyi müəyyən edilmir. İşin hallarından müəyyən edilir ki, sözügedən iribuynuzlu heyvanların sahibi olan, Nəcəfqulubəyli kənd sakini Cavabdeh, mal-qaranı yola nəzarətsiz buraxmış, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirmişdir. Mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması, yəni mal-qaranın yolda nəzarətsiz qoyulması, mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi, malqaranı sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.1, 338.5.5-ci maddələri). Kollegiya qeyd edir ki, Cavabdeh polis orqanları tərəfindən inzibati məsuliyyətə cəlb edilməməsi, yaxud inzibati qaydada cərimələnməməsi, onun hüquqazidd hərəkətinin (hərəkətsizliyinin) olması, inzibati xəta (delikt) törətməsi faktını istisna edən hal kimi qiymətləndirilməməlidir. Kollegiya hesab edir ki, iddiaçının avtomobilinə zərər vurulması aşkardır, həmin zərər Cavabdeh hüquqazidd hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmuşdur, sonuncunun qanunazidd hərəkətsizliyi ilə bu hərəkətsizliyin nəticəsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, iddiaçının avtomobilinə ziyan vurulması, ziyanın cavabdeh tərəfindən vurulması, sonuncunun hərəkətlərinin qanunazidd olması və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsində iddiaçı vurulmuş ziyanın miqdarı ilə bağlı müvafiq mütəxəssis arayışını təqdim etmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində iş üzrə müvafiq məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi alınmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 iyun 2022-ci il tarixli, 9/2560 nömrəli rəyinə görə, iş materiallarında olan “Avtoservis və Ticarət Müəssisəsi” tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı, “Hyundai Sonata” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8954,0 manat müəyyən edilir. “Hyundai Sonata” markalı, 2008-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2021-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 17000,0 manat müəyyən olunur. Cavabdeh tərəf vurulmuş ziyanın miqdarı ilə bağlı etiraz bildirməmişdir. Kollegiya vurulmuz zərəin miqdarı ilə bağlı ekspert rəyini sübut mənbəyi kimi qəbul edir və hesab edir ki, həmin məbləğ iddiaçının əmlakına vurulmuş ziyanın kompensasiyası üçün məqbuldur. Beləliklə, Kollegiya hesab edir ki, maddi və prosessual hüquq normaları pozulduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurulmuş ziyana görə 8954 (səkkiz min doqquz yüz əlli dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia əsasən təmin edildiyindən ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 185 (bir yüz səksən beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(017)-181/2022 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurulmuş ziyana görə 8954 (səkkiz min doqquz yüz əlli dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 185 (bir yüz səksən beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-88/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-88/2023
17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver